Bakı
qədim şəhər...
Şəhərin tarixiliyini
qədim abidələr
əks etdirir
Bakıya ilk
dəfə ayaq basanlar bu şəhərdəki
qədim binaları ziyarət edənlər, yəqin ki, keçmişlə bu günün sintezini o andaca
hiss edirlər. Əslində, bu sintez hər
zaman heyranlıqla
qarşılanmır. Bəzən şəhərdə rast gəldiyimiz elə tikililər olur ki, bu bizdə heyranlıq deyil, təəssüf hissi yaradır. Əslində paytaxtımız
öz qədimliyi ilə daha məşhurdur.
Tarixçilərin dediyinə görə, Bakı o qədər gözəl olub ki, bura "Tanrının
şəhəri" deyiblər. Deyilənlərə görə,
şəhər öz adını
da burdan götürüb.
Qədim
Bakının rəsmləri isə amfiteatrı
xatırladır. Dənizi sanki qucaqlayan şəhər
bugünkü toz-torpaqdan boğulan, küçələri dəlik-deşik
olan Bakıdan çox fərqli olub. Qədim Bakının
araşdırmaçılarından biri isə deyir ki, Xəzərdən
qalxan sakit bir meh də bütün şəhəri
dolaşırmış. Çünki şəhərin
bütün küçələri üzü Xəzərə
doğru imiş. Hündürmərtəbəli binalar isə
sonradan bu auranı pozub. İndi Xəzərdən qalxan
külək şəhərin qumunu, tozunu başımıza ələyir.
Yəqin ki, bu da yazılmayan İlahi qanunun cəzasıdır.
Biz şəhərimizə necə baxırıqsa, şəhərimiz
də bizi elə qarşılayır.
Paytaxta
gələn turistlər burada müxtəlif dövrlərə
aid çoxlu sayda tarixi və memarlıq abidələrini
görəndə gerçəkdən şəhərin qədimliyinə
inanır. Amma bu, həmişə belə olmur. Şəhərin
mərkəzində sahəsi 22 ha olan "İçəri
şəhər" yerləşir. "İçəri
şəhər"də 50-dən çox müxtəlif
dövrləri əhatə edən tarixi və memarlıq abidələri
vardır.
Azərbaycan
memarlıq incilərindən biri olan Şirvanşahlar
Sarayı XV əsrin əvvəllərində
salınmış, buraya kompleks, saray, divanxana,
şirvanşahlar türbəsi, minarəli saray məscidi,
hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar
ucaldılmış "Şərq" divanxanası abidələri
daxildir. Kompleksin ilk tikililərinin 1441-ci ilə, son "Şərq"
divanxananın tikintisi isə 1558-ci ilə memar Əmirşaha
aid olduğu qeyd edilir.
Lakin
qədim tikilidə aparılan təmir işləri zamanı
xeyli yenilik əlavə edilib ki, bu da abidənin qədimliyini
şübhə altına qoyur.
Hər
bir şəhərin qədimliyini onun qədim abidələri
xatırladır və sübut edir. Bu baxımdan, Bakı nə
qədər bəxtigətirən şəhər olsa da,
sonrakı illərdə burada aparılan təmir-tikinti işləri
tarixi abidələrin sıradan çıxmasına səbəb
olub. Məsələn, 1830-cu ildə tikilən Kiçik Qala
bərpa adı ilə hasara alınıb söküldü,
yerində isə Polşa səfirliyinin yerləşdiyi
binanı tikdilər.
Və
ya qədimliyi ilə məşhur olan binalardan biri Yasamal
rayonundakı Murtuza Muxtarov küçəsindəki
binanın sökülməsi orada yaşayan sakinlərin qəzəbinə
səbəb olub.
İnkişaf
etmiş dövlətlərdə qədim binaların
çölü, fasadı olduğu kimi qalır. Içərisində
yaşayış olan binaların isə ancaq iç hissəsi
müasir tələblərə uyğun təmir edilir. Bu isə
bütün dünyada tarixi abidələrə olan diqqətdən
irəli gəlir. Od məbədi olan "Atəşgah"
Bakının 30 kilometrliyində, Abşeron
yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq
hissəsində yerləşir.
Yamaqlı, moderin, yoxsa sevgisiz...
"Atəşgah"
XVII-XVIII əsrlərdə təbii qazların
çıxdğı əbədi sönməz alovların
yerində inşa edilmiş od məbədidir. Məbədin ən
erkən tikilisi olan tövlə eramızın 1713-cü ilinə
aiddir, mərkəzi məbəd-səcdəgahı isə
1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə
tikilmidir.
Bu
gün də bu abidəni ziyarət etmək üçün
dünyanın müxtəlif yerlərində yaşayan atəşpərəstlər
Bakıya üz tuturlar.
Bakının
ən qədim və zəngin tarixi abidələrindən biri
də dünyada qayaüstü təsvirlərlə
tanınmış Qobustandır. Qobustanda Böyükdaş,
Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya
dağlarında daş dövrün və Azərbaycan
xalqının ulu keçmişinin şahidləri olan
çoxlu qayaüstü təsvir, düşərgə,
yaşayış məskəni, qəbir abidələri və
sair vardır. Böyükdaş ərazisində mezolitdən
orta əsrlərə qədər bütün dövrlərin
abidələrinə rast gəlmək olar.
Dünyanın
inkişaf etmiş ölkələrində bu gün də
turistlərin sevimli şəhərləri qorunur. Bakı da əslində
belə şəhərlərdən idi. Amma bu şəhərə
müasir, modern bir yamaq vurmaq istəyənlər şəhəri,
əslində, gülünc günə qoyurlar. Qədim
Bakı təkcə Azərbaycanın deyil, dünyanın
memarlıq incisi ola bilərdi.
Qədim binalar su ilə
yuyulmalıdır
Qobustandakı
qayaüstü rəsmləri görəndə hər dəfə
ağlıma bir ideya gəlir: Yəqin şəhərin mərkəzində
olsaydı, indi bu abidələr də öz əzəmətini
saxlamaq əziyyəti ilə üzləşəcəkdi. Qədim
binaların, tarixi abidələrin əksəriyyətinin xarab
olmasına səbəb bayaq dediyim kimi, tikinti-təmir
prosedurudur. Çünki binaların qədimliyini qorumaq
üçün onları, sadəcə, xüsusi su ilə
yumaq lazımdır. Lakin biz Bakıda qədim tikililərin
laqonda ilə qaşınmasını tez-tez
görürük.
Bakının
tarixi abidələri ilə yaxından tanış olanda bəlli
olur ki, bu memarlıq inciləri ilə heç də
yaxşı rəftar etməyiblər. Bu, dəhşətdir.
Filarmoniyanı artıq neçənci dəfədir ki təmir
edirlər. Yazını hazırlayarkən bir neçə
ekspertlə əlaqə saxladım. Ekspertlərin rəyinə
görə, bərpa işləri qısa və uzunmüddətli
olur: "Tarixi binalarda bərpa işlərini 10 ildən bir
aparırlar. Əslində, tarixi abidələrin bərpası
üçün xüsusi inşaat materialları var ki, ancaq
ondan istifadə olunmalıdır? Bütün dünyada tarixi
abidələrin bərpası üzrə mütəxəssislər
hazırlayan xüsusi universitetlər, institutlar var. Bundan
başqa, müvafiq obyekt üçün dövlət sifarişini
qəbul edən xüsusi zavod var. Dünyanın qədim və
gözəl şəhərlərindən olan Varşava,
Krakov, Berlin, Frankfurt müharibə zamanı tamamilə
dağıdılmışdı, orada bir dənə də
olsun qədim tikili qalmamışdı. Lakin bu gün bu şəhərlərə
baxanda XII-XIII əsrin şəhərini görüruk. Çünki
bu şəhərlərdəki tarixi adidələri bərpa
edərkən məlum ölçülər, qanunlar gözlənmişdi.
Bərpa zamanı hər daşın üstünə nömrə
yazılır. Bərpa işləri qədimi qravüra və
akvarellərə əsaslanaraq aparılırdı. Bu işlərin
hamısını isə bu sahəyə aid olan mütəxəsislər
edir".
Yuyulma qaşınmadan ucuz başa gəlir
Amma
bizdə qədim binaların təmiri tamam başqa qayda ilə
aparılır. Bu sahədə heç bir bilgisi olmayan fəhlə
qüvvəsi ilə bu tarixi abidələri bərpa edirlər.
Elə tarixi abidələr var ki, onları xüsusi su ilə
yumaq lazımdır. Bizdə isə çəkici,
külüngü götürüb düşürlər qədim
abidənin üstünə, əvvəlcə
dağıdırlar, sonra da üstündən necə gəldi
rəngləyirlər.
Azərbaycan
Tarix Muzeyinin ətrafında və daxilində gedən təmir
işləri zamanı abidə ilə kobud rəftar diqqət
çəkdi. Çünki tarixi abidəni laqunda ilə təmizləmək
olmaz. Ekspertlərin fikirncə, belə abidəni 200 atmosfer
altında "yumşaq" su ilə yumaq gərəkdir:
"Bu suda turşu və qələvi olmamalıdır. Çünki
hər ikisi daşın duzunu yeyir ki, bu da eroziyaya səbəb
olur. Daşın duzu onun skafandrıdır. Onu ətraf
çirklənmədən saxlayır. Bu, həm də ucuz
başa gəlir. Rəhmətlik Hacı Zeynalabdin
Tağıyevin binasını başdan-ayağa laqunda ilə
təmizlədilər. Binada olan taxta məmulatlarını
qurddan qorumaq üçün xüsusi iynələrlə
dizinfeksiya etməliydilər. Ancaq bütün hallarda tarixi abidələr
təmir olunmamış onun vəziyyəti ilə
bağlı diaqnoz kağızı olmalıdır. Bir ilə
yaxın təmir olunacaq abidədə müayinə işləri
aparandan sonra ona diaqnoz kağızı verirlər". Bundan
başqa, ornamentlər var ki, onun bərpasını ancaq
ornament mütəxəssisi aparmalıdır. Bizim bu sahədə Lətif Kərimov kimi ornament ustamız var idi. O, bizə
zəngin bilik sandığı qoyub getdi. Bu gün
də bizdə ornamentləri bilən şəxslər var. Tarix
Muzeyində 1912-ci ildə
H.Tağıyevin Fransada
sifarişlə düzəltdirdiyi
qadın heykəli var idi. Deməli, heykəlin əlindəki çıraq bütün
girişi işıqlandırırdı.
Təmir
zamanı onu da salıb sındırdılar.
Qədim mədəniyyətə,
eyni zamanda qədim şəhər mədəniyyətinə sahib olduğumuzu
sübut edən
Arzu Abdulla
Mövqe.-2011.- 14 aprel.-S. 13.