"Gülarə
Əliyeva sağ olsaydı, mən bu günə
qalmazdım"
Redaksiyaya
zəng vurub müsahibə verəcəyini deyəndə
doğrusunu adını xatırlamadım. Amma qapıdan
içəri girəndə lap uşaqlıqdan həmişə
maraqla izlədiyim "Dan ulduzu" instrumental
ansamblının solisti Süleyman Zeynallını
tanıdım. Həmişə AzTV-dən eşitdiyim səsi
bu dəfə canlı dinlədim. Əlbəttə ki,
keçmişin acılı-şirinli xatirələrində
və musiqidə.
-
Sovetskidə Cəfər Cabbarlı adına 161 saylı orta məktəbi
bitirmişəm. Zeynəb Xanlarova, Nisə Qasımova,
Hüseynağa Hadıyev, Cabir Novruz, Zülfiyyə Xanbabayeva
da bu məktəbin yetirmələridir. Orta məktəbdə
oxuyanda incəsənət xadimi Əfsər Cavanşirovun
yaratdığı "Bənövşə" uşaq
xorunda çıxış ediridm. "Bənövşə"dən
sonra AzTV-yə gəldim. Bu kanalın keçirdiyi elə bir
dövlət tədbiri olmayıb ki, mən orada iştirak etməyim.
35 illik səhnə fəaliyyətimi korifey sənətkarlar -
Sara Qədimova, Tükəzban İsmayılova, Mahrux Muradovayla
birgə çalışmışıq, qastrollarda
olmuşuq. Bu üzdən çox xoşbəxtəm.
Yeri
gəlmişkən, bütün ailəmi sənətə
qurban verdim. Bəzən
bizim elə qastrollar olub ki, 1-2 ay çəkib, yoldaşım
iki uşaqla evdə tək qalıb. Uşaqların
bütün əziyyətini o çəkib. Bu qədər əziyyətə
dözməyib, xəstələnib cavan vaxtı rəhmətə
getdi. Ondan sonra iki uşağı mən tək
böyütdüm. Xalq artisti Nəriman Əzimov məni Səid
Rüstəmov adına xalq çalğı alətləri
ansamblına dəvət etdi.
O
zaman "Dan ulduzu"nda Azərbaycanın qaymaqları-
Şövkət Ələkbərova, Zeynəb Xanlarova,
İlhamə Quliyeva, Hüseynağa Hadıyev oxuyurdu. Amma bu gün bəzi
müğənni qadınlar çıxıb deyir ki, mən
Şövkət Ələkbərovanın yanında
olmuşam. Bu yalanla özlərini reklam edirlər. Yaraşmaz
qadına belə şeylər. Mənim haqqımda Tofiq
Quliyevin 1992-ci ildə "Baku" qəzetində "Ürəkdən
gələn səs" adlı bir məqaləsi
çıxmışdı. Mənə belə korifeylər
qiymət verib, bu, bəsimdir. Bu gün evim-eşiyim yoxdur,
maşınım yoxdur, amma sənətim var, xalqın mənə
sevgisi var, həmişə də olacaq.
- Siz daha
əlçatmaz,
daim tamaşaçıya
sirli görünən
korifeylərlə bir
yerdə olmusunuz. Bu, gerçəkdən, böyük səadətdir.
-
Onlar sənətçi idilər. Onlar qalmaqal etmirdilər,
yataqlarını açıb camaatın qabağına
tökmürdülər. Sənətləri var idi, sənətləri
ilə tanınırdılar, sevilirdilər.
-
Amma, nədənsə, bu gün o yatağını sərgiləyənlər
təkcə kütlənin deyil, rəhbər vəzifələrdə
çalışanalrın da sevgisini, diqqətini qazanır. İllərlə
evsiz qalan alimlər, yaradıcı adamlara deyil, villalları,
bağ evləri, 100 min manatlıq maşını olan bu
"ulduzlara" ev, xalq artisti kimi yüksək fəxri ad
verilir.
-
Heydər Əliyev əsl sənətçiləri
seçirdi. Indi də bu ənənə davam edir.
-
Amma bu gün əsl sənətçi olan siz bu diqqətdən
kənarda qalmısınız?
-
Gülarə Əıliyeva sağ olsaydı, mən diqqətdən
kənarda qalmazdım. Əbülfəs Qarayev mədəniyyət
naziri olandan sonra demişəm ki, Azərbaycanın da mədəniyyət
naziri var. Çünki ondan qabaqkıların
varlığını hiss etməmişəm. Mənim xalq
artisti fəxri adını almağım üçün
Dövlət Universitetinin rektoru Abel Məhərrəmov,
YAP-ın sədri Əli Əhmədov, Parlamentin spikeri Oqtay Əsədov
mədəniyyət nazirinə müraciət edib.
Onu
da deyim ki, 1978-ci ildə yarandığı gündən sona -
Polad Bülbüloğlu bağlayana qədər Dövlət
Konsert Birliyinin solisti olmuşam.
-
Azərbaycanda bir dönəm var idi, o dönəm, elə bil,
doğrudan da ulduz axını oldu. Ən yaxşı sənətçilərimiz
yetişdi, özünü göstərdi, sözünü
dedi. İndi isə üzdəniraq ulduzalrın axını
var. Söz yox, əsl sənətçi və sənət
indi də var. Amma gözəgörünməyən bir
qüvvə o sənəti şou-biznesin kölgəsində
boğmağa çalışır.
-
Hə, indi şou-biznes parıldayır. Deyir, at ölüb,
itlərin bayramıdır. At elə atdır- muraddır, it isə
itdir. Mən unudulmamışam, bu gün də varam,
çünki sənət ölmür. Mən əsl əjdahaların
zamanında yaşamışam. Amma, nədənsə,
axır vaxtlar İTV, ANS məni verilişlərinə
çağırmır.
-
Bəs AzTV-ının sizə münasibəti necədir?
-
AzTV-də musqi şöbəsinə Nadir Axundov rəhbərlik
edir. Onun da musiqidən başı çıxmır. Nadir
Axundov "bezdarnı" qaboyçalandır. O da mənim
çıxışıma imkan vermir. Get-gələ
salır, heç bir tədbirə çağırmır.
-
Səbəb nədir, bəlkə, yaşınızı bəhanə
edirlər?
-
Ramiz Mirişlinin dövründə həmişə AzTV-də
olmuşam. Nadir Axundov gələndən sonra mənə o
kanala çıxmaq yasaq olub. Onun kefi nə istəyir, onu da
edir. İşçiləri qanunsuz yerə işdən
çıxarır. Niyə bu gün Səfurə
İbrahimova kimi aktrisamız unudulub? Leyla Bədirbəyli də
belə təcrid olundu, hər şeydən sonra öldü.
-
Bizdə ulduzların axırı niyə belə sevgisiz, faciəli
sonluqla bitir?
-
Çünki bizdə sənətə qiymət verilmir. Mən
sözün düzünü deyənəm, lap Əli Mirəliyevdən
də betərəm.
-
Əli Mirəliyevi "Dan ulduzu"nda həmişə dinləmişəm.
Əla oxuyurdu. Amma o da unudulmuşdu. Sadəcə,
psixologiyasında bir az problem yarandıqdan sonra yada
düşdü. Söymək, qalmaqal yaratmaq sərf etdiyi
üçün bu gün şou-biznesin ulduzu oldu. Belə
çıxır ki, lətifəsi Əli Mirəliyevdən
uzaq bu telekanallara dəli gərəkdir?
-
Yox, deməzdim Əli böyük sənətçi, dəhşət
müğənni olub. Əli ortabab oxuyan olub. O, indi qalmaqalla gəldi
ortaya. Əli Zeynəb deyil, Rəşid deyil, Nisə deyil, sadəcə,
oxuyandır. Amma doğrudan da Əli indiki şou- biznesə
qalmaqalla gəldi. Məhəbbət Kazımov, Qədir Məmmədov,
Əli Mirəliyev, demək olar ki, hər gün Bakıda toylarda
oxuyurdular. Amma mən ayda, ildə bir dəfə oxumuşam
toyda. Çünki mən dövlət üçün
çalışmışam. Mirzə Babayev, Mobil Əhmədov
kimi ömrüm boyu maşınsız gəzmişəm. Amma
bu gün əsl ulduz mənəm. İndi özünə
"ulduzam" deyənlər heç kərtənkələ
də deyillər.
-
Deyirsiz, siz böyük meydanlarda oxuyanda, böyük sənətdə
olanda Zülfiyyə Xanbabayeva balaca uşaq idi və sizə
gül gətirirdi konsertlərinizdə. Amma o, sizdən sonra sənətə
gəlsə də, sizi ötüb keçdi, xalq artisidir,
özü də bütün günü telekanallardadır,
indi onu daha çox tanıyırlar.
-
Aygün də, Zülfiyə də məndən sonra gəldiər,
amma xalq artisti oldular. Çünki onlar qadındırlar, mən
kişiyəm. Faiq Ağayev də xalq artisti adı aldı.
Niyə görə onların xalq artisti adı olsun, mənim
olmasın? 35 il səhnədə olmuşam. İndi gözləyirəm
dövlət mənə xalq artisti adı, ev və Prezident təqaüdü
versin. Düz, 10 ildir iki uşağımla kirayədə
qalıram.
-
Bəs 10 il bundan qabaq eviniz var idi?
-
Maştağada evim var, amma işığını kəsiblər,
qazı da yoxdur. Orada yaşamaq mümkün deyil. İki
övladım oxuyub- işləsə də, onların
maaşıyla ev almaq çətin məsələdir. Ayda
120 manat pul alıram - 85 manat təqaüd, 35 manat əməkdar
artistə görə verirlər.
-
Prezidentin verdiyi evdə itini saxlayan müğənnilər
var. Siz isə 10 ildir kirayədə qalırsınız?
-
Məni ev almaq üçün gərək mədəniyət
naziri təqdim eləsin prezidentə. Çox gözlədim,
axır ötən gün prezidentin saytına müraciət
göndərdim.
-
Uşaqlarınızdan sizin yolunuzu gedən varmı?
-
Yox, heç vaxt uşaqlarımın mənim yolumu getməsinə
razı olmaram. Mənim kimi zirək adam bu sənətdə
baş çıxara bilmədisə, uşaqlarım neynəyəcəkdi?!
Qızım tibb işçisidir, oğlum da gömrükdə
işləyir.
-
Bu qədər korifey sənətçilərimizlə bir yerdə
olmusunuz, yəqin ki, maraqlı xatirələrlə dolusunuz, bəs
nə əcəb bir kitab yazmırsınız?
-
Nə mahnı yazıram, nə kitab. Mən çox səbrli
insanam, məni yandıran odur ki, mənim üzümə
qapısı bağlanan dövlət kanalına rəngbərəng
müğənniləri buraxırlar. Bilmirsən, bunlar
kişidir, ya qadın. Prezidentimiz siyasətlə məşğul
olur, başı qarışıqdır, telekanallarda baş
verən bu rüsvayçılıqla başqa adiyyəti
qurumların rəhbərləri məşğul
olmalıdırlar.
-
Axı xalq artisiti və ev verilərkən sənədləri
prezident imzalayır.
-
Bütün prezidentlər həmişə əla olub. Onlara ətrafındakılar
imkan verməyib işləməyə. Mənə imkan vermirlər
çıxım telekanallara səsimi prezidentə
çatdırım.
-
Bundan ötrü dövlət büdcəsindən maliyyələşən
ictimai televiziya var, siz oraya niyə müraciət etmirsiniz?
-
"Space" telekanalından çox razıyam. Mən sənətdə
olanda nə Aygün var idi, nə Tünzalə, nə də
Faiq. Tünzalə çıxıb camaatın
qarşısnda deyir ki, əlləri görmürəm.Yaxşı
oxu, əlləri də gör, alqış da eşit. Ərlərindən
boşanırlar, əməkdar artist adı alırlar. Nadir
Axundov dövlət kanalında saat yarım Tünzalənin
konsertini verir. Mən kişiyəm, Tünzalədən qəşəngəm.
Tünzalə Ağayevanın oxuduğu mahnıları nənəm
də oxuyar. İndikilərdən ancaq Azərini, Azər
Zeynallını və Könül Xasıyevanı dinləyirəm.
Bir də hərdən bir Brllianta qulaq asıram.
-
Yəni deyirsiniz Nadir Axundovun zövqü yoxdur?
-
Həmişə "Dan ulduzu" ansamblının rəhbəri,
rəhmətlik Gülarə Əliyeva Nadir Axundovdan giley
edirdi. Deyirdi ki, Nadiri bütün dünyanı gəzdirsəm
də, heç vaxt çalmağı bacarmadı.
-
Mütailə ilə aranız necədir?
-
Bəxtiyar Vahabzadəni, Süleyman Rüstəmi oxuyuram.
- Gənclərdən kimləri
oxuyursunuz?
-
Gəncləri oxumuram. Tanımıram da.
-
Gündəlik qəzetlərdən hansını oxuyursunuz?
-
Ancaq "Azərbayacan" qəzetini, çünki dövlət
qəzetidir.
- Xarici ədəbiyyatdan kimləri
oxuyursunuz?
-
Xaricilərdən yalnız birini oxumuşam. Amma adını
deməyə utanıram.
-
Söhbət ədəbiyyatdan gedir, buyurun.
- Xarici ədəbiyyatdan təkcə
"Dekameron"u oxumuşam.
Arzu
Abdulla
Mövqe.- 2011.- 15 aprel.- S.13.