Heydər Əliyev zirvəsi
O, bütün
dünyadan görünür
Birinci yazı
Mayın 10-u xalqımızın böyük oğlu, taleyi Azərbaycanın taleyi
ilə qoşa
yazılmış ümummilli liderimiz Heydər Əliyevin
doğum günüdür.
O dahi, müdrik,
Azərbaycan xalqı qarşısında misilsiz
xidmətləri olan böyük insan haqqında nə qədər söz
deyilsə, elmi araşdırmalar
aparılsa, cild-cild kitablar
yazılsa, yenə də azdır. Ümummilli
lider Heydər Əliyev
Azərbaycanın özüdür. Nə qədər ki, Heydər Əliyevin yoxdan var etdiyi,
qurub-yaratdığı Azərbaycan adlı bir
məmləkət var,
ümummilli liderimiz Heydər Əliyev də əbədi olacaq.
Böyük alman filosofu
Karleyl Tomas deyirdi ki, yer üzündə nə qədər
oğullar var ki, xalqlar onun şöhrəti arxasında
dayanıb. Belə oğullar var, lakin çox deyil. Allahın
Azərbaycan xalqına bəxş etdiyi belə oğullardan
biri də ümummilli lider Heydər Əliyev idi. Allah onu bu
xalqa nicat göndərmişdi. Heydər Əliyev məhz Azərbaycan
xalqı üçün doğuldu, yaşadı,
özünü bu millətə, bu xalqa, Azərbaycan adlı
bir məmləkətin bütün dünyada
tanıdılmasına həsr etdi. Eləcə də
dünyanı Azərbaycana tanıtdı. Gördüyü əməllər
nəticəsində Azərbaycan adlı bir dövlət
qurdu, yaratdı, onu əbədi, dönməz və
sarsılmaz etdi. Dünyanın ən böyük siyasi və
dövlət xadimlərindən biri olan Heydər Əliyev fəxr
edirdi ki, o, azərbaycanlıdır.
Tarixi şərait hər
bir xalqın inkişafının konkret şərtlərini və
mənbələrini təyin edərək rəngarəng və
çoxçalarlı milli inkişaf moddelləri yaradır. Bəzi
xalqların inkişafın geniş magistral yolu ilə irəliləməsi
zəngin təbii sərvətlər, digərlərinki
intellektual potensial və ya digər resurslar zəminində
formalaşan tərəqqi konsepsiyasına əsaslandığı
kimi, tarixdə elə xalqlar da vardır ki, onların yüksəlişi
milli liderin fəaliyyətinə istinad etmişdir. Etiraf etmək
lazımdır ki, milli inkişafı şərtləndirən
ən mühüm səbəblər arasında şəxsiyyət
amilinin həlledici rol oynadığını tarix dəfələrlə
sübuta yetirmişdir. Həyatda nəinki milli
inkişafı, habelə müxtəlif dövrlərin
sivilizasiyasını belə ayrı-ayrı zamanlarda
yaşamış dahi şəxsiyyətlərin həyat və
fəaliyyətindən kənarda təsəvvür etmək
qeyri-mümkündür. Zaman şəxsiyyəti
yetişdirdiyi kimi, dahi insanlar da tarixin baş qəhrəmanları
missiyasını yerinə yetirməli olurlar. Azərbaycanın
son onilliklər ərzində qazandığı uğurlar ulu
öndər Heydər Əliyevin həyat və fəaliyyəti
ilə birbaşa bağlıdır.
1969-cu ildə onun Azərbaycanın
rəhbəri seçilməsi, əslində,
çağdaş tariximizə ölkəmizin sürətli və
uzunmüddətli inkişafının əsasının
qoyulması kimi daxil olunmasıdır. Azərbaycanın Heydər
Əliyevin adı ilə bağlı olan sürətli
inkişafının bu günün özündə də
daha yüksək dinamika ilə davam etməsi 1969-cu ildən
başlayan yüksəliş strategiyasının böyük
zaman kəsiyini əhatə edən dövlətçilik
konsepsiyası funksiyasını yerinə yetirdiyini qətiyyətlə
təsdiq edir. Heydər Əliyev irsinə əsaslanan
davamlı inkişaf konsepsiyasını hər şeydən əvvəl
zəngin məzmuna və böyük təsir gücünə
malik olması fərqləndirir. Tam qətiyyətlə demək
olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
illər onun tarixinin ən intensiv inkişaf mərhələsi
kimi yadda qalmışdır. Bu mənada həmin dövrü
tariximizin sürətli və hərtərəfli yüksəliş
zolağı adlandırmaq bəlkə də daha dəqiq qiymətləndirmə
nümunəsi olardı. Məhz haqqında söhbət gedən
zaman kəsiyində Heydər Əliyev fenomeni Azərbaycanın
malik olduğu böyük intellektual və insani potensialı,
təbii resursları - bir sözlə, milli gücü
özündə cəmləyib ölkənin sürətli tərəqqisinin
qüdrətli amilinə çevrilmişdir.
Nəhəng şəxsiyyətlərin
üzərinə düşən tarixi missiya əksər
hallarda xronoloji çərçivələrə
sığmır və inkişafın sonrakı gedişinə
güclü təsir göstərmək parametrlərinə
malik olur. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq
lideri olduğu xalqın ictimai həyatının gələcək
inkişaf konsepsiyasını və strategiyasını müəyyən
etməklə onun sonrakı taleyinin də təyin edilməsi
məsuliyyətini tam mənada öz üzərinə
götürür. Sözügedən prizmadan yanaşdıqda
etiraf etmək lazım gəlir ki, ulu öndər Heydər Əliyevin
Azərbaycan tarixində rolu və xidmətləri təkcə
onun ölkəyə rəhbərlik etdiyi illər ərzində
həyata keçirdiyi nəhəngmiqyaslı layihələrdə
ifadə olunmuşdur. Düşünürəm ki, daha ədalətli
yanaşma o sayıla bilər ki, Heydər Əliyevin tarixi
missiyası dedikdə həm onun xalq qarşısında 30 ildən
yuxarı müddətdə göstərdiyi xidmətlər, həm
də Heydər Əliyevin ölkənin gələcək
inkişaf perspektivlərini və yolunu müəyyənləşdirən
zəngin irsi başa düşülmüş olsun.
Azərbaycanın
inkişaf konsepsiyasının Heydər Əliyevin adı və
qoyub getdiyi irslə birbaşa bağlılığını
əhatəli şəkildə qavramağın ən
etibarlı üsulu onun xalq qarşısında xidmətlərinə
nəzər salmaqdır. Lakin Heydər Əliyevin xalqa xidməti
anlayışı kifayət qədər tutumlu olduğundan təqdim
olunan məqalədə bizim qarşıya qoyduğumuz təhlilin
anlaşıqlı mahiyyət kəsb etməsi onu konkretləşdirməyi
tələb edir. Belə bir zərurətin yaranması habelə
Heydər Əliyevin xalqa xidmətinin kompleks xarakter
daşıması ilə əlaqədardır. Həyatın
elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin rəhbərliyi
illərində əhəmiyyətli inkişafa məruz
qalmasın. Həm də bu inkişaf sadəcə olaraq
prosesin adi axarının təzahürü formasında deyil,
bir qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişiklikləri
ilə müşayiət olunan sıçrayış
xarakterli yeniləşmə formasında özünü
bürüzə vermişdir. 1970-80-ci illərdə Azərbaycan
cəmiyyətinin həyatında baş verən sürətli
tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə
yeni mövcudluq halına keçməsi inkaredilməz
reallıqdır. Azərbaycanın ikinci dəfə yeni keyfiyyət
halına daxil olması da, artıq başqa siyasi reallıqlar
çəpçivəsində, 1993-cü ildə Heydər Əliyevin
ölkə rəhbərliyinə gəlməsi ilə
birbaşa əlaqədardır.
Deməli, Heydər Əliyevin
xidməti və tarixi missiyası sistemində özünü
bürüzə verən əsas cəhətlərdən biri
onun bir-birindən kəskin şəkildə fərqlənən
tarixi şəraitdə eyni uğurla Azərbaycanın
inkişafına nail olmasıdır. Həm də artıq qeyd
edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliliyişinin
xronoloji sistemindən qaynaqlanan adi inkişaf yox, keyfiyyət dəyişikliyinə
gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir.
Azərbaycanın
müasir inkişafının Heydər Əliyev irsindən
qaynaqlandığını inandırıcı şəkildə
sübuta yetirən ən mühüm cəhət bu
inkişafın bir yandan xalqın milli-mənəvi
potensialının və resusrlarının səfərbər
olunmasına istinad etməsində, digər yandan isə milli
özünüdərk mexanizminin tam mənasında işə
salınmasında özünü göstərir. 1970-80-ci illərdə
Azərbaycanın az müddətdə keçmiş
SSRİ-nin geridə qalmış əyalətindən
qabaqcıl respublikalarından birinə çevrilməsi
sözügedən davamlı inkişaf konsepsiyasının
praktikada sınaqdan çıxdığına əyani
misaldır.
Heydər Əliyev irsinə
əsaslanan inkişaf strategiyası 1993-cü ildə onun
hakimiyyətə qayıtmasından sonra daha əsaslı surətdə
praktikada tətbiq etdirilərək həqiqi mənada ölkənin
milli yüksəlişinin qüdrətli amilinə
çevrildi. 90-cı illərin əvvəllərinə xas
olan separatçılıq, etinik parçalanma meyllərinin
ölkənin varlığı üçün
yaratdığı real və ciddi təhlükə yalnız
Heydər Əliyevin Azərbaycanın rəhbəri olduqdan
sonra elan etdiyi və qətiyyətlə həyata
keçirdiyi azərbaycançılıq ideologiyası sayəsində
dəf olundu. Azərbaycançılıq milli birliyi və vətəndaş
həmrəyliyini qoruyub saxlayan, daha da möhkəmləndirən
səmərəli faktora çevrildi. Heydər Əliyev isə
bu faktoru uğurla hərəkətə gətirərək
özünü ölkənin mülli birliyinin qüdrətli
qarantı kimi təsdiq etdi.
Hamılıqla Heydər Əliyevin
tarixi xidmətləri sırasında birincilik palmasına layiq
görülən müstəqil Azərbaycan dövlətinin
qurulması ölkənin davamlı inkişaf
strategiyasının ana xəttini təşkil edir. Hər bir
azərbaycanlının, habelə Azərbaycanın müasir
tarixinə az-çox bələd olan hər kəsin etiraf edərək
yüksək qiymətləndirdiyi bu tarixi missiyanın həyata
keçirilməsinin yalnız ölkəmizin müstəqillik
dövrünə təsadüf etdiyini düşünmək
həqiqəti yarımçıq dəyərləndirmək
nümunəsi olardı. Şübhə yoxdur ki, birbaşa,
geniş, tammiqyaslı və dövlətçilik
anlayışını tamamlayan bütün atributları nəzərdə
tutan milli dövlət quruculuğu Azərbaycanın öz
müstəqilliyini bəyan etdikdən sonrakı tarixi mərhələnin
adına yazılmağa layiq fövqalədə hadisədir. Ancaq
siyasi prosesləri və reallıqlarımızın
bütün incəliklərini dəyərləndirərkən
etiraf etməliyik ki, müstəqil Azərbaycan dövləti
siyasi, iqtisadi, mənəvi və s. cəhətlərdən
heç də boş müstəvi üzərində
qurulmayıb. SSRİ-nin süqutu ilə dövlət müstəqililliyini
bəyan edərkən Azərbaycan haqlı olaraq
özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq
Cümhuriyyətinin varisi hesab etdiyi kimi, milli dövlət
quruculuğu prosesində də eyni haqla müstəqillikdən
əvvəlki dövrün xalqımıza miras qoyduğu
iqtisadi, mədəni, mənəvi potensialdan, habelə
dövlət idarəçiliyi ənənəsi və təsisatları
sistemindən faydalanmış və faydalanmaqda davam edir.
A.Sultanova
Mövqe.- 2011.-
29 aprel.- S. 4.