REGİONLARIMIZ: SALYAN
Tarixi
Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K.Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane" - yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb-rus lüğəti"nin müəllifi İ.Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K.Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K.Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir. O, sözünün sübutu üçün belə bayatını misal çəkir:
Əzizinəm sal yana,
Dara zülfün sal yana,
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.
Salyandan Ərdəbilə, Təbrizə,
Dərbəndə və
başqa şəhərlərə
balıq, kürü,
Babazənən dağı
yaxınlığından çıxarılan
neft və duz ixrac olunurdu. A.Bakıxanov göstərir ki,
1295-1304-cü illərdə Sultan Məhəmməd Qazan xan Arqun oğlu
tərəfindən 1295-ci ildə
Kür çayının
mənsəbində iki
qolu arasında Mahmudabad şəhəri salınmışdır. 1863-cü il kameral
siyahıya alınmada
aydın olur ki, Salyan şəhərində
1 292 ev 10 634 nəfər
sakin olmuşdur. Çar Rusiyası zamanında
1868-ci ilin fevralında
Bakı quberniyası daxilində Cavad qəzası yaradılanda
Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi
oldu. 1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur. XX əsrin əvvəllərində
Mirxalıq Abdullayev burada illik istehsal
gücü 3-4 min tona
çatan 3 pambıq təmizləmə məntəqəsi
tikdirmişdir. Bununla yanaşı
Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir.
Bu vaxt şəhərdə
bez istehsal edən 20 kiçik toxucu müəssisə,
200 dükan, 5 ticarət
bankı, 3 karvansara, gəmi körpüsü,
poçt stansiyası,
karantin gömrükxana,
11 mədrəsə, yeraltı
hamam və xəstəxana fəaliyyət
göstərmişdir. Bütün cənubi
Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-cü ildə Salyanda metroloji stansiya yaradılmışdır.
Xalq sənəti: xalçaçılıq, papaqçılıq,
daş üzərində
oyma, zərgərlik, ağac üzərində
oyma, dəmirçilik.
1973-cü ilə qədər indiki Neftçala rayonunun ərazisi də
(1939-1959-cu illər istisna
olmaqla) Salyan rayonuna aid olmuşdur.
Coğrafi mövqeyi
Bakıdan Salyan rayonunun mərkəzinədək məsafə
126 km-dir. Rayonun ərazisi
Kür-Araz ovalığında
Muğan və Cənub-Şərqi Şirvan
düzlərində yerləşir. Rayonda 16 yaşayış
məntəqəsi var.
Relyefi
Rayon Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Tirə
və təpəliklər
Babazanlı, Xıdırlı,
Bəndovan və s.
var. Ərazinin çox
hissəsi okean səviyyəsindən 28 metrə
qədər aşağıda
yerləşir. Neogen və
Antropogen çöküntüləri
yayılmışdır. Palçıq vulkanları
Qalmas, Xıdırlı,
Babazanlı və s . var. Rayonun
ərazisi neft və qaz yataqları
ilə zəngindir. Boz-qonur, boz-çəmən, çəmən-bataqlıq,
şoran torpaqlar yayılmışdır.
Təbiəti
Bitki örtüyü
yarım səhra və səhra tiplidir. Salyanda yerləşən
Şirvan milli parkında ceyran, qırmızıquyruq qumsiçanı,
kiçik Asiya qumsiçanı, gürzə,
kürən vağ, qaşqaldaq, kiçik qarabatdaq, böyük ağ vağ, ala ördək, yaşılbaş
ördək, anqut, fitçi cürə, dalğıc, marek, ağquyruq dəniz qartalı, qamışlıq
belibağlısı, ağquyruq
çökük burun,
cüllüt, qaratirinqa,
çəmən və
iri arıquşu,
imperator qartalı, bülbül,
bildirçin, kəklik,
dovdaq, durna, torağayı, leylək, Suriya ağacdələni,
qaratoyuq və s. heyvan və quş növləri vardır.
Düzənlik ərazilərində canavar
və çaqqala, Kür qırağı ərazilərdə isə
tülkü və vəhşi pişiklərə
rast gəlinir.
Kürsəngi və Kürovdağ dağlarında mağaralar,
Babazanlı dağında
isə müalicə əhəmiyyətli istisu
mövcuddur. Kür çayının sahilini Tuqay meşələri bəzəyir.
Bala Kür (Aqquşa) çayının sahili səhərlər duman qalxanda çox mənzərəli olur.
Dünyanın ən şor
bulağı Şır-Şır
da Salyandadır.
İqlimi
Yayı
çox quraq keçən mülayim-isti
iqlimi var. Orta temperatur qışda 8,5
°C, yayda isə 33,5
°C-dir. İllik yağıntı
250-400 mm-dir. İlin ən
soyuq günləri yanvarın axırlarında
(-1 °C, -5 °C), ən isti
günləri isə avqustun axırı və sentyabrın əvvəlinə (43 °C) təsadüf
edir. Salyanda qədimdən sentyabrın
isti günlərinə
"qora bişirən",
"ceyranı kölgəyə
qaçıran", "pambıq
istisi" və bu kimi başqa
adlar qoyulmuşdur.
İri yaşayış məntəqələri
Plastik yaşayış massivi, Stansiya yaşayış massivi, Babazanlı kəndi
Görkəmli şəxsləri
* Ağa Mirbağır Ağa Ağazadə -
1937-ci ilin repressiya qurbanı, böyük övliya, görkəmli
din xadimi;
* Əli bəy Hüseynzadə - böyük
Azərbaycan ədibi,
ədəbiyyat tənqidçisi
filosof, XX əsr türk-azərbaycan ictimai
fikrinin ən görkəmli nümayəndələrindən
biri;
* Xəlil Rza Ulutürk - şair, tərcüməçi, Azərbaycanın
xalq şairi;
* Həsən Məmmədov
- aktyor, Azərbaycanın
xalq artisti;
* Əliağa Kürçaylı
- şair, dramaturq, tərcüməçi;
* Məhərrəm Dadaşov
- Sovet İttifaqı Qəhrəmanı (1941-1945).
İqtisadi xarakteristikası
Rayonun kənd
təsərrüfatının əsasını pambıqçılıq,
taxılçılıq, tərəvəzçilik
və heyvandarlıq təşkil edir. Quru subtropik
meyvəçilik, bostançılıq
da mühüm kənd təsərrüfatı
sahələridir. Salyan rayonunda
plastik kütlə emalı, pambıqtəmizləmə
və kərpic istehsalı zavodları fəaliyyət göstərir.
Vaxtilə rayonda böyük balıqçılıq təsərrüfatları olub. Hazırda isə respublikada realizə olunan balıq məmulatlarının böyük bir hissəsi Salyanın payına düşür. Salyan rayonu ərazisində, Kür çayından ovlanan ağ balıq və nərə qeyri-adi dada və ləzzətə malikdir. Ümumiyyətlə, mütəxəssislərin və qurmanların yekdil rəyinə görə, Salyan rayonunda tutulan ağ balıq və nərə balığı dünyada ən dadlısı sayılır. Burada istehsal olunan qara kürü haqqında isə əfsanəyə çevrilmiş söhbətlər gəzməkdədir. Salyanda istehsal olunan qara kürü bütün dünyada ən baha satılan kürüdür.
Mədəniyyət, təhsil və
səhiyyə müəssisələri
Rayonda
"Qələbə" qəzeti fəaliyyət göstərir
(Təsisçilər-Salyan RİH və qəzetin jurnalist
kollektivi).
Ölkə əhəmiyyətli
abidələr
I
Babazanlı yaşayış yeri (e.ə. I minillik);
Marışlı
yaşayış yeri (XI-XV əsrlər);
Marışlı nekropolu (e.ə
II minillik);
Kürsəngi küp qəbirləri
nekropolu (e.ə II-III əsrlər);
Kürsəngi küp qəbirləri
nekropolu (e.ə II-III əsrlər);
Mahmudabad
yaşayış yeri
(I-III əsrlər);
Mahmudabad
küp qəbirləri
nekropolu (I-II əsrlər);
Noxudlu yaşayış
yeri (e.ə II minillik).
Yerli əhəmiyyətli abidələr
Salyan yaşayış yeri;
II Babazanlı yaşayış
yeri;
Qırxçıraq yaşayış
yeri;
Yuxarı
Xalac yaşayış
yeri;
Əndovan yaşayış yeri;
Xurşud
yaşayış yeri;
Xurşud
nekropolu;
Arbatan yaşayış yeri;
Şorsulu nekropolu;
Bəydili yaşayış yeri;
Qarabağlı yaşayış yeri.
Mətbəx
Salyan mətbəxi
öz koloritinə, zənginliyinə və dadına görə Azərbaycan kulinariyasında
mühüm yerlərdən
birini tutur. Salyanın yerləşdiyi
coğrafi ərazi və isti iqlimi
onun mətbəxinin formalaşmasında böyük
rol oynamışdır.
Belə ki, yay aylarının
isti günlərində
ən çox şor balıq və qatiqdan hazırlanmış ovduq deyilən içkiyə üstünlük verilir.
Salyan mətbəxinin
əsasını balıq
xörəkləri təşkil
edir. Ana Kürün və Xəzərin bol balıq məhsulları Salyanın
kulinariyasına inanılmaz
dərəcədə təsir
göstərmişdir.
Çətin 2-ci elə yer tapmaq
olar ki, orada balığı Salyandakı kimi dadlı və profesionallıqla bişirib
hazırlasınlar.
Azərbaycanın ən müxtəlif
guşələrindən, əsl
təndir balığını,
nərə kababını,baliq buğlamasını,
dolma balığını
dadmaq üçün
Salyana gəlirlər.
Balıq xörəkləri ilə
bərabər cücə
çığırtması, pomidor çığırtması,
narnumuru da xüsusi zövqlə hazırlanır.
Salyan təndir
çörəyi, Salyan
nabatı, araqnanə
(ovşala), külçə
də çox yerdə məhşurdur.
Mövqe.- 2011.- 18-19 avqust- S. 10.