REGİONLARIMIZ: SALYAN
Kürün
sahilində yerləşən bu rayonda Salyanda indi
qayğıların qızğın vaxtıdır.
Maldarlıq və əkinçiliklə məşğul olan
rayon sakinləri yaz-tarla işlərinə
başlamışlar. Elə rayon mərkəzində
qurumuş, əhali üçün təhlükə törədən
ağacların kəsilməsi, küçə və səkilərin
təmizlənərək rənglənməsi,
tikinti-abadlıq işlərinin sürətlənməsi bahar
nəfəsinə qarışmış yeni bir ahəngdir.
Ancaq təxminən bir il əvvəl Salyanda Kür
çayının yaratdığı çox gərgin anlar
hələ unudulmayıb. Rayon rəhbərliyi ilə camaatın
geçə-gündüz, əlbir çalışmaları
Kürü cilovlaya bilsə də Salyana xeyli ziyan dəymişdir.
Bir sıra sosial obyektlər, yaşayış binaları
çayın yaratdığı qurunt sulardan xeyli ziyan çəkmişlər.
Salyan şəhəri, Qaraşala qəsəbəsi,
Bəkirbəyli, Pambıq kənd, Kərimbəyli, Seydan,
Çuxanlı, Aşağı və Yuxarı Noxudlu və digər
kəndlərin təsərrüfatları qurunt suları
altında qalmışdır. Ümumi götürsək, 1736
hektar ərazi, 2000 ev təbii fəlakətin fəsadlarını
yaşamışdır. Ancaq bu fəlakətin nəticəsi
tezliklə də aradan qaldırılmışdır.
Ötən il noyabrın 1-də ölkə
Prezidenti İlham Əliyev cənabları ziyan çəkmiş
ailələr üçün inşa edilən 80 evin istifadəsi
üçün açılış mərasimində
iştiraka vaxt tapmışdır.
İlan vuran ala çatıdan qorxar
Bu doğrudan da belədir, çünki ifadə bu
yazıda məcazi mənada işlənsə də həqiqətən
2010-cu ilin yazında Salyanda yaşanan çox qorxulu anlar sakinlərin
hələ çox uzun illər yaddaşlarından silinməyəcək.
Həmin anların bir daha yaşanmaması üçün
respublika səviyyəsində aparılan işlər Salyanda
da uğurla həyata keçirilmişdir. Kürün Salyandan
keçən məsafəsi çox olduğu
üçün burada qayğılar, problemlər də
çox olmuşdur. Kürün sahilboyu bəndatma işlərində
müxtəlif texnikaların köməyi ilə yüz min
kubmetrlərlə torpaq daşımışdır.Təkcə
Qaraçala qəsəbəsi ərazisində 17 kilometr
uzunluğunda Kür sahilində bənd vurulmuşdur. Salyan şəhəri ilə bərabər
Kürün keçdiyi bütün kəndlərdə bəndatma
işləri bu gün də davam etdirilir. Çünki ötən
il bu dəli çayın yaratdığı çox qorxulu
anları salyanlılar qədər heç kim yaşaya bilməz.
Arxada qalan daha uğurlu bir il
Respublikamızın bütün bölgələrində
olduğu kimi Salyan rayonunda da Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı
fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
Dövlət Proqramı"
daxilində xeyli işlər görülmüşdür.
Nəticə xeyli uğurlu olmuşdur, ötən il
Salyanda məhsul buraxılışının həcmi
141 milyon 274 min manata yüksəlmişdir.
Ələt Astara
magistralında 22 kilometrlik
avtomobil yolu, gücü 220 meqabayt olan "Salyan" yarımstansiyası, tutumu
10 min 700 ton olan soyuducu
anbar tikintisi ötən ilin payına düşür.
Ölkə Prezidenti İlham Əliyev cənabları 2010-cu il aprelin 29-da bu obyektlərin açılışında iştirak
və çıxış
etməklə salyanlıların
sevincinə qoşulmuşdur.
Aqrar rayon olan Salyanda 60267 baş iribuynuzlu, 198694 baş xırdabuynuzlu mal-qara ötən il qeydə
alınmış real rəqəmdir.
Məhsulu bu il götürüləcək
16128 hektar taxıl əkini gərgin zəhmətin nəticəsidir.
Salyanda 331 metr uzunluğunda
qaz kəməri təmir edilmiş 340 ədəd məişət
sayğacı quraşdırılmışdır. Plastik yaşayış massivində imkansız ailələr üçün
Heydər Əliyev Fondu hesabına inşa edilmiş 1667 evin qazlaşdırılması
üçün 3755 metr
küçə, 8696 metr
daxili qaz xətti çəkilmişdir.
Rayonun 30
kəndinin mavi qazla təmini ötən ilin uğurudur.
Salyan rayonunun elektrik və su təsərrüfatında
da bir sıra
tələblərin həyata
keçirilməsi rayon sakinlərinin
sosial şəraitinə
hesablanmışdır.
Rayon infrastrukturunun zənginləşməsi nəticəsində
ötən il
927-si daimi olmaqla 2930 iş yeri açılmışdır.
Burada təhsilə və səhiyyəyə xüsusi diqqət var
Salyan rayon təhsilinin uğurları
haqqında danışmamaq
olmaz. Ona
görə ki, bu torpağın çox böyük ziyalıları - Əlövsət
Quliyev, Xəlil Rza Ulutürk, Həsən Məmmədov,
Əliağa Kürçaylı,
Qulu Əsgərov və digərləri bu torpağın övladlarıdır. Bu tendensiya bu gün
də davam etdirilir.
Təhsilə böyük diqqətin nəticəsidir ki, ötən il
340 nəfər abituriyent
respublikanın ali məktəblərinə daxil
olmuşdur.18 nəfər salyanlı
məzun isə qəbul imtahanlarında
600-dən yuxarı bal toplamışdır.
Ötən illərdə rayonda
13 məktəb, 33 sinif
otağının tikintisi
də təhsilə göstərilən diqqətdir.
Salyan tibb sahəsində
öz tarixi, öz yeri olan
rayonlarımızdandır. Hələ XVIII əsrdə Salyanda müxtəlif dərman preparatları
olan dükan-aptek fəaliyyət göstərmişdir. Bu
gün də həmin ənənə davam etdiyindən Salyan
rayon səhiyyəsinə ətraf rayonlardan müraciət edənlər
kifayət qədərdir. Rayon Mərkəzi Xəstəxanasının
yeni təmir edilmiş binası ən müasir
avadanlıqlarla təhciz edilmişdir. 6 kənddə həkim
məntəqəsi, 2 kəndə isə tibb məntəqəsi
inşa edilərək sakinlərin ixtiyarına verilmişdir.
Bir sıra tibb ocaqları əsaslı təmirdən sonra
müasir görkəmə salınmışdır.
Qaraçala qəsəbəsində
bir gün
Kifayət
qədər böyük olan bu qəsəbə özündə
Pambıqkənd, Bəşirbəyli, Çadırlı,
Mess, Arxarası yaşayış massivlərini-kəndləri
özündə birləşdirir. Əsas məşğuliyyəti
əkinçilik və maldarlıq olan bu qəsəbədə
1154 ev məskunlaşıb. 6650 hektar ərazisi olan Qaraçalada 2 tam orta məktəb, 2 əsas
orta məktəb, 2 uşaq bağçası fəaliyyət
göstərir. Heyvandarlıq və tərəvəz
məhsullarını hətta xaricə ixrac edən
"Hacı Camalxan" kəndli fermer təsərrüfatı
da , Cəmşid, Xalid İbrahimovların da tərəvəzçiliklə
məşğul olan təsərrüfatları burada fəaliyyət
göstərir. Bu isə eyni zamanda onlarla iş yeri deməkdir.
8029 nəfər əhalisi olan
Qaraçalanın 20 nəfərdən çox igidi Vətən
uğurunda şəhid olmuşdur.
Kür daşqınları bu qəsəbədən
də yan keçməyib. Buna görə də 6 ailəyə
yeni ev tikilib, 21 nəfərə isə maddi yardım
ayrılıb.
Salyan rayon İcra Hakimiyyəti
başçısının Qaraçala qəsəbə
üzrə nümayəndəsi Əliyoldaş Güləhməd
oğlu Hüseynovla söhbət maraqlı alındı:
- Düz yeddi ildi bu vəzifəni
daşıyıram. Bildiyin kimi ərazimiz xeyli
böyükdür. Kəndlərimiz də bir-birindən xeyli
aralıda yerləşir. Əvvəlki illərlə
müqayisədə son vaxtlar
dolanışığımız,
gün-güzaranımız xeyli yaxşılaşıb. Arada
Kür dəlilik eləməsə kefimiz lap yaxşı olar.
Camaatımız torpağa bağlı insanlardır, dövlətini,
dövlətçiliyini gözbəbəyi kimi
qorumağı da yaxşı bacarırlar. Rayonumuza yeni təyin
edilmiş Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Kərimov ən əvvəl yaz-tarla işlərindən,
şəhərdəki səliqə-səhmandan,
yaşıllıqdan başlayıb. Ancaq çox böyük
qlobal işlərimiz hələ qabaqdadır. Salyan şəhəri
yenidən qurulmalı, tikinti-abadlıq işləri daha da
sürətlənməlidir. Biz də ona kömək etməyə
həmişə hazırıq. Mənim deyəcəklərim
bu qədər.
...İş-güc olan yerdə isə
inkişaf, yeniləşmə qaçılmazdır. Təki istək və həvəs
olsun.
Mövqe.-
2011.- 18-19 avqust- S. 14.