Ağdaş müasir abad rayona çevrilib

 

İnkişafının keyfiyyətcə yeni mərhələsini yaşayan müstəqil Azərbaycanın regionlarında müşahidə olunan genişmiqyaslı quruculuq abadlıq tədbirləri bu gün Ağdaş rayonunun simasında özünü daha qabarıq göstərir. Böyük tikinti meydanını xatırladan, müasir şəhərlərə xas arxitektura əsasında abadlaşdırılan rayonda aparılan təmir yenidənqurma işləri ilk baxışdan diqqəti cəlb edir. Son illər Ağdaşda görülən işlər kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən tamamilə uzaq olub, rayonun uzun illərdən bəri həllini gözləyən problem qayğılarının kompleks həllinə hesablanıb.

Məlumat üçün bildirək ki, Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda Kür çayının sol sahilində yerləşir. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Oğuz rayonu ilə 6 km, Qəbələ rayonu ilə 10 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11,5 km məsafədə həmsərhəddir. Rayonun ərazisindən Türyan çayı, cənub-qərb sərhəddi boyu Kür çayı axır. Yuxarı Şirvan kanalı Ağdaş rayonu ərazisindən keçir. Rayonda əsasən boz çəmən torpaqları yayılıb, ərazisinin cənubunda şoran torpaqlar var.

Əkin altında olan sahələrin relyefi hamar düzənliklər olub, xırda çökəkliklərdən ibarətdir. Bitkiləri əsasən çöl yarımsəhra tiplidir. Kür çayı sahilində Tuqay meşələri, Türyançayı hissəsində isə Türyançay Dövlət Qoruğu yerləşir. Rayon şose, dəmir yolu digər kommunikasiya xətlərinin üstündə yerləşir. Rayon ərazisindən Bakı-Qazax avtomobil yolu, Bakı-Tbilisi dəmir yolu, Bakı-Supsa, Bakı-Ceyhan, Qaradağ-Ağstafa neft-qaz kəmərləri, Mingəçevir-Bakı elektrik ötürücü xətti keçir.

Zəngin flora faunaya malik olan Ağdaş ərazisində 800-ə qədər bitki növü vardır. Ərazisinin 10 faizdən artıq hissəsi Kür çayı boyunca yerləşən tuqay meşələri ilə örtülüb. XVI əsrdən başlayaraq, rus tacirlərinin burada istehsal olunan baramanın Şamaxıda emal edilməklə, Avropanın qabaqcıl toxuculuq mərkəzlərinə daşıması barədə tarixi mənbələrdə kifayət qədər məlumatlara rast gəlinir. Ağdaş rayonu ərazisindəki torpaq səthinin əsasən düzənlik tipli, torpaqların boz-çəmən forması, mülayim iqlim şəraitinin olması, eyni zamanda rayonun Kür çayının sol sahilində yerləşməsi, bol sulu olması ilə mütəxəssislərin diqqətindən yayınmayıb. 20-ci əsrin əvvəllərindən başlayaraq burada iqtisadiyyatın əsasını təşkil edən pambıqçılıq sürətlə inkişaf etməyə başlayıb. Sonralar Yuxarı Şirvan kanalının, 1958-ci ildə Türyançay üzərində su qovşağının tikilməsi, Kürqırağı ərazilərdəki təsərrüfatların mexaniki suvarma sistemləri ilə təminatı rayonda pambıqçılıqla bərabər digər sahələrin, xüsusilə tərəvəzçilik, meyvəçilik heyvandarlığın inkişafına güclü təkan verib.

Ağdaş texniki bitkilərin, o cümlədən pambığın becərilməsində özünəməxsus ənənələri olan bölgələrdən biri olub. Sövet dönəminin ən çətin vaxtlarında 2 nəfər sıravi ağdaşlı pambıqçı - Zeynəb Qəmbərova anası Xəlilovanın Sosialist Əməyi Qəhrəmanı kimi ən yüksək fəxri ada layiq görülüb.

1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dönəmlərində Ağdaşın iqtisadiyyatı sürətlə inkişaf edib, onlarla sənaye obyektləri, nəhəng heyvandarlıq kompleksləri, emal müəssisələri işə düşüb. Rayon ərazisində yüzlərlə kilometr yola asfalt örtük döşənib, onlarla müasir tipli təhsil, səhiyyə mədəniyyət ocaqları, faraş tərəvəz istehsal edən istixana kombinatı, yeni yaşayış binaları, fərdi evlər tikilib. Rayon mərkəzi, qəsəbə kəndlərin işıq, qaz su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunub.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ağdaş rayonu öz inkişafının mühüm mərhələsinə qədəm qoyub. Ölkə prezidentinin sərəncamları ilə medallar fəxri adlarla təltif olunan ağdaşlıların sayı hazırda 27 nəfərdir.

Rayon iqtisadiyyatını əsasən sənaye kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. 2010-cu ildə rayonda 185 milyon 437 min manatlıq ümumi məhsul istehsal olunub onun da 52,3 faizini ya 97 milyon 525 manatını kənd təsərrüfatı məhsulları, 6 milyon 129 min manatını ya 3,3 faizini sənaye məhsulları istehsalının payına düşür. 2010-cu il ərzində rayonun ümumi məhsul istehsalının tərkibində tikinti-quraşdırma işlərinin həcmi 37 milyon 472 min manat ya 20,2 faiz, nəqliyyat xidmətinin həcmi 3 milyon 84 min manat ya 2,0 faiz, ticarət xidmətlərinin həcmi 40 milyon 322 min manat ya 21,7 faiz olub.

2010-cu ildə 2003-cü ilə nisbətən rayonda ümumi məhsul istehsalı 4.2 dəfə, sənaye məhsulu istehsalı 3,3 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 3.1 dəfə artıb, tikinti-quraşdırma işlərinin həcmi 14.4 dəfə çoxalıb. Bu dövrdə əhalinin gəlirləri 10.7 dəfə yüksəlmiş, rayon büdcəsinin məxaric hissəsi 5.0 dəfə artıb. Rayonda sənaye məhsulu istehsalı ilə məşğul olan hüquqi fiziki şəxslər tərəfindən elektrik enerjisi, qaz, su, istilik enerjisinin emalı ilə yanaşı, çörək, çörək-bulka, müxtəlif şirniyyatlar, sərinləşdirici içkilər, meyvə şirəsi, şokolad, karamel, qatılaşdırılmış süd, dondurma, mebel, kərpic, qum-çınqıl sair istehsal olunur. Hazırda rayonda sənaye üsulu ilə meyvə qurusu istehsalı sahəsinin yaradılması üçün tədbirlər görülür.

Hazırda rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə fasiləsiz təmin olunur. Elektrik verilişi xətlərinin ümumi uzunluğu 1783 poqon km, transformatorların ümumi sayı isə 277-dir. Rayon ərazisində 4 elektrik yarımstansiyası var hazırda rayonun Kükəl kəndi ərazisində daha bir 220/110 kv-luq 2x125 MVA gücündə elektrik yarımstansiyasının tikintisi davam edir. Rayonun 75 yaşayış məntəqəsindən 34-ü təbii qaz yanacağı ilə təmin olunur. Hazırda 5 kənddə yaşayış məntəqəsinin qazlaşdırılması üçün tikinti-quraşdırma işləri görülür. Rayonda 3 kənddə su təmizləyici qurğu quraşdırılıb, 24 kənddə artezian quyusunun suyundan istifadə olunur. Ağdaş şəhərinin su xəttinin uzunluğu 57,2 km, kanalizasiya xəttinin uzunluğu isə 18 km-dir. Azərbaycan hökumətinin Asiya İnkişaf Bankının vəsaiti hesabına şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsinə 2008-ci ildə başlanılıb. Layihə çərçivəsində suqəbuledici qurğu, nasos stansiyası, su anbarları xlorator qurğusunun tikintisi, şəbəkəyədək olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə su kanal idarəsi üçün yeni inzibati binanın istehsal bazasının tikintisi başa çatıb. Layihənin ikinci mərhələsi üzrə su qəbuledici qurğuların tikintisinin tam başa çatdırılması, su təchizatı kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri görülməlidir.

Rayonun 27 yaşayış məntəqəsi tam telefonlaşdırılıb. Hazırda 6 kəndin telefonlaşdırılması üçün tədbirlər görülür. 2010-cu ildə bütün ATS-lərin elektron ATS- əvəz edilməsi prosesi başa çatıb. Rayon ərazisindən Bakı-Tbilisi dəmiryolu, Bakı-Supsa, Bakı-Ceyhan, Qaradağ-Ağstafa boru kəmərləri, Mingəçevir-Bakı elektrik ötürücü xətti keçir. Bakı-Tbilisi dəmir yolunun keçdiyi ərazidə yerləşən Ləki qəsəbəsində dəmir yolu stansiyası var.

Hazırda Ağdaş şəhər Ləki qəsəbəsini birləşdirən 10.0 km-lik yola asfalt vurulur. Rayon ərazisindən Bakı-Şamaxı-Qazax Bakı-Kürdəmir-Qazax magistral avtomobil yolları keçir. Bakı-Kürdəmir-Qazax magistral avtomobil yolunun yenidən qurulması başa çatıb. Bakı-Şamaxı-Qazax magistral avtomobil yolunun yenidən qurulması işləri hazırda davam edir.

Ağdaş ötən 7-8 ildə əsaslı nəzərəçarpacaq dərəcədə inkişaf edib. Rayon rəhbərliyi görülən işlərlə yaxından maraqlanır, zəruri tapşırıq tövsiyələrini verir. Rayonla ilkin tanışlıq zamanı bir daha əmin oluruq ki, bu, əslində, hər işə ciddi tələbkarlıqla, məsuliyyətlə, kreativliklə yanaşan rayon rəhbərliyinin gündəlik rejimidir.

Məhz bu sistemli ardıcıl fəaliyyətin məntiqi nəticəsi kimi son illərdə bir sıra yeni obyektlərin istifadəyə verilib. Ümumi sahəsi 7 hektar olan "Heydər parkı" 1974-cü ildə ümummilli liderin tapşırıq tövsiyəsinə əsasən salınıb. Parkda müasirlik tarixiliyi özündə əks etdirən Heydər Əliyev abidə-kompleksi yaradılıb. 200 metr uzunluğunda olan bu kompleksin mərkəzində ulu öndərin abidəsi ucaldılıb. Abidənin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının heykəltaraşlıq kafedrasının müdiri, dosent, heykəltaraş Azad Zeynalovdur. Kompleks boyunca bir-birini əvəz edən mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq elementləri bəzəyir. Meydanda hündürlüyü 30 metr olan dövlət bayrağı ucaldılıb, biri musiqili olmaqla, müasir dizayn elementləri ilə bəzədilmiş 2 fəvvarə istifadəyə verilib. Kompleksdə tikinti yenidən qurma işləri başa çatdırılıb, obyekt tam istifadəyə verilib.

(ardı var)

 

Tərlan Nəsirli Bakı-Ağdaş-Bakı

 

Mövqe.- 2011.-1 dekabr.- S. 10.