AFFA-nın fəaliyyətini normal sayıram

 

  AFFA-nın prezidenti Rövnəq Abdullayevin Affa.az saytına müsahibəsi.

- İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar barədə fikirlərinizi bilmək istərdik...

- Bir neçə məsələ müzakirə olundu. Əsas məsələlərdən biri milli komandanın baş məşqçisinin müzakirəsi idi. İcraiyyə Komitəsinin bütün üzvləri baş məşqçi Berti Foqtsun müqaviləsinin artırılması fikrini bəyəndilər. Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılması barədə qərar qəbul etdik. Bu qərarın düzgün olduğuna dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram.

- "Şəfa" stadionunun "İnter" klubuna satılması məsələsinə münasibətiniz necədir?

- Bildiyiniz kimi, bir neçə il əvvəl "Şəfa" stadionu "İnter" Peşəkar İdman Klubuna icarəyə verilmişdi klub tərəfindən bu stadionun yenidən qurulması üçün xeyli görülüb, sərmayə yatırılıb. Mövcud müqaviləyə görə, klub stadionu tərk edəcəyi halda, AFFA sərf olunan sərmayəni kluba qaytarmalı idi. "İnter" klubu "Şəfa" stadionunu almaq istəyi ilə bağlı bizə müraciət etdi qərara gəldik ki, stadionu bazar qiymətlərinə uyğun olaraq kluba sataq. Bu halda, klub sərmayəni artıq özünə məxsus olan stadiona yatıracaq. "Şəfa"nın satışından əldə olunan vəsait isə AFFA tərəfindən inşa olunan digər stadionlara sərf olunacaq. Bildiyiniz kimi, hazırda 8-ci kilometr Bayıl qəsəbələrində AFFA tərəfindən stadionların tikintisi davam etdirilir.

- Artıq 2011-ci il yekunlaşmaq üzrədir. Başa çatmaqda olan il ərzində AFFA-nın fəaliyyətini necə qiymətləndirirsiniz?

- AFFA-nın fəaliyyətini normal sayıram. Ən sevindirici hal uşaq futbolunda əldə etdiyimiz uğurlardır. Çünki uşaq futbolunun inkişafı, ümumilikdə futbolun inkişafına böyük təsir göstərir. Futbolun kütləviliyinin artırılması istiqamətində xeyli görülüb. 4 il əvvəl ölkədə futbolla məşğul olanların sayı 1000 nəfərdən artıq deyildisə, hazırda AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçənlərin sayı 20 min nəfərdən artıqdır. Vacib məsələlərdən biri uşaqların kiçik yaşda futbola cəlb edilməsidir. Bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik. Orta məktəblərdə futbol dərsləri keçirilir, həmçinin məktəb şagirdləri arasında turnirlər təşkil olunur. Gələcəkdə klublarımızda milli komandada çıxış edəcək futbolçu nəslinin yetişməsində qeyd etdiyim turnirlər əhəmiyyətli rol oynayacaq.

- Futbolun inkişafında vacib yerlərdən birini infrastrukturun müasir tələblərə uyğun şəkildə qurulmasıdır. Bununla bağlı hansı işlər görülür?

- Təkcə Bakı şəhərində deyil, eyni zamanda respublikamızın müxtəlif bölgələrində infrastrukturun inkişaf etdirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, bir müddət öncə prezident cənab İlham Əliyevin iştirakı ilə Ağsu şəhər stadionunun açılış mərasimi oldu. Ağsu rayon İcra Hakimiyyəti ilə apardığımız danışıqlara uyğun olaraq, 2012-ci ildən etibarən I divizionda "Ağsu" komandası çıxış etməyə başlayacaq. Bundan əlavə, Sumqayıt şəhərində stadionun yenidən qurulması ilə bağlı layihə hazırlanıb. Müasir tələblərə uyğun, 15 min azarkeş tutumuna malik, tribunaların üstü bağlı olan stadionun inşasını planlaşdırırıq. Daha dəqiq desək, bu, Sumqayıt şəhər stadionunun yenidən qurulması yox, yeni stadionun tikilməsi olacaq. Eyni zamanda, Gəncə stadionunun yenidən inşa olunması ilə bağlı layihələr hazırlanır. Eləcə Bakıda müxtəlif regionlarda süni örtüklü meydançaların quraşdırılması layihəsi davam etdirilir. Həmin meydançalardan uşaqlar təmənnasız şəkildə istifadə edə bilirlər.

 

- 2012-ci ildə Azərbaycanda FİFA U-17 qadınlararası dünya çempionatı keçiriləcək bu, qeyd olunan yaş qrupuna aid qadın komandaları arasında Avropada ilk dünya çempionatı olacaq. Çempionata hazırlıq işləri necə gedir?

- Sözsüz ki, dünya çempionatının təşkil olunması çox məsuliyyətli işdir bu turnirin Azərbaycanda keçirilməsi bizim qələbəmizdir. Bildiyiniz kimi, Azərbaycanda qadın futbolunun inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirilir. 17 yaşadək qızlardan ibarət yığmamız müxtəlif turnirlərdə iştirak edir, beynəlxalq yoldaşlıq oyunlarında gücünü sınayır. Həmçinin 15 17 yaşadək qızlardan təşkil olunmuş komandalar arasında ölkə çempionatı keçirilir. Dünya çempionatının təşkili ölkəmizin beynəlxalq aləmdə təbliğatının aparılmasında xüsusi rol oynayacaq. Qeyd etdiyiniz kimi, bu, 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropada keçiriləcək ilk dünya çempionatı olacaq. Ölkəmizə müxtəlif qitələri təmsil edən 15 komanda gələcək. Hazırda bizdə olan məlumata görə, çempionatın oyunları 120 televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycanda idmanın bütün növlərinə dövlət səviyyəsində xüsusi diqqət qayğı göstərilir. İndiyə qədər ölkəmizdə müxtəlif idman növləri üzrə böyük turnirlər keçirilib. İnanıram ki, FİFA U-17 qadınlararası dünya çempionatı da yüksək səviyyədə təşkil olunacaq bu turnir ölkəmizin təkcə futbol sahəsində deyil, ümumiyyətlə, beynəlxalq aləmdə daha da tanınmasında müstəsna rol oynayacaq.

- Gələcəkdə AFFA tərəfindən daha böyük turnirlərə ev sahibliyi etmək planlaşdırılırmı?

- Hazırda 65 min azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun inşası, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun əsaslı təmir işləri davam edir. Bu stadionlar hazır olduqdan sonra AFFA böyük turnirlərin oyunların ev sahibliyi hüququnu əldə etməyə çalışacaq.

 

Samir

 

Mövqe.- 2011.- 3 dekabr.- S. 15.