Ağdaşda kənd təsərrüfatının
inkişafına xüsusi diqqət yetirilir
Ölkə
rəhbərliyinin diqqət və qayğısı son illərdə Ağdaşda
hələ sovetlər birliyi
dövründən "miras
qalmış" bəzi problemlərin həllinə geniş imkanlar
açıb. Xüsusən də regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları çərçivəsində həyata
keçirilən kompleks tədbirlər
Ağdaşı müasir və abad şəhərə çevirib.
Sistemli şəkildə, yüksək
zövqlə gerçəkləşdirilən
abadlaşdırma, tikinti, quruculuq
tədbirləri bütövlükdə rayonun
görkəmini dəyişib. Görülən işlər uzun illər doğma
rayonlarını abad və müasir görmək istəyən sadə
ağdaşlıların da ürəyincədir.
2004-2008-ci
illəri əhatə edən I regional inkişaf proqramı
çərçivəsində rayonda əsaslı
infrastruktur layihələri həyata keçirilib, vətəndaşları
qayğılandıran problemlərin həlli istiqamətində
əsaslı tədbirlər görülüb. Bu müddətdə
bir sıra dövlət qurumları üçün ən müasir
standartlara cavab verən
inzibati obyektlərin inşası və
yenidənqurulması istiqamətində də mühüm
işlər görülüb. Dövlət
Proqramı çərçivəsində Ağdaş
Əhalinin Sosial Müdafiəsi Mərkəzinin
inzibati binasının əsaslı təmiri
başa çatıb. Dövlət Sosial Müdafiə Fondunun
rayon şöbəsinin yeni
inzibatı binası və 9 saylı Ərazi Vergilər
İdarəsinin vergi ödəyicilərinə
yeni xidmət terminalı tikilərək
istifadəyə verilib.
Ağdaş
kənd təsərrüfatı rayonu olduğundan ötən
illərdə bu sahədə də genişmiqyaslı tədbirlər
həyata keçirilib. Rayonda
kənd təsərrüfatı məhsulları
istehsalının artımını təmin etmək üçün ardıcıl tədbirlər
görülüb. 2008-ci ilin
məhsulu üçün əkilmiş
13812 hektar payızlıq taxıl əkini
sahələrinə aqrotexniki qulluq göstərilib, taxılın tez və itkisiz
yığımı üçün
mövcud olan kombaynlar biçinə hazır vəziyyətə
gətirilib və həmin sahələrdən cəmi 43,3 min ton taxıl istehsal olunub.
Ümumiyyətlə,
rayonda ötən dövr ərzində bitkiçilik məhsulları
istehsalının inkişaf etdirilməsi sahəsində həyata
keçirilmiş tədbirlər nəticəsində
2003-cü ilə nisbətən 2008-ci ildə taxıl
istehsalı 15964 ton artaraq 43347 ton, kartof istehsalı 3388 ton
artaraq 9985 ton, tərəvəz istehsalı 15339 ton artaraq 54142
ton, bostan məhsulları istehsalı 5613 ton artaraq 21233 ton,
meyvə və giləmeyvə 5067 ton artaraq 19150 ton,
üzüm istehsalı 1727 ton artaraq, 2396 ton olub. Taxıl məhsulları
istehsalının artırılması üçün
rayonda 7 yeni toxumçuluq təsərrüfatı
yaradılıb. Hazırda 2009-cu ilin məhsulu
üçün 15528 hektar
sahədə taxıl əkilib.
"Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 yanvar
2007-ci il tarixli sərəncamına uyğun olaraq cəmi 15065
nəfər istehsalçıya 2170,3 min manat dövlət
yardımının verilməsi təmin olunub. Fərmana
uyğun olaraq 2008-ci
ildə 649 hektar sahədə əkilmiş
çəltik və 10256 hektar sahədə
əkilmiş buğda üçün
2468 nəfər istehsalçıya 436.2 min
manat həcmində dövlət
yardımının verilməsi məqsədilə müvafiq sənədlər hazırlanaraq təqdim
edilib. Bitkiçilik
məhsulları istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli
qiymətlərlə 529 ton gübrə
satılıb.
Rayonda
heyvandarlıq məhsulları istehsalının
artırılması üçün əhalidə olan
mal-qaraya baytarlıq xidmətlərinin göstərilməsi,
vaksinləşmə işlərinin aparılması da
2004-2008-ci illərdə xüsusi diqqət mərkəzində
saxlanılıb. 2003-cü ilə nisbətən
2008-ci ildə iri buynuzlu
mal-qaranın sayı 17061 baş artaraq 72068 baş,
xırda buynuzlu mal-qaranın sayı isə
17698 baş artaraq
87428 baş olub. Son beş ildə ət
istehsalı (kəsilmiş çəkidə) 2226 ton, süd istehsalı 9807
ton, yun istehsalı
34,6 ton, yumurta
istehsalı isə 4 milyon 88 min ədəd çoxalıb. Rayonda
7 yeni süni
mayalandırma məntəqəsi yaradılıb.
2005-ci ildən
rayonda şəkər çuğunduru istehsalına başlanılıb.
Şirvan Kollektorlar İdarəsi və Ucar Meliorasiya İdarəsi
ilə birlikdə rayonun Abad,
Yuxarı Nemətabad, Xosrov, Binələr,
Dovutlu, Qəribli, Yenicə və Kükəl
kəndlərində mövcud
kollektorların və şirə kanallarının lildən təmizlənməsi
layihələşdirilib. Hesabat dövrü ərzində 50 min
ədəd tut tingi,
35 min ədəddən çox
şam ağacları əkilərək
müxtəlif ərazilərdə yaşıllıq
zolaqları salınıb.
Bakı
şəhərində təşkil edilmiş kənd təsərrüfatı
məhsullarının satışı yarmarkalarına 683
tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları
göndərilib. 2005-ci
ildə "Aqrolizinq" ASC-nin
əmri ilə rayonda "Aqrotexservis"
yaradılıb. Hazırda həmin "Aqrotexservis"in 8 ədəd şum traktoru, 8 ədəd taxılbiçən
kombaynı və 19 ədəd müxtəlif aqreqat
və qurğusu vasitəsilə aqrar sektora xidmət
göstərilir. Rayonda fiziki
şəxslər tərəfindən 5 kiçik
aqrotexservis yaradılıb.
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramına uyğun olaraq rayonda olan tikinti
materiallarının yataqları müəyyənləşdirilib.
Rayonda sənaye ehtiyatı 1500 min kub metr olan Kükəl gil
yatağı, sənaye ehtiyatı 2197 min kubmetr olan Xaldan gil
yatağı, sənaye ehtiyatı 10957 min kubmetr olan
Türyançay qum-çınqıl yatağı
mövcuddur.
Ötən
dövr ərzində Kükəl Kərpic istehsalı
zavodunda yeni texnologiya tətbiq olunaraq istehsal fəaliyyəti bərpa
edilib, müasir avadanlıqlar quraşdırılıb,
istehsal gücü artırılıb. İki
yeni qum-çınqıl karxanası və
iki yeni kərpic istehsal edən sahə yaradılıb. Plastik materiallardan
qapı-pəncərə istehsal edən üç yeni müəssisə
yaradılıb. Rayonda iki
yeni nar şirəsi
istehsalı sahəsi və "Ərəş" sərinləşdirici
sular istehsalı müəssisəsi
yaradılıb.
2004-cü
ildə tikiş və trikotaj məhsulları istehsalı
üçün yaradılmış müəssisəyə əlavə
olaraq 2,5 min kvadratmetr istehsal sahəsi olan 3 mərtəbəli
bina ayrılıb və həmin binada hazırda təmir və
yenidənqurma işləri davam etdirilir. Rayonda sənayenin
inkişafı sahəsində həyata keçirilmiş
tədbirlər nəticəsində 2003-cü ilə nisbətən
2008-ci ildə sənaye məhsulu istehsalı 3,1 dəfə və
ya 6011.0 min manat artıb.
Rayonda əhaliyə
göstərilən bank xidmətlərinin
yaxşılaşdırılması üçün ötən
dövr ərzində "Azəriqazbank"ın, "Dəmiryolbank"ın
filialları və "FİNCA" kredit təşkilatının
mərkəzi yaradılıb. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının həyata
keçirilməsi nəticəsində 2003-2008-ci illərdə
rayonda 10907 iş yeri yaradılıb və onun
da 3873-ü daimi iş yeridir.
Yaradılmış daimi iş
yerlərinin 3792-si yeni
yaradılmış müəssisə, təşkilat və
xidmət obyektlərinin, 81-i isə mövcud
müəssisələrin payına düşür.
Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrası da rayon rəhbərliyinin xüsusi diqqət mərkəzindədir.
Ötən
dövr ərzində Dövlət
Proqramında nəzərdə tutulmuş
tədbirlərin icrası nəzarətdə
saxlanılıb, bu sahədə görülmüş işlər
hər rüb geniş
təhlil olunub. Dövlət Proqramı
üzrə Ağdaş rayonunda
16 tədbirin icrası nəzərdə tutulub.
Həmin tədbirlərdən
pambıqçılıq, taxılçılıq və
heyvandarlığın inkişafının dəstəklənməsinin
davam etdirilməsi üzrə ötən dövrdə rayonda
aqrar sektorun inkişafı sahəsində müəyyən
işlər görülüb. Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamı
əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli, 32 saylı qərarı
ilə təsdiq edilmiş "Kənd təsərrüfatı
məhsullarının
istehsalçılarına əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq
və motor yağlarına görə
dövlət büdcəsinin vəsaiti hesabına yardım
verilməsi Qaydaları"na və "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər
tərəfindən kənd təsərrüfatı
məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə
satılması Qaydaları"na uyğun
olaraq 2009-cu ildə 8429 kənd təsərrüfatı
istehsalçısına 1945741 manat, 2010-cu
ildə 8134 kənd təsərrüfatı
istehsalçısına 1815986 manat,
2011-ci ildə 7722 kənd təsərrüfatı
istehsalçısına 1808253 manat
yardım edilib.
Rayonun Ərəbocaq
kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin
və 80 başlıq at yetişdirmə məntəqəsinin
tikintisinə başlanılıb. Rayonda
"Aqrotexservis"ə yeni inzibati bina və baza tikilərək istifadəyə verilib, 8 ədəd SK-5 ME-1 kombaynı
alınıb. Rayonda istehsal olunan
meyvələrin emalı üçün
hazırda meyvə qurusu istehsalı sahəsi
yaradılır. Ötən dövr ərzində
Sahibkarlığa Kömək Milli Fondu hesabına 47 sahibkara
662 min manat məbləğində
kredit verilib. 2008-ci illə
müqayisədə 2010-cu ildə ümumi
məhsul buraxılışı 15 faiz artaraq 185436800 manat, kənd
təsərrüfatı məhsullarının həcmi isə
12.7 faiz artaraq 97525000 manat təşkil edib.
(ardı
var)
.
Tərlan
Nəsirli Bakı-Ağdaş-Bakı