Ağdaşda sosial-mədəni infrastruktur
layihələri uğurla
reallaşdırılır
Regionların 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində həyata
keçirilən tədbirlər Ağdaş
rayonunun son illərdəki
uğurlarını şərtləndirən mühüm
uğurlar sırasındadır. 2011-ci ildə
rayonda əkilmiş 15609 hektar
taxıl sahəsinin 11552 hektarında biçin
aparılıb, həmin sahədən 28177 ton
taxıl istehsal olunub.
Hesabat dövründə 4225 hektar tərəvəz sahələrinə aqrotexniki qulluq davam etdirilib, 1302 hektar dən qarğıdalı, 1161 hektar kartof, 1470 hektar bostan, 6121 hektar yonca əkilib.
Bitkiçilik
məhsulları istehsalının artırılması
üçün aqrar sektorda çalışanlara güzəştli
qiymətlərlə 606,8 ton gübrə satılıb. Rayonda
mal-qara arasında süni mayalandırma işinin təşkili
və onun genişləndirilməsi sahəsində
ardıcıl tədbirlər görülür. Ötən
dövrdə 1072 baş heyvan süni yolla mayalanıb və
heyvanlardan 622 baş bala alınıb.
Dövlət
Proqramı əsasında rayonda tikinti materiallarına
yararlı xammal yataqlarının axtarışı və kəşfiyyat
işlərinin aparılması tədbiri üzrə olan
tikinti materiallarının yataqları müəyyənləşdirilib.
Hazırda rayonda sənaye ehtiyatı 1500 min kubmetr olan Kükəl
gil yatağı, sənaye ehtiyatı 2197 min kubmetr olan Xaldan
gil yatağı, sənaye ehtiyatı 10957 min kubmetr olan
Türyançay qum-çınqıl yatağı
mövcuddur. Dövlət Proqramında rayon ərazisində
yerli əhəmiyyətli avtomobil yollarının əsaslı
təmiri, tikintisi və Yuxarı Şirvan kanalı
üstündəki körpülərin yenidən qurulması
tədbirinin icrası 2010-2013-cü illərdə nəzərdə
tutulub. Hazırda həmin tədbir üzrə Ağdaş-Ləki
magistral avtomobil yolunun əsaslı təmirinə
başlanılıb.
Dövlət
Proqramında Ağdaş şəhərinin küçələrinin
əsaslı təmiri, asfaltlaşdırılması və
işıqlanma sisteminin yenidən qurulması tədbiri
üzrə Ağdaş şəhərinin 23 küçəsi
və 10 dalanı asfaltlaşdırılıb. Hazırda digər
küçələrin asfaltlaşdırılması üzrə
tədbirlər davam etdirilir. Proqrama əsasən, rayonun
elektrik şəbəkələrinin yenidən qurulması və
yeni yarımstansiyanın inşası tədbirinin icrası
2010-2013-cü illərdə nəzərdə tutulub. Həmin
tədbir üzrə rayonun Kükəl kəndi ərazisində
220/110 kv-luq 2x125 MVA gücündə Ağdaş regional
elektrik yarımstansiyasının tikintisinə 2010-cu ildə
başlanılıb və hazırda tikinti işləri davam
edir.
Dövlət
Proqramında şəhərin təhsil və səhiyyə
müəssisələrinin qazanxanalarının modernləşdirilməsi,
yeni qazanxananın tikintisi, məhəllədaxili və
binadaxili istilik sistemlərinin bərpası tədbirinin
icrası 2009-2011-cü illərdə nəzərdə tutulub.
Ötən dövr ərzində bu tədbir üzrə
iş görülmədiyi üçün tədbirin Dövlət
Proqramı üzrə əsas icraçısı "Azəristiliktəchizat"
ASC qarşısında məsələ qaldırılıb.
"Azəristiliktəchizat" ASC-nin 06 iyun 2011-ci il tarixli məktubu
ilə bildirilib ki, istilik təchizatı sistemlərinin bərpası
ilə bağlı tədbirlərin konkret istiqamətləri hər
il üçün Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi proqramlara əsasən müəyyən
edilir. Ağdaş rayonunda nəzərdə tutulmuş tədbirlərin
investisiya proqramı layihəsinə daxil edilməsi məsələsinə
növbəti illərdə baxılması nəzərdə
tutulur.
Proqram əsasında
Ağdaş şəhərinin yeni salınmış
yaşayış massivlərinin və rayonun digər
yaşayış məntəqələrinin qazla təminatının
bərpası və yaxşılaşdırılması tədbirləri
də uğurla həyata keçirilib. 2009-cu ildə rayonun Dəhnəxəlil,
İkinci Aral, Yeniarx, Binələr, Dovutlu, Cardam və Xosrov kəndlərinə,
2010-cu ildə Qəribli kəndinə təbii qaz
yanacağı verilib. 2011-ci ilin əvvəlindən
Ağdaş şəhərinin küçələrində,
Ləki qəsəbəsində və rayonun 6 kəndində
müxtəlif ölçülü 10100 poqonmetr
uzunluğunda qaz xətləri yenisi ilə əvəz olunub.
Rayonun Aşağı və Orta Ləki kəndlərinə
280 mm-lik plastik boru vasitəsilə 1300 poqonmetr uzunluğunda
daşıyıcı boru xətti, Güvəkənd və Əmirarx
kəndlərinə təbii qaz yanacağının verilməsi
üçün 57 mm-lik 700 poqon metr, 76 mm-lik 400 poqon metr boru xətti
çəkilib və hazırda son tamamlanma işləri
görülür. Əmirmahmud-Tofiq-Qarağan-Saat kəndlərinə
qaz verilməsi üçün 200 mm-lik plastik boru vasitəsilə
2400 poqonmetr uzunluğunda daşıyıcı xətt çəkilib.
Ağdaş Qaz İstismar İdarəsi üçün yeni
inzibati binanın tikintisi də başa
çatdırılıb.
Dövlət
Proqramında rayonun mərkəzi və kənd ATS-lərinin
müasir texnologiya əsasında rekonstruksiyası tədbirinə
uyğun olaraq rayonda mərkəzi Avtomat Telefon Stansiyası
(ATS) 4192 nömrəlik elektron ATS-lə (EATS-lə) və 13 kənd
ATS-i elektron ATS-lə əvəz edilib.
Dövlət
Proqramına əsasən, Ağdaş şəhərinin su təchizatının
və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin həyata
keçirilməsi tədbirlərinə başlanılıb. Ötən
dövr ərzində həmin layihə çərçivəsində
suqəbuledici qurğu, nasos stansiyası, su anbarları və
xlorator qurğusunun tikintisi, şəbəkəyədək
olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə
də su kanal idarəsi üçün yeni inzibati binanın
və istehsal bazasının tikintisi başa çatıb.
Layihənin ikinci mərhələsi üzrə su qəbuledici
qurğuların tikintisinin tam başa
çatdırılması, su təchizatı və kanalizasiya
şəbəkəsinin yenidən qurulması işləri
görülməlidir. Layihə Asiya İnkişaf
Bankının krediti hesabına həyata keçirilir.
Dövlət
Proqramında (maddə 4.3.2.81) rayonda kollektor-drenaj şəbəkəsinin
tikintisi tədbirinin icrası 2010-2012-ci illərdə nəzərdə
tutulmuşdur. Dövlət Proqramı üzrə tədbirin əsas
icraçısı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
ASC-dir. Ötən dövr ərzində bu tədbir üzrə
heç bir əsaslı iş görülməmişdir. Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 12 iyun 2009-cu
il tarixli 11/10-294 nömrəli məktubu ilə
bildirilmişdir ki, maliyyə vəsaitinin ayrılması ilə
əlaqədar təkliflər respublikanın aidiyyəti təşkilatlarına
təqdim olunmuşdur.
Dövlət
Proqramında rayonun səhiyyə müəssisələrinin
təmiri, tikintisi və avadanlıqlarla təchiz edilməsi tədbirinin
icrası 2009-2011-ci illərdə nəzərdə tutulub. Dövlət
Proqramı üzrə tədbirin əsas icraçısı
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir.
Ötən dövrdə Ağdaş şəhərində
5.3 hektar torpaq sahəsində 100 çarpayılıq Mərkəzi
Rayon Xəstəxanasının tikintisi uğurla başa
çatdırılıb. Rayonun Ərəbocaq və Qolqəti
kəndlərində həkim məntəqələrinin
tikintisinə başlanılıb.
Dövlət
Proqramında yeni mədəniyyət obyektlərinin tikintisi,
tarix-mədəniyyət abidələrinin bərpası tədbirinin
icrası tədbirləri 2010-2013-cü illərdə nəzərdə
tutulub. Tədbirin əsas icraçısı Mədəniyyət
və Turizm Nazirliyidir. Bununla bağlı Heydər Əliyev
Fondu tərəfindən Ağdaş Musiqi məktəbi
tikilib, lazımi inventar-avadanlıqlarla təchiz edilib və
2009-cu ildə istifadəyə verilib. Mədəniyyət və
Turizm Nazirliyinin 3 mart 2009-cu il tarixli məktubunda rayonda
Tarix-diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası
üçün yeni binaların tikintisinin və XIX əsrə
aid Qarabəy karvansarayının bərpasının
2012-2013-cü illərdə nəzərdə tutulduğu
bildirilib.
Dövlət
Proqramında idman-sağlamlıq obyektlərinin tikintisi tədbiri
üzrə Ağdaş Olimpiya İdman Kompleksinin tikintisi
başa çatıb və 2010-cu ildə ölkə
başçısının iştirakı ilə istifadəyə
verilib. Proqramda rayon məktəblərinin əsaslı təmiri,
idman zallarının, əlavə sinif otaqlarının və
yeni məktəb binalarının tikintisi tədbirinin
icrası 2010-2013-cü illərdə nəzərdə tutulub.
Tədbir üzrə 360 şagirdlik Yuxarı Ləki kənd və
360 şagirdlik Qaradeyin kənd orta məktəb binaları
2009-cu ildə, 180 şagirdlik Gürcuva kənd məktəb
binası isə 2010-cu ildə tikilib, istifadəyə verilib.
2011-ci ilin ikinci rübündə 180 şagirdlik Qəribli, 180
şagirdlik Şordəhnə və 80 şagirdlik Ovculu kənd
məktəblərinin tikintisinə, Ağdaş şəhər
S.Vurğun adına 1 nömrəli orta məktəbin və
Aşağı Nemətabad kənd orta məktəbin əsaslı
təmirinə başlanılıb. Ağdaş şəhər
11 nömrəli uşaq bağçasının əsaslı
təmirinə başlanılması üçün
hazırlıq işləri görülür.
Hazırda
rayonda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" üzrə həyata keçirilməsi nəzərdə
tutulmuş tədbirlərin icrası ilə əlaqədar
işlər davam etdirilir. Əminliklə demək olar ki,
proqram çərçivəsində görülən
işlər rayonun sosial-iqtisadi inkişafını sürətləndirəcək
və mövcud problemlərin həllində mühüm rol
oynayacaqdır.
(ardı
var)
Tərlan Nəsirli
Bakı-Ağdaş-Bakı
Mövqe.- 2011.- 6 dekabr.- S.10.