Ağdaş təhsili yüksəliş
yolundadır
Rayon gənclərinin
ali təhsil almağa
marağı son illərdə nəzərəçarpacaq
dərəcədə artıb
Ağdaşda
təhsilin problemlərinin həlli istiqamətində
atılan addımlar özünün praktik nəticələrini yeniyetmələrin
ali təhsil almağa,
fənn olimpiadalarında iştiraka
marağının artmasında göstərir. Ötən tədris
ilində fənn olimpiadalarının keçirilməsinə
dair Təhsil Nazlirliyinin
müvafiq əmrinin icrasını təmini
məqsədilə rayonda
genişmiqyaslı hazırlıq işləri aparılıb.
Olimpiadanın I rayon turunda
640 nəfər məktəbli iştirak edib.
I turun nəticələrinə
görə yüksək bal toplayan 118 nəfər şagird
rayon mərhələsinin II turunda da iştirak edib. II turun nəticələrinə
görə 8 nəfər şagird Bakı şəhərində
keçirilmiş fənn olimpiadalarının respublika turunda iştirak
edib və uğurlu nəticələrə imza atıblar.
Respublika turunda iştirak edən 8 nəfərdən 5 nəfəri
Təhsil Nazirliyinin 7 aprel 2010-cu il tarixli əmri ilə qalib
hesab edilib. Bunlar S.Vurğun adına məktəbin, 8 saylı
məktəbin və M.Şeyxzadə adına Texniki, Təbiət
və humanitar təmayüllü gimnaziyanın şagirdləridir.
2010-cu ilin
aprel ayında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümü ölkənin hər
yerində olduğu kimi Ağdaş rayonunun ümumtəhsil məktəblərində
də geniş şəkildə qeyd olunub. Ulu öndərin həyat
və fəaliyyətinə həsr olunmuş respublika inşa
müsabiqəsində iştirak edən S.Vurğun adına
orta məktəbin XI sinif şagirdi Novruzlu Rufanə Nizaməddin
qızı 700 nəfərlik şagirdin iştirak etdiyi
inşa müsabiqəsində II yerə çıxıb, Təhsil
Nazirliyinin, YAP-ın və Respublika Həmkarlar Təşkilatları
Konfederasiyasının "Fəxri fərman"ı və
qiymətli hədiyyələrlə
mükafatlandırılıb.
Kükəl
kənd orta məktəbinin XI sinif şagirdi Hüseynova Şəhla
Yelmar qızı, Şıxlı kənd orta məktəbin X
sinif şagirdi Səfərova Lalə Gündüz qızı
inşa yazı müsabiqəsində qalib gəldikləri
üçün Ağdaş Rayon İcra Hakimiyyəti və
rayonun təhsil şöbəsi tərəfindən
mükafatlandırılıb. Ulu öndər Heydər Əliyevin
anadan olmasının 87-ci ildönümünə həsr
edilmiş respublika rəsm müsabiqəsində ən
yaxşı rəsm əsərlərinə görə
M.İsayev adına, 3 saylı, 7 saylı şəhər, Abad
kənd orta və 5 saylı əsas məktəbin şagirdləri
Təhsil Nazirliyinin Estetik Tərbiyə Mərkəzinin
diplomuna layiq görülüblər. Əslən
Ağdaşdan olan akademik Bəkir Nəbiyevin anadan
olmasının 80 illik yubileyinə həsr olunmuş inşa
müsabiqəsində qalib gələn M.Şeyxzadə
adına Gimnaziyanın VII sinif şagirdi Toğrul Umarov, 3
saylı orta məktəbin VIII sinif şagirdi Rüstəm Nəsibzadə,
Ağcayazı kənd orta məktəbin VIII sinif şagirdi
Leyla Kərimova Ağdaş Rayon İcra Hakimiyyətinin pul
mükafatına layiq görülüblər.
2009-2010-cu
tədris ilində keçirilən "İlin ən
yaxşı şagirdi" rayon müsabiqəsində 68 məktəbdən
120 nəfər şagird iştirak edib. Onlardan 26 nəfəri
"İlin ən yaxşı şagirdi" müsabiqəsinin
qalibi olublar.
Ağdaşda
məktəbli gənclərin fiziki və vətənpərvərlik
tərbiyəsi də diqqət mərkəzindədir. Ölkə
rəhbərliyinin göstərdiyi diqqət və
qayğı nəticəsində respublikada bədən tərbiyəsi
və idman hərəkatı geniş vüsət alıb.
Dünya idman olimpiadalarında idmançılar daha geniş tərkibdə
təmsil olunur. Və yüksək qələbələr
qazanmaqla dövlət bayrağımızı yüksəklərə
qardırırlar. Respublikanın müxtəlif bölgələrində,
o cümlədən Ağdaşda möhtəşəm
olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsi bir
daha onu göstərir ki, gənclərin fiziki və mənəvi
cəhətdən sağlam və gümrah böyüməsi
dövlət üçün prioritet məsələlərdəndir.
Ötən
dərs ilində rayonun məktəbli idmançıları
istər rayondaxili, istərsə də respublika idman
yarışlarında uğurla iştirak ediblər. Rayonun
yeniyetmə gənclərində idmana marağın artırılmasında
Ağdaş Uşaq Gənclər İdman məktəbinin və
Uşaq Şahmat məktəbinin xüsusi yeri var. Uşaq
Şahmat məktəbində 32 qrupa 423 məktəbli cəlb
olunub. Məktəbin istedadlı şahmatçıları
rayon və respublika yarışlarında uğurla iştirak
ediblər. Məktəbin şahmatçılarından
Aydın Şirinov və Tural Şirinov ümummilli lider Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
olunmuş respublika şahmat turnirində iştirak ediblər və
turnirdə qalib gəldikləri üçün "Təhsil"
Respublika İdman Mərkəzinin xüsusi diplomuna layiq
görülüblər.
Azərbaycan
20 ilə yaxındır ki, müharibə şəraitində
yaşayır. Bu reallıq məktəbli gənclər
arasında vətənpərvərlik tərbiyəsinin daha da
gücləndirilməsini tələb edir. Hazırda
Ağdaş rayonunun 41 orta ümumtəhsil məktəbində
41 nəfər hərbi rəhbər gənclərin
çağırışaqədərki
hazırlığı ilə məşğul olur. 59 əsas
və orta məktəbin V-XI siniflərində 9727 nəfər
şagirdin fiziki tərbiyəsi ilə 111 nəfər, o
cümlədən 33 nəfər ali təhsilli fiziki tərbiyə
müəllimi məşğul olur. Tədris ili ərzində
məktəbdaxili və məktəblərarası idman
yarışlarına xüsusi diqqət yetirilib. 2010-cu ilin
yanvar ayında 1997-ci ildə anadan olmuş gənclər
arasında Karate-do üzrə rayon birinciliyi keçirilib,
Nizami adına orta məktəbin şagirdi Fərid Xəlilov
I yerə və Qaradağlı kənd əsas məktəbin
şagirdi Hüseyn Qurbanlı II yerə çıxıb.
"Cəsurlar"
hərbi idman oyununun rayon birinciliyində Dəhnəxəlil kənd
orta məktəbin komandası I yerə, S.Vurğun adına
orta məktəbin komandası isə II yerə
çıxıb. Respublika zona yarışlarında
iştirak edən Dəhnəxəlil kənd orta məktəbinin
komandası 12 rayon arasında IV yeri tutub. Bundan başqa,
"Şahin" hərbi idman oyunu üzrə rayonlararsı
zona yarışında Ağdaş komandası uğurlu nəticələr
göstərib. Məktəblərdə şagirdlərin hərbi
vətənpərvərlik tərbiyəsi sahəsində
görülən tədbirlərin nəticəsidir ki,
şagirdlər arasında bu sahəyə meyil artıb. 2010-cu
ildə respublika ali hərbi məktəbləriinə 7 nəfər,
C.Naxçıvanski adına hərbi liseyə 4 nəfər
şagird qəbul olunub.
Ötən
tədris ilində Ağdaş rayon Təhsil Şöbəsi
təhsil sistemində idarəetmənin demokratikləşdirilməsi,
rəhbərlik və nəzarət sisteminin təkmilləşdirilməsi,
yerlərdə icra intizamın, vəzifə məsuliyyətinin
yüksəldilməsi istiqamətində bir sıra əməli,
təşkilati tədbirlər həyata keçirib. Təhsil
sahəsində İslahat Proqramı və Təhsil Nazirliyinin
əmr və təlimati məktublarının icrası ilə
yanaşı, 6-16 yaşlı şagirdlərin
hamılıqla icbari orta təhsilə cəlb edilməsi sahəsində
ardıcıl iş aparılıb. 2010-2011-ci tədris ilində
I siniflərə 1358 nəfərr cəlb olunmuşdur.
2008-2009-cu dərs ilində IX sinfi bitirən 1836 nəfərdən
2009-2010-cu dərs ilində 968 nəfəri X sinfə, 151 nəfəri
müxtəlif peşə məktəblərinə, 189 nəfəri
orta ixtisas məktəblərinə, 155 nəfəri müxtəlif
kurslara cəlb olunub.
2009-2010-cu
dərs ilinin yekunları ilə əlaqədar XI sinif
şagirdləri ilə yanaşı, ilk dəfə olaraq IX
sinif şagirdləri də mərkəzləşdirilmiş
qaydada buraxılış imtahanı veriblər. Buraxılış
sinif şagirdlərinin imtahanlara hazırlaşması və
imtahanların yüksək səviyyədə keçirilməsini
təmin etmək məqsədilə rayon Təhsil Şöbəsi
tərəfindən bir sıra tədbirlər həyata
keçirilib. Bu məqsədlə 59 məktəbin müəllim,
şagird və valideynləri ilə görüşlər
keçirilib, buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılması üçün maarifləndirmə
işi aparılıb. Bundan əlavə, rayon Təhsil
Şöbəsi məktəblərə verilmiş test
sualları əsasında tədris ili ərzində 4 dəfə
sınaq imtahanları keçirib. 11-12 iyun 2010-cu ildə Təhsil
nazirliyi tərəfindən rayonda təşkil edilmiş
üç mərkəzdə XI və IX sinif şagirdlərinin
buraxılış imtahanları keçirilib. Görülən
tədbirlər nəticəsində builki nailiyyətlər
keçən ilkindən daha yaxşı olub. XI siniflər
üzrə imtahanlara 932 nəfər şagird buraxılıb,
onlardan 898 nəfəri imtahanda iştirak edib. 34 nəfər
imtahana gəlməyib. İmtahanın nəticəsinə
görə 108 nəfər "2" qiymət alıb, 790 nəfər
(87,9 faiz) şagird buraxılış imtahanlarını
müvəffəqiyyətlə verdiyi üçün tam orta
təhsil haqqında attestat alıb.
Rayonun
S.Vurğun, M.İsayev adına şəhər, Texniki, Təbiət
və Humanitar fənlər təmayüllü gimnaziyanın,
Ləki qəsəbə, Kükəl, Qolqəti, Ərəbocaq,
Kotavan, Ağcayazı kənd orta məktəb şagirdlərinin
əldə etdikləri nəticələr ən yüksək
olmaqla 100 faiz təşkil edib. Bir sıra məktəblərdə
isə nəticələr zəif olub. Pirkəkə,
Yuxarı Ləki, Qaradeyin, Qoşaqovaq, Pirəzə, Güvəkənd,
Orta kənd orta məktəblərində şagirdlərin 27-40
faizi imtahanlardan müvəffəq qiymət ala bilməyiblər.
Ağdaş
rayon məzunları son dərəcə şəffaf
keçirilən test imtahanlarında fəal iştirak edərək
keyfiyyət baxımından yüksək nəticələrə
nail olublar. Ötən tədris ilində rayonda fəaliyyət
göstərən ümumtəhsil məktəblərinin XI
sinfini 790 nəfər məzun bitirib. Onlardan 470 nəfəri
ali məktəblərə qəbul olunmaq üçün
rayon Təhsil Şöbəsinin nəzdində
yaradılmış Sənəd Qəbulu Komissiyasında
öz ərizələrini təsdiq etdirib. 470 nəfər
abituriyentdən 201 nəfəri uğurlu nəticə əldə
edərək tələbə adını qazanıb. 271 nəfər
məzun isə respublikanın müxtəlif orta ixtisas məktəblərinə
qəbul olunub. Beləliklə rayon üzrə 790 nəfər
məzundan 478 nəfər ali və orta ixtisas məktəblərinə
qəbul olunub.
Ümumtəhsil
məktəblərinin 29 nəfər məzunu 500-dən
yuxarı bal toplayıb, onlardan 9 nəfəri 600-700 bal
intervalında yüksək nəticə göstərə
bilib. Ərizə verənlərin ali məktəblərə
qəbul olma faizi 2006-cı ildə 25, 2007-ci ildə 25,9,
2008-ci ildə 32,4, 2009-cu ildə 36,5 faiz olduğu halda 2010-cu
ildə bu rəqəm 42,7 faiz təşkil edib. Və bu da
Ağdaş təhsili üçün son illərdə ən
uğurlu nəticə sayıla bilər. S.Vurğun adına
şəhər orta məktəbin məzunu Novruzlu Rufanə
Nizaməddin qızı 660 balla Azərbaycan Tibb Universitetinin
"Müalicə işi" fakultəsinə qəbul olunub.
Bu rayonun ümumtəhsil məktəbi məzunları
arasında rekord göstəricidir.
Nizami
adına şəhər orta məktəbin məzunu Çələbiyev
Hümmət İlqar oğlu 607 balla Azərbaycan Dövlət
İqtisad Universitetinin "Dünya iqtisadiyyatı",
S.Vurğun adına şəhər orta məktəbin məzunu
İsmətli Səbrin Səbuhi qızı 607 balla Azərbaycan
Tibb Universitetinin "Müalicə işi", 3 saylı
şəhər orta məktəbin məzunu Məmmədov
Sübhan Lətif oğlu 601 balla Azərbaycan Dövlət
İqtisad Universitetinin "Mühasibat uçotu və
audit" fakültəsinə qəbul olunub.
2010-cu ildə
ali məktəblərə keçirilən qəbul
imtahanı zamanı ən yüksək nəticəni
M.Şeyxzadə adına internat tipli Texniki, Təbiət və
Humanitar fənlər təmayüllü gimnaziya, S.Vurğun
adına, M.İsayev adına, Nizami adına, 3 saylı şəhər,
Pirkəkə, Qəsil, Aralbir, Cüvə, Qoşaqovaq və
Cücük kənd orta məktəbin məzunları
xüsusilə fərqləniblər.
(ardı
var)
Tərlan Nəsirli
Bakı-Ağdaş-Bakı
Mövqe.- 2011.- 10 dekabr.- S. 10.