Siyəzəndə
abadlıq və yenidənqurma işləri geniş
vüsət alıb
Bu gün
Siyəzən rayonunun uğurlarını təmin edən
başlıca amillərdən biri də inkişafa xidmət
edən dövlət proqramlarının uğurla icra edilməsidir.
Bunun nəticəsidir ki, 2010-cu ildə ölkədə
müşahidə olunan sosial-iqtisadi inkişaf prosesindən
Siyəzən rayonu da kənarda qalmayıb. 2009-2013-cü illəri
əhatə edən Dövlət Proqramının tələblərindən
irəli gələrək rayonda əvvəlki illərdən
icrasına başlanmış işlər davam etdirilib.
2010-cu ilin əvvəlindən
başlayaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin
"Azəryolservis" ASC-nin xətti ilə Siyəzən
şəhərinin mərkəzi küçəsində
abadlıq işləri aparılıb. Ulu öndər Heydər
Əliyevin adını daşıyan, 4 kilometr uzunluğunda mərkəzi
küçəyə 1,4 milyon manat dəyərində,
müasir standartlara cavab verən səviyyədə
üçqat asfalt örtüyü verilib. Yolun hər iki tərəfində,
418 min manat dəyərində yeni piyada yolu tikilib, yol boyu 302
min manat dəyərində ən müasir işıqlanma
sistemi tikilib istifadəyə verilib, iki ədəd müasir
dayanacaq quraşdırılıb. 3.6 kilometr uzunluğunda 340
min manat dəyərində, drenaj sistemi tikilib.
Şəhərin
mərkəzindən yağış sularının
axıdılması üçün 960 metr uzunluğunda
kanalizasiya xətti çəkilərək şəhərdən
kənara çıxarılıb. Nəticədə rayon Mədəniyyət
sarayının qarşısından şəhər stadionuna
qədər məsafəni əhatə edən ərazidəki
fərdi yaşayış evlərinin də kanalizasiya problemi
öz həllini tapıb. Bundan başqa, Siyəzən-Xızır
Zində avtomobil yolu və Siyəzən şəhərindən
Bakı-Rusiya Federasiyası avtomobil yoluna çıxan yol da
(89-109-cu km) əsaslı təmir olunub.
Siyəzən
şəhərinin küçələrində də
kanalizasiya xətlərinin təmiri və yeni xətlərin
çəkilişi işləri davam etdirilib. Heydər Əliyev
küçəsində 1200 m uzunluğunda mövcud kanalizasiya xətti və üzərindəki
baxış quyuları açılaraq təmir edilib, bu işlərə
65 min manat vəsait xərclənib.
Bununla yanaşı, yerli
büdcə vəsaiti hesabına, mərkəzi yoldan H.Talıbov küçəsinə qədər
məsafəyə asfalt örtüyü
verilib, yol boyu yeni işıqlanma sistemi quraşdırılıb. Mədəniyyət
Sarayının qarşısından şəhər stadionuna qədər uzanan
yol əsaslı təmir olunub,
bardür düzülərək piyada yolu tikilib,
yeni işıqlanma sistemi
quraşdırılıb. Hesabat dövründə şəhərin işıqlanma
məsələsi daim diqqət mərkəzində
saxlanılıb, şəhər Mədəniyyət və
istirahət parkında yeni işıq dirəkləri,
digər park və xiyabanlarda
isə park işıqları
quraşdırılıb.
2010-cu ildə
şəhərin İ.Qayıbov, Nizami, T.İsmayılov,
Vaqif küçələrinə asfalt örtüyü
verilib, O.Qoçəliyev, B.Bayramov, H.Talıbov küçələrinə
çınqıl-qırmadaş döşənib. Hesabat
dövründə büdcə vəsaiti hesabına H.Əliyev
küçəsindəki 145, 147 və 149 nömrəli
binaların dam örtüyü
dəyişdirilib, Siyəzən şəhərinin cənub
girişindəki, şəhərin adını əks etdirən
lövhənin ətrafında və şəhər
avtovağzalının ərazisində 44 min manatlıq abadlıq işləri görülüb. Ümumilikdə, hesabat dövründə infrastrukturun
qurulması və abadlıq işlərinə 3 milyon 590 min manat vəsait xərclənib və bunun da 259 min
manatı büdcə vəsaiti olub. Rayonda yeni tikinti
işləri davam etdirilib,
gənclərin asudə vaxtının səmərəli
keçirilməsini təmin etmək məqsədi ilə dəyəri
60 min manat olan mini futbol
stadionu tikilərək istifadəyə verilib. Eyni zamanda
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə tikilən Uşaq İncəsənət Məktəbində
işlər başa
çatdırılıb.
Siyəzən
şəhər bələdiyyəsi də
görülmüş işlərdə yaxından iştirak
edib, Şəhidlər Xiyabanında abadlıq işləri
aparılıb. C.Cabbarlı
adına parkın girişindəki arka təmir
olunaraq yeni üzlük daşlarla
işlənib. Rayonda fəaliyyət
göstərən digər yerli bələdiyyələr
də bu işlərdən kənarda
qalmayıb. İl ərzində onların
vəsaitləri hesabına 127 min
manatlıq müxtəlif abadlıq işləri
aparılıb.
"Ekologiya
ili" çərçivəsində rayonda ağac əkini
kampaniyası uğurla davam etdirilib, ümumilikdə, 14900
ağac əkilib. Bunun da 7300-ü Bakı-Rusiya Federasiyası avtomobil yolunun 88-103-cü
kilometrlərində, 7600-ü isə Siyəzən şəhəri
ərazisində, həmçinin "Siyəzənneft" NQÇİ-nin xidməti sahələrində
əkilib. Əkilmiş ağacların qorunması və
suvarılması işi təşkil edilib.
Rayon
iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə
malik sənaye sektorunda ilin əvvəlindən 6834,9 min
manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər
göstərilib. İstehsalın
ümumi həcmində məhsul
istehsalının payı 63,6 faiz, xidmətlərin
payı isə 36,4 faiz təşkil edib. Məhsul istehsalının
36,7 faizi neft, 64,3 faizi qeyri-neft sektorunun payına düşüb.
İlin əvvəlindən bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlar
tərəfindən iqtisadiyyatın və sosial
sahələrin inkişafına 23,089,5 min
manat investisiya qoyulub. Ümumi
investisiyanın 20328,9 min manatı və
ya 94,5 faizi istehsal təyinatlı obyektlərin tikintisinə
istifadə olunub. İstifadə edilmiş investisiyanın 30,1 faizi
tikinti-quraşdırma işlərinə sərf edilib.
Əsas
kapitala yönəldilmiş investisiyanın 16048,3 min manatı
və ya 69,5 faizi mədənçıxarma sənayesinin
inkişafına, 4753,3 min manatı və ya 20,6 faizi nəqliyyat
sektorunun inkişafına, 89,4 min manatı və ya 0,4 faizi
sosial-mədəni və ticarət obyektlərin tikintisinə,
381,2 min manatı və ya 1,7 faizi yaşayış evlərinin
tikintisinə, 1817,4 min manatı və ya 7,8 faizi digər sahələrə
sərf edilib.
İlin əvvəlindən
9 vətəndaşa tikinti aparılmasına icazə verilib,
onlar şəxsi vəsaitləri hesabına ümumi sahəsi
320 kvadratmetr, yaşayış sahəsi 220 kvadratmetr, dəyəri
125,0 min manat olan 5 fərdi evin, dəyəri 98,0 min manat olan 4
ticarət obyektinin tikintisinə başlayıb. 2010-cu ilin yanvar-dekabr aylarında rayon
üzrə tikinti sahəsində fəaliyyət
göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri
işlərin həcmi əvvəki ilin eyni dövrü ilə
müqayisədə 73,9 faiz artaraq 3005.9 min manat təşkil edib.
Görülən podrat işlərinin 1,7
faizi yeni tikintidən,
43,8 faizi əsaslı təmirdən, 54,5 faizi isə cari təmir və
sair podrat işlərindən
ibarət olub.
Rayonda
sahibkarlığın inkişafı tədbirləri də
xüsusi diqqət mərkəzində olub. Hesabat
dövründə Sahibkarlığa Kömək Milli Fondu 12 nəfər yerli sahibkara ümumilikdə
130 min manat güzəştli
kreditlər verib. 2010-cu ildə özəl
sektorda emal sənayesində
faktiki qiymətlərlə 1 960,7 min manatlıq məhsul istehsal
edilib və bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə
49,8 faiz çoxdur. İstehsal edilmiş məhsulun
87,4 faizi, içki də
daxil olmaqla, qida məhsullarının payına düşüb. Natural
ifadədə 68,9 min dekalitr
çaxır, 17,0 min dekalitr
konyak, müxtəlif çeşidli
qida məhsulları istehsal
edilib.
Cari ildə
rayon üzrə ümumi məhsul buraxılışında
qeyri-dövlət sektorunun xüsusi çəkisi 80,3 faiz təşkil
edib və bu da özünü əsasən rayonda
quşçuluğun sürətli inkişafı sayəsində
göstərib. Rayonda
sahibkarlığın inkişafına yardım məqsədi
ilə "Siyəzən-Biznes İnkişaf
Mərkəzi" fəaliyyət göstərir. Mərkəz
mütəmadi olaraq yerli
sahibkarlarla müxtəlif seminarlar,
treninqlər keçirir. Biznes
planlarının tərtib edilməsi, internetdən istifadə
yolu ilə müxtəlif
informasiyaların toplanılması, onlara marketinq, biznes planların
tərtibi işində xidmətlər göstərilir. Bütün bunların nəticəsində
özündə 41 nəfər fəhlə və qulluqçunu birləşdirən "Siyəzən-Şərab"
ASC-də məhsul istehsalına başlayıb. Siyəzən Kondensator zavodu "Azərpolimer"
adı altında fəaliyyətə başlayıb, burada müxtəlif ölçülü
plastik borular, lambir istehsal olunub. Müəssisədə ümumilikdə
70 nəfər daimi işlə təmin olunub və iş yerlərinin
sayının artırılması istiqamətində səylər
davam etdirilir. Fəaliyyətini
müvəqqəti dayandırmış Siyəzən-Kərpic"
QSC-i də cari ildə
işləməyə başlayıb və hazırda müəssisədə
100-dən artıq fəhlə və qulluqçu
çalışır.
Hesabat
dövründə rayonda iqtisadi və sosial inkişafı əks
etdirən makrogöstərici, yəni əsas sahələr
üzrə ümumi məhsul buraxılışı 61,9
milyon manat olub, 10 180,9 min manatlıq sənaye məhsulu istehsal
edilib. İqtisadiyyatın əsas sahələri
üzrə ümumi məhsul
buraxılışının 59,4 faizi kənd təsərrüfatının, 16,6 faizi ticarətin, 11,0 faizi
sənayenin, 11,4 faizi tikintinin,
1,6 faizi nəqliyyat və rabitə sektorunun payına düşüb.
İl ərzində əhalinin pul gəlirləri əvvəki illə
müqayisədə 7,0 faiz artaraq 54170,0 min manata, adambaşına düşən məbləğ
isə 1430 manata çatıb. Rayonun iqtisadiyyatının əsasını təşkil
edən neft-qaz çıxarma sahəsində
40 201 ton neft, 9 984 min kubmetr qaz
hasil edilərək dövlətə təhvil
verilib.
Ötən
il rayonda müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi,
istifadəçilərə geniş zolaqlı internet xidməti
təklifi, bu sahədə xidmətlərin artımını
təmin edib. İlin
əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara
252,2 min manatlıq xidmət göstərilib
və bu da 2009-cu ilə
nisbətən 6,1 faiz çoxdur.
İl ərzində 150 abunəçiyə
və təşkilata sürətli internet
xətti verilib, Sədan kəndində 80
nömrə tutumlu EATS
quraşdırılıb, Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün tikilmiş bina
telefonlaşdırılıb. Hazırda rayonda
4 İnternet klub fəaliyyət
göstərir.
(ardı
var)
Tərlan Nəsirli Bakı-Siyəzən-Bakı
Mövqe.- 2011.- 22 dekabr.- S. 10.