Siyəzən
ili uğurlu nəticələrlə
başa vurur
Yekunlaşmaqda olan 2011-ci il respublikanın digər
şəhər və rayonları kimi Siyəzən
üçün də bir sıra uğurlarla yadda qalıb. 2011-ci
ilin doqquz ayında rayon üzrə əldə edilən
sosial-iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin
yüksəlməsini, gəlirlərinin və əməkhaqqıın
artmasını təmin edib. İqtisadi və sosial sahələrdəki
vəziyyəti əks etdirən ümumi məhsul
buraxılışı faktiki qiymətlərlə 48,1 milyon
manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə
2,2 faiz artıb.
Ümumi məhsul buraxılışının 55,0
faizi kənd təsərrüfatının, 23,2 faizi ticarətin,
10,7 faizi tikintinin, 9,4 faizi sənayenin, 1,7 faizi nəqliyyat və
rabitə sektorunun payına düşüb. Orta hesabla rayon
üzrə hər bir nəfərə düşən
ümumi məhsul buraxılışı 1237,2 manat olub.
Ötən dövrdə əhalinin pul gəlirləri əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq
44604,0 min manata, adambaşına düşən məbləğ
isə 1147,2 manata çatıb. Əhali arasında iqtisadi fəallıq
artıb, dörd yeni müəssisə qeydiyyatdan keçərək
fəaliyyətə başlayıb, 79 yeni daimi iş yeri
açılıb.
İlin əvvəlindən sənayedə fəaliyyət
göstərən sahibkarlıq subyektləri tərəfindən
4518,0 min manatlıq məhsul istehsal edilib və xidmətlər
göstərilib. Sənaye məhsulunun 47,9 faizi mədənçıxarma
bölməsində, 6,8 faizi emal bölməsində, 37,2 faizi
elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsində, 8,1 faizi isə su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsində istehsal olunub. Ümumi istehsalın 54,7
faizi sənaye mallarının, 45,3 faizi isə sənaye
xarakterli xidmətlərin istehsalı hesabına
yaradılıb. Sənaye məhsulu istehsalının 91,0 faizi
dövlət bölməsinin 9,0 faizi isə özəl
bölmənin payına düşür. İstehsal edilmiş
sənaye məhsulunun əksəriyyəyi
istehlakçılara göndərilib. Oktyabr ayının əvvəlinə
sənaye müəssisələrinin anbarlarında 1175,6 min
manatlıq hazır məhsul ehtiyatı olub.
Mədənçıxarma sənayesində ilin əvvəlindən
faktiki qiymətlərlə 2161,2 min manatlıq və ya əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz
çox məhsul, natural ifadədə 34,6 min ton neft, 7,7 milyon
kub metr qaz, 48,0 min ton çınqıl-qırmadaş istehsal
edilib. Tamamilə özəl bölmədə cəmləşən
emal sənayesində 308,3 min manatlıq məhsul istehsal edilib.
İstehsal edilmiş məhsulun 80,1 faizi içki də daxil
olmaqla, qida məhsullarından ibarət olub. İlin əvvəlindən
natural ifadədə istehlakçılara 4,8 min dekalitr şərab,
1,0 min dekalitr disstillə edilmiş üzüm spirti göndərilib.
Elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsində sənaye xarakterli xidmətlərin həcmi
1681,4 min manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə
nisbətən 17,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölməsində sənaye xarakterli xidmətlərin
həcmi 367,1 min manat olmaqla, əvvəlki ilin müvafiq
dövrünə nisbətən 21,8 faiz artıb. İlin əvvəlindən
istehlakçılara 86,0 milyon kvadrat/saat elektrik enerjisi, 23,4
milyon kub metr qaz, 726,6 Qkal istilik enerjisi, 899,8 min kub metr su
paylanıb.
İlin əvvəlindən bütün mülkiyyət
formalarından olan müəssisə və təşkilatlar tərəfindən
iqtisadiyyatın və sosial sahələrin inkişafına
20996,0 min manat investisiya yönəldilib. Bu, əvvəlki ilin
eyni dövrü ilə müqayisədə 17,7 faiz
çoxdur. İstifadə edilmiş investisiyanın 5145,2 min
manatı və ya 24,5 faizi tikinti-quraşdırma işlərinə
sərf edilib.
Əsas kapitala yönəldilmiş investisiyanın
14826,4 min manatı və ya 70,6 faizi sənayenin, 3213,8 min
manatı və ya 15,3 faizi yol infrastrukturunun, 1048,0 min manatı
və ya 5,0 faizi kənd təsərrüfatının
inkişafına, 493,8 min manatı və ya 2,3 faizi fərdi
yaşayış evlərinin, 434,2 min manatı və ya 2,1
faizi sosial mədəni obyektlərin, 245,0 min manatı və
ya 1,2 faizi ticarət obyektlərinin, 734,8 min manatı və ya
3,5 faizi digər obyektlərin tikintisinə sərf edilib.
Rayon üzrə tikinti sahəsində fəaliyyət
göstərən podratçı təşkilatların
öz gücləri ilə yerinə yetirdikləri işlərin
həcmi 3461,1 min manat təşkil edib və bu da əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 63,2 faiz
çoxdur. Görülən podrat işlərinin 72,0 faizi əsaslı
təmirdən, 18,0 faizi isə cari təmir və sair podrat işlərindən
ibarət olub.
Bu il Siyəzəndə kənd təsərrüfatı
sahəsində də uğurlu nəticələr
qazanılıb. 2011-ci ilin doqquz ayında rayon üzrə 26,4
milyon manatlıq kənd təsərrüfatı məhsulları
istehsal edilib və bu da əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 5,4 faiz azdır. Oktyabrın 1-i vəziyyətinə,
sahələrdən 5044 ton taxıl, 18 ton qarğıdalı
dəni, 145 ton kartof, 1055 ton tərəvəz, 365 ton bostan məhsulları,
395 ton meyvə, 112 ton üzüm toplanıb. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə taxıl
istehsalı 17,6 faiz, kartof istehsalı 11,5 faiz, tərəvəz
istehsalı 12,5 faiz, meyvə istehsalı 12,2 faiz üzüm
istehsalı 31,8 faiz artıb, bostan məhsulları istehsalı
43,3 faiz azalıb. Oktyabrın 1-i vəziyyətinə 738 ha
şum qaldırılıb, 25 ha payızlıq taxıl əkilib.
İlin əvvəlindən iri buynuzlu mal-qaranın
baş sayı 8,3 faiz, qoyun və keçilərin baş
sayı 5,9 faiz artıb. Diri çəkidə 8656 ton ət, o
cümlədən 7431 ton quş əti, 7604 ton süd, 87 ton
yun, 20,3 milyon yumurta istehsal edilib. Əvvəlki ilin eyni
dövrü ilə müqayisədə süd istehsalı 10,0
faiz, yun istehsalı 14,4 faiz yumurta istehsalı 9,7 faiz artıb.
Rayon iqtisadiyyatında muzdla çalışan işçilərin
orta aylıq əməkhaqqı 270,7 manat olmaqla əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz
artıb. Orta aylıq əməkhaqqı neft sektorunda 553,1 manat,
qeyri-neft sektorunda 217,0 manat, dövlət bölməsində
326,2 manat, özəl bölmədə 192,6 manat təşkil
edib. 2011-ci ilin doqquz ayında rayon büdcəsinin gəlirləri
5124,0 min manat, xərcləri 4498,0 min manat olub.
Rayon büdcəsinin gəlirlərinin 2124,0 min manatını
və yaxud 41,5 faizini yerli gəlirlər, 3000,0 min
manatını və yaxud 58,5 faizini mərkəzləşdirilmiş
xərclərdən ayrılan vəsait təşkil edib. Rayon
büdcəsindən xərclənən vəsaitin 443,4 min
manatı və yaxud ümumi xərclərin 9,9 faizi İcra
Hakimiyyəti orqanlarının saxlanmasına, 2873,4 min
manatı və yaxud ümumi xərclərin 63,9 faizi təhsilə,
524,2 min manatı və yaxud ümumi xərclərin 11,6 faizi səhiyyəyə,
141,5 min manatı və yaxud ümumi xərclərin 3,1 faizi
idman və mədəniyyətə, 515,5 min manatı və
yaxud ümumi xərclərin 11,5 faizi digər sahələrə
xərclənib. Büdcə xərclərinin 3453,3 min
manatını və ya 76,8 faizi əhaliyə əməkhaqqı,
pensiya və müavinət ödənişli xərclər təşkil
edib.
Hazırda Azərbaycan Respublikası Prezidentinin sərəncamı
əsasında ayrılmış vəsait hesabına Siyəzən
şəhərindəki çoxmərtəbəli
binaların dam örtüklərinin, kommunikasiya xətlərinin
əsaslı təmiri və həyətlərinin
abadlaşdırılması işləri görülür. Belə
ki, H.Talıbov küçəsində (Gənclik
yaşayış massivi) 8 ədəd çoxmərtəbəli
yaşayış binasından artıq 6 ədədinin dam
örtüyü sökülərək yenidən vurulub,
binaların fasadlarının əsaslı təmirinə
başlanılıb. Zirzəmilərində uzun illər
yığılıb qalmış çirkab sular təmizlənib
və su və kanalizasiya sistemlərinin əsaslı təmiri
işlərinə başlanılıb. Hazırda
T.İsmayilov küçəsindəki 48, H.Əliyev
küçəsindəki 46, M.Zəkiyev küçəsindəki
37 nömrəli binalarda zirzəmilərin təmizlənməsi
və su və kanalizasiya sistemlərinin yenidən qurulması
işləri aparılır. M.Zəkiyev küçəsindəki
37 nömrəli binanın dam örtüyünün dəyişdirilməsi
başa çatdırılıb və artıq binanın
fasadının təmir işləri aparılır. Eyni
zamanda H.Talıbov küçəsindəki 7, 8 və 10
nömrəli binaların fasadlarında əsaslı təmir
işləri görülür.
Xüsusi göstərmək lazımdır ki,
Bakı-Rusiya Federasiyası avtomobil yolunun tikintisi ilə əlaqədar
Siyəzən rayonunun giriş yolu bağlanmışdı. Ona
görə də rayon rəhbərliyi ilk gündən bu məsələni
ön plana çəkib. Artıq yolun 102-ci km-dən Siyəzən
şəhərinə, həmçinin həm Bakı, həm
də Quba istiqamətində gediş-gəlişə imkan verən
yol ötürücüsünün tikintisinə
başlanılıb. Eyni zamanda yolun 88-ci km-dən
Xızır-Zində ziyarətgahı ərazisindən Siyəzən
şəhərinə giriş körpüsünün tikinti
işləri davam etdirilir ki, bu da əhalinin
rahatlığını təmin edəcəkdir.
Bu gün rayonda "Azəriqaz" İstehsalat
Birliyinin xətti ilə Siyəzən şəhərində
salınmış yeni yaşayış massivlərində, o
cümlədən 28 may, Ş.Baxşıyev, A.Zahirov
küçələrində, eləcə də
Gilgilçay stansiyası ərazisində və Tuğay kəndində
qaz xətlərinin çəkilişi davam etdirilir. Cari ilin
iyul-avqust aylarında şəhərdə yaranmış
içməli su problemlərinin aradan
qaldırııması istiqamətində "Azərsu"
ASC tərəfindən bir sıra həlli vacib işlər
görülüb və bu gün də bu işlər davam
etdirilir.
(ardı var)
Tərlan Nəsirli,
Bakı-Siyəzən-Bakı
Mövqe.- 2011.- 24 dekabr.- S. 10.