"Erməni
məsələsi"nin ortaya atılmasında Qərb
dövlətlərinin rolunun dövri mətbuatda əksi
III
yazı
Açılan məktəblər və
kolleclərdə ermənilərin xüsusi himayə
altında oxumasına şərait yaradan Qərb ölkələri,
xüsusən Amerika Birləşmiş Ştatları öz məqsədlərini
də gizlətmirdi. Missoner Vithenin bu sözləri Qərbin
ermənilərə münasibətini ortaya qoyur: "Ermənilər
amerikalıların ilk gəlişlərində göstərdikləri
mehribanlığı kollec yaratmaq fikrinə də göstərdilər
və bunun ilk dəstəkləyiciləri oldular. Ehtiyacı
açıqca hiss edirdilər. Bir erməni universiteti,
paytaxtları və ya bir mədəniyyət mərkəzləri
yoxdur. Bəlli bir təşkilatları, tədris sistemləri,
dünyaya açılacaq dəniz kənarında limanları
və təbii ki, orduları, dəniz qüvvələri
yoxdur, dağınıq halda yaşayan ermənilər Qafqazda
və Türkiyədə də gizli qalmış, su
altındakı topluluqlardır və biri digərini
parçalayan böyük dövlətlər yolları üzərində
yerləşmiş bu kiçik topluluğu əzir. Onlara
dostca bir tədris qapısı - Xristian Anadolu koleci
açılırdı. Ermənilər bu qapıdan keçmək
arzusundaydılar. Buna da şərait yaradıldı. Kollec
açılarkən sadəcə 4 şagird vardı. 4
şagird üçün kollec fəaliyyət göstərə
bilməzdi, lakin hədəf ermənilər olduğundan bu
işi təxirə salmaqdan vaz keçdilər və erməni
uşağı üçün kollec açıldı.
Amerika
Birləşmiş Ştatlarının dövlət səviyyəsində
erməni siyasəti və bu millət üçün
missonerlik fəaliyyətinin uzun bir tarixi var. Hələ 1820-ci
ildə Amerika Protestant Kilsəsi planlı şəkildə
İzmirə, İstanbula, Beyruta və xristianlar yaşayan
başqa Osmanlı şəhərlərində missionerlər
göndərməklə məşğul olarkən bu milləti
unutmurdu. Məşhur Plin Fiks və Levi Parsons adlı missionerlərin
İzmirdəki fəaliyyətləri çox böyük
"iz" buraxmışdı. Levi Parsons o zaman erməni
dilində çıxan "Hnçak" qəzetində
yazırdı ki, "bu günah imperatorluğunu təmamən
yıxmaq əhdim olsun". Deməli, missionerlik bir müsəlman
dövlətinə qarşı fəaliyyətlərdən
başqa bir şey deyildi. Onlar Türkiyəyə ayaq
basar-basmaz erməniləri öz tərəflərinə
çəkməyə və müsəlman türklərlə
xristian ermənilər arasında ədavət toxumu səpməyə
başladılar. Beləliklə, amerikalılar Türkiyədə
türklər əleyhinə ilk sistematik təbliğatlarının
təməlini bu şəkildə qoymuş oldular.
1830-cu
ildə Amerika missionerləri İstanbulu mərkəz
seçdilər və Anadolunu bir neçə stansiyaya (mission
bölgələrinə) ayırdılar. Bu bölgələrdə
ermənilər könüllü surətdə Amerika və
İngiltərənin mühafizəsi altına keçdi,
müdafiə və himayəsinə daxil oldular. 1848-ci ildə
ABŞ missionerləri bir qədər də qabağa gedərək
üzvləri ermənilərdən ibarət olan protestant cəmiyyəti
qurdular və bu cəmiyyəti Osmanlı dövlətinə rəsmən
tanıtdılar. Daha sonralar 1850-ci ildən başlayaraq ABŞ
missionerləri Osmanlı erməniləri arasında
maarifçilik işini sürətləndirdilər və
bundan sonrakı 35 il müddətində 80 məktəb, 8
yüksək kollec və 16 qız məktəbi açdılar.
İstanbuldakı Robert və Üsküdar Amerika qız
kollecləri, Xarputdakı Fırat kolleci, Merzifonda, Antəpdəki
Anadolu kollecləri, Kayseridəki Talis, Mersindəki Tarsus və
Samakovdakı Rumeli kolleclərinə XIX əsr boyunca müsəlman
şagird qəbul edilmədi (yalnız XX əsrin əvvəllərində
tək-tük türklər buraya götürülmüşlər).
Bu
məktəb və kolleclərdə yetişdirilən erməniləri
missionerlər Amerikaya aparır, onlara xüsusi kurslar
keçir, Türkiyədə nə edəcəkləri,
hansı vəzifələri yerinə yetirəcəkləri
barədə tapşırıqlar verir və geri
qaytarırdılar. Bu dövrdə isti münasibət görən
bəzi erməni ailələri Amerikaya köç etməyə
üstünlük verirdilər. Onlar Amerikaya türk
düşmənçiliyini daşıyırdılar və
Türkiyənin harada yerləşdiyini belə bilməyən
amerikalılarda ilkin təsəvvürü də onlar yaradırdılar.
Amerika missionerləri işlərinin nəticə verdiyini
görüb, istedadlı erməni gənclərini pulsuz
ABŞ universitetlərinə qəbul etməyə, bir hissəsini
teoloji fakültələrdə oxutmağa, hətta missioner
kimi yetişdirməyə başladılar, onlara ABŞ vətəndaşlığı
verildi. Bu missionerlər vasitəsilə ermənilərin
yaratdığı inqilabçı və separatçı
qurumlar-inqilabçı "Daşnaksutyun",
"Hnçak" və digər partiya, təşkilatlarla əlaqələr
quruldu və həmin partiyalar dəstəkləndi.
Ermənilərin
ABŞ-da sayı artıdqca onların Anadoluda fəaliyyətləri
daha da genişlənməyə başladı. 1886-cı ildə
Anadoluda (Sivasda) ABŞ-ın ilk Baş Konsulluğu
açıldı və buraya missioner bir ailədən olan,
uşaqlığı ermənilər arasında
keçmiş mister Jevet adlı bir nəfər konsul təyin
edildi. Ankarada da Sivas Baş Konsulluğuna tabe olan
konsulluq agentliyi açıldı. Daha sonra- 1895-ci ildə Ərzurumda
da ABŞ konsulluğu fəaliyyətə başladı.
1894-cü
ildə "Erməni məsələsi" ilk dəfə
ABŞ Senatının iclaslarından birinin gündəliyinə
salındı. Senator Nyuton Vlanxard tərəfindən Senata
çıxarılan bir müraciətlə Türkiyədə
(Sasunda) ermənilərin üsyanının
yatırılmasına etiraz edildi və Türkiyənin hərəkətləri
pisləndi.
1895-ci
ildə missionerlərin verdikləri raportlara (məlumatlara) əsaslanaraq
ABŞ Osmanlı dəniz sərhədləri daxilinə bir hərb
gəmisi göndərdi ki, erməniləri qorusun. Erməniləri
kimdən qoruyurdu və buna onun ixtiyarı
çatırdımı? Gəminin komandiri Hələb valisinə
və Mersin rəhbərinə təhdid dolu məktublar
göndərdi. 1896-cı ildə ABŞ Senatında və
Nümayəndələr Palatasında Türkiyə əleyhinə
qərar qəbul edildi. Bu sənəd erməniləri
müdafiə edir və Türkiyəni onlara muxtariyyət verməyə
səsləyirdi. Və beləliklə, missionerlik fəaliyyətləri
öz nəticələrini verirdi. Bir tərəfdən,
ABŞ öz məqsədlərinə nail olur, digər tərəfdən
isə bütün Avropanın və Rusiyanın da əlində
alət olan ermənilər öz arzularını
reallaşdırmağa yaxınlaşırdılar. Onlar
Osmanlı torpaqlarında erməni dövləti qurmaq
üçün geniş fəaliyyət göstərirdilər.
Erməniləri
himayə edən təkcə ABŞ deyildi. Anadolu və
Osmanlı Türkiyəsinin digər bölgələrinə
açıq-aşkar ermənilərə xüsusi
qayğı ilə yanaşaraq öz məqsədlərinə
çatmaq istəyən İngiltərə, Fransa, Almaniya və
Rusiya Osmanlı dövlətini məhv eetmək
üçün çalışır, bir çox hallarda
bir mərkəzdən hərəkət edirdilər. Onlar erməni
dilində mətbu orqanların çıxarılmasına da
üstünlük verir, lazımi köməyi göstərirdilər.
İngiltərənin
də məqsədləri açıq idi və onu həmin
dövrdə yüksək kürsülərdən bəyan
edirdilər. Bu məqsədlər içərisində
Osmanlı dövlətinin parçalanması, onun
gücünün, nüfuz və dini təsirlərinin
azadılması və islam birliyinə mane olunması dururdu.
İngiltərə Aralıq dənizində söz sahibinə
çevrilmək üçün çox fəal iş
aparırdı. Rusiya İstanbul və oradakı boğazlara nəzarəti
öz əlinə almaq istəyirdi. Fransa Osmanlının cənubunda
özünün vassalı olan bir xristian dövləti qurmaq
itəyirdi ki, onun vasitəsilə Yaxın və Orta Şərqə
çıxış tapa bilsin.
Erməni
keşişi T.Geğamyans "Erməni hərəkatının
tarixi" kitabında öz məqsədlərini
reallaşdırmaq üçün göstərilən fəaliyyətləri
şərh edərkən yazır: "Roma papasının
katolik missionerləri də daxil olmaqla Şərqə əl
uzatmağa çalışan avropalılar hələ VI-VII əsrlərdə
Kilikiyadan İrana gedərək burada yaşayan ermənilərin
də dini duyğularını alovlandırdılar".
İngiltərənin
bu böləgədə güddüyü siyasətin nədən
ibarət olduğunu digər rəqibləri də bilirdilər
və Rusiyada İngiltərənin Osmanlını
parçalayıb bir neçə dövlətə
çevirmək planına çox mülayim
yanaşırdılar. İngiltərənin bu parçalanma nəticəsində
"Ermənistan" adlı dövlət yaratmaq siyasətini
Rusiya və digər rəqiblər də dəstəkləyirdi.
XIX əsrin 80-ci illərində ingilis mətbuatında
"Ermənistan" və "Şərqi Ermənistan"
adları tez-tez işlədilirdi. Şərqi Anadolunun bir
çox yerlərində missionrlərin sayı
çoxalmışdı, həm də bu missonerləri
konsulluqlar əvəz etməyə başlamışdı.
Londonda "İngilis erməni komitəsi" adlı təşkilatın
yaranması da göstərirdi ki, Böyük Britaniya
Krallığı "Erməni məsələsi"nin
"həllində" öz müttəfiq və rəqiblərindən
geri qalmaq istəmir. O dövrdə erməni patriarxı Xoren
Aşıqyan özünün "Erməni tarixi" əsərində
yazırdı: "Türkiyənin çeşidli yerlərinə
dağılmış çox sayda protestant missionrləri ermənilərin
İngiltərə sayəsində muxtariyyətə
qovuşacaqlarını irəli sürməkdədirlər.
Qurduqları məktəblər gizli planlar
yuvasıdır". O dövrdə ermənilər içərisində
nüfuzu olan "Armenakan" qəzeti bu ideyanı dəstəkləyirdi.
Bu sözləri bir erməni yazırdı və bu işin
axrının yaxşı bitməyəcəyi fikrini ortaya
qoyurdu. Və bu fikrinə görə də "Osmanlı
ölkəsində protestant topluluqlar qurulması və
bunların İngiltərə və ABŞ tərəfindən
himayə edilməsi mədəni Qərbin ən müqəddəs
duyğu olan din duyğusunu belə sömürməkdən
çəkinmədiklərini göstərməkdədir. O,
Eməidzin katolikosu V.Gevorku da çar Rusiyasına alət
olmaqda və Anadolu emənilərinə xəyanət etməkdə
suçlayırd. Bunu "Armenakan" qəzeti açıq
yazırdı.
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, Azərbaycanın
ədalətli mövqeyinin müdafiə edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Mövqe.-2011.-9 fevral.- S.4.