Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

 

IV yazı

 

Bu dövr ərzində respublika rəhbərliyi bölgənin iqtisadi inkişafını təmin edəcək bütün işləri görmüşdü. Vilayətin digər regionlarla kommunikasiya əlaqələri xeyli yaxşılaşdırılmışdı. Eyni zamanda Qarabağda azərbaycanlıların məskunlaşması istiqamətində tədbirlər planı həyat keçirilirdi. Bütün bu görülən işlərin başlıca məqsədi Dağlıq Qarabağ ermənilərinin Ermənistana meyillilik əmsalını mümkün qədər aşağı salmaq, onların Bakıdan asılılığını təmin etməkdən ibarət idi. Heydər Əliyev buna nail olmuşdubunun nəticəsi idi ki, ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi "zərurətini" əsaslandırmaq üçün heç bir arqument tapa bilmirdilər. Heydər Əliyev özü həmin dövrü belə xatırlayırdı: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman - bunu açıq demək lazımdır - biz Dağlıq Qarabağa daha çox iqtisadi cəhətdən şərait yaradırdıq, onların iqtisadiyyatının inkişaf etməsinə üstünlük verirdik. Çünki daim məsələ qalxırdı ki, guya Dağlıq Qarabağı Azərbaycanda sıxışdırırlar və ermənilər Dağlıq Qarabağda inkişaf edə bilmir. Azərbaycanın bütövlüyünü saxlamaq, bütün ərazisini qorumaq üçün biz o vaxtlar, yenə də deyirəm, Dağlıq Qarabağa daha da çox diqqət yetirirdik. Doğrudur, sonra bəzi diletant adamlar məni günahlandırırdılar ki, bunu üçün edirdim. Mən bu gün deyirəm, edirdim. Edirdim, ona görə ki, birincisi, Dağlıq Qarabağı azərbaycanlılarla da məskunlaşdırmaq lazım idi, ikincisi, ermənilərə imkan verməyək ki, bu məsələni qaldırsınlar.

Sonra məsələ tərsinə oldu. Bu münaqişə başlanandan sonra mətbuatda, SSRİ mətbuatında məni yenə də günahlandırırdılar ki, Azərbaycana rəhbərlik etdiyim zaman guya erməniləri sıxışdırmışam, oradakı demoqrafik vəziyyəti dəyişdirmişəm, ermənilərin oradan çıxması üçün müəyyən tədbirlər görmüşəm və ermənilər Dağlıq Qarabağda da azalıblar. Bunu ermənilər deyirdilər və hətta o vaxtlar bu məsələlər SSRİ Ali Sovetinin sessiyasında müzakirə olunanda onların nümayəndələri, hətta Ermənistan Elmlər Akademiyasının prezidenti Ambarsumyan - biz vaxtilə onu Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü seçmişdik, o cümlədən dostluğu möhkəmləndirmək üçün Gürcüstan Elmlər Akademiyasının üzvü seçilmişdi - mənim adımı çəkirdi. O söz indiyə qədər yadımdadır ki, Heydər Əliyev Dağlıq Qarabağı, Azərbaycanı ardıcıl surətdə ermənilərdən təmizləmişdir. Mən buna təəccüb etmirdim, amma ona təəccüb edirdim ki, o vaxt Azərbaycanda çoxları yenə də Əliyevi günahlandırır və həmin o sözlərlə razılaşırdılar: bəli, Heydər Əliyev Dağlıq Qarabağa pis münasibət göstərir. Ona görə indi ermənilər Dağlıq Qarabağı Ermənistana bağlamaq istəyirlər". Nəhayət, "böyük Ermənistan" xəyalpərəstləri taktikanı və hədəfləri dəyişmək qərarına gəldilər. Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçyan sonralar bu barədə danışarkən deyirdi: "XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam olmuşdur. Atatürk və Heydər Əliyev. Onlardan biri sağdır. Bilin, qədər ki, o sağdır, biz Qarabağı ala biləcəyik, nə də başqa əraziləri".

Beləliklə, ermənilər arsenallarında olan bütün mübarizə vasitələrini Heydər Əliyevi aradan götürməyə yönəltdilər. Moskvadakı havadarlarının himayəsi altında öz mənfur məqsədlərinə nail olmaqdan ötrü ermənilər müxtəlif vasitələrə əl atır, SSRİ-nin ən nüfuzlu rəhbərlərini ələ almağa çalışır, bunun üçün hətta kimlərəsə maliyyə dəstəyi verməkdən belə çəkinmirdilər. Bütün təzyiqlərə müqavimətlərə baxmayaraq, Heydər Əliyev Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll edilməsinin qarşısını almağa müvəffəq oldu. Vilayət iqtisadi siyasi baxımdan olduqca ciddi şəkildə Bakıdan asılı vəziyyətə salınmışdı. Sonralar 1988-ci ildə DQMV-nin Ermənistana birləşdirilməsi məsələsi yenidən ictimai gündəmə çıxarılarkən məhz bu addımlarına görə Heydər Əliyev erməni təbliğat şəbəkəsinin və onun Moskvadakı himayədarlarının ittihamlarına məruz qaldı. Onu Qarabağ ərazisini ermənilərdən təmizləməkdə, vilayətdə ayrıseçkilik siyasəti yürütməkdə ittiham etdilər. Ən ağrılısı odur ki, bu çoxşaxəli prosesin iştirakçıları sırasında bəzi azərbaycanlıların da adları var idi. Heydər Əliyev heç nədən, heç kimdən çəkinmədən ən riskli qərarlara belə imza atmaqda tərəddüd etmirdi. Bakıdan Xankəndiqə dəmir yolu xəttinin çəkilməsi məhz onun rəhbərliyi dövründə həyata keçirilmişdi burada əsas məqsəd Qarabağı Azərbaycana bağlayan strateji kommunikasiyaların sayının artırılmasından ibarət idi. Bununla da Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi mərkəzlə daha yaxşı əlaqələrə malik olması, vilayətin iqtisadi baxımdan Ermənistana deyil, məhz Azərbaycana daha çox bağlı olması təmin edilmiş oldu. Heydər Əliyevin səyləri nəticəsində DQMV-də azərbaycanlılar yüksək vəzifələrə təyin edilir, vilayət iqtisadiyyatının inkişafına xidmət edən müəssisələrlə Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən zavodlar, fabriklər arasında əlaqələr möhkəmləndirilir, yerli əhalinin içərisində ermənilərin üstünlük təşkil etməməsi üçün gizli, lakin olduqca ağıllı siyasət yürüdülürdü.

Heydər Əliyevə qarşı müqavimət göstərə bilməyən və onun həyata keçirdiyi tədbirlərin qarşısını almaqda aciz görünən ermənilər isə öz niyyətlərindən əl çəkmək fikrində deyildilər. 1982-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyinə gətirilməsi erməniləri daha mütəşəkkil fəaliyyətə təhrik etdi. Siyasətdə Heydər Əliyev faktorunun mövcudluğu Qarabağın Ermənistana birləşdirilməsi ideyasının iflası demək idi elə buna görə ermənilər çox geniş spektrli "antiəliyevçilik" təbliğatına başladılar. 1985-ci ildə Sov. İKP MK-nın baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi. M.Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilər ölkənin birinci şəxsinin timsalında siyasi himayədar qazanmışdılarbu fürsətdən maksimum istifadə etməyə çalışırdılar. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan Nazirlər Soveti sədrinin birinci müavini postundan uzaqlaşdırılması məhz bu cəhdlərin məntiqi sonluğu kimi qiymətləndirilə bilər. Ermənilərin Qarabağ iştahasının qarşısında dayanan əsas maneə aradan götürülmüşdü, planın qalan hissəsinin həyata keçirilməsi texniki xarakter daşıyırdı. 1988-ci ildə ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi, Topxana meşəsinin məhv edilməsi ilə daha da qızışansonradan hərbi əməliyyatlar müstəvisində davam etdirilən münaqişə problemin qədər ciddi olduğunu bir daha ortaya qoydu. Proseslər o dərəcədə sürətlə cərəyan edirdi ki, azərbaycanlılar nə ermənilərin brilyant sovqatı müqabilində Qorbaçovun hadisələrə biganəliyinin, böyük bir ərazinin respublikanın nəzarətindən faktiki olaraq çıxarılmasının, nə də hakimiyyətin etinasız və səriştəsiz siyasətinin məntiqini başa düşməyə imkan tapa bildilər. Konfliktin coğrafiyası isə günü-gündən genişlənirdi.

1989-cu ildə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. Bu, faktiki, Azərbaycan ərazilərinin ilhaqı anlamına gəlirdi. Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və bu baxımdan Azərbaycandakı kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində deyildi. Şübhəsiz ki, ermənilərin təcavüzkar siyasətinin həyata keçməsində məhz kənar qüvvələrin dəstəyi daha böyük rol oynamışdır. Bu mənada o vaxtkı SSRİ rəhbərliyinin səyləri xüsusilə qabarıq şəkildə nəzərə çarpırdı.1990-cı ildə Sovet ordusunun Bakıda keçirdiyi əməliyyatlar bunu bir daha təsdiqlədi. Dağlıq Qarabağın Ermənistana ilhaqına etiraz əlaməti olaraq keçirilən mitinqlər sovet əsgərlərinin güllələri ilə yatırıldı. Bu hərbi akt zamanı yüzlərlə azərbaycanlı qətlə yetirildi, minə yaxın insan itkin düşdü. Şəhərdə bir neçə ay davam edən fövqəladə vəziyyət rejimi elan olundu. Bütün bunlar Azərbaycan xalqının mübarizlik əzmini qırmaq, onun azadlıq ideyalarına inancını sarsıtmaq və Qarabağın Ermənistana ilhaqı prosesinə yardım göstərmək məqsədi daşıyırdı.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Mövqe.-2011.-17 fevral.-S.10.