Kamal Abdulla – 60

 

Mətbuat Şurasında görkəmli alimin yubileyi ilə bağlı mərasim keçirilib

 

Dünən Azərbaycan Mətbuat Şurasında Bakı Slavyan Universitetinin rektoru, MŞ İdarə Heyətinin üzvü, professor Kamal Abdullanın 60 illik yubileyi münasibətilə mərasim keçirilib. Tədbirdə Şuranın İdarə Heyətinin üzvləri, ölkənin tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ictimai xadimlər iştirak ediblər.

Mərasimi MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Kamal Abdulla ölkəmizin nüfuzlu alim, yazıçı və ictimai xadimlərindən biridir. Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Yaradıcılıq Fondunun sədridir. İndiyədək çap edilmiş 215 məqalə, tezis, esse, ön söz, rəy, elmi söhbətin, onlarca şeirin, hekayənin, pyesin, romanın, xarici dillərdən tərcümələrin müəllifidir. Ə.Amaşov qeyd edib ki, K.Abdullanın elmi maraq dairəsi əsasən dilşünaslığı, ədəbiyyatşünaslığı türkologiyanı əhatə etsə , jurnalistika ilə bağlı fikirləri xüsusi əhəmiyyət kəsb edir. Şura sədri ilk üç qütb haqqında yubiley günlərində daha əhatəli söhbət getdiyindən tədbir iştirakçılarını Kamal Abdullanı media ilə bağlayan cəhətlər ətrafında diskussiyalara dəvət etdi: "Kamal müəllim Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən aktiv tərəfdaşlarımızdandır. Ölkə jurnalistlərinin üç qurultayında jurnalistlər ona etimad göstəriblər. Şuranın elə təşəbbüsü olmayıb ki, hərtərəfli dəstək göstərməsin. Təkcə kütləvi informasiya vasitələrinin dili ilə bağlı məsələləri qeyd etmək istərdim. Bu mövzuda ilk ümumrespublika konfransının fəal təşkilatçılarından olub. Tədbir məhz Bakı Slavyan Universitetində keçirilib. Bütün bunlar Kamal Abdulla yaradıcılığının media ilə bağlı tərəflərindən söhbət açmaq üçün kifayət qədər dolğun əsaslar verir"-deyə o vurğulayıb. MŞ sədri yubilyara Şuranın təbrik plaketini xatirə hədiyyəsini təqdim edib.

MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Kamal Abdullanın müxtəlif sahələrdə söz sahibi olduğunu deyərək fəaliyyətinin örnək səciyyə daşıdığını vurğulayıb: "İstər elmi, istər ictimai-siyasi, istərsə də hansısa digər sahədə o, böyük söz sahibidir. Yaradıcı şəxs üçün belə statusa yiyələnmək misilsiz dividentdir hər kəsə nəsib olmur". MŞ İdarə Heyətin üzvü, Milli Məclisin deputatı Aqil Abbas K.Abdullanı Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən ziyalılardan biri kimi xarakterizə edib. O bildirib ki, yubilyar eyni ahəngdarlığı rektoru olduğu Bakı Slavyan Universitetinə gətirib. BSU-nun nəinki ölkədə, hətta Azərbaycandan kənarda da nüfuzlu təhsil ocaqlarından biri kimi tanındığını deyən A.Abbas yubilyara yeni-yeni yaradıcılıq uğurları cansağlığı arzulayıb.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli K.Abdullanın əsərlərinin bütün dünyada maraqla oxunduğuna diqqət çəkib: "Bəzən deyirlər ki, Azərbaycan ədəbiyyatı dünyaya çıxmır. Bu, hansısa mənada doğru deyimdir. Çünki doğrudan da o səviyyəyə çatmaq lazımdır. Amma bu gün Kamal müəllimin timsalında əsərləri dünyada oxunan, böyük rezonans doğuran bir həmvətənimiz, gözəl ziyalımız var. O, qorqudşünaslıqda böyük söz sahibidir. Dünyada elə bir tədqiqatçı tapılmaz ki, "Kitabi Dədə Qorqud"la bağlı isə ortaya qoymaq istəyərkən Kamal müəllimin yaradıcılığına üz tutmasın"-deyən C.Həsənli həmçinin bildirib ki, K.Abdulla ictimai fikrə əsaslı təsir göstərən ziyalılardan biridir. sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu K.Abdullanın Mətbuat Şurasındakı fəaliyyətindən bəhs edərək deyib ki, yubilyar Şuranın KİV-lərin dili ilə bağlı monitorinqinin aparılması ideyasının müəllifi kimi mövcud istiqamətdə çoxsaylı dəyərli təşəbbüslər irəli sürüb. Bundan başqa o, MŞ-nin Təhsil Komissiyasının rəhbəridir: "Lakin Kamal müəllimi xarakterizə edən ən mühüm xüsusiyyət onun səmimiliyi, dostluğa, yoldaşlığa sədaqətidir. Müsbət xüsusiyyətləri yaratdığı əsərlərdə ifadə olunur. Bütün bunlar yaradıcılığına hədsiz oxucu marağına səbəb olur".

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli K.Abdullanı xarakterizə edən ən mühüm cəhətlərdən biri kimi quruculuğu və novatorluğu vurğulayıb. O bildirib ki, yubilyarın rəhbəri olduğu Bakı Slavyan Universitetinin profilinin genişləndirilməsi istiqamətində böyük xidmətləri var. "Bu mənada o, adı universitetin tarixinə qızıl hərflərlə yazılmalı olan rəhbərdir. Mətbuat Şurasındakı diskussiyalarımızın başlıca mövzusu isə müasir jurnalistika necə olmalıdır deyimi üzərində qurulur. Məsələlərə münasibətdə prinsipial mövqeyi dərin təəssübkeşlik hissindən qaynaqlanır"-deyə o bildirib.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə BSU-da jurnalistika fakultəsinin yaradılmasını K.Abdullanın media sahəsindəki xidmətlərindən biri kimi önə çəkib: "Bu olduqca böyük işdir. Bildiyimə görə, ali məktəblərdə jurnalistika fakultələri azdır. Bakı Slavyan Universitetinin jurnalistika fakultəsində slavyandilli ölkələrin dili ilə peşəkar jurnalistika bir növ, sintezdə götürülür. Eyni zamanda həmin ölkələrin mövcud sahədəki qabaqcıl təcrübəsi tədris edilir. Əlbəttə, bu istiqamətdəki işi qurmaq belə desək, relsə salmaq böyük zəhmət tələb edir. Kamal müəllim öz novatorluğu ilə bunu etməyi bacarıb".

MŞ İdarə Heyətinin üzvü "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas K.Abdullanın Azərbaycan elmindəki xidmətlərinin vurğulayaraq rektorun tələbə-müəllim münasibətlərinə gətirdiyi yeniliklərdən söhbət açıb: "Kamal müəllim bu münasibətlərdəki köhnəliyi tam yeni - səmimi münasibətlər mərhələsi ilə əvəzlədi. Özü çox qısa müddətdə. Ziyalı kimi isə onun fəaliyyəti ilə hələ ötən əsrin 90-cı illərindən tanışam. Həmin vaxt bir çoxlarının dilə gətirmədiklərini cəsarətlə televiziya ekranı vasitəsilə xalqa çatdırırdı".

"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı Kamal Abdulla yaradıcılığı ilə bağlı söhbət açarkən bunları deyib: "Kamal Abdulla şəxsiyyətinin formalaşmasında onun uşaqlıqdan əhatə edən mühit də mühüm rol oynayıb. Bu sırada Kamal müəllimin dayısı, görkəmli alim Əli Sultanlının da adı xüsusi anılıb. Mən hesab edirəm ki, bu bünövrə üzərindəki uğurlarda başlıca rolu Kamal Abdulla zəhmətsevərliyi oynayıb. Kamal müəllim zəhməti sevən, ona dəyər verən insandır". "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, "Assa-irada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov, tələbə yoldaşları adından çıxış edən MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə başqaları K.Abdullanı ziyalı, alim, pedaqoq publisist kimi dəyərləndirərək bildiriblər ki, yubilyar həyat yaradıcılığı ilə söz sənəti sahibləri üçün böyük örnək olan ictimai xadimdir.

 

 

Mövqe.- 2011.-17 fevral.-S.8.