"Arşın mal alan"ın yeni dünya turu gedir
Bu əsər dünya səhnələrində
indiyə qədər
90 dəfə oynanılıb
Bir vaxtlar Rəşid Behbudovun ifasında dünyanı gəzən bu ölməz əsər yenidən səfər üstündədir. Azərbaycan
Akademik Opera və Balet Teatrının rejissoru Hafiz Quliyev səfərdən qayıdıb.
Rejissor Üzeyir bəy Hacıbəylinin
"Arşın mal alan"
əsərini əvvəlcə
Belarusda səhnəyə
qoyub, sonra isə Çində.
"
Hafiz
Quliyevin dediyinə görə, artıq məşqlər başa çatanda ölkədə
tamaşaya maraq yarandığının şahidi
olub: "Məşqin
özünə teatrın
bütün aktyorları
oturub baxırdılar.
Üzeyir bəyin musiqisi dünyəvi musiqidir, hədsiz sevdilər musiqini. Tamaşada rəqsləri Mədinə Əliyeva qurdu, milli rəqslər
də onlarda marağa səbəb olmuşdu. Ümumiyyətlə,
iş prosesində marağı gördükcə
adam özü işə bir az da həvəslənirdi.
Kostyumların eskizini onların rəssamları
verirdi, eskizləri bir neçə dəfə dəyişməli
oldum, Azərbaycan kaloritini tapıncaya qədər. Səhnə arxalığına isə
Azərbaycanla, Qarabağla
bağlı fonlar verdik, səhnə açılanda tamaşaçı
özünü Azərbaycanda
hiss edirdi. Kulisdə Bakının, İçəri
şəhərin şəkilləri,
Şəki xan sarayının ornamentləri,
şəbəkələr təsvir olunmuş pərdələr asılmışdı.
Belarus Akademik Musiqili Teatrı bütünlüklə
Azərbaycanı xatırladırdı.
Üzeyir bəyin musiqisinin sədaları isə tamaşaçıları
tam bir möcüzəli
aləmə aparırdı.
Aktyorlar tamaşada bəzi Azərbaycan kəlmələri də işlədirdilər. Məsələn
xala obrazını onların çox tanınmış, bizim Nəsibə xanım kimi bir aktrisaları
oynayırdı, onun dilində "Xalan sənə qurban" ifadəsi çox şirin çıxırdı."
Tamaşanın premyerası
uğurla keçdi. Azərbaycanın Belarusdakı
nümayəndəsi Əli
Nağıyev oradakı
bütün diplomatik korpusları tamaşaya dəvət etmişdi. Dövlət nümayəndələri,
Azərbaycandan nazirliyin
bir qrup nümayəndəsi-Sevda Məmmədəliyeva,
Siyavuş Kərimi, Azərpaşa Nemət tamaşanın ictimai baxışında oldular.
Tamaşanın rejissoru
deyir ki, bir premyera nəzərdə
tutulmuşdu, üç
premyera oldu: "İctimai baxışa belə, bilet satılmışdı və
anşlaq idi. Çox böyük rezonans yaratdı, hadisəyə çevrildi.
Onların mədəniyyət
naziri dedi ki, axır ki,
gözəl bir sənət əsəri gördük."
Tamaşa rus
dilində oynanılırdı.
Dekabr ayı plandan əlavə də repertuara salındı. Yanvar ayında da bir-neçə dəfə
oynanıldı. Bundan
əlavə, o tamaşa
ilə həmin kollektiv dörd ölkəyə qastrola gedib, hələ də qastrollar gözlənilir. Həmin tamaşa təhvil verilər-verilməz Hafiz Quliyev
eyni tamaşanı səhnələşdirmək üçün
Çinə dəvət
alıb. Qısa bir zamanda "Arşın mal alan" Pekin səhnəsində qoyulub. Hafiz Quliyevin dediyinə görə, çinlilər özləri
"Arşın mal alan"ı
hələ 1959-cu ildə
səhnələşdiriblər. "Şəkilləri gördüm,
Əsgəri eynilə
Rəşid Behbudova oxşadıb qrimləmişdilər.
Həmin aktyorlar indi də sağ
idilər, gəlib görüşdülər, məşqlərə
də baxdılar. Tamaşanın rəssamı
Tahir Tahirov tam yeni, təbii Azərbaycan kaloritli tərtibat verdi."
Tamaşa Pekində
də Belarusda olduğu kimi uğurla oynanılıb, özü də Çin dilində. Deyəsən, "Arşın
mal alan" Rəşid
Behbudovun ifasında bir dəfə olduğu kimi yeni dünya turnesinə başlayıb.
Hafiz Quliyev artıq
Ankara, Samsun, Belarus, Moskva,
Çin səhnəsində
"Arşın mal alan"ı
səhnələşdirib. Ümumilikdə bu
əsər 90 ölkənin səhnəsində
oynanılıb.
Mövqe.- 2011.- 24 fevral.-S. 13.