REGİONLARIMIZ:
ZƏRDAB
II YAZI
Son illər Zərdab
öz simasını əsaslı şəkildə
dəyişmiş, daha abad
və yaraşıqlı olmuşdur. Tikinti, abadlıq və quruculuq
işləri hesabat dövründə də
sürətlə davam etdirilmişdir.
Xanməmmədli kəndində smeta dəyəri
262 min 900 manat olan 100 şagird yerlik orta məktəb
binasının tikintisi artıq başa çatdırılmışdır. Rayon İcra Hakimiyyəti
və Əhalinin Sosial Müdafiə Mərkəzi
üçün yeni inzibati binalar istifadəyə
verilmişdir. Ulu
öndərin doğum günü
ərəfəsində bu binaların
açılışı olmuşdur.
Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün inşa
olunan 16 mənzilli yaşayış
binasında da tikinti
işləri başa
çatdırılmış və hazırda binanın ətrafında
abadlıq işləri davam etdirilir. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 86 illik yubileyi
ərəfəsində
çoxsaylı digər obyektlərlə yanaşı, Heydər
Əliyev parkı ərazisində smeta dəyəri
280 min manat olan Heydər Əliyev İdeoloji
Mərkəzinin binasının tikintisi də
başa
çatdırılmışdır.
Tikintisinə 2007-ci ilin dekabr ayında
başlanmış, smeta dəyəri 750 min manat olan 200 yerlik
Uşaq İncəsənət Məktəbi, Cilovxanlı kəndində
80 yerlik məktəb binası isə istifadəyə
hazırdır. Alıcanlı kəndində smeta dəyəri
1 milyon 172 min manat olan 360 yerlik məktəb binasının
tikintisində 6 ay ərzində 643 min manatlıq
işgörülmüşdür.
Cari ilin birinci yarısında Heydər Əliyev və
Zərdabi adına parklarda, Şəhidlər Xatirə
kompleksində, Sahil parkında, küçələrdə
xeyli abadlıq, təmir vəyaşıllaşdırma
işləri aparılmışdır. Ramiz Kərimov,
C.Cabbarlı, 1 May, Azadlıq, Azərbaycan, Samir Abdullayev,
Alı Mustafayev və sair küçələrə 15 min
kvadrametrdən çox asfalt örtük döşənmişdir.
Azərbaycan, 20 Yanvar, Zərdabi, Füzuli, M.Hüseyn,
S.Abdullayev, Nizami, M.Xəlilov, Rəsulzadə,
Ş.Şükürov küçələrində və
Heydər Əliyev prospektində uzunluğu 25 kilometr, həcmi
5 min kubmetr olan kanalların təmizlənməsi, keçidlərin
açılması işləri görülmüş və
buna 32 min manat vəsait xərclənmişdir.
Ucar-Zərdab magistral yolunda 4 min ədəd, Zərdab-Mollakənd
yolunda 5060 ədəd, Zərdab-Pirəzə yolunda 4840 ədəd,
Zərdab-Ağcabədi yolunda 3200ədəd ağac əkilərək,
abadlıq və yaşıllaşdırma işləri
aparılmışdır. Bu iş rayonun başqa ərazilərində
də davam etdirilmiş, hesabat dövründə kəndlərdəki
yol kənarına 5mindən çox ağac əkilmişdir.
Bu işlər payız mövsümündə də davam
etdiriləcəkdir. Şəhərin küçələrində
müasir ekzotik işıqlanma dirəkləri
quraşdırılmış, 4 yol ayrıcındaisə
müasir tipli kompleks tikilmişdir.
Respublika hökuməti rayon əhalisinin arzu və təkliflərinin
nəzərə alaraq 2008-ci il aprelin 10-da Zərdab rayonunda
Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun
büstünün qoyulması haqqında qərar qəbul
etmişdir. Qəhrəmanın abidəsinin qoyulması ilə
bağlı işlər başa çatmış və 9 May
- Qələbə Günü həmin
büstünaçılışı olmuşdur.
2009-2013-cü illəri əhatə edəcək ikinci
Dövlət Proqramında Zərdab rayonunda analoqu olmayan
işlərin görülməsi
planlaşdırılmışdır. Rayonda sənaye və kəndtəsərrüfatı
istehsalının genişləndirilməsi, yol təsərrüfatı
və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı,
rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi,
su təchizatının və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması, meliorasiya və irriqasiya
şəbəkəsinin, səhiyyə, mədəniyyət,
idman və təhsil müəssisələrinin
inkişafı və yenidən qurulmasıilə bağlı
geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu diqqət
və qayğıya görə zərdablılar ölkə
Prezidenti İlham Əliyevə minnətdardırlar.
Zərdab rayonu yüksək templə inkişaf edir
"Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"
rayonun daha sürətli inkişafına
stimul verib
Bakıdan 285 km qərbdə yerləşən Zərdab
şəhəri haqqında ilkin məlumatlar orta əsrlər
Şirvanşahlar dövrünə təsadüf edir. Dəniz
səviyyəsindən 11 metr alçaqda yerləşən Zərdab
Kür çayının sahilindədir. Ərazisi 86,6 kv.km, əhalisi
isə 53770 nəfərdir. Rayonun 42 yaşayış məntəqəsi
var - 40 kənd, bir şəhər, bir qəsəbə. O
cümlədən, rayon ərazisində 41 bələdiyyə,
28 icra nümayəndəliyi fəaliyyət göstərir.
Rayonun iqtisadiyyatında kənd təsərrüfatı
xüsusi rol oynayır. Kənd təsərrüfatınınəsasını
isə pambıqçılıq, taxılçılıq,
baramaçılıq və heyvandarlıq təşkil edir.
Bundan başqa, rayonda bir sıra sənaye müəssisələri
də fəaliyyət göstərir.
Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyevin imzaladığı "Azərbaycan
Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" (2004-2008) ölkəmizin inkişafı tarixində
mühüm əhəmiyyətə malikdir. Bu proqram çərçivəsində
görülən quruculuq, abadlıq işləri bölgələrin
inkişaf tempinin yüksəlməsində əsas
dönüş nöqtəsi sayıla bilər. Bu mənada
proqramın icrası Zərdab rayonunun da həyatında
mühüm yeniliklərlə müşahidə olunub.
Rayonda pambıqçılıq və
baramaçılıq inkişaf etdirilir
Son beş ildə Zərdabda əkin dövriyyəsinə
cəlb olunan torpaq sahələrinin həcmi, kənd təsərrüfatında
bitkiçilik məhsullarının istehsalı və məhsuldarlıq
nəzərəçarpacaq dərəcədə artıb. Əkin
sahələrinə mineral və üzvü gübrələrin
verilməsi, növbəli əkinin aparılması və
optimal müddətlərdə suvarma suyunun verilməsi,
dövlət tərəfindən taxıl
istehsalçılarına göstərilən dəstək
son beş ildə əkin sahələrinin həcminin 1,9 dəfə
artmasına gətirib çıxarıb. 2004-cü ildə
9577 ha olan taxıl sahələri hər il orta hesabla 1000-1350
ha artaraq 2008-ci ildə 14780 hektara çatdırılıb.
Bunun isə 10322 hektarını buğda, 4458 hektarını
arpa təşkil edib. Son beş ildə məhsuldarlıq hər
hektardan 25,4 sentnerdən 27,1 sentnerə qalxıb. Rayonun bir
sıra kəndlərində özəl toxumçuluq təsərrüfatları
yaradılıb. Həmin təsərrüfatlarda 2008-ci ildə
637,5 ha taxıl əkilib.
2004-cü ildə 2145 ha-dan 3200 ton, 2005-cı ildə
ısə 2873 ha-dan 4526 ton pambıq tədarük edilib. Son
beş ildə baramaçılığın inkişafı
üçün isə bələdiyyələrin ərazilərində
49 ha tut bağları salınıb, köhnə tut
bağlarında bərpa işlərinin aparılması məqsədilə
hər il əvəzsiz olaraq mülkiyyətçilərə
10 minlərlə tut tingləri paylanıb. 2005-2006-cı illərdə
Yuxarı Seyidlər, Körpükənd, Təzəkənd,
Çallı, Gəlmə kəndlərındə qurdun
dirildilməsi üçün nəzərdə tutulan
inkubasiya kameraları yaradılıb. Hazırda rayonda
baramaçılığın inkişafını "Şəki-ipək"
ATSC həyata keçirir.
Zərdabda heyvandarlığın və
quşçuluğun inkişafı diqqət mərkəzindədir
Dövlət Proqramının icra edildiyi zaman kəsiyində
rayonda heyvandarlığın inkişafı istiqamətində
mühüm işlər görülüb. Köhnə yonca əkini
sahələri ilə yanaşı, yeni yonca əkini sahələri
də yaradılıb. Bu baxımdan, yonca əkini sahələrı
1,8 dəfə artıb. Qaba yem tədarükü 2008-ci ildə
102304 tona çatdırılıb. Heyvandarlığın
inkişaf etdirilməsi və örüş sahələrinin
artırılması məqsədilə 19867 ha qış
otlaq sahəsi 2006-cı ildən istifadəyə
qaytarılıb. Qış otlaq sahəsi heyvandarlıqla məşğul
olan mülkiyyətçilərə icarəyə verilir.
Hesabat dövrü ərzində süd və süd məhsulları
emalı zavodunun tikintisi yekunlaşıb. Rayonda iribuynuzlu və
xırdabuynuzlu heyvanların artırılması istiqamətində
də əsaslı işlər görülüb. 2008-ci ilin
sonunda rayonda iribuynuzlu malların sayı 51935 baş,
xırdabuynuzlu heyvanların sayı 104566 baş olub. Bundan əlavə
rayon üzrə quşçuluq da inkişaf etdirilib. Dövr ərzində
quşların sayı artırılaraq 175618 baş olub.
2004-2008-ci illərdə heyvandarlıq məhsulları
istehsalının da həcmi xeyli artıb. Ət istehsalı
2620 tondan 2820 tona, süd istehsalı 20400 tondan 21600 tona, yumurta
istehsalı 7300 min ədəddən 7700 min ədədə,
yun istehsalı 143 tondan 155 tona çatdırılıb. Rayon
Baytarlıq Diaqnostika Kabineti nəzdində bütün
avadanlıq və nəqliyyat vasitələri ilə təmin
olunan 4 süni mayalanma texnikifəaliyyət göstərir.
2008-ci ildə İsaqbağı bələdiyyəsi ərazisində
"Namiq-S" damazlıq heyvandarlıq fermer təsərrüfatı
yaradılıb. Ümumiyyətlə, son beş ildə 29
fermertəsərrüfatı yaradılıb. Əhalinin ət
məhsuluna olan tələbatını ödəmək məqsədilə
Zərdab şəhər mərkəzindəki ticarət mərkəzində,
şəhərin 4 yol adlanan ərazisində vəPərvanlı
kəndində ət kəsimi məntəqələri fəaliyyətə
başlayıb.
Mövqe.- 2011.- 4 iyul.- S. 10.