REGİONLARIMIZ: Ağdam

 

Ağdam rayonu inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğundan taxılçılığa xüsusi fikir verilmişdir. Dövlət Proqramı (2009-2013-cü illər) qəbul edildikdən sonra bu sahə daha da ön plana çəkilmişdir. Əgər 2009 -cu ilin məhsulu üçün 17513 hektar sahəyə taxıl səpilmişdirsə, 2010- cu ilin məhsulu üçün 19125 hektar sahədə taxıl əkilmişdir. Bunun da 16839 hektar buğda, 2286 hektarı arpa sahəsindən ibarətdir. Hazırda biçin aparılır, 01.07.2010-cu il tarixə 4484 hektar sahədə biçin aparılaraq 10254 ton məhsul əldə edilmiş 1- hektara məhsuldarlıq 22.9 sentner təşkil etmişdir.

Üzümçülük gəlirli sahə olsa da, lazımi maliyyə vəsaiti olmadığından plantasiyaların salınması hələlik ləngiyir. Bu sahənin əhəmiyyətini nəzərə alan "Yaqub" kəndli fermer təsərrüfatı 2 hektar sahədə üzüm bağını bərpa etmişdir. Hələlik üzümçülüyün əsasını əhali təsərrüfatlarında olan talvar üzümləri təşkil edir.

Pambıqçılığın inkişafı digər sahələrə nisbəti xeyli geridə qalır. Beləki, əgər 2009-cu ildə 192 hektar sahədə pambıq əkilmişdirsə 2010-cu ildə 97 hektar sahədə pambıq əkilərək müqayisədə 95 hektar az və ya əvvəlki ilin 50.5 faizi həcmində olmuşdur.Bu sahənin zəif inkişafına təsir edən əsas amil lazımi bazarın olmaması və qiymətlərin aşağı olmasıdır.

Ərzaq məhsulu kimi tərəvəz istehsalı daima artırılır. 2010-cu ildə 2702 hektar sahədə tərəvəz əkilmişdir ki,bu da 2009-cu ildəkindən 263 hektar və ya 10.8 faiz çoxdur.Bu günə kimi 360 hektar sahədən 6811 ton tərəvəz,310 hektar sahədən 5281 ton kartof məhsulu toplanmışdır.

Hesabat dövründə rayon üzrə iribuynuzlu mal qara 31573 baş,ondan inək və camışlar 14731,qoyun və keçilər 99849 baş, ət istehsalı 1283 ton, süd istehsalı 12034 ton,yumurta istehsalı 4036 min ədəd,yun istehsalı 134 ton olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı artaraq 101.8 faiz,qoyun və keçilər 92.6 faiz,ət istehsalı 102.0 faiz, süd istehsalı 101.3 faiz yumurta istehsalı 100.1 faiz,yun istehsalı 99.2 faiz olmuşdur. İribuynuzlu mal-qaranın 99.9 faizi, qoyun və keçilərin 93.7 faizi,ət istehsalının 99.4 faizi,süd istehsalının 100.0 faizi,yumurta istehsalı tamamilə və yun istehsalının 91.8 əhali təsərrüfatlarının payına düşür. Rayonda heyvandarlığın inkişafı üçün əlverişli şəraitin olması bu sahənin daimi inkişafını sürətləndirir.

Rayonda 110/35/10 kv-luq Xındırıstan Yarımstansiyasında 25.0 MVA gücündə transformatorlar, 110/35/10 kv-luq Təzəkəndyarım stansiya-da 16 MVA gücündə transformatorlar cari təmir edilmişdir.

110 kv -luq Ağdam və 110 Təzəkənd hava xətti-də də cari təmir işləri aparılmışdır.

110/35/10 kv-luq Çəmənli yarımstansiyadan çıxan Qaradağlı hava xəttidə cari təmir işləri aparılmış, 32 ədəd zədələnmiş izalyator yenisi ilə əvəz edilmiş 3 ədəd istismar zamanı zədələnmiş dəmir dayaq əsaslı təmir edilərək bərpa olunmuşdur.

Rayon ərazisində zədələnmiş 15 ədəd müxtəlif güclü 10/0.4 kv-luq transformator Gəncə Transformator təmiri sexində əsaslı təmir edilərək yenidən yerinə quraşdırılmışdır. Bundan əlavə 17 ədəd müxtəlif güclü transformatorlar 10/0.4 kv-luq şəbəkə rayonun öz gücü ilə cari təmir edilmişdir. Həm 110 və həm də 10 kv-luq transformatorlara 7816 kq transformator yağı işlədilmişdir.

Rayon İcra Hakimiyyətinin xətti ilə alınmış 5 ədəd müxtəlif güclü transformatorlardan 160 kva gücündə 1 ədədi Əhmədağalı kəndində, 160 kva gücündə Mərkəzi xəstəxanada, 400 kva gücündə 1 ədədi Baharlı köçkün qəsəbəsində, 100 kva gücündə 1 ədədi Təzəkənd də hərbi hissədə və 100 kva gücündə 1 ədədi Quzanlı qəsəbəsində küçə işıqlanması üçün quraşdırılmışdır.

Rayon ərazisində 0.54 km 10 kv-luq hava xəttində əsaslı təmir işləri aparılmış 2 ədəd istismara yararsiz dayaq yenisi ilə əvəz edilmişdir. Bundan əlavə, 6.5 km 10 kv-luq hava xətti-də 3.1 km 0.4 kv-luq hava xətti-də isə cari təmir içləri aparılmışdır.

Şəbəkə rayonu tərəfində 943 fərdi abonentə yeni sayğac quraşdırılmış bu məqsədlə 15760 metr kabel xətti çəkilmiş 53029 manatlıq iş görülmüşdür.

Bundan əlavə, Azərenerji tikinti təşkilatı (Azenko) tərəfindən rayon ərazisində olan köçkün qəsəbələrində olan 4415 məcburi köçün ailısinə, 32 fərdi abonentə, 167 ticarət təşkilatına. 16 istehsal obyektinə və 55 büdcə təşkilatına cəmi 4685 SMART kart tipli sayğac quraşdırılmış, qaçqın qəsəbələri ərazisində olan 58.6 km 04 kv-luq hava xətti kabel xcətləri ilə əvəz edilmişdir.

2010-cu ilin 6 ayında Rayonun Quzanlı qəsəbəsində 1407 fərdi yaşayış evlərinə təbii qaz verilməsi üçün qazlaşma başa çatmışdir. Əfətli kəndində və digər kəndlərdə qazlaşma işi başlanmışdır və hal hazırda iş davam edir.

2010-cu ilin 6-ayında 2150 metr su xətti çəkolmiş, 1150 metr su xəttində təmir işləri aparılmışdır. 12-ədəd transformator, 73-ədəd su nasosu təmir edilərək işə salınmışdır.

2010-cu ilin hesabat dövrü ərzində Ergi nasos stansiyasında nasosların təmiri və bərpası 32 min manat Atçılıq təsərrüfatı ərazisində qurunt suların səviyyəsinin aşağı salınması üçün 250 min manat və sait sərf edilmişdir.

Azərbaycan Respublikası ərazilərinin Minalardan təmizlənməsi üzrə milli Agentliyi ANAMA tərəfindən yarımillikdə Ağdam rayon ərazisində 3015416 kv metr ərazi mina və partlanmamış hərbi sursatdan təmizlənmiş, 19-ədəd tank əleyhinə mina, 2-piyada əleyhinə mina və 66 ədəd PHS tapılaraq zərərsizləşdirilmişdir.

Rayon Mədəniyyət evinin əsaslı təmiri üçün Nazirlər Kabineti tərəfindən 480 min manat vəsait ayrılmışdır. Əsaslı təmir işləri davam etdirilir.

Maliyyə vəsaiti ayrılmadığından 2010-cu ilin 6-ayı ərzində məktəblərin əsaslı təmiri, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikilməsi olmamışdır.

Kənd təsərrüfatına dövlət dəstəyinin olması məhsul istehsalının artmasına əsaslı təsir göstərmişdir. Son illərin dinamakası buna sübutdur. Əhaliyə və sahibkar təsərrüfatlarına kreditlərin verilməsi,əkinçilərə istifadə edikləri motor yağları və yanacağa görə haqqların ödənilməsi, yüksək repraduksiyalı toxumların və cins mal qaranın əldə edilməsində güzəştlərin olması,kənd təsərrüfatı məhsullarının artmasına təsir edən amillərdir. 2010-cu ilin 6 ayı ərzində 6811 ton tərəvəz,5281 ton kartof,10254 ton taxıl,1283 ton ət, 12084 ton süd,4036 min ədəd yumurta,134 ton yun istehsal olunmuşdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün kənd təsərrüfatı məhsulları istehsalı əsaslı şəkildə artmışdır.

Hazırda rayonun ərazisində kiçik süd emalı və konserv sexləri olsada,bu artan tələbata cavab vermir. Rayonun işğal olunmamış ərazilərində belə sexlərin tikintisinə ciddi ehtiyac vardır.

Respublikamızın bütün bölgələrində olduğu kimi Rayonumuzda da inkişaf son aylarda xüsusən nəzərəçarpacaq dərəcədə böyük sürət götürmüşdür. Belə ki, ilk növbədə əraziləri qismən zəbt edilmiş Rayon Xəstəxanasın və Rayon Mədəniyyət və turizm şöbələrinin həyətyanı sahələrində abadlıq quruculuq işləri başlanılmış, hal-hazırda Rayonun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində rayon "Veteranlar evi", Rayon Təhsil şöbəsinin inzibati binası, rayonun girişində Xaçınçayı üzərində milli ornamentlərlə bəzədilmiş və müasir uslubda simvolik "Giriş qapısı" inşa edilməklə, Soltanbud kurqanı üzərində Azərbaycanın Milli Bayrağı ucaldılmqla, Azərbaycanın xəritəsi çəkilmişdir. Həmçinin həmin kurqanın yamacında 5 min ədəd bəzək ağacı əkilmişdir.Soltanbud təpəsinin ətəyində Milli Qəhramanlar və Şəhidlərinin ruhunun əbədiləşdirilməsi üçün Xatirə kompleksi inşa edilmiş, 5000 kv. metr ərazidə park salınmışdır.

Quzanlı qəsəbəsində Ruhi əsəb, Vərəm xəstəliklərinə qarşı Dispanser inşa edillmiş, RMX bütün avadanlıqlarla təchiz edilmişdir. RMX-na 32 kilovat gücündə generator, 260kilovat gücündə transformator tənzimləyici alınmışdır ki, bu da RMX-də normal və davamlı enerjiyə olan təlabatı tam ödəyəcəkdir.

Quzanlı qəsəbəsinin mərkəzindən keçən küçənin ULU ÖNDƏRİN adı ilə adlandırılması üçün həmin küçənin prospektə çevrilməsi məqsədi ilə küçədə yeləşən 100-lərlə ticarət-kommersiya obyektinin yenidən qurulması, küçənin hər iki tərəfinə səkilərin, kanalizasiya və su xətlərinin çəkilməsi, minlərlə yeni ağacların əkilməsi işi davam etdirilir, hazırda rayon mərkəzində 40 minə qədər ağac əkilmişdir.

Quzanlı qəsəbəsində uşaq baxçası üçün bina istifadəyə verilmişdir.

Gələcəkdə ərazidə yaşıllaşdırma işinin daha mütəşəkkil təşkili məqsədi ilə Eyvazlı kəndinin yaxınlığında 5 hektar torpaq sahəsində şitillik təsərrüfatı yaradılmışdır.

Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı bərpa və təmir işləri, həmçinin, inzibati binanın və "Olimpiya idman kompleksi"nın qazlaşdırılması işi başa çatdırılmışdır.

Quzanlı qəsəbəsinin qazlaşdırılması məqsədi ilə 2009-cu ilin noyabr ayında başlanmış işlər uğürla davam etdirilmiş və 80 km-ə qədər, 6 minə qədər ailəyə, 11 yaşayış məskəninə xətt çəkilmişdir. Quzanlı qəsəbəsində qazlaşma işləri başa çatdırılmış. Rayonun digər kəndlərinin də qazlaşdırılması işlərin davam etdirilir. Hətta cəbhə bölgəsindən bir neçə yüz metr məsafədə yerləşən Əhmədağalı kəndinin hal-hazırda qazlaşdırılması işləri davam etdirilir.

Əhalimizin, millətimizin gələcəyi olan uşaqların sağlam doğulub böyüməsi, onların cəmiyyətə nüfuzlu vətədaş olaraq fayda verməsi yönümündə aparılan işlərin nəticəsi olaraq qaldırılan problemin həlli kimi rayonun Quzanlı qəsəbəsində "Doğum evi"nin, "Uşaq xəstəxanasının inşa edilməsi məqsədi ilə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sərəncamı ilə rayona ilkin olaraq 1.0 milyon manat vəsait ayrılmışdır. Həmin səhiyyə obyektlərinin inşaası üçün torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri tərtib edilmiş, inşaat işlərinə başlanmışdır. Həmçinin, qəsəbədə məktəb-liseyin inşa edilməsi işlərinə başlanılmışdır.

Qəsəbədə Yol İİ-nin, Qaz İİ-nin, Magistral qaz kəmərləri idarəisnin inzibati binalarında son tamamlama işləri gedir.

Quzanlı qəsəbəsinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 1 ədəd içməli su üçün subartezian quyusu qazılmış, 500 tonluq su anbarının inşa edilib.

Ümumiyyətlə, əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə 2010-cu ildə ərazimizdə 30 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Respubilkanın hər yerində olduğu kimi Ağdam rayonununda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin qayğısı diqqətdə saxlanılır. Elə bunun nəticəsidir ki, bir nəfər Qarabağ əlili Maqsudlu kənd sakini minik maşını ilə təmin olunmuşdur.

2010-cu ilin aprel-may aylarında aramsız yağan yağışlarınvə sel sularının təsiri nəticəsində ərazimizdə və ərazimizdən kənarda məskunlaşmış məcburi köçkünlərimizin bir qisminin evı uçmuşdur ki, rayonun daxili imkanları hesabına 18 ailəyə yeni evlər tikilərək verilmişdir.

Hesabat dövrü ərzində 169 yeni iş yeri açılıb, 410 nəfər mövsümi işlərə cəlb olunmuşdur, cəmi 579 nəfər işlə təmin olunmuşdur.

Ümumiyyətlə Sərəncamın icrası ilə əlaqədar ötən dövr ərzində 762 nəfər daimi, 985 nəfər mövsümi işlə, cəmi 1747 nəfər islə təmin olunmuşdur.

 

 

Mövqe.- 2011.- 21 iyul.- S. 10.