REGİONLARIMIZ:
YEVLAX
Tarixi
Yevlax rayonu 1935-ci ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv olunaraq ərazisi Ağdaş,
Bərdə və Qasım İsmayılov rayonlarına verilmişdir. 1965-ci ildə yenidən müstəqil
rayon olmuşdur.
Yevlax rayonu ərazisində Yevlaxıvn qədim
yaşayış məskəni olmasını sübut edən
bir sıra tarixi abidələr vardır. E.ə. III minilliyin
sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli
kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə
yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə
eyniadlı yaşayış məntəqəsi- Qoçtəpə
kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv
edilərək əhalisi Qaraməmmədli kəndinə
köçürülmüşdür.
Yevlax rayonunun Şirvan bölgəsində yerləşən
ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən
biri olan Ərəş şəhərinin və bu şəhərin
adından götürülmüş Ərəş
mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin
indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi
ehtimal olunur. Şəhərin qala divarlarının
xarabaları Xaldan kəndi yaxınlığında qalır.
Coğrafi mövqeyi
1. Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın
mərkəzində mühüm kommunikasiyaların kəsişməsində
yerləşməklə qədim yaşayış məskənlərindən
biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət
göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir.
Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy,
Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir.
Rayonda 1 şəhər, 1 şəhərtipli qəsəbə
və 48 kənd vardır. Rayonda yerləşən şəhər,
qəsəbə və iri kəndlər
aşağıdakılardır: Yevlax şəhəri, Aran qəsəbəsi
Xaldan kəndi, Havarlı kəndi, Malbinəsi kəndi, Qoyunbinəsi
kəndi, Tanrıqulular kəndi, Salahlı kəndi, Ərəş
kəndi, Səmədabad kəndi.
Ötən əsrin 80-cı illərində stansiya
kimi salınan və uzun müddət əhali tərəfindən
"Vağzal" kimi tanınan Yevlax XIX əsrin sonu-XX əsrin
əvvələrinə aid rəsmi sənədlərdə və
mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi
və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının
Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının
Yevlax kəndi adlanmışdır.
Azərbaycan SSR MİK-nin qərarı ilə 1935-ci
ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir.
1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR
Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər
Soveti yaradılmaqla, Yevlaxa şəhər adı
verilmişdir.
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6
yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri
respublika tabeliyində olan şəhərlər
sırasına daxil edilmiş və Yevlax şəhərində
sənaye müəssisələrinin tikintisinə
başlanmışdır
Relyefi
Yevlax şəhəri Bakıdan 293 km aralı Kür
çayının sağ sahilində, düzənlikdədir.
(Gəncə-Qazax düzənliyinin cənub-şərqi,
Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı).
Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir.
Qışı quraq keçən mülayim-isti yarımsəhra
və quru çöl iqlimi var. Ərazidən Kür
çayı, Əlican, Korçay və İncəçayın
aşağı axınları keçir. Mingəçevir su
anbarının cənub-şərq hissəsi, Varvara su
anbarı Yevlax ərazisində yerləşir. Yuxarı
Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı
hissələri rayon ərazisindədir
Təbiəti
Ərazi boz-çəmən, çəmən-boz,
allüvial çəmən, şabalıdı, şorakətvarı
boz-qonur, əksər hallarda isə qoran torpaqlardır. Bitki
örtüyü əsasən yarımsəhra tiplidir. Kserofit
seyrək meşələr, Tuqay meşə, düzən
gölməçəlik və subasar çəmən, o
cümlədən səhra bitkiləri
yayılmışdır. Meşə fondu 4450 hektardır.
Heyvanları: canavar, tülkü, boz dovşan, çöl
donuzu, kirpi, porsuq, çaqqal , quşları: turac, kəklik,
sığırçın,bayquş, kol xoruzu, ağacdələn,
sarıköynək və sairdir.
İqtisadi xarakteristikası
Yevlax aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı
əsasən pambıqçılıq,
taxılçılıq, heyvandarlıq üzrə
ixtisaslaşmışdır. Sənayesi başlıca olaraq kənd
təsərrüfatı məhsullarını emal edir. Rayonda
pambıqtəmizləmə, tütün-fermentasiya,
qarışıq yem, dəmir-beton məmulatları
zavodları, istehsalat və sənaye kombinatları vardır.
Mədəniyyət,
təhsil və səhiyyə müəssisələri
Yevlaxda
57 ümumtəhsil məktəbində (40 orta,
9 əsas, 8 ibtidai məkitəb) 17146 uşaq oxuyur. 1 peşə
məktəbində 9 qrupda 105 şagird müxtəlif peşələr
öyrənir. 25 məktəbəqədər uşaq
müəssisəsində 1379 uşaq tərbiyə
alır.
Uşaq Gənclər İdman
və Şahmat məktəbləri, uşaq yaradıcılıq mərkəzi və
texniki yaradıcılıq mərkəzi
fəaliyyət göstərir.
Yevlaxda 59 kitabxana, 1 saray,18 mədəniyyət evi, 2
muzey, 22 klub, 6 musiqi məktəbi, B.Səfəroğlu
adına xalq teatrı və kukla teatrı, "Ərəş",
"İlkin", "Karvan", "Səda" muçiqi
kollektivləri vardır.
Maddi-mədəni irsi
Yevlax - Bərdə magistral yolunun təxminən 18 - ci
kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə
Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək
hissəsinin diametri təxminən 58 metr,
hündürlüyü 11 metr, uzunluğu 120 metrə
yaxındır.
Üçtəpə kurqanının topaq
örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar
hesablamışlar ki, bu kurqanın törpaq örtüyü
façilərlə 3 ilə tökülüb başa
çatdırılmışdır.
Xaldan kəndinin 3-4 km -də antik dövrə təsadüf
edən alban sərdabəsi olduğu ehtimal olunan sərdabənin,
Marzılı kəndi ərazisində VII əsrə aid edilən
və XVI əsrdə Şeyx Həzrət Piri kimi tanınan
pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim
məscidlər tipinə aid olan, XVIII əsrdə inşa edilən
məscidin qalıqları mühafizə olunur.
2010-cu ilin birinci rübündə rayonda ümumdaxili məhsulun
həcmi 106 milyon manat olmuşdur. Bu isə ötən ilin eyni
dövrü ilə müqayisədə 29,6 milyon manat və ya
38,7 faiz çoxdur. 2010-cu ilin birinci rübü Yevlax şəhərinin
iqtisadi-sosial və mədəni həyatında daha çox nə
ilə əlamətdar və yaddaqalan olmuşdur? Bu suala birmənalı
şəkildə cavab vermək çətindir. Ən
azı, ona görə ki, "daha çox" sözü
burada qətiyyən yerinə düşmür. Səbəb
isə çox sadədir: son
illər Yevlaxda iqtisadi-sosial
və mədəni həyatın bütün
sahələri kompleks şəkildə inkişaf etdirilmiş, bu mühüm amil şəhər icra
hakimiyyətinin iş üslub
və metodlarında, təşkilat-idarəetmə məsələlərində
əsas yer tutmuş, insan amili, adamların vacib sosial ehtiyacları daim diqqət mərkəzində
saxlanılmışdır.
Deməli, söhbət hər
hansı sahənin daha çox inkişafından yox, ötən
ilin, yaxud ötən illərin eyni dövrü ilə
müqayisəli təhlillərindən gedə bilər. Rəqəmlərin
müqayisəli təhlili, əldə olunmuş nəticələr,
konkret göstəricilər isə qarşımızda
geniş və maraqlı mənzərə açır. Hər
şeydən əvvəl, inkişafın dinamikası, irəliləyiş
və yüksəklişin miqyası adamı valeh edir,
gözlərimizdə xoş, fərəhli duyğular
oyadır.
Yazını statistik rəqəmlərlə, fakt və
göstəricilərlə, necə deyərlər,
doldurmağın əleyhinəyəm. Ancaq orası da var ki, rəqəmlərsiz
də keçinmək mümkün deyil. O yerdə ki, sürətli
inkişaf və irəliləyiş var, orada müqayisəli
təhlildən yayınmaq qeyri-mümkündür. Yevlaxda isə
rəqəmləri, fakt və göstəriciləri
sadalamağa, onları müqayisəli şəkildə təhlil
etməyə daha çox ehtiyac var. Çünki burada
inkişafın dinamikasının, yüksəliş və irəliləyişlərin
mahiyyətini rəqəm və göstəriciləri təhlil
etmədən dərk etmək, sadəcə, mümkün
deyil.
Bütün bunlar barədə Yevlaxda ölkə
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına
həsr olunmuş yığıncaqda geniş
danışılmışdır.
Mövqe.- 2011.- 27 iyul.- S. 10.