REGİONLARIMIZ:
YEVLAX
Elə buradaca bu yazı üçün maraqlı ola
biləcək xarakterik məqama bir daha diqqət yetirək:
2010-cu ilin birinci rübündə ümumdaxili məhsulun həcmi
106 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq
dövrünə nisbətən 29,6 milyon manat və ya 38,7
faiz çoxdur. O da fərəhlidir ki, ümumdaxili məhsulun
98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur.
Ayrı-ayrı sahələr üzrə təhlil etsək, məhsulun
2,4 milyon manatını sənaye, 12,6 milyon manatını kənd
təsərrüfatı, 43,2 milyon manatını tikinti, 37,9
milyon manatını ticarət, 2,2 milyon manatını nəqliyyat
və digər xidmətlər təşkil etmişdir. 680 min
manatlıq sənaye məhsulu isə ixrac olunmuşdur. Daha bir
maraqlı fakt ondan ibarətdir ki, cari ilin birinci rübündə
(adambaşına) 894 manat ümumdaxili məhsul istehsal
olunmuşdur ki, bu da 2009-cu ilin birinci rübünə nisbətən
242,7 manat və yaxud 37,3 faiz çoxdur.
Hazırda rayon üzrə orta aylıq əmək
haqqı 159,1 manat təşkil edir. Ümumiyyətlə, 2010-cu ilin I rübündə əhalinin
pul gəliri 58 milyon manat olmuşdur.
Bu, 2009-cu ilin I rübündə
olduğundan 15,1 milyon manat və
yaxud 35,3 faiz çoxdur. Adambaşına
pul gəlirləri isə 489,8 manatdır.
Yığıncaqda qeyd edildiyi
kimi, hesabat dövründə 12,7 milyon
manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunmuşdur. Keçən ilin birinci rübü ilə müqayisədə
iri-buynuzlu mal-qaranın
sayı 41 baş, qoyun və keçilərin
sayı 675 baş artmışdır. Ötən
ilin eyni dövrünə nisbətən
4,9 ton ət, 10,5 ton süd,
28,8 min ədəd yumurta
artıq istehsal edilmişdir.
Rayonda mövcud hidrotexniki
qurğular, meliorasiya və irriqasiya şəbəkəsi keçən
əsrin 60-cı illərində
tikilmişdir və istismar müddətini keçmişdir. Əsaslı
təmir və bərpa işləri aparılmadığından onlar
yararsız vəziyyətə
düşmüşdür. Ona görə də qrunt sularının
üzdə olduğu və şorlaşmaya meyilli olan torpaqlarda
sahələrin məhsuldarlığı
aşağıdır, qoyulmuş
vəsait öz bəhrəsini vermir. Bu isə onu tələb
edir ki, bütün meliorasiya və irriqasiya şəbəkəsi, hidrotexniki
qurğulur yenidən qurulmalıdır. Təsadüfi
deyildir ki, yığıncaq iştirakçıları
ölkə Prezidenti, cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının
2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda
işlərin nəzərdə
tutulmasını böyük
razılıq və dərin minnətdarlıq
hissi ilə qarşılamışlar.
2010-cu ilin birinci
rübündə bütün
maliyyə mənbələri
hesabına şəhərdə
və rayon ərazisində
kapital qoyuluşunun həcmi 43,2 milyon manat olmuşdur. Bu isə 2009-cu ilin müvafiq dövrünə
nisbətən 24,7 milyon
manat və yaxud 2,3 dəfə çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas
kapitala 20,5 milyon manat və yaxud
2,5 dəfə çox
investisiya qoyulmuşdur.
Əvvəlki illərdə olduğu
kimi, cari ilin birinci rübündə
də abadlıq və yenidənqurma işləri sürətlə
davam etdirilmişdir. C.Cabbarlı, Ə.Cavad, Yeni Yevlax, S.Vurğun
küçələrində, şəhərin Aran qəsəbəsi istiqamətindən
girişində cəmi
3,8 kilometr yola asfalt örtüyü salınmışdır.
R.Balakişiyev, 28 Yanvar, Şəhriyar
küçələri çınqıl
tökülərək hamarlanmışdır.
Hazırda rayon ərazisində
uzunluğu 57 kilometr olan respublika və yerli əhəmiyyətli
yollara asfalt örtüyü salınmasına
başlanmışdır. Şəhərin
Bakı və Gəncə istiqamətindən
girişlərində geniş
abadlıq və quruculuq işləri davam etdirilmişdir. Giriş qapıları tikilir, yaşıllıq salınır, ərazilər
abadlaşır. Heydər
Əliyev prospektində
səkilərə, Heydər
Əliyev sarayının
ətrafına və istirahət parkına 3500 kilometr dekarativ plitə döşənmişdir.
Şəhərin küçə və
meydanlarında işıqlandırma
işləri davam etdirilmiş, Kövər,
Səmədabad, Nemətabad,
Nərimanabad, Hürüuşağı,
Aşağı Qarxun,
Tanrıqulular kəndlərində
alkaponla üzlənmiş
giriş qapıları
tikilmiş və ərazilər abadlaşdırılmışdır.
Hazırda Kür çayının sağ
sahilində 1,5 kilometr
uzunluğunda istirahət
zonası yaradılır.
Burada işlər sürətlə davam etdirilir. Kollektorun üzərində nasos stansiyasının tikintisi
və təzyiqli xəttin çəkilməsi
işləri isə başa çatmaq üzrədir. 2010-cu il
"Ekologiya ili" elan edilmiş və əlaqədar olaraq geniş tədbirlər planı hazırlanmışdır.
Təkcə cari ilin birinci rübündə şəhərin küçə
və meydanlarında,
rayonun ərazisindən
keçən avtomobil
yollarının kənarlarında,
meşə zolaqlarında
196 min ədəd müxtəlif
ağac əkilmişdir.
Şəhərdə 6,6 hektar
yeni yaşıllıq
sahəsi salınmışdır.
45 hektar meşə zolağı yaradılmış,
26 hektar meşə zolağı isə bərpa edilmişdir.
Bakı-Ələt-Qazax avtomobil yolunun kənarındakı
bataqlıq ərazilərə
münbit torpaq daşınmış, 5,6 kilometr
sahə qurudulmuş və yaşıllıq salınmışdır.
Əhalini keyfiyyətli və
dayanıqlı elektrik
enerjisi ilə təmin etmək üçün bir sıra əsaslı tədbirlər işlənib
həyata keçirilmiş,
bu sahəyə 218,8
min manat vəsait xərclənmişdir. Ötən
müddətdə 11,3 kilometr
elektrik hava xətti SİP kabeli ilə əvəz edilmiş, 4 kilometr elektrik hava xətti
əsaslı təmir
olunmuş, 12 ədəd
transformator quraşdırılmışdır.
2010-cu ilin birinci
rübündə əhali
üzrə elektrik enerjisinin dəyərinin ödənilməsi 100,3 faiz
təşkil etmişdir.
2010-cu ilin birinci
rübündə Qaramanlı,
Hacımahmudlu, Dəlləklər,
Nuralılar, Köyük,
Nəmərli kəndlərinə
təbii qaz verilmişdir. Ümumiyyətlə,
rayonun 49 qəsəbə
və kəndindən
18-i təbii qazla təmin olunmuşdur.
Hazırda Səmədabad, İsmayılabad,
Bünyadabad, Qaraməmmədli,
Rüstəmli kəndlərinə
qaz xəttinin çəkilişi davam etdirilir.
Hesabat dövründə əhalinin
içməli su təminatının yaxşılaşdırılması
məqsədilə şəhərin
neft kəməri ərazisində 1 ədəd
subartezian quyusu vurulmuş, 1530 metr içməli su xətti çəkilmişdir.
Yağış sularının
axıdılması üçün
Bakıxanov və Nərimanov küçələrində
570 metr kanalizasiya xətti çəkilmişdir.
Təhsilin maddi-texniki bazasının
möhkəmləndirilməsi, məzmunca yeniləşməsi,
müasir tələblər
baxımından təşkili
istiqamətində əvvəlki
illərdə həyata
keçirilmiş tədbirlər
cari ilin birinci rübündə də davam etdirilmişdir.
2010-cu ilin mart ayında
180 şagird yerlik Xaldan kənd əsas məktəbinin yeni binasının tikintisinə başlanılmışdır.
Hazırda şəhər
1 nömrəli orta məktəbdə 480 şagird
yerlik, Cırdaxan kəndində 180 şagird
yerlik məktəb binalarının, şəhər
uşaq gənclər
idman məktəbinin ikinci korpusunda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Məlum olduğu kimi, respublika Təhsil Nazirliyi tərəfindən
IX, XI siniflərdə mart ayında
sınaq imtahanları
keçirilmişdir. XI sinifdə
oxuyan 1333 şagirddən
1274 nəfəri sınaq
imtahanında iştirak
etmiş, onlardan 400 nəfəri, (31,3 faizi)
(2009-cu ildə 17 faiz)
bütün fənlərdən
müvəffəq qiymət
almışdır.
Hərbi məktəblərdə oxumaq arzusunda olan 302 nəfər şagirddən 242 nəfəri
ilkin tibbi komissiyadan keçərək
yararlı hesab olunmuşdur. Həmin şagirdlərdən 160 nəfəri
C.Naxçıvanski adına
hərbi liseyə, 82 nəfəri respublikanın
müxtəlif ali hərbi məktəblərinə
qəbul üçün
sənədlərini təqdim
etməyə başlamışlar.
Bu istiqamətdə iş
davam etdirilir.
Respublika səhiyyə nazirinin
5 avqust 2009-cu il tarixli "Yevlax rayonunun tibb müəssisələri şəbəkəsində
dəyişikliklərin edilməsi
barədə" əmrinə
əsasən 9 kənd
xəstəxanası həkim
məntəqəsinə, Yuxarı
Qarxun kənd feldşer-mama məntəqəsi
tibb məqtəqəsinə
çevrilmiş, Cırdaxan
kəndində və İrəvanlı qəsəbəsində
yeni tibb məntəqələri yaradılmışdır.
Ana və uşaqlara göstərilən səhiyyə
xidmətinin yaxşılaşdırılması,
bu sahəyə vahid nəzarətin əlaqəli təşkili
üçün ginekologiya
və doğum şöbələrinin əsasında
40 çarpayılıq mamalıq-ginekologiya
şöbəsi yaradılmış,
Ailə Planlaşdırılması
və Reproduktiv Sağlamlıq Mərəkəzi
şəhər qadın
məsləhətxanasının binasına köçürülmüş,
xəstələrin əlaqəli
müalicəsinin təşkili
məqsədilə 60 çarpayılıq
vahid cərrahiyyə şöbəsi təşkil
edilmişdir.
Bəli, bu gün Yevlax öz inkişafının yeni mərhələsinə qədəm
qoymuşdur. Bütün
sahələrdə əsaslı
inkişaf və irəliləyiş var, həyatın axarı gurdur, sağlam mənəvi-psixoloji mühit
mövcuddur, adamlar sabaha dərin inam və ümidlə
baxırlar.
Göründüyü kimi, qarşıdakı
aylarda Yevlaxda geniş və əsaslı tədbirlər
nəzərdə tutulmuşdur.
Yığıncaqda belə
bir yekdil fikir ifadə edildi ki, həmin
vəzifələr uğurla
yerinə yetiriləcək,
yevlaxlılar ölkə
Prezidenti İlham Əliyevin diqqət və qayğısına öz fədakar əməkləri, yaradıcı
təşəbbüsləri, dövlətə, dövlətçiliyə,
iqtidara sonsuz sədaqətləri ilə
cavab verəcəklər.
Mövqe.- 2011.- 28 iyul.- S. 10.