REGİONLARIMIZ:
DAŞKƏSƏN
Tarixi
Daşkəsən rayonu Azərbaycan SSR ərazisində
1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən
şəhərinin əsası Böyük Vətən
müharibəsindən sonra 1948-ci il mart ayının 16-da
qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının
istifadəyə verilməsi ilə əlaqədar
salınıb. 1956-cı ilə qədər Dəstəfur
rayonu adını daşımış, 1956-cı ildə
Daşkəsən adlandırılmışdır. 1963-cü
ildə ləğv edilərək ərazisi o dövrkü
Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən
müstəqil inzibati ərazi - rayon olmuşdur.
Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar,
Xoşbulaq, Dardərə və başqa kəndlərdə
aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində
daş dövrünə aid insan məskənlərinin
olmasını sübut edir.
Coğrafi mövqeyi
Daşkəsən rayonu Gəncə şəhərindən
33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın
şimal-şərqində dəniz səviyyəsindən
1600-1800 metr yüksəklikdə yerləşir.
Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə
Ermənistan Respublikası ilə (8 km), eləcə də
Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy
(41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir.
Ümumi sahəsi 1047 km2-dir.
Relyefi
Kiçik Qafqazın şimal-şərqində yerləşən
Daşkəsənin səthini şimala doğru alçalan
dağlar əhatələyir. Murovdağ və Şahdağ
silsilələrinin yamacları da bu rayonunu ərazisidir. Ən
hündür zirvələri Hinaldağ (3367 m), Qoşqar
dağı (3361 m) və sairdir.
Başkənd-Dəstəfur çökəkliyinin
bir hissəsi Daşkəsən rayonu ərazisindədir. Səthi
kanyonlarla kəsilmişdir. Yura və təbaşir
çöküntüləri yayılmışdır.
Təbiəti
Təmiz hava, yaşıllığın bol olması,
zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə
massivləri yay aylarında təbiət həvəskarlarını
Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və
Göygöl süni gölləri vardır.
Daşkəsənin istilik və rütubətin nisbətindən
özünəməxsus torpaq- bitki örtüyü və
heyvanat aləmi var.
Enliyarpaqlı dağ-meşə landşaftı 600
metrdən 1900 metrədək hündürlüyü olan
yamacları örtür. Dağların yüksək sərhədi
palıd meşələri ilə tamamlanır. Meşələrdən
yuxarı sərhəddə subalp və alp çəmənlikləri
yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli
xalıya bənzəyir.
Subalp çəmənləri və çəmən
çölləri meşə qurşağı ilə alp
çəmənləri arasında geniş sahə tutur. Burada
taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər
yerləşir. Subalp çəmənliklərində
paxlalılar, gülçiçəklilər,
xaççiçəklilər, zəngiçiçəklilər
və sair fəsilələrdən olan bitkilər
hündür, olduqca təsirli, butaya bənzər ot
örtüyü yaradır. Subalp zonasında hündürotlu
çəmənliklərdən başqa, çəmən
bozqırları, kollu çəmənlər də inkişaf
etmişdir.
Alp çəmənləri "Alp
xalıları" adlanan alçaqboylu otlardan ibarət
bitkiliyi ilə subalp çəmənlərindən çox fərqlənir.
Bu bitkilər dağ-çəmən torpaqlarında sıx
çəmən örtüyü yaradırlar. Qayalı,
daşlı yamaclarda seyrək bitki qrupları inkişaf edir.
Taxıl otları və çillər hamar dağ
yamaclarında sıx qiymətli yay otlaqlarıdır. Yüksək
dağların daha rütubətli yamaclarında cil,
şahduran, qaytarma, dəstərək, qırtıc, topal və
sair şaxələnən kök sisteminə malik otlaq bərk
döşənəkli "Alp xalıları" yaradır.
Daşkəsən rayonu Kiçik Qafqazın
şimal-şərqində yerləşdiyi və səthi
şimala doğru alçalan dağlarla əhatə
olunduğu üçün olduqca mənzərəli,
qışda qismən azalan, yaz-yay, payız mövsümlərində
aşıb-daşan dağ çayları ilə zəngindir.
Onlardan Göygöl (Zivlən kəndi), Gəncəçay
(Çanaqçı-Dəstəfur kəndləri),
Ballıcalı (Qaraqollar), Şəmkirçay
(Astaf kəndi), Qoşqarçay
(Xoşbulaq kəndi-Daşkəsən
şəhəri) çaylarını göstərmək olar.
Turizm üçün xarakterik olan Zivlən və
Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli
olan eyniadlı iki göl - Göygöl vardır. Rayona
xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və
seyrək meşələr var. Meşələrdə, əsasən
fısdıq, vələs, palıd, cökə, söyüd,
göyrüş, qozqara (qaraağac), töləkə və
görməşov ağacları bitir.
Rayonda insan sağlamlığı üçün
xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli
bitkilər var. Onlardan kəklikotu, gülxətimi, qəfli,
sarıçiçək, çobanyastığı, boymadərən,
boyxoş, andız, qaraçiyələm, qaraçörək,
yarpız, daşyarpızı, dəvədabanı,
solmazçiçəyi, yasəmən , çəmən,
yolotu (qırxbuğum), cincilim, qantəpər, şehdərən,
dağ bənövşəsi, bənövşə, nərgiz,
lilpar, unnuca, gicitkan, qaymaqçiçəyi və s. yerli əhali
tərəfindən yığılır.
Rayonun gur çeşməli, şəffaf, müalicəvi
əhəmiyyətli bulaqları var:
1. Yumurtalı bulaq - Qabaqtəpə kəndi;
2. Narzan bulağı - Yuxarı Daşkəsən qəsəbəsi;
3. Turşsu bulağı - Alaxançallı kəndi;
4. Qiblə bulağı - Qabaqtəpə kəndi;
5. Qayğı bulağı - Qabaqtəpə kəndi;
6. Böyrək bulağı - Alunitdağ qəsəbəsi;
7. İdris bulağı - Əmirvar kəndi;
8. Seyid bulağı - Xoşbulaq kəndi.
İqlimi
Daşkəsəndə temperatur qış aylarında -5 C-dən -20
C-dək, yay aylarında isə +20 C-dən
+35 C-dək olur. Rayonda havanın orta illik temperaturu
0-100-dir. Yanvarın orta
aylıq temperaturu
-2-140-i, iyulun orta aylıq temperaturu +5-200 arasında dəyişir.
Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu +20-310-dək yüksəlir,
mütləq minimum temperatur
20-300 aşağı düşür. İl ərzində havanın
orta mütləq
minimum temperaturu orta dağlıqda +150 ilə
+70 arasında dəyişir.
Torpaq səthinin orta illik temperaturu +80-i, yanvar ayının orta temperaturu -50-i, iyulun orta aylıq
temperaturu isə 210 olur.
Havanın orta illik nisbi rütubəti 75 faiz olub il ərzində 67-82 faiz arasında dəyişir. Ərazidə yağıntının illik miqdarı 600-900
mm-dir. Yağıntının çox miqdarı yaz fəslinə düşür. Torpağın
səth örtüyündən
il ərzində
300-800 mm mümkün buxarlanma
gedir.
Faydalı qazıntıları
Daşkəsən rayonu təbii
sərvətlərlə olduqca
zəngindir. Sovet İttifaqı dövründə
Daşkəsəndə strateji
əhəmiyyəti olan
dəmir filizi, alüminium, kobalt, mərmər və s. çıxarılmışdır. Rayonun ərazisindəki dağlarda
indi də qızıl, mis, kobalt, zəy, alüminum, dəmir filizi, əhəng daşı və mərmər kimi çox qiymətli təbii ehtiyatlar var.
İri yaşayış məntəqələri
Daşkəsən rayonunda 1 şəhər, 6 şəhər
tipli qəsəbə
və 42 kənd var. İnzibati mərkəzi Daşkəsən şəhəridir.
Əhalisi
Daşkəsən rayonunun əhalisinin sayı 32 min
510 nəfərdir.
Maddi-mədəni irsi
Daşkəsən rayonundakı memarlıq abidələrinə
misal olaraq Qoşqar çayının
üzərindən salınmış
iki qədim daş körpünün və Əhmədli kəndindəki məqbərəinin
adını çəkmək
olar.
Rayonda xalçaçılıq,
metal üzərində döymə,
ağac və daş üzərində oyma işi kimi
sənət növləri
davam etdirilir.
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN DAŞKƏSƏN BARƏDƏ TƏƏSSÜRATLARI
1. Daşkəsən rayonuna
gələn yol yenidən tikilib istifadəyə verilibdir. Bu gün mən
bu yolu gəlmişəm,
onu açmışam.
Çox
qısa müddət ərzində çəkilən
ən müasir dünya standartlarına cavab verən bu yol Daşkəsən
rayonunun inkişafına,
daşkəsənlilərə xidmət edəcəkdir.
2. Daşkəsənə çəkilən yol da ən yüksək
səviyyədədir. İndi insanlar
gəlib-gedəcəklər. Mən bilirəm ki, bu yol tikiləndən
bəri heç vaxt təmir olunmamışdı, çox
bərbad vəziyyətdə
idi. İnsanların gəliş-gedişi üçün çox böyük problemlər yaradırdı. İndi isə
bu yolu rahat
getmək olar. Bu, çox böyük
əhəmiyyət kəsb
edən məsələdir.
Bir tərəfdən , insanlara rahatlıq
verəcək, digər
tərəfdən, rayonun
inkişafına xidmət
göstərəcəkdir.
3. Rayonunuzun çox
böyük imkanları,
potensialı var. Burada
çox gözəl yerlər var, təbiət çox gözəldir, çox zəngindir. Əminəm ki, bu yol tikiləndən sonra burada turizmin
inkişafı daha da sürətlə gedəcəkdir. Rayonun infrastrukturuna
sərmayələr qoyulacaq
və beləliklə,
Daşkəsən rayonu
sürətlə inkişaf
edəcəkdir.
4. Filizsaflaşdırma kombinatının tarixini siz yaxşı bilirsiniz. 1940-cı illərdə burada bu mədən yaradılmışdı. O vaxt hökumət qərar vermişdi ki, burada işlər
başlasın və uzun illər ərzində bu mədən səmərəli
işləmişdir. Amma 1990-cı illərin əvvəlində
bu kombinatın dayanması ilə yaranan problemlər insanlara çox böyük təsir göstərmişdir. Həm burada
işləyən insanların
kombinatın fəaliyyətində
böyük zəhməti
olub, həm də kombinatın mövcudluğu rayonun inkişafına, insanlara böyük dəstək idi.
5. Kombinat bağlanandan
sonra, əlbəttə
ki, işsizlik də yarandı, insanların da rayondan getmə prosesi başlanmışdı.
İndii
biz kombinata və demək olar ki, Daşkəsən rayonuna yeni həyat
veririk. Buraya qısa müddət ərzində, növbəti
üç ildə
200 milyon dollardan çox vəsait qoyulacaq, həm Daşkəsəndə, həm
də Gəncədə
ən yüksək səviyyəli zavodlar tikiləcəkdir. Rayonun bütün
infrastrukturu yeniləşəcək
və bəlkə də vaxt gələcək,
gün gələcək
ki, burada kombinatda və onun fəaliyyəti nəticəsində yaradılacaq
zavodlarda işləmək
üçün başqa
yerlərdən insanlar
gələcəklər. Bu vaxt gələcək,
mən buna əminəm.
6. Əgər Azərbaycanın
uğurlu-iqtisadi siyasəti
olmasaydı, büdcə
gəlirləri artmasaydı,
bu yolu nəyin
hesabına çəkə
bilərdik? Ancaq və ancaq uğurlu iqtisadi siyasət nəticəsində
büdcə gəlirləri
artır, əlavə
vəsait yaranır və biz bu vəsaiti infrastruktur layihələrinə və
insanları narahat edən məsələlərə
xərcləyirik və
bundan sonra da bu istiqamətə
yönəldəcəyik. Məktəblər tikilir. Daşkəsən rayonunda da tikilir
və bu gün mən yeni təmir olunmuş məktəbə
də baş çəkdim. Orada şəkillər
asılmışdı, məktəbin
əvvəlki və indiki vəziyyətini gördüm. Çox böyük
fərq var.
7. Daşkəsən rayonunun
inkişafına dair xüsusi sərəncam imzalanmışdır. Sərəncamda nəzərdə tutulan məsələlər rayonun
bütövlükdə abadlaşmasına
və infrastrukturunun yeniləşməsinə gətirib
çıxaracaq və
artıq biz bunun ilkin nəticələrini
görməkdəyik. Qısa müddət ərzində
böyük işlər
görülübdür və
bunları qeyd etmək mümkündür.
İş görmək üçün
qərarlar, proqramlar qəbul olunmalı, maddi vəsait ayrılmalı, düzgün
kadr siyasəti aparılmalı və yerlərdə işləyən
insanlar öz vəzifə borcunu ləyaqətlə icra etməlidirlər.
8. Bizim siyasətimiz
görülən işlərdir,
əldə olunan nəticələrdir, yaradılan
müəssisələr, açılan
iş yerləri, tikilən məktəblər,
salınan yollar, körpülər, tikilən
elektrik stansiyaaları,
su xətləridir. Budur, bizim siyasətimiz, budur, bizim işimiz.
Bu gün səhər
Gəncə şəhərində
aeroportun açılışında
iştirak edirdim.
Aeroportun
tikilməsi də mənim təşəbbüsümlə
başlanmışdı və
indi ən yüksək dünya standartlarına cavab verir. İndi başqa yerlərdən
insanlar yeni alınmış xarici istehsallı rahat təyyarələrlə gələcək,
gözəl aeroportun xidmətindən istifadə
edəcək, gözəl
yolla Daşkəsənə
gələcək və
Daşkəsəndə bu
abadlığı, bundan
sonrakı inkişafı
görəcəklər. Bütün bunları edirik, edəcəyik. Ölkəmizi hərtərəfli inkişaf
etdiririk, Azərbaycan xalqının rahat yaşamasını təmin
edirik.
Əziz daşkəsənlilər,
çox şadam ki, bu gün
sizinlə birlikdəyəm. Ağsaqqal öz çıxışında
daşkəsənlilərin mənə olan münasibətini bildirdi.
Mən də öz tərəfimdən demək
istəyirəm ki, daşkəsənliləri sevirəm,
daşkəsənliləri dəstəkləyirəm və
Daşkəsənin hərtərəfli
inkişafı üçün
bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
Mövqe.- 2011.- 29 iyul.- S. 10.