Xocalı
soyqırımı
V yazı
İki yük maşını
meyitlə dolduruldu
Röyters-in
fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların
meyitləri ilə dolu iki yük maşını
görmüşdür. "Birinci dəfə 35 meyit
saydım və məncə, ikinci maşında da bir o qədər
meyit var idi. Onların bəzilərinin başı kəsilmiş,
çoxları yandırılmışdı. Onların
hamısı kişi idi və bir neçəsi hərbi rəngdə
forma geymişdi". Etnik zorakılıq
və iqtisadi böhran dekabrda 11 keçmiş Sovet respublikası tərəfindən
yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına
səbəb ola bilər.
Birlik üzv dövlətlər
olan xristian ermənilərlə müsəlman
azərbaycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı. Dağlıq Qarabağdakı 4 illik müharibə
1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baş verən döyüş
xüsusilə dəhşətli idi. Dağlıq Qarabağın
mərkəzi Stepanakert şəhərində
yerləşən 366-cı alay döyüşlərin
mərkəzində idi
və bu döyüş nəticəsində
onun 3 əsgəri həlak olmuşdur. Ermənistanın
paytaxtı Yerevanda parlamentdə çıxış
edən prezident Levon Ter-Petrosyan Birliyin axırıncı qoşunlarının
anklavdan çıxarılmasını
pislədi. O, bu alayın
hərbi əməliyyatlarda iştirak etmədiyini, onun
yalnız vəziyyəti stabilləşdirdiyini bildirmişdir.
Boston Qlob, 3 mart 1992 Pol Kuin - Cac,
Bakı, Azərbaycan
Dünən Azərbaycan
erməni hərbçilərini
keçən həftə
kişi, qadın və uşaqları Dağlıq
Qarabağdakı bir şəhərdən çıxarmaqda
və onları qətlə yetirməkdə
ittiham etdi. Azərbaycan rəsmiləri
Xocalı şəhərində
1000 nəfər azərbaycanlı
öldürüldüyünü və qarla örtülmüş
dağlardan qaçan
kişi, qadın və uşaqların erməni hərbçiləri tərəfindən
öldürüldüyünü deyir. Erməni rəsmiləri bunları
inkar edir. Hadisə yerində olan jurnalistlər qətlə
yetirilmiş insanların
dəqiq sayını
söyləməkdə çətinlik
çəkir. Ancaq
Röytersin fotoqrafı
iki yük maşınının azərbaycanlıların
meyitləri ilə doldurulduğunu dedi. Bir rus jurnalisti isə rayonun hər yerində qırğınlar törətdiyi
barədə xəbər
verir. Röyters xəbər verir
ki, vertolyotla bölgəyə səfər
edən azərbaycanlı
rəsmilər və jurnalistlər başlarından
vurulmuş 3 uşaq meyiti tapıblar. Ermənilərin atəş açmağı
isə onlara digər meyitləri yığmağa mane olub.
İşğal zamanı Xocalıda
çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq
edən faktlar get-gedə artır. Azərbaycan televiziyası bazar günü Ağdam meyitxanasından qadın və uşaqlar da daxil olmaqla
10 meyit göstərmişdir.
Bakının əsas televiziya
stansiyasının redaktoru
bildirmişdir ki, indiyə qədər 180 meyit aşkar olunub. Bölgənin ətrafında uçan
vertolyot çoxlu sayda meyitlər görmüşdür. BBS
xəbər vermişdir
ki, fransız fotoqraf 31 cənazə saymışdır. O bildirmişdir
ki, içərisində
qadın və uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən
başlarından güllə
ilə vurulmuşdur.
Bu arada Xocalı icra hakimi Elman
Məmmədov Bakıda
mətbuat konfransında
bildirmişdir ki, hücum zamanı 1000 adam öldürülmüş,
200-dən artıq itkin
düşmüş, 300 əsir
götürülmüş, 200 nəfər yaralanmışdır.
Məmmədov 366-cı alayı hücuma başçılıq
etməkdə və erməni quldurlarına yol açmaqda ittiham edir.
Eyc, Melburn,
6 mart 1992 Elen VOMAK, Ağdam,
Azərbaycan, çərşənbə
axşamı
Şəhidlərin dəqiq sayı hələ də məlum olmasa da, ötən
həftə Ermənistan
ordusunun Dağlıq Qarabağın qarlı dağlarında dinc azərbaycanlılara qarşı
soyqırım törətdiyi
ehtimal olunur. Anklavın Azərbaycan şəhəri
Ağdamla sərhəddə
yerləşən Xocalı
şəhərindən olan
qaçqınlar fevralın
25-i gecə ermənilər
tərəfindən onların
evlərinə edilən
hücumu təsdiq edən külli miqdarda faktlar söyləyir. Onlar bildirirlər
ki, ermənilər onları qaçmağa məcbur etmiş və ətrafdakı meşələrdə güllələmişdir.
Dünən mən qəbiristanlıqların
birində təzə
qazılmış 75 qəbir
gördüm. Ondan bir
gün əvvəl isə Ağdam məscidində deşik-deşik
olunmuş 4 meyit görmüşdük. Biz
həmçinin vaqonlardan
ibarət olan müvəqqəti xəstəxanalarda
güllə yaraları
almış qadın və uşaqları gördük. Əhalisinin əksəriyyətini
azərbaycanlılar təşkil
edən Azərbaycan qəsəbəsi Xocalının
əhalisi təxminən
6000 nəfərdir. Ağdamın
polis komandiri Rəşid
Məmmədov Ağdama
yalnız 500 nəfərin
qaçdığını dedi. "Bəs qalanları hanı?" deyən cənab Məmmədov onların əsir götürüldüyünü,
yaxud qaçdıqlarını
dedi. Çoxları hələ də
dağlardadır, çünki
vertolyot yoxdur. O,
onların bəzilərinin
mənfi 10 dərəcə
soyuqdan donduğunu bildirdi. Azərilər silahlanmış erməniləri gördükdə
başa düşdülər
ki, özlərini müdafiə edə bilməyəcəklər və
meşələrə qaçdılar.
Bir neçə saatdan sonra soyqırım başlandı. Cənab Nasir
arvadının və
iki uşağının
əsir götürüldüyünü
güman edir. Digər qaçqınlar kimi, o da keçmiş
Sovet ordusunun Xocalıya hücum etməkdə ermənilərə
kömək etdiyini dedi: "Bu mənim fikrim deyil, gözlərimlə
gördüklərimdir".
Nyu-York Tayms, 6 mart 1992
AZƏRBAYCANDA VİDA MƏRASİMİ
"Azərbaycanın Ağdam şəhərindəki
qəbiristanlıqda ermənilərin
Dağlıq Qarabağda
törətdiyi soyqırım
qurbanları dəfn olunan zaman onların
ailə üzvləri
və dostları matəm içindədir. Çingiz İsgəndərov qardaşının cənazəsi
olan tabutu qucaqlamışdı. Cənazənin üstündə isə Quranın surəti var idi.
Vaşinqton Post, 6 mart 1992
SON VİDALAŞMA
"Dünən azərbaycanlıların
qəbiristanlığında Dağlıq Qarabağda ermənilər tərəfindən
öldürülmüş qurbanlar dəfn olunarkən onların qohumları kədər içində idi. Çingiz İsgəndərov qardaşının cənazəsi
olan tabutu qucaqlayıb ağlayırdı".
Sandey Tayms, 8
mart 1992 Tomas Qolts erməni
əsgərlərinin törətdiyi
soyqırım haqqında
Ağdamdan ilk olaraq xəbər verir
Xocalı qeyri-məhsuldar bir
Azərbaycan şəhəri
idi. Burada mağazalar bomboş, yollar çirkli idi. Heç bir yaşıllıq
isə yox idi. Bu o zaman
idi ki, burada
minlərlə azərbaycanlı
öz xoşbəxt həyatını yaşayırdı.
Ötən həftə o, xəritədən
silindi. Ağdam meyitxanaları meyitlərlə
dolan zaman Xocalı və onun ətrafında Sovet İttifaqı dağılandan bəri ən dəhşətli soyqırımın baş
verdiyi güman olunur. Mən Xocalıya səfər
edən sonuncu qərbli idim. Bu, yanvarda baş
vermişdi. Dörd uşaq
anası Zümrüd
bizi şəhərə
gətirən vertolyotda
idi. O dedi ki, camaat oturub
öz ölümünü
gözləyir. O və
ailə üzvləri
fevralın 26-da ermənilərin
törətdiyi qırğının
qurbanları arasında
idilər. Beş övlad atası 55 yaşlı Balakişi Sadıqov dedi: "Ermənilər uzaq kəndlərin hamısını
bir-bir işğal etdilər, hökumət isə heç nə etmədi". Onun həyat yoldaşı Dilbər isə dedi ki,
indi onlar bizi buradan çıxaracaq,
yaxud da öldürəcəklər. Onların üç
oğlu və iki qızı qırğın zamanı
öldürülmüşdü. "Biz ermənilərin mövqelərinə çox
yaxın idik, amma oranı keçməli idik. Güllələr hər tərəfdən
yağış kimi yağdırılırdı. Biz, sadəcə, tələyə düşmüşdük".
Azərbaycanlılar bir-bir qətlə
yetirilirdi. Sağ
qalanların söylədiklərinə
görə, görmədikləri
halda ermənilər tərpənən hər bir şeyə atəş açırdılar.
Bir azəri operatoru ağlaya-ağlaya hər bir meyiti lentə
almışdı. Onun çəkdiyi
kadrlardan birində azərbaycanlıların ermənilərdən
qaçaraq sığınacaq
tapdığı ağaclıq
göstərilmişdi. Burada insan meyitləri təpə əmələ
gətirmişdi. Ağdam
xəstəxanasına gətirilmiş
Ömər Veysəlov
dedi: "Ermənilər
dayanmadan atırdılar.
Mənim
arvadım və qızım, düz, yanımda öldürüldülər".
Hospitalın dəhlizlərində gəzən adamlar öz yaxınlarından bir xəbər axtarırdılar. Bəziləri öz qəzəbini əcnəbilərin üstünə
tökürdü. Bir
ana bağırırdı:
"Hanı mənim qızım, hanı mənim oğlum? Zorlanıb.
Öldürülüb. İtib".
Mond, Paris, 14 mart 1992
Ağdamda olan əcnəbi
jurnalist öldürülmüş
adamlar arasında başlarının dərisi
soyulmuş qadın və uşaqları görüb.
Onların dırnaqları çıxarılmışdı.
O, bunun "Azərbaycan
təbliğatı" deyil,
reallıq olduğunu yazır.
Nyusuik, 16 mart
1992
SOYQIRIMIN ÜZÜ
Paskal Priva
və Stiv Lö Vən, Moskva
Ötən həftə
Azərbaycan yenidən
qəbiristanlığa dönmüşdü:
matəm içində
olan qaçqınlar və onlarla insan meyiti məscidin
arxasında müvəqqəti
meyitxana yaratmışdı.
Onlar fevralın 25-i və 26-sı ermənilər
tərəfindən darmadağın
edilmiş Xocalıdan
olan sadə azəri kişi,
qadın və uşaqları idi. Onların çoxu qaçan zaman yaxın məsafədən vurulmuşdu,
bəzilərinin üzləri
dağıdılmış, başlarının dərisi
soyulmuşdu.
Analitik qrup
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu tərəfindən
maliyyələşdirilən "Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
haqqında həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması, Azərbaycanın ədalətli
mövqeyinin müdafiə
edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Mövqe.- 2011.- 2 mart.- S. 10.