Mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror aktları

 

V YAZI

 

251. 9 sentyabr 1992-ci ildə Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır.

252. 11 sentyabr 1992-ci ildə Ağdam rayonunun Sarıcallı kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

253. 14 sentyabr 1992-ci ildə Ağdam rayonunun Muğanlı kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuşdur.

254. 15 sentyabr 1992-ci ildə Naxçıvan MR, Şahbuz rayonunun Biçənək kəndinə silahlı basqın nəticəsində 3 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

255. 18 sentyabr 1992-ci ildə Naxçıvan MR-in Sədərək qəsəbəsi silahlı basqın nəticəsində 3 nəfər həlak olmuş, 5 nəfər yaralanmışdır.

256. 19 sentyabr 1992-ci ildə Goranboy rayonunun Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.

257. 30 sentyabr 1992-ci ildə Zəngilan rayonunun Ermənistanla həmsərhəd kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

258. 30 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Ketavan kəndi yaxınlığında "QAZ-53" markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

259. 5 oktyabr 1992-ci ildə Ağdam rayonunun Seyidli kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

260. 8 oktyabr 1992-ci ildə Füzuli rayonunun Divanalılar kəndinə silahlı basqın nəticəsində 11 nəfər həlak olmuş, 60 nəfər yaralanmışdır.

261. 9 oktyabr 1992-ci ildə Kərkicahan qəsəbəsinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

262. 12 oktyabr 1992-ci ildə Qubadlı rayonunun Balard kəndinə silahlı basqın nəticəsində 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmış, 2 nəfər itkin düşmüşdür.

263. 13 oktyabr 1992-ci ildə Ağdam rayonunun Şelli və Əhmədavar kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

264. 13 oktyabr 1992-ci ildə Naxçıvan MR, Şərur rayonunun Ermənistanla həmsərhəd kəndlərinə silahlı basqın nəticəsində 3 nəfər həlak olmuş, 7 nəfər yaralanmışdır.

265. 21 oktyabr 1992-ci il tarixdə Tərtərlə Kəlbəcər arasında - Sərsəng su anbarının 1,5 km-də hərəkət edən və xalq təsərrüfatı malları daşıyan 4 maşın qumbaraatanlar vasitəsilə atəşə tutulmuş, nəticədə 6 nəfər mülki şəxs həlak olmuşdur.

266. 25 oktyabr 1992-ci ildə Qazax rayonunun, Fərəhli kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

267. 1 noyabr 1992-ci ildə Qubadlı rayonunun Muradxanlı kəndinə silahlı basqın nəticəsində 5 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.

268. 5 noyabr 1992-ci ildə Zəngilan rayonunun Seyidlər kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

269. 6 noyabr 1992-ci ildə Ağdam rayonunun mərkəzi atəşə tutulmuş, nəticədə 6 nəfər həlak olmuşdur.

270. 11 noyabr 1992-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd kəndinə silahlı basqın nəticəsində 3 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

          271. 17 noyabr 1992-ci ildə Füzuli rayonunun Aşağı Divanlılar kəndinə silahlı basqın nəticəsində 5 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

272. 19 noyabr 1992-ci ildə Qubadlı rayonunun Əliquluşağı kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

273. 21 noyabr 1992-ci ildə "Kamaz" markalı avtomaşın partladılmış, nəticədə 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

274. 8 dekabr 1992-ci ildə Ağdam rayonunun Novruzlu kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuşdur.

275. 10 dekabr 1992-ci ildə Zəngilan rayonunun mərkəzi müxtəlif silahlardan atəşə tutulmuş, nəticədə 7 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.

276. 16 yanvar 1993-cü ildə Zəngilan rayonunun Şotaliz və Keçili kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

277. 19 yanvar 1993-cü ildə Ağdam rayonunun mərkəzi müxtəlif silahlardan atəşə tutulmuş, nəticədə 10 nəfər həlak olmuşdur.

278. 27 yanvar 1993-cü ildə Ağdərə rayonunun Umudlu kəndində "QAZ-69" markalı avtomaşın partladılmış, nəticədə 1 nəfər həlak olmuşdur.

279. 27 yanvar 1993-cü ildə Ağdərə rayonunun Dəstəgül kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuşdur.

280. 3 fevral 1993-cü ildə Ağdərə rayonunun Ergi otlaq sahəsi silahlı basqına məruz qalmış, nəticədə 21 nəfər həlak olmuşdur.

281. 6 fevral 1993-cü ildə Qazax rayonunun mərkəzi müxtəlif silahlardan atəşə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.

282. 12 fevral 1993-cü ildə Ağdərə rayonunun Baquas kəndi silahlı basqına məruz qalmış, nəticədə 70 nəfər həlak olmuşdur.

283. 28 fevral 1993-cü ildə Tovuz rayonunun Əlibəyli kəndi silahlı basqına məruz qalmış, nəticədə 3 nəfər həlak olmuşdur.

284. 2 mart 1993-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndi silahlı basqına məruz qalmış, nəticədə 3 nəfər həlak olmuş, 7 nəfər yaralanmışdır.

285. 12 mart 1993-cü ildə Gədəbəy rayonunun Mormor kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuşdur.

286. 18 mart 1993-cü ildə Ağdərə rayonunun mərkəzi "Qrad" qurğularından atəşə tutulmuş, nəticədə 5 nəfər həlak olmuşdur.

287. 21 mart 1993-cü ildə Zəngilan rayonunun Şotariz kəndi silahlı basqına məruz qalmış, nəticədə 3 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdır.

288. 27 mart 1993-cü ildə Kəlbəcər rayonunun Narclılar və Çıraqlı kəndləri silahlı basqına məruz qalmış, nəticədə 11 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

289. 30 mart 1993-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

290. 1993-cü ilin mart ayının 31-də Kəlbəcər rayonunu məcburi tərk etmiş mülki şəxslər rayonun Tunel adlanan ərazisində erməni quldurları tərəfindən atəşə tutulmuş, nəticədə bir nəfər ağır yaralanmış, 3 yaşlı qız uşağı isə vəfat etmişdir.

291. Aprel 1993-cü ildə Tovuz rayonunun Əlibəyli kəndi silahlı basqına məruz qalmış, nəticədə 6 nəfər həlak olmuşdur.

292. 3 aprel 1993-cü ildə Gədəbəy rayonunun Nonvoivanovka kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

293. 7 aprel 1993-cü ildə Ağdam rayonunun Papravənd kəndi silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur.

294. 15 aprel 1993-cü ildə Qubadlı rayonunun Muradxanlı kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuşdur.

295. 16 aprel 1993-cü ildə Tovuz rayonunun Ağdam və Əlibəyli kəndləri silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.

296. 17 aprel 1993-cü ildə Goranboy rayonunun Tapqaraqoyunlu kənd silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur.

297. 19 aprel 1993-cü ildə Tovuz rayonunun Koxanəbilər kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuşdur.

298. 19 aprel 1993-cü ildə Gədəbəy rayonunun Göyəlli kəndi silahlı basqına məruz qalmış, nəticədə 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

299. 1 may 1993-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndi silahlı basqına məruz qalmış, nəticədə 4 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

300. 10 may 1993-cü ildə Naxçıvan MR, Şərur rayonunun Sərxanlı kəndi silahlı basqına məruz qalmış, nəticədə 4 nəfər həlak olmuşdur.

 

 

Mövqe.-2011.-15 mart.- S.10.