Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatlarda

 

Avropa Şurası

 

II YAZI

 

PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığıdiplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Azərbaycanlı deputatlarPA-nın müxtəlif dövlətlərdən olan üzvləri ilə yaxşı münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər, əldə etdiyi nailiyyətlər, eləcə də torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər.

2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın AŞ-yə tamhüquqlu üzv kimi qəbul olunduğu sessiyada İngiltərədən olan deputat Corc Teylor Azərbaycanda Dağlıq Qarabağda ermənilərin törətdiyi vəhşiliklərdən danışdı. O, burada insan hüquqlarının kobud şəkildə tapdalandığını, ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasət apardıqlarını bəyan etdi. C. Teylor qaçqınların və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadığına diqqəti çəkərək AŞ-nın bu sahədə ciddi addımlar atmasının zəruriliyini bildirdi. O, ermənilərin işğal olunmuş ərazilərdə dağıdıcılıqla məşğul olduqlarını, buradakı mədəniyyət abidələrini, xidməti binaları, məktəbləri, xəstəxanaları məhv etdiklərini söylədi: "Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş genosidə siyasi qiymət verilməlidir"-deyə sərt bəyanatla çıxış edən C. Teylorun bu fikirləri ermənilərin ciddi etirazı ilə qarşılansa da, obyektiv həqiqətləri özündə əks etdirirdi. Bu ermənilərinPA-da qarşılaşdıqları ilk sürpriz idi.

Bundan sonra da Azərbaycan nümayəndə heyəti ermənilərin işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşası istiqamətində mühüm işlər görə bildi. Məhz Azərbaycan nümayəndə heyətinin fəallığı sayəsində AŞ Nazirlər Komitəsinin 108-ci sessiyasının rəsmi məlumatında Ermənistanın təcavüzkar siyasəti pislənilirdi. Həmin sənəddə aydın şəkildə qeyd olunurdu ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Ermənistan bu sənədə millətlərin öz müqəddəratını təyinetmə hüququnun da salınmasını istədi. Lakin heç kim bu təklifi dəstəkləmədi və rəsmi məlumat olduğu kimi qəbul edildi. Nəticədə 43 dövlətdən yalnız Ermənistan həmin sənədin əleyhinə çıxdı. Bu, erməni deputatlarının ilk ciddi səhvi idi. Çünki ərazi bütövlüyünün dəstəklənməməsi, faktiki olaraq, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş normalarına qarşı çıxmaq demək idi. Bir qədər sonra Azərbaycan nümayəndə heyəti bu vacib məqamdan istifadə edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması faktı ilə bağlı AŞ-yə sorğu təqdim etdi. 2001-ci il aprelin 24-də Strasburqda AŞPA-nın sessiyasında "Avropanın iqtisadi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsi" mövzusunda keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti də fəal iştirak etdi. Bu müzakirələrdə nümayəndə heyətimizin rəhbəri cənab İlham Əliyev çıxış edərək ölkəmizi narahat edən məsələlərə toxundu: "Azərbaycan bu məsələdən xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən biri məhz bizim ərazidədir. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidə nəinki Azərbaycanın hakimiyyət orqanlarının bu cinayətkarlıqla mübarizəyə məsul olan beynəlxalq təsisatların da heç bir nəzarəti yoxdur.

Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimizin, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır". Daha sonra cənab İlham Əliyev Azərbaycanda yaranmış vəziyyətin ağırlığını göstərən faktları sadaladı:

1. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Bu fakt ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotiklərlə məşğul olan işbazlar tiryək alverçiləri orada özlərini təhlükəsizçox rahat hiss edirlər. Onları "Dağlıq Qarabağ respublikası"nın bədnam rəhbərləri müdafiə edir. Həmin rəhbərlər narkotiklərin satışından gələn pulları Azərbaycanın işğal olunmuş ərazisini əldə saxlamaq muzdlulara haqq ödəmək üçün istifadə edirlər.

2. Yaxşı məlumdur ki, Rusiyanın keçmiş rəhbərləri özlərinin müvafiq strukturlarına Ermənistana qanunsuz yolla bir milyard dollarlıq silah ötürməyə icazə vermişdilər.

Həmin silahların çox hissəsi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində yerləşdirilmişdir. Mən sual edirəm, Ermənistan və Dağlıq Qarabağ bu silahları almaq üçün bu qədər pulu haradan tapdı? Bu regiondakı vəziyyəti bilən hər kəsə aydındır ki, Ermənistanda iqtisadi vəziyyət çox pisdir. Ermənistan əsas etibarilə xarici yardımlar hesabına yaşayır. Daimi iqtisadi tənəzzül ucbatından yüz minlərlə adam Ermənistanı tərk etmişdir. Cavab aydındır. Ya onlar həmin silahları pulsuz alıblar - buna güman çox azdır - ya da narkotiklərin satışından əldə olunan pula alırlar.

3. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət bu qondarma "respublikanı" "çirkli" pulların "yuyulması" əməliyyatları sahəsində məşhurlaşdırmışdır.

4. Ermənilər Dağlıq Qarabağın ərazisində silahlı birləşmələrə təlim keçirlər, bu birləşmələr terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən tamamilə kənardadır".

Bu məlumatları diqqətə çatdırdıqdan sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri bütün Avropa strukturlarından erməni təcavüzkarlarının, işğalçıların torpaqlarımızdan çıxması, bir milyon azərbaycanlı qaçqının insani hüquqlarını pozmağa və torpaqlarımızdan öz cinayətkar əməllərindən ötrü istifadə etməyə son qoymaları üçün ciddi tədbirlər görməyi xahiş etdi. Sessiya zamanı nümayəndə heyətimiz Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlı girov və əsirlərin olması faktı ilə bağlı xüsusi sənədin layihəsini hazırlayaraq deputatlar arasında yaydı. Bu sənəddə torpaqlarımızın işğalı nəticəsində 4959 nəfərin itkin düşdüyü, onlardan 1092 nəfərinin 1992-2001-ci illər ərzində azad edildiyi bu insanların 176 nəfərinin xəstə olduğu göstərilirdi.

Sənəddə qeyd olunurdu ki, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazisində 783 nəfər əsir saxlanılır, onlardan 18-i uşaq, 43-i qadın, 56 nəfəri qocadır. Layihədə Ermənistanın bu faktı inkar etdiyi bildirilirdifaktlarla göstərilirdi ki, əsirlikdə olanlar qul kimi işlədilir, daim təhqir olunur və işgəncələrə məruz qalırlar. Onlar normal qidalanmır, lazımi tibbi yardım almırlar. Bu sənədə Macarıstan, Rusiya, Lüksemburq, İspaniya, Türkiyə, Niderland, Latviya, Litva, İsveç, Ukrayna digər ölkələrdən olan bir çox deputatlar da imza atmışdılar və layihə AŞ PA-nın sessiyasında iştirak edən dövlətlərin parlament nümayəndə heyətləri arasında yayılmışdır. Bu sessiya ərəfəsində Fransa parlamenti Senatı qondarma "erməni soyqırımı" tanıması barədə qərar çıxarmışdı. Bu fürsətdən istifadə etməyə çalışan erməni deputatları, Avropa Şurası Parlament Assambleyasında Ermənistan parlamentini təmsil edən deputatlar "məzlum erməni millətinin Osmanlı imperiyası tərəfindən soyqırımına məruz qalmasına dair sənəd hazırlamışdılar. Aparılmış təbliğat nəticəsində bir neçə deputat bu sənədə imza atmışdı.

Buna cavab olaraq Azərbaycan nümayəndə heyəti ötən əsrin əvvəlindən bu günə kimi ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər, indi isə ərazimizin 20 faizini işğal etmələri haqqında bəyannamə hazırlayaraq Avropa Şurasının üzvü olan ölkələrin deputatları arasında yaydı.

 

 

Mövqe.- 2011.- 19 mart.- S.10.