ATƏT-in qəbul etdiyi sənədlər
Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsi
ATƏM
Şurasının birinci əlavə
görüşü Helsinki,
24 mart 1992-ci il
Yekun Nazirlər Dağlıq Qarabağda
və onun ətrafında
silahlı münaqişənin genişlənməsinin davam etməsi və bunun nəticəsində
əhali arasında əzab çəkənlərin
və insan tələfatlarının
sayının artması ilə əlaqədar
dərin narahatlıqlarını ifadə etdilər. Onlar münaqişənin
davam etməsinin və daha
da genişlənməsinin
regional və beynəlxalq təhlükəsizliyə
göstərə biləcəyi təsiri nəzərdə tutaraq, münaqişənin
aradan qaldırılması yolları və
vasitələrini geniş şəkildə
müzakirə etdilər. Onlar bütün tərəfləri təmkinli olmağa
çağırdılar. Nazirlər yenidən ən qəti
şəkildə cavabdeh yerli
komandirləri onların aktiv
iştirakı ilə
həyata keçiriləsi təcili və effektiv
atəşkəsə
çağırdılar. Onlar siyasi və iqtisadi təzyiq tədbirlərinin dayandırılması da daxil olmaqla,
etibarlı mühit və
konstruktiv dialoq şəraitinin bərpa
edilməsi çağırışı ilə müraciət
etdilər.
Nazirlər ATƏM çərçivəsində
həyata keçirilən fəaliyyəti nəzərdən
keçirdilər və Yüksək vəzifəli şəxslər
komitəsinin qəbul etdiyi qərarları bütövlükdə
bəyəndilər. Onlar bununla əlaqədar
gördüyü tədbirlərə görə ATƏM-in Fəaliyyətdə
olan sədrinə minnətdarlıqlarını bildirdilər
və lazım olduğu hər hansı təqdirdə ona
bütün mümkün olan yardımı göstərməyə
hazır olduqlarını qeyd etdilər. Nazirlər Avropa
Birliyi və onun üzv-dövlətləri, Müstəqil
Dövlətlər Birliyinin üzv-dövlətləri,
Şimali Atlantika Əməkdaşlıq Şurasının
üzvləri və xüsusilə Birləşmiş Millətlər
Təşkilatının baş katibi tərəfindən həyata
keçirilən bir-birini tamamlayan səyləri
alqışladılar. Onlar bununla əlaqədar ATƏM-in Fəaliyyətdə
olan sədrindən Birləşmiş Millətlər Təşkilatı
ilə sıx əlaqə saxlamağı və mütəmadi
məlumat mübadiləsi təşkil etməyi xahiş etdilər.
Nazirlər
razılığa gəldilər ki, ATƏM bu münaqişə
ilə bağlı sülh prosesinin inkişafı işində
əsas rol oynamalıdır. Onlar razılaşdılar ki,
Dağlıq Qarabağda və onun ətrafında mövcud
olan vəziyyət ATƏM tərəfindən növbəti tədbirlərin
həyata keçirilməsini tələb edir.
Nazirlər ATƏM-in Nazirlər
Şurasının Fəaliyyətdə olan sədri cənab
İrji Dinstbirə, xüsusilə effektiv atəşkəsin əldə
olunması və qorunub saxlanılması, həmçinin məsələnin
sülh yolu ilə hərtərəfli nizamlanması
üçün çərçivənin
yaradılmasına kömək məqsədilə yaxın
vaxtlarda regiona səfər etməyi tapşırdılar. Nazirlər
qəti əmin olduqlarını bildirdilər ki, ATƏM-in
himayəsi altında Dağlıq Qarabağ üzrə
konfrans böhranın ATƏM-in prinsipləri, öhdəlikləri
və müddəaları əsasında sülh yolu ilə
nizama salınması məqsədilə danışıqlar
üçün fəaliyyət göstərən forumu təmin
edəcək. Nazirlər bununla əlaqədar ATƏM-in Nazirlər
Şurasının Fəaliyyətdə olan sədrindən
mümkün qədər tez bir zamanda belə konfransı
keçirməyi xahiş etdilər.
Bundan əlavə, nazirlər
razılaşdılar ki, Minskdə keçiriləcək bu
konfransın iştirakçıları Ermənistan, Azərbaycan,
Belarus, Çexiya və Slovakiya Federativ Respublikası, Fransa,
Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç,
Türkiyə və Amerika Birləşmiş Ştatları
olacaq. Dağlıq Qarabağın seçilmiş və digər
nümayəndələri maraqlı tərəf kimi konfransa
onun sədri tərəfindən konfransda iştirak edən
dövlətlərlə məsləhətləşmələrdən
sonra dəvət olunacaqlar. ATƏM-in Nazirlər
Şurasının Fəaliyyətdə olan sədri ATƏM-in
himayəsi altında Dağlıq Qarabağ üzrə
konfransın sədrini təyin edəcək. Nazirlər ATƏM-in
bütün iştirakçı dövlətlərini və
bütün maraqlı tərəfləri beynəlxalq nəzarət
altında olan təhlükəsiz dəhlizlər daxil olmaqla
sürətli və effektiv vasitələrdən istifadə edərək,
humanitar yardımla ona ehtiyacı olanların təmin edilməsi
üçün bütün lazımi addımların
atılmasına təkidlə çağırdılar. Nazirlər
Ermənistan və Azərbaycanın ATƏM-in Fəaliyyətdə
olan Sədrinin bu regiona missiyasına, həmçinin ATƏM
şurasının razılaşdığı bütün fəaliyyətə
tam kömək etmək öhdəliyini nəzərə aldılar
və məsələnin davamlı, sülh yolu ilə həll
olunmasına nail olmaq məqsədilə hər iki tərəfi
bu öhdəliyi fəal şəkildə yerinə yetirməyə
çağırırlar.
Regional
məsələlər
Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı ATƏM fəaliyyətinin
fəallaşması
Budapeşt, 6 dekabr 1994-cü il
1. Münaqişənin
davam etməsi və bunun nəticəsində baş verən
insan faciəsindən təəssüfləndiklərini ifadə
edərək, iştirakçı dövlətlər ATƏM-in
Minsk Qrupu ilə əməkdaşlıqda Rusiya
Federasiyasının vasitəçilik səyləri nəticəsində
1994-cü il mayın 12-də razılaşdırılmış
atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiklərini
alqışladılar. Onlar Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə sadiq
qaldıqlarını təsdiqlədilər və ATƏM-in
münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş
səylərinə Təhlükəsizlik Şurasının
göstərdiyi siyasi dəstəyi alqışladılar. Bu məqsədlə
onlar münaqişə tərəflərini birbaşa əlaqələr
daxil olmaqla məsələnin mətləbinə dair daha
intensiv danışıqlara çağırdılar. Bu mənada
onlar ATƏM-in səyləri və köməyini ikiqat
gücləndirəcəklərinə söz verdilər. Onlar
ATƏM-in Minsk Qrupunun vasitəçilik səylərini qəti
şəkildə bəyəndilər və Rusiya
Federasiyasının həlledici yardımını və Minsk
Qrupunun digər fərdi üzvlərinin səylərini
yüksək qiymətləndirdilər. Onlar bu səyləri
ATƏM çərçivəsində əlaqələndirərək
bir araya gətirmək qərarına gəldilər.
2. Bu məqsədlə
onlar danışıqlar üçün vahid və
razılaşdırılmış baza yaratmaq, həmçinin
bütün vasitəçilik və danışıqlar fəaliyyətinin
tam şəkildə əlaqələndirilməsini təmin
etmək məqsədilə, Fəaliyyətdə olan sədrə,
iştirakçı dövlətlərlə məsləhətləşmələr
əsasında və mümkün qədər tez hərəkət
etməklə, Minsk Qrupunun həmsədrlərini təyin etməyi
tapşırdılar. Həmsədrlər bütün
danışıqlar səylərində ATƏM prinsiplərini
və razılaşdırılmış mandatı əsas
tutaraq, Minsk Qrupunun görüşlərində birlikdə həmsədrlik
və fəaliyyətdə olan sədrə birlikdə məruzə
edəcəklər. Onlar işlərinin gedişi barəsində
Daimi Şuraya müntəzəm olaraq məlumat verəcəklər.
3. Bu səylər çərçivəsində
ilk addım kimi, onlar mövcud atəşkəsin davam etdirilməsinə
kömək etmək məqsədilə Rusiya
Federasiyasının və Minsk Qrupunun digər fərdi
üzvlərinin dəstəyilə və onlarla əməkdaşlıq
şəraitində təcili tədbirlərin görülməsini,
və əvvəllər vasitəçilik fəaliyyəti
zamanı əldə olunmuş irəliləyişə əsaslanaraq,
həyata keçirilməsi bütün tərəflər
üçün münaqişənin əsas nəticələrini
aradan qaldırmağa və Minsk Konfransını
çağırmağa imkan verəcək silahlı
münaqişənin dayandırılması haqqında siyasi
sazişin imzalanması məqsədilə tezliklə
danışıqlar aparmağı Minsk Qrupunun həmsədrlərinə
tapşırdılar. Daha sonra onlar Minsk Konfransının həmsədrlərindən,
xüsusilə humanitar sahədə, inamın möhkəmləndirilməsi
tədbirlərinin həyata keçirilməsi istiqamətində
münaqişə tərəfləri ilə birgə işi
davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı
dövlətlər tərəfindən həm fərdi əsasda,
həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində
qaçqınların acınacaqlı vəziyyətini
yüngülləşdirməyə xüsusi diqqət yetirmək
şərti ilə regionun əhalisinə humanitar
yardımın göstərilməsi üzrə tədbirlərin
həyata keçirilməsi vacibliyini qeyd etdilər.
4. Onlar
razılaşdılar ki, münaqişə tərəflərinin
fikirlərinə uyğun olaraq yuxarıda qeyd olunan sazişin əldə
edilməsi həmin sazişin həyata keçirilməsinin
vacib elementi kimi çoxmillətli sülhməramlı
qüvvələrin yerləşdirilməsinə imkan verə
bilərdi. Onlar silahlı münaqişənin
dayandırılması haqqında tərəflər
arasında sazişin əldə edilməsindən sonra, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnaməsinin qəbul edilməsi
şərti ilə, ATƏM-i çoxmillətli sülhməramlı
qüvvələrlə təmin etmək üçün
siyasi hazırlıqlarını bəyan etdilər. Onlar Fəaliyyətdə
olan Sədrdən 1992-ci il Helsinki Sənədinin III fəsli əsasında
və Birləşmiş Millətlər Təşkilatı
Nizamnaməsinə tam uyğun olaraq təşkil ediləcək
belə qüvvələrin yaradılması, tərkibi və
fəaliyyəti barəsində qısa zaman ərzində plan
işləyib hazırlamağı xahiş etdilər. Bu məqsədlə
fəaliyyətdə olan sədrə Minsk Konfransı həmsədrləri
və Minsk Qrupu, həmçinin baş katib tərəfindən
kömək ediləcək; müvafiq məsləhətləşmələrdən
sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə
yanaşı, ölçüsü və xarakteri, onlara rəhbərliyi
və onların idarəsi, maddi-texniki təchizatı,
müvafiq altbölümlərin və resursların
bölünməsi, güc tətbiq etmək qaydası və
qüvvə verən dövlətlərlə
razılaşmalar haqqında tövsiyələrin
hazırlanması üçün Vyanada yüksək səviyyəli
planlaşdırma qrupu yaradacaq. O, Birləşmiş Millətlər
Təşkilatının texniki məsləhət və
ekspertiza yardımının göstərilməsinə
hazır olması haqqında etdiyi bəyanatına əsaslanaraq,
Birləşmiş Millətlər Təşkilatına
kömək üçün müraciət edəcək. O, həmçinin
ATƏM-in sülhməramlı qüvvələrinin
mümkün yerləşdirilməsi üçün BMT Təhlükəsizlik
Şurasının uzunmüddətli siyasi dəstəyini əldə
etməyə çalışacaq.
5. Belə hazırlıq
işini və 1992-ci il Helsinki Sənədinin III fəslinin
müvafiq müddəalarına əsasən və tərəflər
arasında razılığın əldə olunmasından və
onların Minsk Konfransının həmsədrləri vasitəsilə
fəaliyyətdə olan sədrə rəsmi xahişindən
sonra Daimi Şura ATƏM-in sülhməramlı əməliyyatının
keçirilməsi barəsində qərar qəbul edəcək.
Mövqe.-
2011.- 5 may.- S. 10.