Sibir xorasını tanıyırıqmı?
El arasında "qarayara" kimi tanınan infeksiyadan necə
qorunaq?
Bəzən acıqla birinə
edilən "Qarayara çıxarasan"
qarğışı qorxulu olduğu qədər də məşhurdur.
Bəs "Qarayara"dan bu qədər qorxmağa əsas
varmı? Artıq bilirik ki, "Qarayara" xəstəlik
adıdır və elmi dildə adı Sibir xorası kimi
çəkilir. Ümumiyyətlə, qarayara haqqında nələri
bilirik. Məsələn, "Qarayara nədir"
sualını yazıb, google.az axtarış saytında
axtarıram və nə çıxsa yaxşıdır -
"adi gavalı haqqında İbn Sinanın qeydləri". Heç
dəxli yoxdur mövzuya. Sonra elmi dildə "Sibir
xorası" yazıb axtarıram və "Hacı Zeynalabdin
Tağıyevin günahı nədir" sualı
çıxır. Maraqlı sualdır, amma bu sualın
qarayaraya heç bir adiyyəti yoxdur axı. Əgər biz bu
sözü rus və ya başqa dildə yazıb axtarışa
versək, minlərlə məlumat taparıq. Xülasə, bu
başqa yazının mövzusudur. İndilikdə xəstəlik
haqqında tapdıqlarımı sizinlə
bölüşürəm.
Əslində yazının yazılmasına səbəb
bazarda eşitdiyim "Bərdədə qarayara xəstəliyi
var" cümləsi oldu. Pendir satan bərdəli qadın
alıcıdan eşitdiyi bu sözdən dəli oldu və
and-aman etməyə başladı ki, Bərdə də
qarayara xəstəliyi keçmişdə olub, indi yoxdur.
Tibbdə daha çox "Sibir xorası" adı ilə
məşhur olan bu xəstəliyin mənşəyi lap uzaq əsrlərə
gedib çıxır. Xəstəliyi "Bacillus antharis"
adlı sporlu bakteriya yayır. Əsasən xəstə
heyvanlarla təmas zamanı, eyni zamanda onların
yarıbişmiş və ya çiy ətindən,
südündən emal olunmuş süd və süd məhsullarından
da yoluxur. Xəstəliyin Bərdə rayonunda yayılması
heç də təsadüfi deyil. Çünki bu xəstəlik
daha çox heyvandarlıqla məşğul olan bölgələrdə
inkişaf edir.
Qeyd edək ki, 1945-ci ildə İranda bu xəstəlikdən
1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224
insan ölümü qeydə alınıb. Ən böyük
epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə baş
verib. Bu epidemiya 10.000-dən artıq insanın həyatına
son qoyub. Xəstəliyin ən çox yayılmış
forması dəri yarasıdır. Bu, 95 faiz təşkil edir.
Xoranın sporları 10 illərlə yaşayır
Sibir xorası xəstəliyinin
törədicisinin sporları ətraf mühitə
qarşı çox davamlıdır. Xəstəliyin
sporları onillər boyu öz
yoluxdurma qabiliyyətini qoruya
bilir. Ancaq vegetativ formasının (kapsul) istiyə və kimyəvi maddələrə
qarşı müqaviməti çox zəifdir.
Sporlar 55 dərəcədə 40 dəqiqə,
60 dərəcədə 15 dəqiqə qaynadıldıqdan sonra patogenliyini itirir. Nəzərinizə çatdıraq ki, bir neçə
dəqiqə kifayət edir ki, dezinfeksiyaedici maddələr
bakteriyaları tam məhv
etsin. Xəstəlik insanlara
infeksiyalı heyvanlardan
birbaşa və yaxud dolayı yolla- əksər hallarda dəridən,
nadir hallarda isə həzm sistemi və tənəffüs sistemi vasitəsilə yoluxur. Yəni heyvandakı yaraya
toxunmaqla təmasda olan kəsin dərisindəki sızaq və
sıyrılmış yerlər Sibir xorasının sporları
üçün ən
münbit ocaqdır. Sporlar
xəstə heyvanın
ətinin yeyilməsi ilə həzm sisteminə, xəstəlik
törədicilərinin havadakı sporları vasitəsilə
tənəffüs sisteminə yoluxa bilir. Qeyd edək ki, bu xəstəlik
insandan insana keçmir.
İnkubasiya dövrü
Xəstəliyin
inkubasiya dövrü dəri formasında 3-7 gün,
ağciyər formasında
1-6 gün, qastrointestinal
formasında isə 1-7 gündür.
Tənəffüs zamanı
mikrob isə (miqdarından asılı olaraq)
ağciyər formasının
inkubasiya dövrünü
60 günə qədər uzada bilər.
Simtomları
Simtomlar yoluxma yoluna bağlı olduğu üçün
fərqli şəkildə ortaya çıxır. Xəstəliyin 3
forması mövcuddur.
1. Dəri forması: ən çox rast gəlinən
formadır. Heyvanın
dərisi, yunu, əti
ilə sızanaqlardan yoluxma
ilə ortaya
çıxır. Daha çox
əl, qol, boyun və üz nahiyələrində görünür.
Dəri infeksiyası böcək sancmasına bənzər
şəkildə qabarıq, qaşıntılı bir şişlik olaraq inkişafa
başlayır. Ancaq 1-2 gün
içərisində bir
vezikula ortaya
çıxır. Daha sonra
bu, ağrısız, 1-3 sm
böyüklüyündə, ortasında səciyyəvi qara nekroz sahəsi
olan xoraya çevrilir. Yaxın limfa
düyünlərində şişkinlik
və infeksiya yerində
ödem ola bilər. Xora 1-2 həftədə quruyaraq
qopub tökülür
və yerində iz saxlayır. Xəstəlik
müalicə edilməzsə, 20 faiz ölümlə nəticələnə
bilər. Ölüm hallarını
azaltmaq üçün
isə antibiotiklə
müalicə vacibdir.
2. Ağciyər forması: ilk simptomları soyuqdəyməyə
oxşayır və zəiflik, yorğunluq şəklində
müşahidə olunur. Sonra yoluxmuş şəxsdə 39-40
dərəcə qızdırma, öskürək, taxikardiya,
sianoz, nəfəs almaqda çətinliklər ortaya
çıxır. Ağciyər forması əksər
hallarda, yəni 97 faiz ölümlə nəticələnir.
Bunun üçün də Sibir xorası törədicisi
bakteroloji silah kimi istifadə edilə bilər.
Qeyd edək ki, Sibir xorası törədicisindən
terror aktlarında da istifadə edilir. Bu fakt tarixdə dəfəlrlə
təkrarlanıb. Son illər isə daha çox ABŞ rəsmlərinə
bu xəsətliyin törədicisini məktub vasitəsilə
yollayıblar.
3. Qastroinestinal forma: infeksiya heyvan ətinin tam bişməmiş
və ya çiy yeyilməsi nəticəsində yoluxur. İlk
əlamətləri ürəkbulanması, qusma,
iştahasızlıq və qızdırmadır. Daha sonra xəsətlik
qarın ağrısı, qanqusma və ağır ishal olaraq
davam edir və çox zaman ölümlə nəticələnir.
Necə qorunmalı?
İnfeksiyanın insandan insana keçməsi normal şəraitdə
mümkün deyil. Bunun üçün də xəstəlikdən
qorunmağın ən yaxşı yolu xəstə
heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan
yerlərdən ət almamaq, əti çiy yeməmək və
yarıbişmiş yeməkdən qaçmaqdır. Sibir
xorası xəstəliyindən ölən insanları və
heyvanları uyğun bir şəkildə basdırmaq və ya
yandırmaq yayılmanın qarşısını alır. Xəstəlikdən
ölən heyvanların bütün təbii dəlikləri
(ağız, burun, anus) tamponlanaraq, 2 metr dərinliyində
çuxura atılır və üzərinə dezinfeksiyaedici
maddə (əhəng və.s) tökülür, sonra
torpaqlanır.
Sibir xorası
yaxınlığımızdadır
Hamımız yaxşı bilirik ki, bu
gün rayonlarda xəstəlikdən ölmüş
heyvanların ətini
rahatlıqla kolbasa sexinə
verirlər. Leşdən kolbasa, sosiska və qeyri -məmulatlar heç bir sanitar qayda gözlənilmədən
hazırlanır və birbaşa bazara yollanır. Belə olan halda biz
sağlamlığımızı qorumaq üçün daha həssas
olmalıyıq. Çünki qarayara xəstəliyinə
tutulmuş heyvanın
əti və südü
bu infeksiyanı
rahatlıqla daşıyır. Ət və süd
məhsulları alarkən
ərzağın üzərindəki zəmanət göstəriciləri
hələ məmulatın saflığından,
sağlamlığımıza ziyanından xəbər vermir və zamin ola bilmir.
Və ya bazarlarda,
küçələrdə açıq satılan, heç bir nəzarət olmadan, kəndlərdən birbaşa
satışa çıxarılan süd və süd məhsullarının
gigyenik təmizliyinə
heç kim söz verə bilməz.
Evlərdə kustar üsulla
hazırlanmış süd
məhsullarının sağlamlığımıza
ziyanlı olduğu bəllidir. Amma bu gün
bəzi sexlərdə istehsal
edilən süd məhsullarının
da hazırlıq prosesi çox çirkli, antisanitariya
şəraitində baş tutur. Təmizliyə riayət olunmadan
hazırlanan belə məhsullar
süfrəmizə rahatlıqla yol
tapır.
Müalicə necə
aparılmalıdır?
Sibir xorasının müalicəsi
o qədər də çətin deyil. Lakin xəstəliyin
qarşısını vaxtında almaq gərəkdir.
Sibir xorası penisillin
antibiotiklərlə müalicə
edilir. Penisillinə həssaslığı olanlar
siproflokssin və ya tetrasiklin istifadə edə bilərlər. Dəri
formasında yaraya toxunmamaq
lazımdır. İnfeksiyaların qarşısını almaq üçün yara üzərinə 0,1 faizli
rivanol məlhəmi səpilə
bilər. Müalicə 5-7 gün 8.000.000
BVx2 penisillinlə aparılır.
Arzu Abdulla
Mövqe.- 2011.- 13 may.- S. 13.