Ermənistan və
Azərbaycan arasında münaqişə üzrə qətnamə
3) Azərbaycan
Respublikasına İqtisadi Yardım barədə 16/7-E IS
saylı qətnamə
İslam Konfransı
ölkələri xarici işlər nazirlərinin Mərakeş
Krallığının Kasablanka şəhərində 13-15
dekabr 1994-cü il tarixdə keçirilmiş (Qardaşlıq
və Dirçəliş) toplantısı qonşu Ermənistanın
Azərbaycana təcavüzü ilə əlaqədar
yaranmış vəziyyəti yada salaraq;
Ölkənin tarixinin
çox ağır və kritik anında İslam Konfransı
Təşkilatı üzvü olan ölkələrin Azərbaycan
hökuməti və xalqı ilə yekdil həmrəyliyini təsdiqləyərək;
Bu münaqişə ilə
bağlı BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə istinad edərək;
Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində silahlı əməliyyatları,
bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizinin
işğal olunmasını, təxminən bir milyon azərbaycanlının
öz vətənindən zorla çıxarılması, təcavüz
nəticəsində insan hüquqlarının kobud şəkildə
pozulmasını pisləyərək;
Azərbaycan hökuməti
və xalqı ilə İslam Konfransı Təşkilatına
üzv dövlətlərin həmrəyliyini konkret şəkildə
nümayiş etdirmək zərurətini lazım bilərək;
İKT-yə üzv olan bəzi
ölkələrin və İKT-nin müvafiq
qurumlarını, BMT qurumları və beynəlxalq təşkilatların
Azərbaycana göstərdiyi yardımı alqışlayaraq;
1. Dünya birliyindən Azərbaycan
torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən
işğalına son qoymaq, onların Azərbaycan ərazisindən
qeydşərtsiz çıxarılması və Azərbaycanın
ərazi bütövlüyünün bərpası
üçün ciddi və təsirli tədbirlər
görülməsini tələb edir.
2. İKT-nin üzv
dövlətlərinə və İslami qurumlara müraciət
edir ki, Azərbaycan xalqının iztirab və əzablarını
yüngülləşdirmək üçün Azərbaycan
hökuməti və xalqına iqtisadi və humanitar yardım
göstərsinlər.
3. Beynəlxalq təşkilatları
Azərbaycana təcili humanitar və maliyyə yardımı
göstərməyə çağırır.
Ermənistan Respublikasının
Azərbaycan Respublikasına qarşı təcavüzü
haqqında qətnamə
4) Cakarta, 9-13 dekabr
1996-cı il
İKT Xarici İşlər
Nazirlərinin İndoneziya Respublikasının Cakarta şəhərində
hicri tarixi ilə 1417-ci il rəcəb ayının 28-dən
şaban ayının 3-dək, miladi tarixi ilə 1996-cı il
9-13 dekabrda keçirilən 24-cü konfransı İKT Nizamnaməsinin
məqsəd və prinsiplərindən çıxış
edərək; Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü nəticəsində
Azərbaycan ərazisinin 20 faizindən artığının
işğalından dərin narahat olaraq; Ermənistanın təcavüzü
nəticəsində 1 milyondan artıq azərbaycanlı
qaçqının aqibəti və humanitar problemlərin
böyük həcmindən təsirlənərək ötən
konfransların bütün müvafiq qətnamələrinə,
xüsusilə Mərakeş Krallığının Kasablanka
şəhərində 11-12 rəcəb 1415-ci (13-14 dekabr
1994-cü il) ildə keçirilmiş VII zirvə
konfransının qətnaməsinə istinad edərək BMT
Nizamnaməsinə və Təhlükəsizlik
Şurasının qətnamələrinə ciddi surətdə
əməl edilməsinə çağıraraq;
münaqişənin həlli üzrə edilən
bütün diplomatik və digər səyləri
alqışlayaraq, bütün üzv dövlətlərin Azərbaycan
Respublikasının ərazi bütövlüyünə və
suverenliyinə ehtiramını bir daha təsdiq edərək;
Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar
siyasətin ATƏT çərçivəsində
aparılan sülh prosesinə dağıdıcı təsirini
dərk edərək:
1. Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü
kəskin şəkildə pisləyir;
2. Təcavüz nəticəsində
işğal edilmiş Azərbaycan ərazisində mülki Azərbaycan
vətəndaşlarına qarşı edilən hərəkətləri
bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirir;
3. İşğal
edilmiş Azərbaycan ərazisində arxeoloji, mədəni və
islam abidələrinin talan və məhv edilməsini qətiyyətlə
pisləyir;
4. BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin
dönmədən yerinə yetirilməsini, Ermənistan
silahlı qüvvələrinin işğal edilmiş
bütün Azərbaycan ərazisindən, o cümlədən
Laçın və Şuşa rayonlarından dərhal,
tamamilə və şərtsiz
çıxarılmasını qəti surətdə tələb
edir. Ermənistanı ciddi surətdə Azərbaycan
Respublikasının suverenliyinə və ərazi
bütövlüyünə hörmət etməyə dəvət
edir;
5. Təhlükəsizlik
Şurası qətnamələrinin müddəalarının
Ermənistan tərəfindən yerinə yetirilməməsindən
narahat olduğunu bildirir;
6. Azərbaycana
qarşı edilən təcavüzün Təhlükəsizlik
Şurası tərəfindən etiraf edilməsinə; BMT
Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq öz qətnamələrinin
yerinə yetirilməsinin təminatı üçün
lazımi addımlar atılmasına; Azərbaycan
Respublikasının suverenliyi və ərazi
bütövlüyünə qarşı olan təcavüzü
pisləyərək təcavüzə son qoyulmasına
çağırır və bu məqsədlə BMT-də
koordinasiyalı fəaliyyətdə olmağı qərara
alır;
7. Bütün üzv
dövlətləri Azərbaycan ərazisinin
işğalını davam etdirməyə təşviq edən
Ermənistana silah və hərbi sursat təqdim etməkdən
imtina etməyə çağırır. İKT-yə
üzv dövlətin ərazisi bu kimi yüklərin tranziti
üçün istifadə edilməməlidir;
8. Ermənistanın təcavüzünə
və Azərbaycan torpaqlarının işğalına son
qoyması üçün bütün üzv dövlətlərə
və beynəlxalq birliyin digər dövlətlərinə
müraciət edərək hər cür təsirli iqtisadi və
siyasi tədbirlərdən istifadə etməyə
çağırır;
9. Ermənistan və Azərbaycan
arasındakı münaqişəni dövlətlərin ərazi
bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin
toxunulmazlığı prinsiplərinə ehtiram əsasında
ədalətlə və sülh yolu ilə həll etməyə
çağırır;
10. Ermənistanı, Azərbaycanı
və Minsk Qrupuna daxil olan bütün üzv dövlətləri
ATƏT-in sülh prosesində prinsipial surətdə
iştirak etməyə və problemin sülh yolu ilə həllini
çətinləşdirə biləcək hər cür əməldən
çəkinməyə çağırır;
11. Azərbaycan hökuməti
və xalqının ölkəsinin müdafiəsi
üçün etdiyi cəhdləri bütünlüklə
dəstəklədiyini və onlarla tam şəkildə həmrəy
olduğunu bir daha təsdiq edir;
12. Qaçqın və
köçkünlərin öz yaşayış yerlərinə
təhlükəsiz, hörmət və şərəflə
dönmələri üçün imkan yaratmağa
çağırır;
13. Qaçqın və
köçkünlərə humanitar yardım göstərmiş
bütün üzv dövlətlərə öz təşəkkürünü
bildirir. Digər dövlətləri onlara yardım göstərməyə
çağırır;
14. Azərbaycan
Respublikası ərazisində 1 milyondan artıq
qaçqın və köçkünün
qarşılaşdığı kəskin humanitar vəziyyətlə
əlaqədar narahat olduğunu bildirir və üzv dövlətlər,
İslam İnkişaf Bankı və digər islam
institutlarından Azərbaycan Respublikasına təcili maliyyə
və humanitar yardım təqdim etmələrini xahiş edir;
15. Hesab edir ki, Azərbaycan
ona dəymiş ziyanın müqabilini almaq hüququna malikdir
və Ermənistan bu ziyanın müqabilini ödəmək
üzrə tam məsuliyyət daşıyır;
16. İKT-yə üzv
dövlətlərin bu haqda mövqeyini ATƏT-in indiki sədrinə
bildirməsini Baş katibdən xahiş edir;
17. Baş katibdən bu qətnamənin
yerinə yetirilməsinə nəzarət və bu haqda İKT
Xarici İşlər Nazirlərinin 25-ci konfransında məruzə
etməsini xahiş edir.
Mövqe.-
2011.- 18 may.-S.10.