İKT üzvü
olan ölkələrin
Tehranda 9-11 dekabr
1997-ci ildə keçirilən 8-ci zirvə görüşü
5)
Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü haqqında
18/8-P IS saylı qətnamə
İslam Konfransı Təşkilatı dövlət və
hökumət başçılarının 9-11 dekabr 1997-ci
il tarixdə İran İslam Respublikasının paytaxtı
Tehran şəhərində zirvə toplantısı (Ləyaqət,
Dialoq və İştirak Sessiyası)
keçirilmişdir.
İslam Konfransı Təşkilatı Nizamnaməsinin
prinsip və vəzifələrindən çıxış
edərək;
Ermənistan Respublikasının Azərbaycan
Respublikasına təcavüzündən və Azərbaycan
torpaqlarının 20 faizindən çoxunun işğal
olunmasından həddindən artıq narahat olduğunu bildirərək;
Ermənistanın
təcavüzü nəticəsində bir
milyondan çox azərbaycanlı
qaçqın və köçkünlərin düşdüyü ağır
durumdan, humanitar problemlərin miqyası və
ağırlığından həddindən artıq təəssüflənərək;
Əvvəlki bütün müvafiq qətnamələri,
xüsusilə İslam Konfransı Təşkilatının Mərakeş
Krallığının Kasablanka şəhərində 13-15
dekabr 1994-cü il tarixdə keçirilmiş VII
sessiyasında bu məsələ ilə bağlı qəbul
edilmiş qətnaməni bir daha təsdiqləyərək;
Ermənistanın
təcavüzünün beynəlxalq sülh
və təhlükəsizlik
üçün təhlükə
yaratdığını bilərək;
BMT nizamnaməsinə və Təhlükəsizlik
Şurasının qətnamələrinin yerinə yetirilməsində
təkid edərək;
Münaqişənin həllinə
yönəlmiş bütün diplomatik və digər səyləri
alqışlayaraq;
Bütün
BMT üzvlərinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, siyasi
müstəqilliyinə hörmət
etdiyini bir daha təsdiqləyərək;
Həm
də zorakı yolla torpaqların
qəsb edilməsinin yolverilməz olduğunu bir daha təsdiq edərək;
Həm də Ermənistan
Respublikasının təcavüzkar siyasətinin ATƏT
çərçivəsində sülh prosesinə destruktiv təsirini
qeyd edərək;
1. Ermənistan Respublikasının Azərbaycan
Respublikasına təcavüzünü qəti şəkildə
pisləyir.
2. İşğal olunmuş
Azərbaycan ərazilərində mülki azərbaycanlı
əhaliyə qarşı törədilmiş
hərəkətləri insanlığa qarşı cinayət
hesab edir.
3. İşğal
olunmuş Azərbaycan
ərazilərində arxeoloji-mədəni və dini abidələrin yağmalanması və
dağıdılmasını qəti şəkildə pisləyir.
4. BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin
yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş
Azərbaycan ərazilərindən dərhal,
qeyd-şərtsiz və tamamilə, o cümlədən Laçın
və Şuşa rayonlarından
çıxarılmasını, Ermənistanın Azərbaycan
Respublikasının suverenliyinə və ərazi
bütövlüyünə hörmət etməsini qəti
şəkildə tələb edir.
5. BMT Təhlükəsizlik
Şurasının qətnamələrindəki tələblərin
Ermənistan tərəfindən yerinə yetirilməməsi
ilə bağlı narahatlığını bildirir.
6. Təhlükəsizlik Şurasını Ermənistanın
Azərbaycan Respublikasına qarşı təcavüzünü
tanımağa; BMT Nizamnaməsinin 7-ci fəslinin tələblərinə
uyğun olaraq onu öz qətnamələrinin yerinə yetirilməsi
üçün müvafiq addımlar atmağa
çağırır, Azərbaycan Respublikasının ərazi
bütövlüyü və suverenliyinə qarşı təcavüzü
pisləyir və BMT-də buna son qoyulması üçün
atılacaq addımları əlaqələndirməyi qərara
alır.
7. Təcavüzkarın münaqişəni daha da genişləndirməyə
ruhlandırmamaq və Azərbaycan ərazilərini
işğal altında saxlamaqda davam etdirməsinə imkan verməmək
üçün bütün dövlətlərdən Ermənistanı
silah-sursatla təchiz etməkdən çəkinməyi tələb
edir. BMT üzvü olan dövlətlərin ərazisindən
bu cür silahsursatın ötürülməsi
üçün istifadə olunmamalıdır.
8. BMT üzvü olan dövlətləri, eləcə də
beynəlxalq birliyin digər üzvlərini Ermənistanın
təcavüzünə və Azərbaycan ərazilərinin
işğalına son qoymaq üçün təsirli siyasi və
iqtisadi tədbirlər görməyə
çağırır.
9. Ermənistanla Azərbaycan arasındakı
münaqişəni onların ərazi bütövlüyü
və beynəlxalq aləm tərəfindən
tanınmış sərhədlərin
toxunulmazlığına hörmət prinsipləri əsasında
ədalətlə və sülh yolu ilə həll etməyə
çağırır.
10. Ermənistanı və Azərbaycanı, eləcə
də Minsk Qrupuna daxil olan bütün dövlətləri ATƏT-də
gedən sülh prosesləri ilə konstruktiv şəkildə
məşğul olmağa, münaqişənin sülh yolu ilə
həllini çətinləşdirə biləcək hər
hansı addım atmamağa çağırır.
11. Azərbaycan hökuməti və xalqının
öz ölkələrini qorumaq üçün göstərdiyi
bütün səyləri dəstəkləyir və onlarla
tam həmrəy olduğunu bir daha təsdiq edir.
12. Qaçqın və köçkünlərin təhlükəsiz
və ləyaqətlə öz doğma torpaqlarına
qayıtması üçün şərait yaratmağa
çağırır.
13. Qaçqın və köçkünlərə
humanitar yardım göstərmiş bütün üzv
dövlətlərə təşəkkürümüzü
bildirir və digərlərini də onlara yardım etməyə
çağırırıq.
14. Azərbaycan ərazisində bir milyondan artıq
qaçqın və köçkünlə bağlı ciddi
humanitar problemlərin yaşandığından
narahatlığı ifadə edir, üzv
ölkələr, İslam İnkişaf Bankı və
digər İslami qurumlardan
Azərbaycan Respublikasına təcili
maliyyə və humanitar yardımı
göstərməyi xahiş
edir.
15. Dəymiş zərər üçün Azərbaycanın
müvafiq kompensasiya almaq hüququnun olduğunu nəzərə
alaraq bu zərərin ödənilməsi üçün məsuliyyəti
Ermənistanın üzərinə qoyur.
16. Baş katibin üzv dövlətlərin mövqeyinin
ATƏT-in cari sədrinə çatdırılması
üçün göstərdiyi səyləri qiymətləndirir.
17. Baş Katibdən bu qətnamənin yerinə yetirilməsini
izləməyi və bu barədə İslam Konfransı Təşkilatının
9-cu sessiyasına məruzə təqdim etməsini xahiş
edir.
6) Azərbaycan Respublikasına iqtisadi yardım barədə
18/8-E IS saylı qətnamə
İslam Konfransı Təşkilatı dövlət
və hökumət başçılarının 9-11 dekabr 1997-ci il tarixdə İran İslam Respublikasının
paytaxtı
İslam Konfransı ölkələri xarici işlər nazirlərinin
24-cü sessiyasının 18/24-E saylı qətnaməsini yada salaraq;
Ölkənin tarixinin çox ağır və kritik anında İslam Konfransı Təşkilatı
üzvü olan ölkələrin Azərbaycan
hökuməti və xalqı ilə yekdil həmrəyliyini təsdiqləyərək;
Bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələrinə istinad
edərək;
Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində
silahlı əməliyyatları,
bunun nəticəsində
Azərbaycan ərazisinin
20 faizinin işğal
olunmasını, təxminən
bir milyon azərbaycanlının öz
vətənindən zorla
çıxarılması, təcavüz nəticəsində
insan hüquqlarının
kobud şəkildə
pozulmasını pisləyərək;Azərbaycan
hökuməti və xalqı ilə İslam Konfransı Təşkilatına üzv
dövlətlərin həmrəyliyini
konkret şəkildə
nümayiş etdirmək
zərurətini lazım
bilərək;
İKT-yə üzv olan bəzi ölkələrin və
İKT-nin müvafiq qurumlarını, BMT qurumları
və beynəlxalq təşkilatların Azərbaycana
göstərdiyi yardımı
alqışlayaraq;
Həm də təşkilatın iqtisadi,
mədəni və sosial məsələlər
üzrə komissiyasının
20-ci sessiyasının tövsiyələrini
nəzərə alaraq;
1. İKT-nin üzv dövlətlərinə
və İslami qurumlara müraciət edir ki, Azərbaycan
xalqının iztirab və əzablarını
yüngülləşdirmək üçün Azərbaycan
hökuməti və xalqına iqtisadi və humanitar yardım göstərsinlər.
2. Beynəlxalq təşkilatları
Azərbaycana təcili
humanitar və maliyyə yardımı göstərməyə çağırır.
3. Baş Katibdən xahiş edir ki, məsələni izləsin və bu barədə məruzə hazırlayıb
İKT-nin sonrakı sessiyasına təqdim etsin.
Mövqe.-
2011.- 20 may.- S. 10.