SSRİ Ali Sovetinin
20 Yanvarla bağlı iclasının stenoqramı məhv
edilib
SSRİ
Ali Sovetinin 20 Yanvar qanlı Bakı hadisələrinin
müzakirə olunduğu üçüncü
sessiyasının stenqoramı məhv edilib. Bu barədə
SSRİ Ali Sovetinin o zaman deputatı olmuş Alla Yaroşinskaya
məlumat verib. Sabiq deputatın rus KİV-ində
yazdığı materiala istinadən bildiririk ki, deputat bu sənədin
arxivlərdən yoxa çıxdığını bəyan
edib. Yaroşinskaya bildirib ki, 1990-cı ilin fevralın 19-da
qapalı keçirilən iclasda SSRİ rəhbərliyinin
iştirakı ilə Bakıda Sovet ordusunun törətdiyi vəhşiliklər
müzakirə edilib.
"Lakin həmin
iclasın stenoqramını tapmaq mümkün olmur. Onu hətta Ali
Sovetin üzvləri üçün belə çap etmədilər.
SSRİ Ali Sovetinin üçüncü sessiyasının rəsmi
stenoqrafik hesabatında bu belə qeyd olunub: "1-ci hissə.
14-20 fevral 1990-cı il". Stenoqramın mətnində 18
fevraldan dərhal sonra 20 fevral qeyd olunub"-deyə
keçmiş deputat bildirib. Həmin qapalı iclasda SSRİ
prezidenti Mixail Qorbaçov, DTK sədri Kryuçkov, daxili
işlər naziri Bakatin iştirak ediblər. Yaroşinskaya
yazır ki, "yenidənqurma" dövrünün rəsmi
sənədləri sübut edir ki, 1989-cu ildən başlayaraq
SSRİ-nin siyasi rəhbərliyində ölkəni
dağıda biləcək addımlara əl atmaq istəyi
artmağa başlayıb. "SSRİ xalq deputatları
sovetinin birinici qurultayının başlanmasına və yeni
İttifaq Müqaviləsinin bağlanmasına qədər
Qorbaçov və Siyasi Büro Kommunist Partiyasını hərbi
əməliyyatlara əl atmaqla xilas etmək yolunu tutublar. Bu isə
çoxsaylı siyasi və iqtisadi problemlərin üzündən
əks təsir verib"-deyə eks-deputat bildirib.
Sabiq SSRİ xalq
deputatı yazır ki, "partiya-xalq"
qarşıdurması Bakıda faciə ilə nəticələnib.
"1990-cı
ilin 20 yanvarında sovet ordusu dinc əhaliyə atəş
açdı. 1989-cu il hadisələri ilə bağlı
çox yazılsa da, Bakı hadisələri barədə
geniş ictimaiyyətin məlumatı çox deyil. Bakıda
o zaman nə baş vermişdi? Hansı Konstitusiya quruluşu
müdafiə edilmişdi? Bu sualların cavabları
açıq qalıb. Bu mövzunu Mixail Qorbaçov ötənilki
addımı ilə daha da açıq qoydu. Qorbaçov
2010-cu ildə Azərbaycana və Gürcüstana səfərindən
imtina etməklə bu sualları daha da
aktuallaşdılrıb"-deyə o, qeyd edib.
"Mən SSRİ xalq
deputatı kimi 1990-cı ilin 19 fevralında Ali Sovetin qapalı
keçirilən üçüncü sessiyasında
iştirak etmişəm. Orada Bakıda qanlı hadisələr
müzakirəyə çıxarılmışdı.
İclasda SSRİ rəhbərliyi ilə Azərbaycandan olan
deputat qrupu arasında sərt polemika oldu. Mübahisənin
qızğın vaxtında SSRİ Ali Sovetinin Rəyasət
Heyətinin sədri Yevgeni Primakov bəyan etdi ki, "18
yanvarda Xalq Cəbhəsi tərəfindən Bakıda
xüsusi vəziyyət elan olunmuşdu (? - red.) 25 min nəfərlik
kütlə Mərkəzi Komitənin üzvlərini binaya
buraxmırdı. Orada üç dar ağacı
quraşdırılmışdı"".
Müəllif yazır ki,
Bakıda xalqın qəzəbinə gəlmiş partiya rəhbərliyini
dəyişmək əvəzinə, SSRİ rəhbərliyi
onları müdafiəyə qalxıb. "Bakıdakı
milli zəmində ermənilərə qarşı təxribatlar,
Dağlıq Qarabağ ətrafında hadisələr
Moskvanı qətiyyən narahat etmirdi. Yalnız Bakıda
Kommunist Partiyasının hakimiyyətini itirməsi Moskvanı
xalqla müharibəyə girməyə məcbur etdi. Kreml dəhşətli
dərəcədə qorxurdu ki, Bakıda qurulmuş "dar
ağacları" sabah bütün SSRİ-də üzə
çıxa bilər. Ona görə də general Lebedin rəhbərliyi
altında Sovet ordusunu Bakıya göndərdi"-deyə
Yaroşinskaya yazıb. Müəllif yazır ki, qapalı
iclasda Azərbaycandan olan deputat Tofiq İsmayılov SSRİ
müdafiə naziri Yazovdan istefa verməyi tələb edib.
"Bu qırğın mənim respublikama qarşı
yaxşı planlaşdırılmış provokasiyanın
bir zənciridir. Ordunun Azərbaycana yeridlməsinə heç
bir səbəb yox idi"-deyə deputat kəskin şəkildə
etirazını bildirib. Bakatin isə cavabında məsuliyyətdən
yayınmaq üçün deyib ki, "Bakı hadiəsələrinə
görə, Sovet ordusunu və Müdafiə Nazirliyini ittiham
etmək lazım deyil".
Mixail Qorbaçov isə
Azərbaycan deputatlarına replika ataraq deyib ki, "Azərbaycan
hakimiyyətinin təmsilçiləri indi susurlar". "Ancaq onlar
deyirdilər ki, Xalq Cəbhəsi tərəfindən silahla hədələnirlər.
Onlar mənə deyirdilər ki, Naxçıvanın SSRİ
tərkibindən çıxmaq qərarı tapança
lüləsinin təzyiqi ilə qəbul edilib"-deyə
SSRİ rəhbəri vəziyyəti öz xeyrinə dəyişmək
istəyib. Daha sonra iclasda Azərbaycan nümayəndə heyətinin
üzvlərinin çıxışlarında deputatlar
üçün qaranlıq qalan xeyli məsələnin
açıqlandığını deyən müəllif qeyd
edir ki, qapalı sessiyada aydın oldu ki, SSRİ rəhbərliyinin
müttəfiq respublikarda əl atdığı hərbi
güc partiyanın sürətlə itirilməkdə olan
mövqelərini xilas etmək məqsədi
daşıyır. Bu planda xalqın istəyi ikinci planda
saxlanılırdı. SSRİ Ali Sovetinin sözügedən
qapalı iclasında Bakı hadisələrini təhqiq edən
Komisisyanın bəyanatını Naxçvan MSSR-dən
deputat seçilmiş Qurban Abbasov oxuyub.
"Səhər tezdən
yuxudan qalxan bakılıar üçün gözlərinin
önündə dəhşətli mənzərə
açılmışdı. Dinc sakinlərin qanına qərq
olmuş asfalt, eybəcər hala salınmış meyitlər,
güllə ilə dəlik-deşik edilmiş, yararsız hala
salınmış maşınlar, gülləbaran edilmiş
binalar və xəstəxanalar... Kim gözə dəyibsə,
öldürülüb. Təcili yardlm maşınları
tankla əzilib... Bu insanlıqdan kənar olan əməliyyata
SSRİ müdafiə naziri Yazov və DİN naziri Bakatin rəhbərlik
edib"-deyə bu bəyanatda qeyd olunub.
SSRİ xalq deputatı
yazır ki, "Kommunist Partiyası xalqı qanına qəltan
etməklə öz hakimiyyətini bir müddət də uzada
bildi. Bir
ildən sonra aydın oldu ki, bu artıq aqoniya imiş..."
Mixali Qorbaçovun məhkəməyə çəkilməsi
ilə bağlı son zamanlar səslənən ittihamalara
toxunan keçmiş deputat vurğulayıb ki, onu mühakmə
edəcək ən böyük hakim tarix olacaq
Mövqe.-
2011.- 28 may.- S. 8.