Avropa Birliyinin qəbul
etdiyi sənədlər
6)
Brüssel, 9 noyabr 1993-cü il
Dağlıq
Qarabağa dair bəyanat
Avropa İttifaqı 24
oktyabr 1993-cü il tarixində Dağlıq Qarabağ regionunda
əldə edilmiş atəşkəsin pozulmasını pisləyir
və bütün qüvvələri son vaxtlarda işğal
edilmiş ərazilərdən geri çəkilməyə
çağırır. Avropa İttifaqı ATƏM prinsiplərinə
uyğun olaraq Azərbaycan Respublikasının ərazi
bütövlüyünə və suverenliyinə verdiyi əhəmiyyəti
bir daha vurğulayır. Avropa İttifaqını
döyüşlər nəticəsində yurdlarından didərgin
salınmış insanların aqibəti xüsusilə narahat
edir. Bu insanların qəbul edilməsi və qorunması beynəlxalq
ictimaiyyətin əsas vəzifəsi olmalıdır. Bundan əlavə,
qaçqınların mövcudluğu münaqişənin
beynəlxalq xarakter alması təhlükəsini
artırır və bütün regionun sabitliyini təhdid
edir. Avropa İttifaqı zərər çəkmiş əhaliyə
göstərilən yardımı davam etdirmək əzmindədir
və region dövlətlərini həmin yardımların
çatdırılması prosesini asanlaşdırmağa
çağırır.
Avropa İttifaqı
Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli
siyasi həllinə nail olmaq məqsədilə ATƏM-in Minsk
Qrupu tərəfindən göstərilən səyləri tam
şəkildə dəstəklədiyini bir daha bildirir. Avropa
İttifaqı münaqişə tərəflərini 24
oktyabr 1993-cü il tarixində pozulmuş atəşkəsi bərpa
etməyə çağırır.
Bülleten
Aİ 01-1994 (fr): 1. 3. 7.
Xarici siyasət və cəmiyyətin
təhlükəsizliyi (7/20)
Azərbaycan
1.
3. 7. Avropa İttifaqının Sədrliyi adından Azərbaycandakı
vəziyyət ilə bağlı 17 yanvar tarixində Afina və
Brüssel şəhərlərində yayılmış
kommünike:
"Avropa İttifaqı
dekabr ayının ortalarından etibarən Dağlıq
Qarabağ regionunda irimiqyaslı döyüşlərin yenidən
başlanması ilə bağlı dərin narahatlıq hissi
keçirir. Avropa
İttifaqı mövcud tərəfləri təmkinlilik
nümayiş etdirməyə və müharibə nəticəsində
əziyyət çəkmiş insanlara yenidən əzab verməməyə
çağırır.
Avropa İttifaqı bir
daha Azərbaycanın ərazi bütövlüyü prinsipini
dəstəklədiyini bildirir və münaqişənin
sülh yolu ilə nizamlanmasına dəvət edir. Məsələnin
beynəlxalq xarakter alması təhlükəsini nəzərə
alaraq, Avropa İttifaqı aidiyyəti olan tərəfləri
döyüşləri dayandırmağa və BMT TŞ
müvafiq qətnamələrinə əməl etməyə
çağırır.
Avropa İttifaqı tam
şəkildə dəstəklədiyi, ATƏM-in Mİnsk
Qrupu çərçivəsində münaqişə tərəfləri
arasında aparılan danışıqları ən qısa
zamanda yenidən başlamağa çağırır."
Bülleten
Aİ 07-1994
Xarici siyasət və cəmiyyətin
təhlükəsizliyi (6/24)
Dağlıq
Qarabağ
1.
3. 5. Avropa İttifaqının Sədrliyi adından
Dağlıq Qarabağa dair 5 avqust tarixində Brüssel və
Bonn şəhərlərində yayılmış
kommünike:
"Avropa İttifaqı
12 may 1994-cü ildən etibarən qüvvədə olan atəşkəsin
Ermənistan və Azərbaycan Müdafiə Nazirləri, habelə
Dağlıq Qarabağın hərbi birləşmələri
tərəfindən 27 iyul 1994-cü il tarixində
yazılı şəkildə təsdiq edilməsinin təqdirəlayiq
olduğunu bəyan edir. Münaqişə iştirakçılarının
atdığı bu addım gələcəkdə məsələnin
qarşılıqlı razılıq əsasında siyasi
nizamlanmasına xidmət edəcəkdir.
Beləliklə, Avropa
İttifaqı bu istiqamətdə tərəfləri ATƏM-in
Minsk Qrupu ilə yaxından əməkdaşlıq etməyə
və davamlı siyasi nizamlanmaya nail olmaq üçün
üzərilərinə düşənləri yerinə
yetirməyə çağırır. Fürsətdən
istifadə edərək, Avropa İttifaqı bir daha Minsk
Qrupunun səylərini tam şəkildə dəstəklədiyini
bəyan edir. Atəşkəsin təsdiq edilməsi təkcə
ilk mərhələ deyil, eyni zamanda davamlı siyasi nizamlanmanın
əldə edilməsi üçün
danışıqların aparılması istiqamətində
mühüm səy deməkdir. Avropa İttifaqı ATƏM
müşahidəçilərinin regiona göndərilməsi
üçün müvafiq razılaşmanın imzalanması
məqsədilə avqust ayında danışıqların
sürətləndirməsinə dair tərəflərin niyyətini
alqışlayır. Belə ki, Avropa İttifaqı
münaqişə tərəflərini ATƏM-in
müşahidə missiyasının maksimum dərəcədə
həyata keçirilməsindən ibarət olan ilk mərhələni
dəstəkləməyə çağırır. Bu
kommünike dörd dövlətin mövqeyini bildirir.
Bülleten
Aİ 09-1994
Xarici siyasət və cəmiyyətin
təhlükəsizliyi (5/6)
Dağlıq
Qarabağ
1.
3. 5. Avropa İttifaqının Sədrliyi adından
Dağlıq Qarabağa dair 15 sentyabr tarixində Brüssel və
Bonn şəhərlərində yayılmış
kommünike:
"Avropa İttifaqı
son günlərdə Ermənistan, Azərbaycan və
Dağlıq Qarabağ rəhbərləri tərəfindən
ATƏM-in Minsk Qrupunun sədri, səfir Eliassonun regiona səfəri
zamanı verilmiş bəyanatları böyük məmnuniyyətlə
qarşılayır. Həmin bəyanatlarda tərəflər
münaqişənin nizamlanmasına dair
razılığın əldə edilməsinə qədər
atəşkəsə riayət edəcəkləri ilə
bağlı niyyətlərini vurğulamışlar. Bundan əlavə,
Avropa İttifaqı məsələ ilə əlaqədar Ermənistan
və Azərbaycan hökumətləri, habelə Stepanakert rəhbərliyi
tərəfindən verilmiş rəsmi bəyanatları
alqışlayır.
Avropa İttifaqı hesab
edir ki, atəşkəsin gücləndirilməsi və məsələnin
siyasi nizamlanması yolunda bu addım mühüm əhəmiyyətə
malikdir. Avropa İttifaqı ATƏM-in Minsk Qrupuna
sözügedən bəyanatlarla nəticələnən səylərinə
görə minnətdarlığını bildirir və Qrupun
Dağlıq Qarabağ regionunda sülhün bərqərar
lunması naminə mühüm fəaliyyətini dəstəkləyir.
Avropa
İttifaqı Minsk Konfransının tezliklə
çağırıla biləcəyinə səmimi şəkildə
ümid edir.
Nəhayət, Avropa
İttifaqı ümid edir ki, münaqişə tərəfləri
özlərinin ictimaiyyət üçün nəzərdə
tutulmuş bəyanatlarında təmkinlilik nümayiş
etdiriləcəkdir. Bundan əlavə, Avropa İttifaqı
danışıqlar prosesi üçün münbit və
psixoloji nöqteyi nəzərdən əlverişli şəraitin
yaradılması üçün tərəflər
arasında təmasların davam etdirilməsini tövsiyə
edir. Bu kommünike dörd dövlətin mövqeyini bildirir.
7) Dağlıq Qarabağ
münaqişəsinə dair Avropa İttifaqının
mövqeyi
Avropa İttifaqı Sədrliyinin
Azərbaycan Respublikasının Dağlıq Qarabağ
regionunda qondarma "Prezident seçkiləri"ni pisləyən
və münaqişənin sülh yolu ilə həll edilməsinin
əsası kimi Azərbaycanın ərazi
bütövlüyünü bir daha təsdiqləyən Bəyannaməsi.
Dağlıq Qarabağda
qarşıdan gələn "Prezident seçkiləri"nə
dair Avropa İttifaqı adından Sədrliyin Bəyannaməsi
Brüssel, 2 avqust 2002-ci il
Avropa İttifaqı Azərbaycanın
ərazi bütövlüyünü dəstəklədiyini təsdiq
edir və bir daha bəyan edir ki, o, Dağlıq
Qarabağın müstəqilliyini tanımır. Avropa
İttifaqı həmişə Dağlıq Qarabağla
bağlı Azərbaycan və Ermənistan üçün məqbul
sayılan sabit siyasi razılaşmanın əldə edilməsinin
zəruriliyini vurğulamışdır. Avropa İttifaqı
11 avqust 2002-ci il tarixində Dağlıq Qarabağda
keçirilməsi nəzərdə tutulan "Prezident
seçkiləri"ni qanuni hesab edə bilməz. Avropa
İttifaqı bu seçkilərin sülh prosesinə təsir
edəcəyinə inanmır. Avropa İttifaqı ilə əlaqədə
olan Mərkəzi və Şərqi Avropa ölkələri
Kipr, Malta və Türkiyə, Avropa Azad Ticarət
Assosiasiyasına üzv olan İslandiya, Lixtenşteyn və
Norveç, Avropa İqtisadi Məkanı üzvləri olan
ölkələr bu bəyannaməyə qoşulurlar.
Mövqe.-
2011.- 11 may.- S. 10.