Heydər Əliyev zirvəsi
O, bütün
dünyadan görünür
Səkkizinci
yazı
1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın
zəngin təbii sərvətlərindən, o
cümlədən neft
və qaz sərvətlərindən
Azərbaycan xalqının rifahı naminə
daha da səmərəli
istifadə etməkdən ibarətdir.
Heydər Əliyev
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə
Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi
həyatın bütün sahələrində olduğu kimi,
neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri
baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın
xalq təsərrüfatının bütün sahələri
kimi neft və qaz sənayesinin də yüksək dinamik
inkişaf mərhələsinə qədəm qoyması ilə
səciyyələnir Bu dövrdə Azərbaycanın neft və
qaz sənayesinin inkişaf tarixində yeni mərhələ
başlayır.
Cənab Heydər Əliyevin
təşəbbüsü və böyük səyi nəticəsində
70-80-ci illərdə Azərbaycanda neft sənayesinin
inkişafına təkan verən 75 növdə 400-dən
çox ağır yük qaldıran kran gəmisi, boruçəkən
gəmilər, seysmik, sərnişin və s. gəmi növləri
gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan"
kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə
dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə
imkan verən "Şelf" tipli yarımdalma üzən qazma
qurğularının alınması nəticəsində dənizin
daha dərin sahələrində zəngin neft və qaz
yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə
60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və
qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz
ehtiyatları isə üç dəfə
artırıldı. 1975-ci ildə neft və qazın ümumi
hasilatı 27,1 mln. t-a (şərti yanacaq)
çatdırıldı. 80-ci illərdə üzən qazma
qurğularının sayı 11-ə çatdı və
onlardan istifadə nəticəsində, indi Azərbaycan
neftinin əsas hissəsini təşkil edən dənizin 80-350
m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan
yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri
və b.).
Məhz böyük siyasətçi
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı
üçün xüsusi proqram hazırlanmış və həyata
keçirilməyə başlanmışdır. Həmin
proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar
yaradılmış, təzə qurğular inşa
olunmuşdur.. Eyni zamanda neftayırma zavodlarının yenidən
qurulmasına başlandı. "Azərbaycanda neftayırma sənayesinin
yenidən qurulması" planı mərhələlərlə
icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri
də genişlənərək dərinləşirdi. Məsələn,
1976-cı ildə "ELOU-AVT-6",
1980-ci ildə "Katalitik Riforminq",
1986-cı ildə "Neftin
kokslaşdırılması", 1993-cü ildə "Katalitik Krekinq" qurğularının inşası, hələ
sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə
respublikamızda görülən digər işlər,
yaradılan möhkəm təməl bu gün
müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına
imkan yaratmışdır.
Bu dövrdə dünyada
analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda,
Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında
450 mln. ABŞ dollarının ayrılması, bunun
üçün Moskvadan belə bir icazənin
alınmasına nail olunması (bu zavodun Həştərxanda
tikilməsi nəzərdə tutulmuşdu) cənab Heydər Əliyevin
möhkəm iradəsinin və cəsarətinin nəticəsi
idi. Zavodun tikilməsinə 1978-ci ildə başlandı və
1989-cu ildə istismara verildi.
Bütün bunlar Azərbaycanın
ümummilli iideri Heydər Əliyevin uzaqgörən və
müdrik siyasətinin nəticəsi idi. O, çox gözəl
anlayırdı ki, görülən bütün bu nəhəng
işlər gələcəkdə müstəqillik qazanacaq
Azərbaycanın istiqadi müstəqilliyinin əsasını
təşkil edəcəkdir. Tarix ümummilli lider Heydər Əliyevin
haqlı olduğunu sübut etdi.
Azərbaycan müstəqillik
əldə etdikdən sonra 90-cı illərin əvvəllərində
bir çox çətinliklərlə üzləşmişdir.
SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan
Respublikası arasında iqtisadi əlaqələrin
qırılması, respublika ərazisində qeyri-sabitliyin
mövcud olması, maliyyə və texniki təchizatın
sıfra enməsi neft və qaz sənayesinin ağır
böhran vəziyyətinə salmışdır. Bütün
bu çətinliklər maliyyə, texniki və digər
problemlər aşkar edilmiş "Azəri",
"Çıraq", "Günəşli" kimi
yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə
xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə
qayıdan cənab Heydər Əliyev "Neft Azərbaycanın
milli sərvətidir" devizi ilə çıxış edərək,
respublikanın neft sənayesinin bərpası və
inkişafı ilə yaxından məşğul olmuşdur. Neft
sənayesində yaranmış çətin vəziyyətdən
çıxmaq və ölkəmizin karbohidrogen
ehtiyatlarının mənimsənilməsi üçün
iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin
maliyyə-iqtisadi vəziyyətinin əlverişli
olmasını gözləmək, ya da xarici neft şirkətlərini
dəvət etmək lazım idi. Azərbaycan xalqının
ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana
dəvət etmək qərarına gəldi və "Yeni
neft strategiyası" tez bir vaxtda işlənib
hazırlandı. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı
ilə Azəri-Çıraq-Günəşli (dərin sulu
hissəsi) yataqlarının işlənməsi üzrə
xarici şirkətlərlə danışıqlara
başlandı. Azərbaycanı labüd fəlakətdən
xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi
yüksəlişi üçün də tədbirlər
görməyə başladı. Elə ilk günlərdən
ARDNŞ-in birinci vitse-prezidenti, İlham Əliyev
danışıqlar prosesinə cəlb edildi, yeni neft
strategiyasının hazırlanmasının və uğurla həyata
keçirilməsinin ən fəal
iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın
20-də Azəri-Çıraq-Günəşli (dərin sulu
hissəsi) yataqlarının işlənməsi üzrə
dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti
ilə "Məhsulun Pay Bölgüsü" sazişi -
"Əsrin müqaviləsi" imzalandı.
"Əsrin müqaviləsi"in
imzalanmasından keçən on ildən artıq müddət
ərzində ümumilli lider Heydər Əliyevin "Yeni neft
strategiyası"nın çox böyük uğurla
reallaşması günümüzün reallığına
çevrilmişdir. Bütün bunları nəzərə
alıb "Yeni neft strategiyası"nın nailiyyətlərinin
aşağdakı istiqamətlərdə
reallaşdığını göstərmək olar:
- Azərbaycanın,
neft-qaz layihələrinə beynəlxalq neft
korporasiyalarının, bütövlükdə xarici
işgüzar dairələrin, iri investisiyaların cəlb
edilməsi hesabına dünyanın enerji
daşıyıcıları bazarına sürətlə
çıxışın təmin edilməsi;
Bütövlükdə
"Əsrin müqaviləsi"ndən bugünkü günə
qədər xarici neft şirkətləri ilə 26 neft
sazişi imzalanmışdır.
Bu sazişlərin nəticəsi
olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən
60 milyard ABŞ dolları həcmində sərmayə
qoyulması nəzərdə tutulmuşdur ki, bu da
respublikamızın gələcək inkişafının əsl
qarantıdır.
- Azərbaycan neftinin
dünya bazarına sərbəst və sürətli
çıxışını təmin etmək
üçün ixrac boru kəmərləri sisteminin
yaradılması;
Hazırda hasil edilən
neft dünya bazarlarına iki marşrut üzrə
çıxarılır: Rusiyanın Qara dəniz sahilindəki
Novorossiysk və Gürcüstanın Supsa limanı vasitəsilə.
Hər iki kəmərin həm
müsbət, həm də mənfi cəhətlərinin olmasına
baxmayaraq Azərbaycan xalqının ümummilli lideri H.Əliyev,
sonradan zaman göstərdiyi kimi, müdrik və yeganə
düzgün qərar qəbul edərək hər iki neft kəmərinin
çəkilməsini lazım bildi. İlkin neft layihəsinin
həyata keçirilməsi və onun dünya bazarına ixracı
"Azəri", "Çıraq" və "Günəşli"
yataqlarındakı işlərin intensivləşməsinə
və Azərbaycanın karbohidrogen resurslarının işlənməsinə
yeni investisiyaların cəlb edilməsi üçün şərait
yaratdı.
1999-cu ilin noyabrında
Türkiyənin İstanbul şəhərində
keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə,
Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın
prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC)
"Əsas İxrac Neft Kəməri"nin çəkilişi
haqqında dövlətlərarası Müqavilə
imzalanmış və sonradan isə Türkiyə, Azərbaycan
və Gürcüstan Parlamentləri bu Müqaviləni
ratifikasiya etmişlər. 2002-ci ilin sentyabrın 18-də
Bakıda, Səngəçal terminalında ümummilli
liderimiz Heydər Əliyevin, Türkiyə və
Gürcüstan prezidentlərinin iştirakı ilə
Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı
qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin
Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi
2004-cü ilin oktyabrında baş tutdu.
Gələcəkdə bu
kəmər nəinki Azərbaycan neftinin dünya
bazarlarına çıxarılmasına imkan verəcəkdir,
həmçinin "İpək yolu"nun və türkdilli
ölkələrin də əsas magistral kəməri
olacaqdır. Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi
ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin
təmtərağıdır və bu kəmər dünya
"arteriya"sı kimi neft kəmərləri sisteminə
daxil olacaqdır.
- Azərbaycanın milli sərvəti
olan neftdən gələn gəlirlərin gələcək nəsillər
üçün toplanaraq artırılması, bu gəlirlərdən
ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi
və inkişaf tələblərini nəzərə almaqla,
bugünkü nəsillər üçün istifadə edilməsi;
Bu məqsədlə
1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyev
"Azərbaycan Respublikası Dövlət Neft Fondunun
yaradılması haqqında" fərman
imzalamışdır. Dövlət Neft Fondu fəaliyyətə
başlayandan indiyə qədər bu fonda 1 milyard ABŞ
dolları məbləğində vəsait daxil olmuşdur.
- Ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu "Yeni neft
strategiyası"nın həyata keçirilməsinin nailiyyətlərindən
biri də Qərbin qabaqcıl texnika-texnologiyasının Azərbaycana
gətirilməsidir;
Xüsusilə tikintidə
və yataqların işlənilməsində, qazımada və
istismarda tətbiq olunan yeni texnika, texnologiya və
avadanlıqlar neft sənayesinə pozitiv təsir göstərmişdir.
Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Azəri
yatağında 48 quyunun qazılmasına imkan verən nəhəng
və əzəmətli dərin dəniz özülü tikilib
qurtarmaq üzrədir. Texniki baxımdan dünya miqyasında ən
iri terminallardan biri Səngəçal terminalıdır və
burada genişləndirmə ilə əlaqədar çoxlu
obyektlər tikilmişdir. Səngəçal terminalına Azəri
yatağından gələn 186 km-lik 800 mm sualtı neft və
187 km-lik 720 mm sualtı qaz kəmərləri tikilmişdir. Azərbaycanda
yuxarıda adları çəkilən nəhəng tikililərin
aparılmasında, onların başa
çatdırılmasında "Tekfen", "Azfen" və
s. müəssisələrin rolu böyükdür. Azərbaycanda
neft-qaz sektorunda fəaliyyət göstərən xarici
şirkətlərdə, firmalarda 17 mindən artıq Azərbaycan
vətəndaşı işləyir. Bunlardan Azəri-Çıraq-Günəşlidə
bilavasitə çalışanların sayı 9500 nəfər
təşkil edir.
Azərbaycan malik olduğu
neft potensialı hesabına neftin hasilatını 2010-cu il
üçün 40-45 milyon tona çatdıracağı
proqnozlaşdırılır. Saziş dövründə
işlənmədən ümumi gəlirin 100 mlrd. ABŞ
dollarına qədər olacağı
proqnozlaşdırılır. Yeni neft strategiyasının ən
mühüm tərkib hissələrindən biri
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi
ideyasının meydana qoyulması və onun reallığa
çevrilməsidir. Heydər Əliyevin müəllifi
olduğu neft strategiyası bu gün müstəqil dövlət
kimi Azərbaycanın öz milli sərvətinin sahibi
olmasının, iqtisadiyyatımızın dünya
iqtisadiyyatına qovuşmasının, ölkəmizin
90-cı illərin əvvəlində başlanmış
siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq
dirçəlməsinin və ən əsası XXI əsrin
astanasında yüksək inkişaf etmiş, möhkəm,
demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.
A. Sultanova
Mövqe.-
2011.- 11 may.- S. 4.