Avropa Şurası
Parlament Assambleyası
1)
Avropa Şurası Nazirlər Komitəsinin bəyannaməsi
(11
mart 1992-ci il)
Nazirlər Komitəsi,
insanların fərq qoyulmadan qətlə yetirilməsi və
zorakılıq aktları haqqında son məlumatlardan dərindən
narahat olaraq, Azərbaycan Respublikasının Dağlıq
Qarabağ ərazisində mülki əhaliyə qarşı
zorakılıq və hücumları kəskin şəkildə
pisləyir. O qeyd edir ki, məsələnin güc vasitəsilə
həlli beynəlxalq ictimaiyyət tərəfindən qəbul
edilə bilməz. Nazirlər Komitəsi fevralın 28-də
Praqada ATƏM iştirakçı dövlətlərinin dərhal
və effektiv atəşkəs, regiona silahların
daşınmasına embarqo qoyulması və humanitar
yardımın göndərilməsi üçün təhlükəsiz
dəhlizlərin yaradılmasına dair tövsiyələrini
dəstəkləyir. O, bir daha qeyd edir ki, Dağlıq Qarabağda
böhranın istənilən həlli qanunun aliliyinə,
demokratiya, insan hüquqları və azlıqların üzvlərinin
hüquqlarına dair təminatlara və yalnız sülh yolu
və ümumi razılıqla dəyişilə bilən
bütün-istər daxili, istərsə də xarici sərhədlərin
pozulmamağına hörmət edilməsinə əsaslanmalıdır.
Nazirlər Komitəsi Beynəlxalq Qırmızı Xaç
Komitəsinin mübahisəyə kömək etməsinə
dair münaqişə tərəflərinin
razılığını alqışlayır və ümid
edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və
digər qeyri-hökumət təşkilatları bu mübahisənin
qurbanlarına humanitar yardımın verilməsində
aparıcı rol oynayacaqlar.
Nazirlər Komitəsi
mübahisənin sülh yolu ilə həllinin əldə
edilməsi üçün bütün vasitəçilik səylərini
dəstəkləyir. Effektiv atəşkəsə nail olunduqda,
mübahisə bütün maraqlı tərəflər, o
cümlədən Dağlıq Qarabağın yerli idarəetmə
orqanları və nümayəndələri arasında
danışıq vasitəsilə həll edilməlidir.
Danışıqlar ATƏM çərçivəsində qəbul
olunmuş Helsinki Yekun Aktı və Paris Xartiyasının hərf
və ruhuna xüsusilə mübahisələrin sülh yolu
ilə tənzimlənməsi öhdəliyinə hörmət
prinsipinə əsaslanmalıdır. (Nazirlər Komitəsi tərəfindən
11 mart 1992-ci ildə Nazir müavinlərinin 471-ci iclasında qəbul
edilmişdir).
2) Avropa Şurası Parlament
Assambleyasının qətnaməsi ! 1047 (1994)
1. Assambleya razılıqla qeyd edir ki,
1994-cü ilin mayın 12-də qüvvəyə minmiş
Dağlıq Qarabağda atəşkəsə nisbətən
yaxşı riayət olunmuşdur və ümid edir ki, o,
mümkün qədər tezliklə müharibə edən tərəflər
arasında sülh sazişi ilə nəticələnəcək.
2. 1988-ci ildə başlamış bu
münaqişə artıq 20 min insanın ölümü və
bir milyondan çox qaçqının olması ilə nəticələnmişdir.
3. Assambleya müharibə tərəflərini
sülh sazişinin imzalanmasına həvəsləndirmək
üçün ATƏM-in Minsk Qrupu, Rusiya Federasiyası
hökuməti, BMT Təhlükəsizlik Şurası, MDB
Parlamentlərarası Assambleya və özünün
Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr
üzrə Komitəsinin səylərini razılıqla qeyd
edir.
4. O, Ermənistan və Azərbaycanın
müdafiə nazirləri və Dağlıq Qarabağ
ordusunun komandanı tərəfindən 26 iyul 1994-cü ildə
imzalanmış, atəşkəsə riayət etmək
öhdəliklərini və siyasi sazişin
imzalanmasını sürətləndirmək səylərini
təsdiq etdikləri sazişi alqışlayır və
bütün müharibə tərəflərini 12 may
1994-cü ildən qüvvədə olan qeyri-sabit atəşkəsə
təhlükə yarada biləcək hər hansı
düşmənçilik hərəkətindən çəkinməyə
təkidlə çağırır.
5. O, sülh sazişinin imzalanmasına
bütün imkanları çərçivəsində,
xüsusilə maraqlı tərəflərin parlament nümayəndələri
arasında dialoqun həvəsləndirilməsi yolu ilə,
yardım etmək üçün hazır olduğunu bəyan
edir.
6. Nəhayət, o, müharibə tərəflərini
qaçqınların təcili əsasda evlərinə
qayıtmasını təşkil etməyə və onun 1201
saylı Tövsiyəsində dəstəkləndiyi kimi,
azlıqların hüquqlarına hörmət etməyə
çağırır və Azərbaycan və Türkiyəni
onların Ermənistanla olan kommunikasiya vasitələrinin
blokadasına dərhal son qoymağa təkidlə
çağırır.
3) Avropa Şurası Nazirlər Komitəsinin
Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə
dair bəyannaməsi
(15 aprel 1993-cü il)
Nazirlər Komitəsi Dağlıq
Qarabağ münaqişəsinin gərginləşməsi və
xüsusilə, döyüş ərazisinin Azərbaycan
Respublikasının Kəlbəcər rayonuna qədər
genişlənməsi ilə əlaqədar ciddi narahatdır.
Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası sədrinin
bütün hərbi əməliyyatların dərhal
dayandırılması tələbini dəstəkləyir və
regionun sülh və təhlükəsizliyinə təhlükə
yaradan bütün qüvvələrin
çıxarılmasına çağırır.
Münaqişənin uzunmüddətli həllinin yalnız
beynəlxalq hüquq və Avropa Şurası və ATƏM-in
prinsip və öhdəliklərinə hörmət,
xüsusilə sərhədlərin toxunulmazlığı, ərazi
bütövlüyü, azlıqların müdafiəsi və
insan hüquqları və əsas azadlıqlarına hörmət
edilməsi vasitəsilə əldə oluna biləcəyinə
əmin olan Nazirlər Komitəsi:
- döyüş ərazisinin Azərbaycanın
Kəlbəcər rayonunadək genişlənməsinin
bütün regionun demokratik gələcəyi və sabitliyinə
təhdid yaradacağı ilə əlaqədar artan təhlükəyə
dair ciddi narahatçılığını ifadə edir;
- bu vəziyyətin ATƏM çərçivəsində
siyasi danışıqlar prosesinə təhlükə
olması faktına təəssüflənir;
- güc vasitəsilə həllin beynəlxalq
ictimaiyyət tərəfindən qəbul edilə bilməyəcəyini
bəyan edir;
- həmçinin mülki əhalinin əzablarını
yüngülləşdirmək məqsədilə regiona və
xüsusilə münaqişənin təsir etdiyi bütün
ərazilərə beynəlxalq humanitar yardım səylərinin
maneəsiz buraxılmasına çağırır;
- münaqişə tərəflərindən
sülh yolu ilə tənzimlənməyə daha artıq təhlükə
yaradacaq hər hansı hərəkətdən çəkinməyi
təkidlə tələb edir;
- hərbi əməliyyatlara son
qoyulmasının yeganə yolunun, gücdən istifadə etməkdən
imtina etməklə yanaşı, ATƏM-in Minsk Qrupu çərçivəsində
danışıqların vicdanla aparılması olduğunu
qeyd edir.
4) Avropa Şurası Parlament
Assambleyasının tövsiyəsi N 1251 (1994)
1. Assambleya qeyd edir ki, Dağlıq
Qarabağ münaqişəsi 1988-ci ildə
başlamış və artıq təxminən 20 000
insanın ölməsi və bir milyondan artıq
qaçqının olması ilə nəticələnmişdir.
2. Onun Avropanın qeyri-üzv ölkələri
ilə əlaqələr üzrə Komitəsi 1992-ci ildən
etibarən Ermənistan və Azərbaycanın Parlamentləri,
"Dağlıq Qarabağın rəhbərliyi" və
"Dağlıq Qarabağın maraqlı Azərbaycan tərəfi"nin
nümayəndələrinin qatıldığı dinləmələr
silsiləsini təşkil etmişdir.
3. Assambleya razılıqla qeyd edir ki,
1994-cü il mayın 12-də qüvvəyə minmiş atəşkəsə
nisbətən yaxşı riayət olunmuşdur və
ümid edir ki, o, mümkün qədər tezliklə
bütün maraqlı tərəflərin
imzaladığı sülh sazişi ilə nəticələnəcək.
4. O, müharibə edən tərəfləri
sülh sazişini imzalamağa həvəsləndirmək
üçün ATƏM-in Minsk Qrupu, BMT Təhlükəsizlik
Şurası, Rusiya Federasiyasının Hökuməti və
MDB Parlamentlərarası Assambleyasının səylərini,
həmçinin 26 iyul 1994-cü ildə Ermənistan və Azərbaycanın
müdafiə nazirləri və Dağlıq Qarabağ
ordusunun komandiri tərəfindən imzalanmış, atəşkəsə
riayət etmək öhdəliklərini və siyasi sazişin
imzalanmasını sürətləndirmək səylərini
təsdiq etdikləri sazişi alqışlayır.
5. Assambleya, beləliklə, tövsiyə
edir ki, Nazirlər Komitəsi:
a. Avropa Şurasının üzv dövlətlərinin
hökumətlərini ATƏM-in Minsk Qrupunun öz məqsədlərinə,
xüsusilə müharibə zonasında beynəlxalq
müşahidəçilərin yerləşdirilməsinə
nail olması üçün lazımi vasitələri ona təqdim
etməyə çağırsın;
b. Ermənistan və Azərbaycanın rəhbərliyi
ilə siyasi dialoqu bərpa etsin;
c. şərtlər yerinə yetirilən
kimi öz əməkdaşlıq proqramlarını Ermənistan
və Azərbaycanın üzünə açsın və əgər
bu tərəflər istəsələr, Dağlıq
Qarabağ üçün siyasi statusu müəyyən etməyə
kömək edə biləcək ekspertləri onların
öhdəliyinə təqdim etsin.
Mövqe.-
2011.- 12 may.- S. 10.