Biləsuvarda regional inkişaf proqramları uğurla icra olunur

 

Ölkə rəhbərliyinin son illər regionların sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl sistemli tədbirlər həyata keçirməsinin nəticəsi olaraq, Azərbaycanın bölgələri sürətlə müasirləşir, paytaxtla rəqabətə girəcək görkəm alır. Bu faktı Biləsuvar rayonuna baş çəkən hər kəs təsdiqləyə bilər. Xüsusən regional inkişaf proqramları çərçivəsində görülən işlər konkret ünvanlı olmaqla, rayonun hərtərəfli yüksəlişində mühüm əhəmiyyətə malikdir.

2009-2013-cü illəri əhatə edən II Regional İnkişaf Proqramının düzgün vaxtında icrası rayon rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Biləsuvar rayonunda 2010-cu ildə abadlıq, quruculuq, yenidəndurma işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılması, təhsil, səhiyyə digər sosial obyektlərin tikintisi, yeni istehsal emal müəssisələrinin yaradılması işləri görülüb. Hesabat ilində rayonun yerli gəlir xərcləri proqnozla birlikdə 12,2 milyon manat olub. Yerli gəlirlər 104,1 faiz, yerli xərclər isə 94,4 faiz yerinə yetirilib.

İqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsulun həcmi 127,2 milyon manat olub bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 milyon manat ya 17,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın həcmi 27,6 milyon manat təşkil edib bu da əvvəlki ilə nisbətən 31,3 faiz çox olub. 2010-cu ildə rayonda sənaye məhsulunun həcmi 5,8 milyon manat təşkil edib bunun da 60,5 faizi qeyri-dövlət sektorunun payına düşür. Əhalinin gəlirləri 151,3 milyon manat təşkil edib bu da 2009-cu ilin müvafiq dövrünə nisbətən 27,4 faiz çox olub. Adambaşına düşən pul gəlirlərinin həcmi isə 333,9 manat ya 24,9 faiz artıb. Orta aylıq əməkhaqqı 173 manat təşkil etməklə 3,0 faiz yüksəlib.

Rayonun sosial-iqtisadi inkişafının əsas göstəricilərinin biri əhalinin məşğulluğudur. Ötən il iqtisadiyyatın bütün sahələrində məşğul olanların sayı 41,5 min nəfəri təşkil edib. Xüsusi mülkiyyətdə məşğul olan işçi qüvvəsinin əksəriyyəti kənd təsərrüfatı, ticarət xidmət sahələrində çalışanlar olub. Əmanətlərin sığortalanması nəticəsində rayon əhalisinin banklara inamı daha da artıb. 2010-cu ildə Biləsuvar əhalisi banklara 277.0 min manat əmanət qoyub. Əhalinin sosial rifah halının yaxşılaşması pul gəlirlərinin artmasının nəticəsidir ki, 2010-cu ildə rayonda 170 fərdi ev tikilib. Ümumiyyətlə, rayon üzrə 2004-2010-cu illərdə 1160 fərdi yaşayış evi inşa olunub.

2010-cu ildə rayondakı banklar tərəfindən 4,2 milyon manat kredit verilib bu da 2009-cu illə müqayisədə 1,4 milyon manat ya 47,4 faiz çox olub. 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 36 sahibkarlıq subyektinə 494 min manat kredit verilib.

İqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı, yeni-yeni istehsal emal müəssisələrinin fəaliyyətə başlaması nəticəsində 2003-2010-cu illərdə rayonda 17679 yeni yeri açılıb onlardan 12 995-i daimidir. Təkcə 2010-cu ildə Biləsuvarda 758 daimi yeri açılıb. Bundan başqa, ailə üzvlərinin sayı 6223 nəfər olmaqla, 1270 ailəyə ünvanlı dövlət sosial yardımı verilib. Rayon üzrə hər ailəyə düşən ünvanlı dövlət yardımının məbləği 115,7 manat təşkil edib.

Rayon əhalisinin fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmini sahəsində müəyyən işlər görülüb. 2010-cu ildə rayona verilən elektrik enerjisinin dəyərinin toplanması 91,1 faizi təşkil edib. Dövlət Proqramına uyğun olaraq rayonun yaşayış məntəqələrində daşıyıcı qaz kəmərlərinin dəyişdirilməsinə, kəndlərin yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinə başlanılıb. Hazırda rayonun 7 kəndində 59,6 km uzunluğunda daşıyıcı paylayıcı qaz xətləri inşa olunub, Ovçubərə qaz tənzimləyici stansiyasında yenidənqurma işlərinin aparılmasına başlanılıb.

Ötən il Biləsuvar rayonu əhalisinə göstərilən poçt rabitə xidmətinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilib. Mərkəzi rayon ATS- yeni 4512 nömrə tutumlu yeni Elektron ATS istifadəyə verilib. Eyni zamanda rayonun - 8 kəndində yeni Elektron ATS-lər quraşdırılıb. Ağalıkənd kəndində yeni poçt binası tikilərək istifadəyə verilib.

2010-cu ildə rayon ərazisində tikinti abadlıq sahəsində xeyli işlər görülüb. Ələt-Astara Bəhramtəpə-Biləsuvar magistral avtomobil yollarında yol təmiri işləri aparılıb. Rayonun 6 kəndində 13 km asfalt-beton örtüklü yol tikilib, şəhər ərazisində 30 km, rayonun kəndlərində isə ümumilikdə 60 km yol qum-çınqıl qarışığı ilə abadlaşdırılıb. Araz çayının tarixi qolunun bərpası məqsədilə aparılan işlərə uyğun olaraq, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində 175 metr uzunluğunda 19 aşırımlı körpü tikilərək istifadəyə verilib. Ötən il rayonun Bəhramtəpə-Biləsuvar magistral avtomobil yolu ərazisində müasir üslublu yeni körpünün tikintisi davam etdirilib.

2010-cu ildə Biləsuvarın İsmətli kəndində 640 şagird yerlik orta məktəb binası istifadəyə verilib. Qarabağ əlilləri şəhid ailələri üçün şəhər ərazisində 4 mərtəbəli, 16 mənzilli yaşayış evinin, rayonun yeddi kəndində isə 10 nəfər Qarabağ əlilinə bir mərtəbəli fərdi yaşayış evlərinin, Səmədabad kəndində Yanğından Mühafizə bölməsinin, "Bayraq meydanı" 2 hektar ərazidə yeni parkın tikintisi davam etdirilib. Eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan küçə abadlaşdırılıb burada yeni işıqlandırma sistemi quraşdırılıb. Eləcə "Ekologiya ili" olan 2010-cu ildə magistral yol kənarlarında, həmçinin şəhər kəndlərdə 50 min ədəd ağac gül kolları əkilib.

Ötən il 2009-2013-cü illəri əhatə edən regional Dövlət Proqramından irəli gələn tədbirlərin yerinə yetirilməsi sayəsində aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artıb, məhsuldarlıq yüksəlib kənd təsərrüfatında çalışan insanların həyat səviyyəsi xeyli yaxşılaşıb. Kənd təsərrüfatı məhsulları istehsalından adambaşına 280 manat, əmək qabiliyyətli əhalinin hər birinə 1401 manat, hər ailəyə 4922 manat gəlir əldə olunub.

Ümumilikdə, 2010-cu ildə rayonda 41,3 min ton dənli, 5,7 min ton pambıq, 48,5 min ton tərəvəz, 3,7 min ton bostan məhsulları, 1,9 min ton kartof, 1,8 min ton günəbaxan, 70,7 min ton şəkər çuğunduru, 14,4 min ton dən üçün qarğıdalı, 70,9 min ton quru yonca otu digər kənd təsərrüfatı məhsulları istehsal edilib. Heyvandarlıq sahəsində xeyli işlər görülüb. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 39,1 min başa, xırda buynuzlu mal-qaranın baş sayı 134,5 min başa, süd istehsalı 23,6 min tona, ət istehsalı diri çəkidə 5,1 min tona, yumurta istehsalı 9,9 milyon ədədə çatdırılıb.

"Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına, əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq motor yağlarına görə, buğda çəltik istehsalçılarının maddi marağının artırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına mülkiyyətçilərə 2 milyon 146 min manat kompensasiya verilib.

Ötən il Bakı şəhəri əhalisinin ucuz keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmini məqsədilə təşkil olunan yarmarkalarda Biləsuvar rayon fermerləri yaxından iştirak ediblər. 4 min tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları yarmarkalara çıxarılaraq satılıb. Son dörd ildə 11400 ton kənd təsərrüfatı məhsullarının yarmarkalarda satışı təşkil edilib.

Əkin sahələrinin suvarılması işinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Əkin sahələrində yeni suvarma nasosları, hidrotexniki qurğular qurulub, suvarma kanalları çəkilib və təmir işləri aparılıb. Su ehtiyatlarının məhdudluğu mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsini və bu məqsədlə suvarma sistemlərinin texniki vəziyyətinin yaxşılaşdırılmasını, suya qənaətedici mütərəqqi suvarma texnikası və texnologiyalarının tətbiqini tələb edir. Biləsuvar rayonunda respublikada ilk dəfə və ən çox sahədə - 7000 hektar sahədə müasir tipli, mütərəqqi texnologiyalara əsaslanan yağmurlama və damlama üsulu ilə suvarma qurğuları qurularaq istifadəyə verilib.

 

(ardı var)

 

Tərlan NƏSİRLİ

Bakı-Biləsuvar-Bakı

 

Mövqe.- 2011.- 2 noyabr.- S. 10.