Salyanda kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir

 

Salyan rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, üzümçülük və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 59,8 faiziniya 95905 hektarını kənd təsərrüfatına yararlı torpaqlar, bundan 39,5 faiziniya 36958 hektarını əkin yeri təşkil edir.

Salyanda 1190 hektar üzüm bağı vardır ki, bunun da 839 hektarı bar verən üzüm bağlarıdır. Rayonda və eləcə də respublikada Xələc süfrə üzüm sortları öz adı ilə məşhurdur. Rayonun Yenikənd, Xələc, Qarabağlı, Kərimbəyli, Qaraçala, Yolüstü, Kürsəngi inzibati ərazilərində fərdi təsərrüfatlarda yerli ağ Ağadayı, qara Ağadayı, Qara Mərəndi, Ağ Mərəndi, Mahmudu, Qara yerli üzüm, Qara və Ağ dərbəndi üzüm sortları əkilib becərilir. Bundan başqa, rayonda "Ələddin Fermer" MMC və "NNEM Fermer təsərrüfatı" MMC kimi iri təsərrüfatlarda süfrə və texniki üzüm sortları əkilib becərilir. Bu təsərrüfatlarda qara və ağ kişmişi, qırmızı kişmişi, Redqlob və İtaliya sortu kimi süfrə üzüm sortları, Kabardin Semyon kimi texniki üzüm sortları əkilib becərilir. Bu təsərrüfatlarda, həmçinin nar və meyvə bağları da salınıb. Hər iki təsərrüfatın soyuducu anbarlar kompleksi, tara sexi vardır. Bundan başqa, "NNEM Fermer təsərrüfatı" MMC-də illik istehsal gücü 100 min dekalitr olan şərab zavodu tikilir.

Rayonun Şorsulu, Sarvan, Arbatan, Həsənli və Kürsəngi inzibati ərazilərində nohur balıqçılığı inkişaf etməkdədir. Rayonda 2000 hektara yaxın ərazidə sahibkarlar nohur balıqçılığı ilə məşğul olurlar. Həmin nohurlarda çəki, belomor, karp və talstolop balıq sortları yetişdirilir.

Rayon ərazisində 4892 hektar suvarılan torpaq sahələri mövcuddur. Əkin sahələrinin suvarılması üçün ümumi uzunluğu 1210 km olan suvarma kanallarından, 65 nasos stansiyasından istifadə edilir. Rayonda kənd təsərrüfatı əkin sahələrinin suvarılması mexaniki üsulla, Kür çayı üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə həyata keçirilir.

Salyan ərazisində 2143 km kollektor dren şəbəkəsi mövcuddur ki, həmin kollektor dren şəbəkələri və 9 qrunt sularını çəkmək üçün nasos stansiyaları vasitəsilə qrunt suları Xəzər dənizinə ötürülür. Ərazidə mövcud əkin dövriyyəsinə daxil olan torpaq sahələrinin şoranlaşmasının qarşısının alınması üçün iki melorasiya təşkilatı tərəfindən meliorativ tədbirlər həyata keçirilir.

2010-cu ildə rayonda əkinə yararlı torpaq sahələrindən yalnız təyinatı üzrə istifadə edilməsinin təmini, bu sahədə qanunvericiliyin pozulması hallarının qarşısının alınması, qanunvericiliyin tələblərini pozan şəxslər barəsində tədbirlər görülüb. Rayonda kənd təsərrüfatı bitkilərinin əraziləri üzrə optimal əkin strukturunun və istehsal həcminin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib, nəticədə becərilən əkin sahələri 43377 hektara çatdırılıb. Rayonda faraş tərəvəz istehsalının artırılması istiqamətində də tədbirlər görülüb, bu məqsədlə Qaraçala qəsəbəsi ərazisində sahibkarlara torpaq sahələri ayrılıb. Üzümçülüyün və meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirilib. Hazırda rayonda 1186,5 hektar üzüm bağları var və onun da 893,9 hektarı bar verən bağlardır. Rayonda müasir tələblərə cavab verən rəqabət qabiliyyətli quşçuluq təsərrüfatlarının yaradılması istiqamətində də işlər görülüb. Belə ki, Çuxanlı kəndi ərazisində "Şəfa" Quşçuluq ASC-nin istehsal gücü 450 min ədəd yumurta olan inkubator sexinin tikintisi davam etdirilib.

Bundan başqa, Salyanda ərzaq məhsullarının satış tədarük bazalarının və satış mərkəzlərinin, anbarların, soyuducu kameraların, qablaşdırma müəssisələrinin yaradılması da diqqət mərkəzində olub. Belə ki, rayonun Çuxanlı kənd ərazisində kənd təsərrüfatı (ərzaq) məhsullarının saxlanılması üçün gücü 10 min 700 ton və gücü 6 min ton olan soyuducu anbarların, qablaşdırma sexinin tikintisi başa çatdırılıb. 2010-cu ildə bu anbarlar kompleksinə 6 min tondan çox meyvə məhsulları toplanılaraq həmin məhsulların yaxın xarici ölkələrdə və daxili bazarlarda satışı təşkil edilib. Bundan başqa, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması mümkün olub. 2010-cu ildə rayonda fəaliyyət göstərən "Hacı-Camalxan" kəndli fermer təsərrüfatının istehsal etdiyi meyvə-tərəvəz konserv məhsulları Amerika Birləşmiş Ştatları, Almaniya, Polşa və İsrail dövlətlərinə ixrac edilib.

Ümumilikdə, ötən il Salyanda 76 milyon 272,2 min manatlıq kənd təsərrüfatı, o cümlədən 38 milyon 165,2 min manatlıq bitkiçilik və 38 milyon 107 min manatlıq heyvandarlıq məhsulları istehsal edilib. 2010-cu ildə 37275,2 ton taxıl, 3892,3 ton kartof, 1242,3 ton pambıq, 9182,4 ton tərəvəz, 10704 ton bostan, 2544,7 ton meyvə, 4493,4 ton üzüm istehsal edilib. 2010-cu ildə iribuynuzlu heyvanların baş sayı 60267 baş, qoyun keçilərin baş sayı 198694 baş, quşların baş sayı 651195 baş olub. Həmin ildə 4164 ton kəsilmiş çəkidə mal-qara quş əti, 40000 ton süd, 22000 min ədəd yumurta, 378,1 ton yun istehsal edilib.

2009 2010-cu illərdə rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məhsuldarlığın yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 2009-cu ildə 1200 tondan çox mineral gübrələri (azot, fosfor) satışı təşkil edilmişdirsə, 2010-cu ildə bu rəqəm 1700 tondan çox olub. Bu da taxılçılıq istisna olmaqla bitkiçiliyin digər sahələrində məhsuldarlığın artmasını təmin edib. 2010-cu ildə taxılçılığın inkişaf etdirilməsi hektardan məhsuldarlığın artırılması məqsədilə yüksək məhsuldar taxıl toxumları alınaraq rayona gətirilib. Bundan əlavə, kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə əkin sahələrinin becərilməsində istehsal olunmuş məhsulların toplanmasında "Aqrolizinq" ASC-nin Salyan filialının kənd təsərrüfatı texnikalarından istifadəsinin artırılması üçün tədbirlər həyata keçirilib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının lazımi texnikalarla təchiz edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, 2009-2010-cu illərdə ayrı-ayrı istehsalçılara lizinq vasitəsilə 100-dən çox kənd təsərrüfatı texnikaları (traktor, kotan, toxum səpən, kip bağlayan s.) satılıb.

2009-cu ildə rayon ərazisində əkin sahələrinin su təminatının meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 269,26 km kollektor dren şəbəkəsi, 420 km suvarma kanalları lildən təmizlənib. 2010-cu ildə isə rayon ərazisində torpaq sahələrinin su təminatının meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 294,84 km kollektor dren şəbəkəsi, 707,7 km suvarma kanalları lildən təmizlənib.

Rayonda heyvandarlıq məhsulları istehsalının artırılması, iri xırda buynuzlu heyvanların cins tərkiblərinin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Eyni zamanda 2010-cu ildə rayonda fəaliyyət göstərən Süd Emalı zavodu tərəfindən "Nurgin Aqro" heyvandarlıq müəssisəsi yaradılıb, müəssisə üçün Avstriya dövlətindən 62 baş yüksək məhsuldar cins düyələr lizinq yolu ilə alınaraq gətirilib.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları"nın "Aqrolizinq" ASC digər hüquqi fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə qərarları aqrar sektorda sahibkarlığın inkişafına müsbət təsir göstərib. 2010-cu ildə 18 bələdiyyə üzrə 11348 nəfər hüquqi fiziki şəxsə becərdikləri 33218,48 hektar əkin sahələrinə, istifadə etdikləri yanacaq motor yağlarına görə 1328739,2 manat vəsaitin verilməsi təmin edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarları ilə təsdiq edilmiş "Buğda çəltik istehsalçılarının maddi marağının artırılması buğda çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"na uyğun olaraq 17 kənd ərazi komissiyası üzrə 1594 istehsalçıya becərdikləri 5184,34 ha buğda sahəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 207373 manat 60 qəpik yardımın verilməsi təmin edilib.

Cənab İlham Əliyevin respublika paytaxtında ərzaq bolluğunun yaradılması süni qiymət artımının qarşısının alınması məqsədilə verdiyi tapşırığa əsasən həftənin şənbə bazar günləri Bakı şəhərinin 4 rayonuna (Yasamal, Xətai, Nərimanov Səbayıl) kənd təsərrüfatı yarmarkalarına Salyan rayonundan 30-35 ton kənd təsərrüfatı məhsulları göndərilir.

 

(ardı var)

 

 

Tərlan NƏSİRLİ

 

 Bakı-Salyan-Bakı

 

Mövqe.- 2011.- 16 noyabr.- S.10.