Ağsu
2011-ci ili də uğurla
başa vurur
Son illər regionların sosial-iqtisadi inkişafı
istiqamətində reallaşdırılan kompleks tədbirlər
sisteminin məntiqi nəticəsi olaraq, Ağsu rayonunun
iqtisadiyyatında ciddi dönüş yaranıb, eyni zamanda,
burada yeni dövrün tələbləri ilə səsləşən
genişmiqyaslı abadlıq-quruculuq işləri həyata
keçirilib. Bütün bu cəhətlərinə görə,
hazırda Ağsu respublikanın digər müasir şəhərlərinin
heç birindən geri qalmır.
Ölkənin hər yerində olduğu kimi rayonda
2009-2013-cü illəri əhatə edən Dövlət
Proqramı uğurlu nəticələrlə başa vurulub,
sosial infrastrukturun, əhalinin həyat şəraitinin və
sosial müdafiəsinin yaxşılaşdırılması,
yoxsulluğun səviyyəsinin azaldılması,
sahibkarlığın inkişaf etdirilməsi,
abadlıq-quruculuq, tikinti-bərpa işlərinin
aparılması, yeni iş yerlərinin açılması, nəticədə
əhalinin rifah halının yüksəldilməsi sahəsində
böyük nailiyyətlər əldə olunub.
2011-ci ilin ötən 9 ayını da Ağsu rayonu
üçün uğurlu hesab etmək olar. Bu müddətdə
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda nəzərdə tutulan tədbirlər
müvəffəqiyyətlə icra olunub. Kənd təsərrüfatı
məhsullarının istehsalı və emalının dəstəklənməsi
tədbirləri uğurla davam etdirilib. Rayon
iqtisadiyyatının digər sahələri ilə
yanaşı, aqrar sektor da dinamik inkişafa başlayıb.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi üzümçülük,
şərabçılıq, quşçuluq məhsullarının
istehsalı ilə bağlı yeni müəssisələrin
istifadəyə verilməsinə səbəb olub.
Rayon iqtisadiyyatı, əsasən, kənd təsərrüfatı
yönümlü olduğundan, ümumi məhsul
buraxılışında aqrar bölmənin xüsusi çəkisi
53,4 faiz təşkil edib. Bu göstərici kənd təsərrüfatının
bütün sahələrinə, o cümlədən
bitkiçiliyə daha diqqət və qayğı ilə
yanaşmağı tələb edir. 2010-cu ildə
bitkiçilik sahəsi üzrə əldə edilmiş
yüksək nəticələr növbəti illərdə
göstəricilərin daha da yüksəldilməsinə zəmin
yaradıb.
2011-ci ilin məhsulu üçün 30799 ha sahədə
taxıl əkilib. Əkin sahələrinə aqrotexniki qulluq
göstərilib, "Aqrolizinq" yolu ilə sahələrə
128 ton azot, 3 ton fosfor gübrəsi verilib. Buğda
istehsalının artırılmasının
stimullaşdırılması və əkin sahələrinin
becərilməsi, istifadə olunan yanacaq və sürtkü
materiallarının dəyərinin ödənilməsi məqsədilə
istehsalçılara dövlət maliyyə yardımının
verilməsi təmin edilib. Taxıl biçini optimal müddətdə
başa çatdırılmaqla ötən illə müqayisədə
9,5 min ton çox, yəni 66,8 min ton taxıl istehsal edilib.
Ötən illə müqayisədə 1 hektardan 3,6 sentner
çox məhsul əldə edilməklə, orta məhsuldarlıq
21,7 sentner olub. 2011-ci ildə 52 ha sahədə pambıq əkilib,
01.10.2011-ci il tarixə sahələrdən 14 ton pambıq
yığılıb. Pambıq yığımını
optimal müddətdə başa çatdırmaq
üçün tədbirlər həyata keçirilir.
Mal-qaranın sayı və heyvandarlıq məhsulları
istehsalı artıb. 01.10.2011-ci il vəziyyətinə iri
buynuzlu mal-qaranın baş sayı 40228, qoyun-keçilərin
baş sayı 154166 olub. Bu da nəticə etibarı ilə
heyvandarlıq məhsullarının artımına müsbət
təsir göstərib, 3665 ton ət (diri çəkidə),
19247 ton süd, 5649 min ədəd ədəd yumurta, 285 ton yun
istehsal edilib.
Cari ilin 9 ayında rayonda fəaliyyət göstərən
emal sənayesi müəssisələri xammal tədarükü,
emal və satışla məşğul olublar. Həmçinin
istehsalı, eləcə də istehsal olunan məhsulların
çeşidini artırmaq, daxili və xarici bazarlara keyfiyyətli
məhsul çıxarmaq üçün yeni emal xətlərinin
quraşdırılması, yeni sexlərin tikintisi və
müasir texnologiyanın tətbiqi istiqamətində fəaliyyətini
davam etdiriblər. "Az-Qranata" MMC-nin alkoqollu içkilər
və şirə emalı zavodunun tikintisində işlər
başa çatdırılıb, zavod fəaliyyətə
başlayıb. Bundan başqa,
"Şaban-Quşçuluq" MMC-də sənaye üsulu
ilə 17 min baş quş yetişdirilib və satılıb.
Şəhərin Heydər Əliyev, S.Vurğun,
Nizami, Natəvan küçələrinə, Ağsu-Kürdəmir
magistral yolunun Qaraqaşlı kənd yaşayış məntəqəsinin
ərazisindən keçən hissəsinə və
"Xaraba şəhər"ə gedən yolun hərəkət
hissəsinə, həmçinin piyada səkilərinə (8,2
km məsafəyə) ümumilikdə, 68580 kvadratmetr asfalt
vurulub, görülmüş işlərə 968,0 min manat pul
vəsaiti sərf edilib.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə
birgə maliyyələşdirilən "Milli Su Təchizatı
və Kanalizasiya xidmətləri üzrə "İkinci
layihə" çərçivəsində Ağsu şəhərinin
su təchizatının yenidən qurulması və kanalizasiya
sisteminin yaradılması üçün layihə-smeta sənədləri
hazırlanıb. Və tədbirin icrasına
başlanılıb. Ağsu şəhərinə 25 kilometr məsafədən
bulaq sularının gətirilməsi ilə tikinti işləri
başa çatdırılıb. Şəhərdə və
Qaraqaşlı kəndində mövcud abonentlər, həmçinin
Pirhəsənli kəndinin əhalisi artıq içməli
su kimi bulaq suyundan istifadə edir.
Su-Kanal idarəsi içməli su təchizatı sahəsində
fəaliyyətini davam etdirərək mövcud
istehlakçıların içməli su ilə təchizatının
yaxşılaşdırılması məqsədilə səhərin
su təchizatı sisteminin müxtəlif istiqamətlərində
əsaslı və cari təmir işlərini həyata
keçirib. Su-kanal idarəsi tərəfindən hesabat
dövrü mənfəətlə başa vurulsa da,
bütün iqtisadi göstəricilər üzrə proqnozlar
kəsrlə yerinə yetirilib.
Ağsu şəhərində Azərbaycan və 20
yanvar küçələrində, həmçinin
Maşadqanli kəndində mövcud fərdi
yaşayış evlərinin, inzibati və sosial obyektlərin,
əkin sahələrinin və infrastrukturun sel sularından
mühafizəsi məqsədi ilə 2011-ci ilin 9 ayında
Ağsuçayda 6600 kub m. həcmində 1065,0 min manat dəyərində
sahilbərkitmə işləri görülüb.
Hesabat dövründə İnformasiya Kommunikasiya
Texnologiyalarının inkişafı diqqət mərkəzində
saxlanılıb, rayon mərkəzində və kəndlərdə
mövcud ATS-lər rekonstruksiya olunaraq EATS-lə əvəz
edilib. Daşdəmirbəyli kəndində montaj tutumu 128
nömrə olan EATS quraşdırılaraq istismara verilib.
Səhiyyə müəssisələrinin təmiri,
avadanlıqlarla təchiz olunması və yenilərinin
tikintisi istiqamətində işlərə
başlanılıb, Mərkəzi Rayon Xəstəxanasının
terapiya şöbəsində 27,4 min manat dəyərində,
Ərəbuşağı və Kəndoba kənd həkim
ambulatoriyalarının binasında 6,0 min manat dəyərində
əsaslı, Çaparlı kənd həkim
ambulatoriyasında 4,0 min manat dəyərində cari təmir
işləri görülüb, 27,8 min manat dəyərində
tibbi avadanlıq, 29,4 min manat dəyərində digər
maşın və avadanlıqlar, 40,0 min manat dəyərində
isə inventar alınaraq şöbələrə
paylanıb. Rayonun Ərəbmehdibəy kəndində
Feldşer Mama Məntəqəsinin binası əsaslı təmir
olunub, müasir inventar və avadanlıqlarla təchiz edilərək
cari ilin iyun ayının 23-də kənd sakinlərin istifadəsinə
verilib.
2011-ci ilin 9 ayında rayonda məktəblərin əsaslı
təmiri istiqamətində müəyyən işlər
görülüb. Heydər Əliyev Fondunun vəsaiti
hesabına 2010-cu ildə tikinti işləri başa
çatdırılıb. 220 şagird yerlik Qaraqoyunlu kəndində
orta məktəb binası cari dərs ilində istifadəyə
verilib, məktəb binasının su, istilik və enerji təminatı
sahəsində işlər başa çatdırılıb.
Şəhər 3 saylı tam orta məktəbinin
binası əsaslı təmir olunaraq yeni tədris ilində
istifadəyə verilib. 27 oktyabr 2011-ci il tarixdə smeta dəyəri
950,0 min manat olan 180 şagird yerlik Ləngəbiz kənd tam
orta məktəbi üçün yeni binanın tikintisinə
başlanılıb. 4 saylı şəhər tam orta məktəbinin
binası əsaslı təmir olunub, binanın dam
örtüyü tamamilə dəyişdirilib. Caparlı kənd
tam orta məktəbinin binasında smeta üzrə 21700,00
manat dəyərində əsaslı (binanın dam
örtüyü tamamilə yenidən qurulması), 33000,00
manat dəyərində cari təmir işlərinin
aparılmasına başlanılıb.
Təməli 29 oktyabr 2009-cu ildə ildə ölkə
prezidenti tərəfindən qoyulmuş 3000 yerlik müasir
tipli stadionun tikintisi başa çatdırılıb. Bundan
başqa, Ağsu rayonunun kəndlərində də
abadlıq-quruculuq, tikinti-bərpa işləri davam etdirilib,
Çiyni kəndində kənd stadionun tikintisi başa
çatdırılaraq istifadəyə verilib.
2011-ci ilin 9 ayında da rayon ərazisində mədəniyyət
obyektlərinin tikintisi üzrə nəzərdə tutulan tədbirlərin
icrası davam etdirilib. Təməli 29 oktyabr 2009-cu ildə
qoyulmuş Uşaq-Gənclər Bədii Yaradıcılıq
Məktəbinin tikintisi başa çatdırılıb.
Rayonun Çiyni kəndində 100 oturacaq yerlik Mədəniyyət
Evinin tikintisi də başa çatdırılaraq istifadəyə
verilib.
Dövlət Proqramı icra olunduğu dövrdə
Bico kəndində 200, Gəgəli kəndində 480, Padar kəndində
240, Ərəbmehdibəy kəndində 240, Növcü kəndində
380, Pirhəsənli kəndində 360, Çiyni kəndində
320, Ağarx kəndində 264, Cəlayır kəndində
220 şagird yerlik orta, Xəlilli kəndində 192 şagird
yerlik əsas və Bəyimli kəndində 100, Qaraməmmədli
və Axundlu kəndlərinin hər birində 30 şagird
yerlik ibtidai məktəb binaları tikilib, müasir inventar və
avadanlıqlarla təchiz edilərək istifadəyə
verilib.
Bu müddətdə Musabəyli kənd orta məktəbi
üçün 60 şagird yerlik 3, Qaraqoyunlu orta məktəbi
üçün 80 şagird yerlik 4, Qaradağ əsas məktəbi
üçün 80 şagird yerlik 4, Kövlüc kənd əsas
məktəbi üçün 40 şagird yerlik 2 əlavə
sinif otağı, Gəgəli kənd orta məktəbi
üçün idman zalı tikilib. 1 saylı Ağsu şəhər
məktəb liseyi əsaslı təmir olunub. Dövlət
Proqramının icra olunduğu müddətdə ümumilikdə
3056 şagird yerlik 13 yeni məktəb binası və 4 məktəbdə
260 şagird yerlik 13 əlavə sinif otağı tikilib.
2004-2008-ci illərdə səhiyyə və digər
sosial obyektlərin bərpası və tikintisi böyük
uğurla aparılıb. Belə ki, rayon Mərkəzi xəstəxanasının
reanimasiya, cərrahiyyə, qanköçürmə,
genekologiya, infeksion xəstəliklər, təcili tibbi
yardım, məhkəmə tibbi ekspertiza və potoloji anotomiya
şöbələri, əməliyyat bloku əsaslı təmir
edilərək müasir avadanlıqlarla təchiz edilib.
Bico kənd xəstəxanası və Ərəbuşağı
kənd ambulatoriyası əsaslı, Mərkəzi xəstəxanada
poliklinika, Ləngəbiz kənd feldşer-mama məntəqəsi,
Bozavand kənd həkim ambulatoriyası və Uşaq xəstəxanası
cari təmir olunub. Kalva kəndində 10 çarpayılıq
yeni xəstəxana binası tikilib, inventar və
avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib.
2004-2008-ci illərdə Ağsu şəhərində
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün hər biri 16 mənzildən
ibarət 2 ictimai yaşayış, Daşdəmirbəyli kəndində
kitabxana binası, DSMF Ağsu rayon şöbəsi, Yüksək
Gərginlikli Elektrik şəbəkəsi, rayon
Prokurorluğu, rayon Məhkəməsi, 87 saylı Ağsu
İsmayıllı Seçki Dairəsi Dairə Seçki
Komissiyası, Ağsu rayonu üzrə Maliyyə idarəsi,
Su-Kanal idarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin yerli orqanları üçün inzibati binalar, 4
saylı Ərazi Vergilər İdarəsi üçün
kompyuter terminalı, Ağsuçayın üzərində
piyada körpüsü, Qəhrəmanlar parkı, müasir
tipli Avtovağzal Kompleksi, Kalva, Bico və Gəgəli kənd
poçt şöbələri tikilərək istifadəyə
verilib.
Mədəniyyət sarayının genişləndirilməsi
məqsədilə yenidənqurma işləri başa
çatdırılıb, Saray müasir avadanlıqlarla təchiz
olunmaqla istifadəyə verilib. Rayonun Qaraqaşlı kəndinin
ərazisində şəhərin və
Ağsu-İsmayıllı sərhədlərində rayonun
adını bildirən yeni stellalar tikilib. Şəhərin
M.Hüseyn kəndində yerləşən 4 və 5 nömrəli
2 ictimai yaşayış binalarında bərkitmə işləri
aparılıb, 50 mənzilli, 5 mərtəbəli ictimai
yaşayış binasının tikintisi başa
çatdırılıb. Bakı-Qazax magistral yolunun Ağsu
şəhərindən keçən hissəsində, Vidadi
küçəsinin bağlanğıcında
(hündürlüyü 65 metr) Azərbaycan
Respublikasının Dövlət bayrağı
ucaldılıb.
Şəhərin baş meydanında ulu öndərin
adını daşıyan 2 mərtəbəli muzeyin, Heydər
Əliyevin abidəsinin, Ağsu aşırımında Heydər
Əliyev Seyrəngahının, "Azərdəmiryolbank"ın
Ağsu filialının, Fövqəladə Hallar Nazirliyinin
Yanğından Mühafizə Xidməti üçün
inzibati binanın, alkoqollu içkilər və meyvə
şirələri istehsal edən zavodun, Ağsu
aşırımında rayonun, Pirhəsənli kəndi ərazisində
şəhərin adını bildirən stellaların və
onlarla digər ticarət, iaşə, məişət və
servis xidməti obyektlərinin tikintisi başa
çatdırılıb. Bunlardan başqa,
"Kapitalbank"ın Ağsu rayon filialında, Ağsu rayon
İcra hakimiyyətinin inzibati və Telekommunikasiya
Qovşağında əsaslı təmir işləri
görülüb. Poçt xidmətlərinin keyfiyyəti
yüksəlib, əhaliyə göstərilən xidmət
növlərinin sayı artırılıb. Mərkəzi
poçt şöbəsi müasir
avadanlıqlarla təchiz edilib.
2004-2008-ci illərdə rayonun elektrik təsərrüfatında
da bir sıra işlər görülüb. Rayon
Paylayıcı Elektrik Şəbəkəsinin
"Ağsu" yarımstansiyasının gücünün
artırılması məqsədilə 7,5 MVA gücündə
transformator 16 MVA gücündə transformatorla əvəz
edilib. 63 ədəd 10/04 kv-luq transformator
yarımstansiyasında əsaslı təmir işləri
aparılıb, 164 ədəd ağac və 209 ədəd dəmir
beton dirəklər yenisi ilə əvəz edilib. Şəhərin
elektrik təsərrüfatında yenidənqurma işlərinə
başlanılıb, bu məqsədlə 1045 ədəd
elektrik dayaqları yeni dəmir beton dayaqlarla əvəz edilib,
46,9 km elektrik verilişi xətti SİP kabellə əvəz
edilib.
Ağsu Magistral Qaz Kəmərləri idarəsi nəzdində
yeni Ağsu rabitə ötürücü stansiya istifadəyə
verilib. Rayonun qaz təsərrüfatında cari təmir
işləri görülüb. Şəhərin Heydər Əliyev
küçəsi və ona yaxın küçələrdə
olan mövcud abonentlərin qaz təchizatının
yaxşılaşdırılması üçün 3900 p/m,
orta təzyiqli qaz kəməri çəkilib, 9 ədəd
qaz tənzimləyici şkaf quraşdırılıb. Şəhərin
Vidadi küçəsində 60 mənzilli 2
yaşayış binasına qaz vermək üçün 460
p/m yeni qaz kəməri çəkilib.
Rayonun Padar kəndinin qaz təsərrüfatında təmir-bərpa
işləri aparılıb, 200 abonentin qaz xəttinə
sayğac quraşdırılaraq kəndə qaz verilişi bərpa
olunub. Əvvəllər qazlaşdırılmayan Dilman kəndində
qaz təsərrüfatının tikintisi başa
çatdırılaraq kəndə qaz veriib. Rayonun
dağlıq ərazisində yerləşən Xatman, Hacman,
Kalva və Suraxanı kəndlərinin
qazlaşdırılması təmin olunub. Daşdəmirbəyli,
Bozavand və Kəndoba kəndlərinin təbii qaz təsərrüfatında
təmir-bərpa işləri həyata keçirilib. Rayon
üzrə 3747 ədəd qaz sayğacı
quraşdırılıb. Şəhər əhalisinin
içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə bir
sıra küçə, məhəllə və ictimai
yaşayış binalarına 4875 p/m su kəməri çəkilib.
Şəhərin Heydər Əliyev küçəsində
2580 p/m magistral su xətti tamamilə yenisi ilə əvəz
edilib.
Yeni tikilmiş DSMF Ağsu rayon şöbəsinin və
rayon Prokurorluğunun inzibati binalarına, Qəhrəmanlar
parkına, məscidə və 100 fərdi abonent
üçün yeni su xətti çəkilib. 17 büdcə,
15 ticarət və xidmət obyektinə, 400 fərdi abonentin mənzilinə
su sayğacı quraşdırılıb.
İlxıçı, Çaparlı, Pirhəsənli, Qaravəlli,
Qaraqaşlı, Qiyaslı, Rəhimağalı, Şahbəyli,
Ərəbuşağı və Növcü kəndlərinin
hər birində bir ədəd subartezian quyusu qazılıb
istifadəyə verilib. Eyni zamanda, Mənzil İstismar idarəsi
tərəfindən ictimai yaşayış binalarının
kanalizasiya sistemində əsaslı və cari təmir işləri
aparılıb, 8 ədəd ictimai yaşayış
binasının dam örtüyü təmir edilib. Bu işlərə
ümumilikdə 45,5 min manat vəsait xərclənib.
Bundan başqa, 4 saylı Ağsu şəhər,
Çaparlı kənd orta, Gəgəli və Qiyaslı kənd
əsas məktəblərində əsaslı, təhsil
şöbəsinin əsas binasında, Daşdəmirbəyli,
Ərəbuşağı, Ülgüc, Nuran kənd orta,
Padar kənd əsas, Şahbəyli, Rəhimağalı, Bənəcik
kənd ibtidai məktəblərində cari, Ləngəbiz,
Qaraqoyunlu, Musabəyli kənd və 2 saylı şəhər
orta, Göydəlləkli, Qaravəlli kənd əsas,
Hacıqədirli kənd ibtidai məktəblərində cari
təmir işləri aparılıb. 2004-2008-ci illərdə
rayonun ümumtəhsil məktəblərinə 211 ədəd
kompyuter verilib, mebel və avadanlıqlarla təchiz edilib.
Ümumiyyətlə, 1 oktyabr 2003-cü il tarixdən
01.01.2009-cu il tarixədək rayonda fəaliyyətə
başlayan yeni və bərpa edilmiş müəssisələrdə,
aparılan abadlıq-quruculuq işlərində və digər
mövsümi işlərdə 5916 nəfər işlə təmin
olunub və bunlardan 3109 nəfəri daimi işlə təmin
olunanlardır.
(ardı var)
Tərlan Nəsirli
Mövqe.-2011.- 26 noyabr.- S. 10.