Lənkəran
iqtisadiyyatı dinamik yüksəliş mərhələsindədir
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı dövlət proqramları çərçivəsində
həyata keçirilən kompleks tədbirlərin
nəticəsi olaraq Lənkəranda
iqtisadiyyatın bütün sahələrində
ciddi irəliləyişlər əldə
olunub. 2011-ci ilin birinci yarısının sosial-iqtisadi
yekunlarının təhlili fonunda bunu əminliklə söyləmək olar. Bu müddətdə əldə
olunmuş uğurlar, eyni zamanda rayon
rəhbərliyinin fəaliyyətinin səmərəli və
məqsədyönlü olduğunu
göstərir.
2011-ci ilin birinci yarısında rayon üzrə
ümumi məhsul buraxılışı 9,2 faiz artaraq 82
milyon manat təşkil edib. Sənayedə 6,1 milyon manatlıq
və ya ötən ilin müvafiq dövrünə nisbətən
6 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət
sektorunda istehsalın həcmi 6,2 faiz artıb, ümumi həcmdə
onun xüsusi çəkisi 66,7 faiz təşkil edib. Cari ilin birinci yarısında
rayonda cəmi 712 yeni iş yeri
açılıb və
onlardan 505-i daimidir.
Hesabat dövründə tikinti-quraşdırma
işlərində istifadə
edilmiş investisiyaların
həcmi 14,4 milyon manat təşkil
edib. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 22,8 min kvadrat-metr olan yeni yaşayış
evləri tikilərək
istifadəyə verilib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə
fərdi mənzil tikintisi 6,0 faiz
artıb.
İlin birinci rübündə
239 ha sahədən 504 ton taxıl
yığılıb. Bu müddətdə rayonda 2443 ton kartof, 22200
ton tərəvəz, 77,2 ton yaşıl çay yarpağı istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu
mal-qaranın sayı
2,3 faiz çoxalıb,
diri çəkidə
ət istehsalı 31,9
faiz, süd istehsalı 4,6 faiz, yumurta istehsalı 2,2 faiz artıb. 2011-ci ilin birinci yarısında
rayonda iqtisadiyyatın
və sosial sferanın inkişafına
14,5 milyon manat investisiya yönəldilib.
2011-ci ilin birinci
yarımilində əhaliyə
110,3 milyon manatlıq ticarət, 23,3 milyon manatlıq pullu xidmətlər göstərilib. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə ticarət
xidməti 4,9 faiz, pullu xidmətlər
11,2 faiz artıb. Ötən dövrdə əhali gəlirləri 6,2 faiz, xərcləri
5,9 faiz çoxalıb.
Rayon üzrə orta aylıq əməkhaqqı 206 manat
olub və ya 9 faiz artıb.
Əhalinin faydalı məşğulluğunun təmini,
işsizlərin sosial
müdafiəsinin təşkili
də rayon rəhbərliyinin
diqqət mərkəzində
olub. 2011-ci ilin 6 ayında rayon Məşğulluq Mərkəzinə
işlə təmin olunmaqdan ötrü 565 nəfər müraciət
edib və onlar iş axtaran
kimi qeydiyyata götürülüb. 33 nəfərə işsiz statusu, 372 nəfərə
isə işlə təmin olunmaq üçün göndəriş
verilib və onların da 263 nəfəri qadınlardır.
Hazırda idarə, müəssisə və təşkilatlarda 276 boş
iş yeri vardır.
2011-ci ilin birinci
yarımilində 17,3 milyon manat vəsait
əmək pensiyaları
və müavinətlərin
ödənilməsinə yönəldilib.
Bu dövrdə pensiyaların vaxtında ödənilməsi də
təmin edilib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqqının yığılması
üzrə proqnoza 101,4 faiz əməl
olunub. 2006-cı ilin yanvarın 1-dək pensiyaya çıxmış
şəxslərin pensiyalarının
əmək stajı nəzərə alınmaqla
yenidən hesablanması
istiqamətində də
bir sıra işlər görülüb.
21 mindən çox
vətəndaşın pensiyasına
yenidən baxılıb.
Ünvanlı dövlət sosial yardım almaq üçün rayon
Əhalinin Sosial Müdafiəsi Mərkəzinə
müraciət etmiş
1596 ailədən 1282-si qeydiyyata
alınıb, 1100 ailəyə
təyinat verilib, 182 ailəyə yardım verilməsindən imtina edilib. Birinci yarımildə 1100 nəfər
ünvanlı dövlət
sosial yardım alanlara hər ay 110 min manat vəsait ayrılıb. Ümumilikdə, hazırda rayonda 2340 nəfər ünvanlı
dövlət sosial yardım alır. Bu müddətdə 5975 nəfər
sosial müavinət alan üçün
1 milyon 374 min 739 manat vəsait ayrılıb. Tənha, ahıl və ya əlil vətəndaşların
sayı 116 nəfər
olub və onlara 13 sosial işçi xidmət göstərir. İlin birinci
yarısında Türkəkəran
kəndində Qarabağ
əlili üçün
fərdi yaşayış
evi tikilərək istifadəyə verilib.
Rayonda məskunlaşmış qaçqın və məcburi köçkün
ailələrinin sosial-məişət
problemlərinin həlli
istiqamətində də
müntəzəm iş
aparılır. Şəhər İcra hakimiyyəti tərəfindən qaçqın
və məcburi köçkünlərə 3000 manatlıq ərzaq yardımı verilib.
Hesabat dövründə iş
adamlarının qayğı
və problemləri də diqqət mərkəzində olub. Sahibkarlığın inkişafı
üçün yaradılmış
əlverişli şəraitin
nəticəsi olaraq rayonda istehsalın həcmi sənayedə 65,5 faiz, aqrar
bölmədə 99,9 faiz,
pullu xidmətlərin
83,3 faizi özəl bölmənin payına düşür. 2011-ci ilin
birinci yarısında
sahibkarlara, iş adamlarına
və vətəndaşlara,
bank və kredit təşkilatları tərəfindən
16 milyon manat kredit verilib.
Son illər Lənkəranda yeni məktəblərin tikintisi
və əsaslı təmiri sahəsində də bir sıra
işlər görülüb. Hazırda şəhər 4 saylı
məktəb-lisey üçün
560 şagird yerlik əlavə korpusun, Osaküçə və Şovu kənd tam orta məktəblərinin
hər biri üçün 220 şagird
yerlik binaların tikintisi davam edir. Şəhər 3 saylı orta
məktəb və 17
saylı uşaq bağçasının binalarını
əsaslı təmir
olunub.
Rayonun səhiyyə müəssisələrində əhaliyə göstərilən
tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən
işlər görülür. Hazırda rayonun səhiyyə
sistemində normal infrastruktur
yaradılıb. Müasir
Regional Müalicə Diaqnostika
Mərkəzi, Uşaq
Poliklinikası, Mərkəzi
Xəstəxananın nəzdində
Perinatal Mərkəzin
imkanları hesabına
tibbi xidmətin səviyyəsi yaxşılaşıb.
Bununla yanaşı,
rayon rəhbərliyi Lənkəran
səhiyyəsində mövcud
problemlərin həlli
istiqamətində də
sistemli iş aparır.
Lənkəran şəhərinin
2011-ci ildə "Azərbaycanın
Folklor Mərkəzi"
elan olunması da son dərəcə əlamətdar hadisələrdəndir. Bununla əlaqədar rayonda
lazımi təşkilati
işlər görülür.
Xalq Sənətkarlığı və
folklor nümunələri
toplanılır, sərgilər,
televiziya verilişləri
təşkil edilir.
Eyni zamanda 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunması ilə əlaqədar rayonda turizm obyektlərində monitorinq keçirilib, bu müəssisələrdəki
xidmətin səviyyəsinin
yüksəldilməsi üçün
tədbirlər görülüb.
Əhaliyə göstərilən xidmətin səviyyəsinin
yaxşılaşdırılması üçün son zamanlar
müasir üslubda xidmət göstərən
obyektlər tikilərək
istifadəyə verilib. Lənkəran şəhərində 16 nəfərlik "Xan-Lənkəran"
otel binası və Sütəmurdov kəndində "Palmalife"
Turizm İstirahət kompleksi tikilib. Rayonda bu sahədə görülən məqsədyönlü
tədbirlər nəticəsində
keçən illərə
nisbətən rayona gələn turistlərin sayı artıb.
2010-cu il ərzində
rayona cəmi 8 minə yaxın turist gəlmişdisə,
2011-ci ilin 6 ayında bu rəqəm artıq 7 min nəfəri
keçib.
Lənkəran Gənclər və İdman İdarəsi "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının
icrası istiqamətində
tədbirlər müəyyənləşdirərək
onların həyata keçirilməsi üçün
məqsədyönlü işlər
görür. Gənclərin hərbi vətənpərvərlik,
vətəndaşlıq tərbiyəsi
işinin ümumilikdə
gənclər siyasəti
işi uğurla davam etdirilir.
Vətəndaşların ərizə və şikayətlərinə
baxılması işi
rayon rəhbərliyinin xüsusi
diqqət mərkəzindədir. 2011-ci ilin
birinci yarısında
Lənkəran Şəhər
İcra hakimiyyətinə
2625 yazılı müraciət
daxil olub. Bu, ötən illə müqayisədə 217 müraciət
azdır (ötən il 2842 olmuş).
Daxil olmuş müraciətlərin 2528-i ərizə
(ötən il
2534 olmuş), 95-i şikayət
(ötən il 76 olmuş), 5-i təklif olub. Dövlət orqanlarından və digər qurumlardan baxılmaq üçün
göndərilən 811 müraciətin
667-si Prezident Administrasiyasından,
26-sı Milli Məclisdən,
15-i Nazirlər Kabinetindən,
103-ü respublikanın digər
təşkilatlarındandır. 1814 müraciət birbaşa şəhər
rəhbərliyinin ünvanına
göndərilib. 894 müraciətə nəzarət
qaydasında baxılıb.
Müsbət həll olunan
müraciətlərin sayı
789, qismən həll olunan müraciətlərin
sayı 75, müvafiq izahat verilən müraciətlərin sayı
1380, əsassız müraciətlərin
sayı 39 olub.
Müraciətlərin təhlilində əhalinin ehtiyacı, vətəndaşları daha
çox narahat edən problemlər, eləcə də bəzən məqsədlərinə
çatmaq üçün
əsassız yazışmaların
olduğu özünü
göstərir. Məlumatda 895 müraciət əhalinin mənzil məsələsi ilə əlaqədar olub. Onlardan 483-ü fərdi ev tikintisinə
icazə, 165-i fərdi
ev tikmək üçün həyətyanı
sahə, 105-i mənzillə
təminat, 91-i mənzillərin
təmirinə kömək,
38 ərizə isə
mülki mübahisələr
barədə olub. Mənzil məsələləri ilə
bağlı müraciətlərin
18-i şikayət xarakterlidir.
Müraciətlərdən 424-ü əmək və əhalinin sosial müdafiəsi məsələlərindən, 158-i birdəfəlik maddi yardımın verilməsi,
142-si işlə təmin
olunmaq, 97-si ünvanlı
sosial yardım təyinatı ilə bağlı, 12 ərizə
əmək pensiyalarının
hesablanmasından narazılıqlarla
bağlı olub. Qaz və elektrik
sayğaclarının qurulması
ilə əlaqədar
yaranmış problemlər,
əsassız cərimələrin
tətbiq edilməsi, elektrik dirəklərinin nasazlığı, digər
enerji və istilik təsərrüfatı
məsələləri ilə
bağlı müraciətlərin
sayı 66 olub.
Şəhər İcra hakimiyyətinə daxil olmuş yazılı müraciətlərin 789-u müsbət,
75-i qismən həll olunub, 1380 müraciətə
müvafiq izahat verilib, 39-u əsassız sayılıb, 342-si icraya götürülüb. 894 müraciətə
nəzarət qaydası
ilə baxılıb,
268 təkrar daxil olmuş (ötən il 216 olmuş),
134 müraciətin icra
müddəti pozulub. Cari ilin birinci
yarısında Lənkəran
Şəhər İcra
hakimiyyətində 3128 nəfərin,
o cümlədən hər
həftənin cümə
günü keçirilən
qəbullarda 1080 nəfərin
şifahi müraciətinə
baxılıb. Vətəndaşların problemlərinin yerindəcə
həll edilməsi istiqamətində də ciddi addımlar atılıb.
(ardı var)
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu tərəfindən
maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Tərlan NƏSİRLİ,
Bakı-Lənkəran-Bakı
Mövqe.- 2011.- 21 oktyabr.- S.10.