Naməlum dövlətə aid arxeoloji materiallar aşkarlandı
Oğuz rayonunun Kərimli
kəndində arxeoloji
tədqiqatlar davam edir
Oğuz
rayonunun Kərimli kəndində eramızdan
əvvəl II minilliyə
aid olan, 250 il
davam etməsi ehtimal edilən, amma adı bu
günə qədər
məlum olmayan Azərbaycan dövlətinə
dair arxeoloji materiallar aşkar edilib. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) rəsmi saytına
istinadən verdiyi məlumata görə,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi,
Şəki-Qax-Oğuz ekspedisiyasının
rəhbəri Nəsib
Muxtarov deyib ki, Kərimli kəndindəki kurqanlarda aparılmış arxeoloji
qazıntılar zamanı
bu dövlətin eyni və ya
müxtəlif sülalələr
tərəfindən idarə
edilməsi ehtimalı
ortaya çıxıb.
O bildirib ki, Kərimli
kəndindəki 2 saylı
kurqandakı dəfn çalasından çıxan
arxeoloji materiallar, xüsusilə keramika, qab qırıqları güman etməyə əsas verir ki, bu abidə,
yəni 2 saylı kurqandakı dəfn eramızdan əvvəl II
minilliyin I rübünə,
yəni orta tunc dövrünə təsadüf edir.
Qeyd edək ki, Kərimli
kəndində təxminən
3 hektar ərazidə
14 belə kurqanın olduğu yer və hazırda arxeoloji qazıntıların
aparıldığı ərazi
el arasında “Hökmdar
məzarlığı”, rəsmi
sənədlərdə isə
“Qazı yeri” adlanır.
Ərazidə arxeoloji tədqiqatlar davam edir.
Mərkəz.- 2011.- 8 yanvar.-S.10