Lənkəran teatrının 120 illiyi qeyd olunur

 

1891-ci ildə Nəcəf bəy Vəzirovun "Oddan alova ya yağışdan çıxdıq, yağmura düşdük" pyesi əsasında hazırlanan tamaşa ilə Lənkəranda teatrın əsası qoyulub. Rusiyanın Sankt-Peterburq şəhərində təhsil almış bir qrup Lənkəran ziyalısı 120 il bundan əvvəl-1891-ci il yanvarın 18-də rayondakı uşaq evində tərbiyə alan valideyn himayəsindən məhrum olan uşaqlar üçün həmin tamaşanı göstərib. Hazırda Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı nəinki cənub bölgəsində, o cümlədən respublikada xarici ölkələrdə tanınır sevilir. Bu gün teatrda iki nəfər Xalq artisti, bir nəfər Əməkdar artist, bir nəfər Əməkdar İncəsənət xadimi çalışır.

Bu yaxınlarda teatr truppası Türkiyənin paytaxtı Ankara şəhərində keçirilmiş Beynəlxalq teatr festivalında uğurla çıxış edib. Dünyanın müxtəlif ölkələrindən 185 teatr kollektivi bu incəsənət yarışmasına tamaşalarını təqdim etsə , onlardan yalnız 58-i, o cümlədən Lənkəran Dövlət Teatrı festivalda iştirak etmək hüququ qazanıb. Teatrın kollektivi türkiyəli sənətsevərlərə macard dramaturqu Mikloş Xubainin "Şeytanın oyunları" tamaşasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Zurab Pxakadze İslam Həsənov, quruluşçu rəssamı Daviti Qoderidze, musiqi tərtibatçısı Laşa Zalkolianadır. Əsas rolları Xalq artisti Qabil Quliyev, aktyorlardan Adil Zeynalov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Eynəli Nurullayev başqaları ifa ediblər.

Teatrın direktoru  İslam Həsənov kollektivin 2011-ci il planlarından söhbət açaraq bildirib ki, bu il teatrın nəzdində fəaliyyət göstərən gənclərdən ibarət "Ümid" studiyasında Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə "Aşıq Qərib" xalq dastanı əsasında mimodrama (sözsüz tamaşa) hazırlanacaq. Teatrda həmçinin M.F.Axundovun "Lənkəran xanının vəziri", Kamran Nəzirlinin "Şeytanın işığı", Rəhman Əlizadənin "Əbləhlərin toyu" digər əsərlərin tamaşaya qoyulması nəzərdə tutulub.

 

 

Mövqe.-2011.-13 yanvar.- S.13.