"Böyük Ermənistan"
xülyası
İşğalçı
Ermənistanın Azərbaycan torpaqlarına müdaxiləsi,
17 min kv.km ərazimizi işğal etməsi eyni zamanda erməni tarixçilərinin və siyasətçilərinin
Azərbaycan və Türkiyəyə qarşı ərazi
iddiaları ilə çıxış etmələri ermənilərin
zamanında edilən güzəştlərə
nankorluqlarının və hər bir əməllərinin kökündə
işğalçılıq siyasətinin dayanmasının bariz nümunəsidir. Əgər
hal-hazırda erməni işğalçıları Azərbaycanın
əraziləri ilə bağlı heç
bir fakta söykənməyən
sərsəm iddialarını ortaya qoyurlarsa, niyə Azərbaycan əsl həqiqətləri
bəyan etməsin? "Böyük
Ermənistan" yaratmaq
xülyasından əl çəkməyən və
yalançı "erməni soyqırımı"nı sübuta yetirməyə çalışan erməni millətçiləri
müasir qloballaşan
dünyada xalqların və ölkələrin
yaxınlaşması yolunda ciddi əngələ
çevriliblər. Dünyanın hər
yerinə səpələnmiş çoxsaylı erməni təşkilatlarının
geniş maliyyə
imkanları, Qriqorian kilsənin
istiqamətverici və təşkilatçılıq
rolu, ayrı-ayrı
ölkələrin, o cümlədən
böyük dövlətlərin müxtəlif
strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilərin dünya siyasətinə təsir göstərməsi
sülh və əmin-amanlıq üçün,
insanlığın gələcəyindən
ötrü təhlükəli
maneədirlər. İkili standartlar
və "xristian həmrəyliyi"nin beynəlxalq münasibətlərdə mühüm rol oynadığı müasir
dövrdə, beynəlxalq hüquq normalarına açıq-aşkar
zidd olaraq Azərbaycan torpağı olan
Dağlıq Qarabağ
erməni separatçı-terrorçularının əlində
qalmaqdadır.
Özgə torpaqlarını işğal etmək üçün terroru, soyqırımları özlərinə peşə
seçmiş erməni millətçiləri bu bəd niyyətlərini guya vaxtı ilə
Aralıq dənizi - Qara dəniz
- Xəzər dənizi arasında geniş
torpaqları əhatə etmiş
uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək xülyasındadırlar. Erməni millətçiləri tarixi saxtalaşdırmaqda
da yeni mərhələyə
qədəm qoyaraq, Azərbaycan tarix elminə
hücumlarını daha da
genişləndiriblər. Təbriz və Ərdəbil də daxil olmaqla tarixi
Azərbaycanın cənub torpaqlarını-uydurma "Böyük Ermənistan"ın tərkib-hissəsi hesab edən ermənilər indi daha da "dərinə"
getməyə başlayıblar. Erməni millətçiləri
hazırda Arazdan cənubda-qonşu
İran İslam Respublikasının ərazisində
öz ata-baba torpaqlarında yaşayan və özlərini bu gün də
"türk" adlandıran
azərbaycanlı
qardaşlarımızı Şimali Azərbaycanda yaşayan azərbaycanlılardan
tamamilə fərqli olan bir
xalq kimi qələmə verməyə başlayıblar. Guya Cənubda
yaşayan azərbaycanlılar Şimalda yaşayan qardaşlarından fərqli olaraq
İran dillərindən
birində danışmış olan "azərilər" adlanan
xalqın nəsilləridir və sonralar,
XV-XXI əsrlərdə onların dilləri
kütləvi surətdə zorla dəyişdirilib.
Sən demə, cənubda yaşayan soydaşlarımız - cənubi azərbaycanlılar
"genetik baxımdan
bizə deyil, ermənilərə daha
yaxın bir xalq"dır. Ermənilərin
bu istiqamətdə apardıqları tədqiqatların nəticələri
artıq indidən sübut edir ki, onların (yəni
ermənilərin) cənubi azərbaycanlılarla antropoloji parametrlərinin çoxu eynidir; belə ki, "cənubi
azərbaycanlılar genetik baxımdan
özlərinin Azərbaycan
Respublikasındakı həmvətənlərindənsə
ermənilərə daha
yaxındırlar". Mətləb aydındır, erməni
saxtakarları Azərbaycanın Arazdan cənubdakı tarixi
torpaqlarını öz saxta
"tədqiqatlarında"
özününküləşdirdikdən sonra,
indi də həmin ərazidə
yaşayan Azərbaycan
türklərinin mənşəyini
saxtalaşdırırlar. Guya "Böyük Ermənistan"ın tərkib hissəsi olmuş
Cənubi Azərbaycan
torpaqlarının əhalisi də bizimlə deyil,
ermənilərlə bir
kökdəndirlər!?
Yeri gəlmişkən qeyd edim ki, tarixdə heç bir zaman
üç dəniz
- Aralıq dənizi, Qara dəniz və Xəzər
dənizi arasındakı geniş əraziləri əhatə edən "Böyük
Ermənistan" adlı dövlət
olmayıb. Bu uydurmadır
və bu uydurmanı elmə sırıyarkən erməni
saxtakarları vaxtilə Fəratın yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud
olmuş "Kiçik
Ermənistan" və "Böyük Ermənistan" adlanan iki coğrafi vilayətdən birinin - sonuncunun adından istifadə ediblər və coğrafi termini siyasiləşdirib (qeyd edim ki, "Böyük Ermənistan" adlanan coğrafi vilayət həqiqətən də "böyük
olduğu üçün
deyil", "Kiçik
Ermənistan" vilayətinə nisbətən
bir qədər "böyük" olduğu
üçün belə
adlandırıldı. Yəni bu "böyük", sözün
həqiqi mənasındakı "böyük"
deyildir!). Əslində isə heç bir ilk mənbə tarixdə "Böyük
Ermənistan" adlanan
dövlətin olduğunu təsdiq
etmir. İndiyə qədər heç bir arxeoloji qazıntı zamanı "Böyük Ermənistan"
adı həkk olunmuş
pul tapılmayıb. Ermənilərin
guya erməni hökmdarı olduğunu iddia etdikləri
parfiyalı II Tiqranın adından zərb olunmuş
pullarda da onun "Böyük Ermənistan" hökmdarı olduğu təsdiqlənmir. Beləliklə,
"Böyük Ermənistan"
tarixi həqiqət deyil,
yalnız və
yalnız, tarixdə heç bir zaman öz
sabit ərazisi olmayan köçəri ermənilər üçün
özgə torpaqlarını
işğal etməyi
qarşısna məqsəd qoymuş başıbəla
"milli ideologiyadır", mürtəce
dini-ideoloji və terrorçu-işğalçılıq
"doktrinasıdır". Bu işğalçı-terrorçu
"doktrina" erməni millətçiləri
tərəfindən özgə torpaqlarına yiyələnmək
məqsədilə uydurulmuşdur və onun əsasında,
artıq yuxarıda qeyd etdiyim
kimi, guya vaxtilə "dənizdən-dənizə"
geniş əraziləri
əhatə etmiş olan uydurma "Böyük Ermənistan"
dövlətini dirçəltmək
ideyası durur. Bu "ideya"nın saxtalığı ondan
aydın olur ki, özlərini az qala regionun
"ən qədim xalqı", "Nuh peyğəmbərin övladları" kimi qələmə verən
erməni millətçilərinin ulu babaları hesab olunan qəbilələr, ümumiyyyətlə,
Asiya qitəsinin yerli əhalisi deyillər, bu
regiona köçüb
gəlmədirlər. Bu həqiqətləri vaxtilə
rus tarixçiləri
də qələmə alıblar. Məlumdur
ki, rus diplomatı
Qriboyedov İranda səfir olduğu dövrdə ermənilərin
köçürülməsi ilə bağlı
narahatçılığını ifadə edərək çara məktub
yazıb. Həmin məktubda o, açıq şəkildə
bildirir ki, ermənilər
məskunlaşdıqları yerlərdə bir
qədər yaşadıqdan
sonra oranın onların ata-baba torpağı olduğunu iddia edirlər. Ermənilərin Cənubi Qafqaza gəlmə olmalarını sübut edən faktlar çar Rusiyası dövründə nəşr olunmuş
ensiklopediyalarda da öz əksini
tapmışdır.
Anrtropoloji araşdırmalar sübut
edir ki, uydurma "ermenvid irqi" və ermənilər
nəinki Cənubi Qafqazın
aborigen əhalisi-yerli sakinləri deyillər,
ümumiyyətlə, Ön Asiyaya da sonradan gəliblər. Arxeoloji
qazıntılar zamanı indiki Ermənistan Respublikası
ərazisindən aşkar olunmuş
qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən insan
qalıqlarının autropoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin
autropoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Bundan əlavə kəllə quruluşuna
görə aparılan
antropoloji tədqiqatlar
erməniləri qısabaşlılar və
ya braxikranlar qrupuna aid edir.
Antropoloqlar (böyük alman
alimi Virxov və başqa məşhur
alimlər) Qafqazın qədim qəbirstanlıqlarından
tapılan kəllələrin ölçülməsinə əsasən
müəyyənləşdiriblər ki, bu diyarın ən qədim
yerli sakinləri uzunbaşlılar və ya
dolixokranlar qrupuna
aiddirlər, yəni ermənilərin mənsub olduğu qısabaşlılar
və ya braxikranlar qrupuna aid deyillər. Bu da bir daha
sübut edir ki, indiki ermənilər
Qafqazın yerli əhalisi deyillər (Djavaxaşvili İ.A., İstoriya
qruzinskoqo naroda, Tiflis, 1916).
Erməni siyasətçilərinin və onların
"uzaqgörən"
dövlət
xadimlərinin "Böyük
Ermənistan" planlarının
son həlqəsi isə Qarabağ
torpaqları ilə bağlıdır. İki əsrə yaxın bir zamanda aparılan
siyasətin davamı kimi, azərbaycanlıları
tarixi torpaqlarından
sıxışdırıb çıxarmaq, bu
ərazilərdə mifik
"Böyük Ermənistan"
yaratmaq məqsədi ilə Azərbaycan və
türk xalqları onilliklər boyu müntəzəm surətdə
ermənilərin ideoloji, hərbi
və mədəni təcavüzünə məruz
qalıb. 1978-ci ildə Qarabağa köçüb gəlmələrinin
150 illiyini qeyd edən ermənilər, 10 il
sonra bədnam niyyətlərini
üzə çıxararaq, guya bu ərazilərin qədim
sakinləri olmaları barədə qondarma
dəlil və
sübutları ilə dünyaya car çəkməyə
başladılar. Erməni millətçiləri
SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki
ilə Dağlıq Qarabağı güclə Ermənistana
birləşdirmək üçün Azərbaycana qarşı
açıq təcavüzə başladılar və az sonra tammiqyaslı
hərbi əməliyyatlara keçdilər.
Zaman-zaman bu münaqişə
erməni din xadimləri,
erməni generalları,
ermənipərəst xarici havadarlar, xüsusən Rusiyanın ermənipərəst siyasi xadimləri, sonunda erməni lobbisi tərəfindən
himayə edilib. Əslində, ermənilərin
Dağlıq Qarabağ iddiasının
heç bir obyektiv əsası yoxdur. Çünki məsələdə hər şey
qondarma, saxta, subyektiv fakt və amillər üzərində qurulub. Ermənilərin Dağlıq Qarabağla bağlı ərazi
iddiası, onların tarixi Azərbaycan
torpaqlarına əvvəlcə ovuc-ovuc, sonra qarış-qarış və nəhayət, qucaq-qucaq artan ərazi iddialarının ən yüksək
pilləsidir. Hələ bu azmış kimi, minlərlə
Azərbaycan abidələrini məhv etmiş
ermənilər və
erməni kapitalının nökərləri Azərbaycanda
"erməni xaçı axtarışlarına"
çıxıblar. Bütün dünyaya car çəkirlər
ki, Naxçıvanda onların tarixi abidələri dağıdılır. Digər tərəfdən Ağdamda
"arxeoloji qazıntılar"
apararaq "paytaxtlarını"
tapırlar. Çox gülməli
faktdır. İndinin özündə
də Azərbaycanın əzəli
torpaqlarında köhnə şakərlərinə sadiq qalaraq əvvəlcədən
basdırdıqlarını çıxarmaqla məşğuldurlar.
Ermənilər Rusiyada, Gürcüstanda, Şimali Qafqazda, Ukraynada və dünyanın başqa yerlərində də
qədim erməni məskənləri olması
barədə cəfəng iddialarını ortaya qoyurlar. Bu
bir erməni xəstəliyidir.
Bu xəstəliklə
ən çox üzləşən isə
türk etnosudur, azərbaycanlılardır.
Bu xəstəliyin nədən ibarət olduğunu
biz daha yaxşı görürük. Bu prosesin ermənilər üçün
faciəvi sonluqla başa çatacağını
proqnozlaşdırmaq o
qədər də
çətin deyil. Elə
Ermənistanın hazırkı durumuna nəzər salmaq kifayətdir ki, bu ölkənin və erməni
xalqının faciə içərisində olduğunu
görəsən. Bunun bariz
nümunələrindən biri Ermənistandan mühacirətin kütləvi
xarakter almasıdır. Hazırda Ermənistanda
heç 2 milyon adam qalmayıb. Ermənilər guya
özlərinə prezident
seçirlər, ancaq, əslində, Ermənistan
vassal vilayətdir, başqa
ölkə tərəfindən idarə olunan
forpostdur. Onun
iqtisadiyyatı da, mənəviyyatı
da, siyasəti də əlindən
alınıbdır.
Ermənilər siyasi-ideoloji mübarizədə də
Azərbaycana uduzublar. Bu mübarizədə Azərbaycan
üstün mövqedədir. Azərbaycan
cəmiyyəti Ermənistan cəmiyyətindən yüksəkdə
dayanır. Təbliğat və ideoloji
müharibə cəbhəsinə
gəldikdə isə ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasətin və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir
ki, ermənilər uduzurlar.
İlham Ələsgərov
Mövqe.-2011.- 25 yanvar.-S.4.