Qobustan dinamik inkişaf və tərəqqi
yoluna qədəm qoyub
Qobustan Şirvan bölgəsinin son illərdə
sürətlə inkişaf edən, müasirləşən
inzibati rayonlarından biridir. Azərbaycanda insanların ən
qədim yaşayış məskənlərindən
sayılan bu məkanın ilk adı Duvannı olub. Duvannı
stansiyası 1893-1994-cü illərdə yaranıb, 1901-1905-ci
illərdə ilk dəfə Duvannı stansiyasından xaricə
neft göndərilib. 1935-1937-ci illərdə Azərbaycanda ilk
dəfə olaraq Duvannıda kəşfiyyat neft buruğu
işə salınıb. 1945-1949-cu illərdə Duvannı Hacıqabul
rayonunun tərkibinə daxil edilib. 1950-1954-cü illərdə
Duvannı rayonu yaranıb. 1956-cı ildən yenidən Molotov
(Qaradağ) rayonunun tərkibinə keçib.
1951-ci ildə şəhər tipli qəsəbə
kimi təşkil olunub, 1972-ci ildə isə Duvannının
adı dəyişdirilərək Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin
ərazisi qədim insanların məskunlaşdığı
yerlər olub. Hazırda Qobustan Dövlət Qoruğunda qorunan
qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar
nəticəsində müəyyən edilib ki, qaya təsvirləri
bizim eradan əvvəl II minilliyə - "Daş
dövrü"nə təsadüf edir.
Tariximizin ilk daş səhifələrini özündə
yaşadan Qobustan Böyük Qafqaz dağlarının şərq
və cənub-şərq ətəklərində yerləşir.
Azərbaycanın müasir fiziki-coğrafi bölgəsinə
əsasən Qobustan özlüyündə ayrıca fiziki-coğrafi
sahə (rayon) kimi qeyd edilir. Ərazi Qobustan qərbdən
şərqə 80 km, şimaldan cənuba 100 km məsafədə
uzanır. Ümumiyyətlə fiziki-coğrafi sahə olmaqla
Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ,
Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı, onun əsas
hissəsi (1369,4 km2) 24 aprel 1990-cı ildə
yaradılmış Qobustan inzibati rayonuna daxildir.
Qobustan inzibati rayonu ərazisi az istisna olmaqla,
keçmiş Mərəzə inzibati rayonunun ərazisinə
uyğun gəlir. Şimal-şərqdən Xızı
inzibati rayonu, şərqdə və cənub-şərqdən
Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə
(6 km) Hacıqabul inzibati rayonu, cənub-qərbdən, qərbdən
və şimal-qərbdən Şamaxı inzibati rayonları
ilə sərhəddir. Təxmini şimaldan cənuba 51 km, qərbdən
şərqə isə 45 km məsafədə uzanır.
Qobustan inzibati rayonunun ərazisi mürəkkəb
relyefə malik dağlıq sahədir. Onun öyrənilməsi
ümumi Qobustan ərazisi daxilində tədqiqatçılarının
diqqətindən kənarda qalmayıb, onun tərkibində
araşdırılıb.
Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və
qazla zəngindir. Bunların təbii göstəriciləri
palçıq vulkanlarıdır. Qobustanda da təbii halda
Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim,
Şeyxzərli, Kolanı və s. palçıq
vulkanlarında təzahür edir. Rayonda müxtəlif tikinti
materialları ehtiyatı (əhəngdaşı, qum,
çınqıl), sənaye əhəmiyyətli gillər,
vulkan külü, gips, şist və s. ehtiyatı vardır.
Azərbaycan Prezidenti İlham Əliyevin regionlara diqqət
və qayğısının məntiqi nəticəsi kimi son
illərdə Qobustan rayonu sürətlə inkişaf edir.
Ölkə başçısının 13 sentyabr 2011-ci il
tarixdə Qoyustana səfəri rayon üçün əlamətdar
hadisələrdən biri olub. Səfəri zamanı ölkə
başçısı son illərdə Qobustanda görülən
işləri yüksək dəyərləndirib.
Dövlət başçısı əvvəlcə
rayon mərkəzindəki Heydər Parkında ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət edərək
önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə
məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən
bu park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan
çox ərazisi olan Heydər Parkında yaşıllıq
zolağı genişləndirilib, göz oxşayan fəvvarə
kompleksi yaradılıb. Parkda rayon sakinlərinin istirahəti
üçün hər cür şərait vardır.
Prezident İlham Əliyev Qobustan rayonuna səfəri
çərçivəsində Alternativ və Bərpa Olunan
Enerji Mənbələri üzrə Dövlət Agentliyinin
Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin
açılışında iştirak edib. 38 hektar ərazidə
inşa olunan mərkəz külək, günəş və
bioqaz stansiyaları ilə təchiz edilib. Bu isə ölkədə
alternativ enerjinin hər üç yolla əldə edilməsi
istiqamətində görülən işlərin real
nümunəsidir. Prezident İlham Əliyev mərkəzin fəaliyyətini
əks etdirən stendlə tanış olub. Bildirilib ki, poliqon
ərazisində hər birinin gücü 0,9 meqavata çatan
üç külək turbini, 1,8 meqavat gücündə
günəş enerjisi stansiyası və 1 meqavat
gücündə bioenerji qurğusu yaradılıb. Burada, eyni
zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq
meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə
yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə
işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla
doldurmaq mümkündür. Bir neçə dəqiqə ərzində
enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə
qət edə bilər.
Sonra dövlət başçısı idarəetmə
mərkəzi ilə də tanış olub. Məlumat verilib
ki, burada yaradılan laboratoriyada mərkəzdə istifadə
olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq
mümkündür. İki tədris otağında təlim və
tədris kurslarının təşkili nəzərdə
tutulub. Poliqonda və mərkəzdə texnoloji proses
dispetçer məntəqəsindən idarə olunur.
Ümumilikdə, agentlik tərəfindən ölkə ərazisində
21 ölçü-müşahidə stansiyasının tikilməsi
nəzərdə tutulub və bunun birincisi Qobustandakı mərkəzdə
yaradılıb.
Dövlət başçısı günəş
enerjisinin əldə olunması üçün ayrıca sahədə
yerləşən panelləri müşahidə edib, mərkəzin
sınaq-təcrübə sahəsi ilə tanış olub. Azərbaycan
Prezidenti mərkəzdə istifadə olunan qurğular, o
cümlədən ölkədə istehsalı nəzərdə
tutulan foto-elektron panellərin nümunələrinə
baxıb, ərazidə yaradılan təcrübə
istixanasının fəaliyyəti ilə tanış olub.
Bildirilib ki, burada alternativ enerji ilə istənilən bitkini
lazımi temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki
330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən
mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.
Poliqonun ərazisini gəzən Prezident İlham Əliyevin
diqqətinə çatdırılıb ki, burada qurulan
işıqlandırma sistemi və istixana alternativ enerji ilə
işləyir. Ərazidə birmərtəbəli 10
yaşayış binası da inşa olunub və onların
işıqlandırma sistemi günəş enerjisi ilə
işləyir. Mərkəzin gücünün gələcəkdə
5,5 meqavata çatdırılması nəzərdə tutulub.
Prezident İlham Əliyev Qobustana səfəri çərçivəsində
"Kafur-pas" MMC-nin tinglik mərkəzinin
açılışında da iştirak edib. Dövlət
başçısına məlumat verilib ki, adətən Azərbaycanın
müxtəlif ərazilərində əkilən ağac və
bəzək kolları xarici ölkələrdən idxal
olunur. Qobustanda yaradılan tinglik mərkəzi isə bu məsələnin
daha sərfəli yolla həllinə şərait yaradır.
Ağac, kol bitkilərinin reabilitasiyasının təşkili
və dekorativ bitkilərin becərilməsi üçün
seçilən bu ərazi bütün lazımi şəraitlə
təmin edilib. Tinglik mərkəzinə üç kilometr məsafədən
su xətti çəkilib, suvarma sistemi
avtomatlaşdırılıb. Mərkəzdə əkin sahəsindən
əlavə giriş qala qapısı, su deposu
yaradılıb. Açıq su deposunun üzərində
dördmərtəbəli ekoloji sağlamlıq mərkəzi
tikilir. Ərazidə inzibati bina ilə yanaşı, istirahət
guşələri də yaradılıb. Buradakı iki
süni göldə balıq və digər su canlıları
saxlanılır. Tinglik mərkəzində avtomobillərin
rahat hərəkəti üçün daxili yollara asfalt
örtüyü salınıb. Zövqlə əkilmiş
gözoxşayan ağac və gül kolları burada istirahət
edənlərdə xoş təəssürat yaradır.
Hazırda mərkəzin ərazisində 70 adda 20 mindən
çox ağac və bəzək kolu əkilib.
Dövlət başçısına bildirilib ki, gələcəkdə
burada botanika, zoologiya və idman dərnəklərinin təşkili
də nəzərdə tutulub. 53 nəfərin
çalışdığı tinglik mərkəzində Qırğızıstandan
gətirilən dəvə yunundan qırğız yurtları
da qurulub. Bu yurtların sütunları 99 şam
ağacının gövdəsindən hazırlanır. Mərkəzə
gələn şəxslər burada da istirahət edə bilərlər.
Gələcəkdə tingliyin "Qobustan
Bağ-Bağat" mərkəzi kimi fəaliyyət göstərməsi
nəzərdə tutulur. Mərkəzə gələnlər
müxtəlif növ ağaclar sifariş verməklə
yanaşı, burada ailəvi istirahət edə biləcəklər.
Sonra mərkəzin bitki sərgisi ilə tanış olan
dövlət başçısı görülmüş
işlərdən razılığını bildirib,
tapşırıq və tövsiyələrini verib.
Ölkə başçısının həmin səfərdən
dərhal sonra - 15 sentyabr 2011-ci ildə imzaladığı
"Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" sərəncama
əsasən, Qobustan rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədi ilə Qobustan Rayon
İcra Hakimiyyətinə Azərbaycan Respublikası
Prezidentinin 2 milyon manat vəsait ayrılıb. Bu vəsait
hesabına 13 000 nəfər əhalini, 6 kəndi birləşdirən
23 km-lik Qobustan-Xilmilli yolunun 14 km hissəsinin əsaslı təmiri
işləri aparılıb.
Ötən illərdə rayonda "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da
uğurla icra edilib. Proqramda Qobustan rayonunda həyata
keçirilməsi nəzərdə tutulan 20 tədbirdən
17-nin icrasına başlanılıb. Ümumilikdə, Dövlət
Proqramının icrası nəticəsində 2011-ci ildə
ötən illə müqayisədə ümumi məhsul
buraxılışının həcmi 14 faiz artıb. Bu
artım sənayedə 30 faiz, kənd təsərrüfatında
15,4 faiz, nəqliyyatda 10,8 faiz, ticarətdə 34,8 faiz olub.
Qobustan şəhərində baytarlıq və diaqnostika mərkəzinin,
Bədəlli kəndində isə baytarlıq məntəqəsinin
tikintisi başa çatdırılıb. Şəhərdaxili
küçələrin 4,2 km hissəsində təmir işlərinə
başlanılıb. Ş.Şikarov küçəsinə və
1,2 km uzunluqda Tofiq İsmayılov küçəsinə
asfalt örtüyü vurulub.
Qobustan şəhərində Heydər Əliyev
prospekti abadlaşdırılıb, prospektin 1,2 km hissəsində
ikitərəfli səkilər çəkilib. 2 km-ə qədər
yeni bordürlər qoyulub, yaşıllıq zolağı
salınıb. Prospektin bu hissəsində köhnə
işıq dirəkləri müasir işıq dirəkləri
ilə əvəz edilib. 1 saylı məktəbə və
uşaq bağçalarına gedən yola asfalt
örtüyü çəkilib.
Tərlan Nəsirli
Bakı-Qobustan-Bakı
(ardı var)
Mövqe.- 2012.- 11 aprel.- S.10.