Gənc azərbaycanlı solist dünyanın rəğbətini
qazanıb
Azərbaycan özünün
müxtəlif musiqi alətlərində ifa edən yeniyetmələrilə
də bu gün dünyaya səs salıb. Onlardan bir neçəsi isə hətta beynəlxalq müsabiqələrdə
çıxış edərək
müxtəlif uğurlara
imza atmaqla Azərbaycanın imicini dünya miqyasında geniş şəkildə
tərənnüm edirlər.
Belə beynəlxalq müsabiqə
laureatlarından biri də İncəsənət
Gimnaziyasının 12 yaşlı
solisti, klarnet ifaçısı Mehdi Eyyubovdur. O, gələn
ilin martında Türkiyənin Gdima Şəhərində gənclər
arasında keçirilən
XIV Beynəlxalq kamera
ansamblı müsabiqəsində
ən gənc laureat adını qazanıb. Bu gəncin
cıxışı bəyənildiyindən
cari ilin martın 17-də keçirilən
növbəti, XV müsabiqədə
də iştirak edib. M.Eyyubov tədbirə Trakiya
konservatoriyasının kamera
orkestrilə solist kimi dəvət almışdı. Burada
gənc solist dünya klassik musiqisinin repertuarından Azərbaycan bəstəkar
İsmət Quliyevin
"Prelyudiya" əsərini
seçərək öz
yaradıcılıq fəaliyyətində
növbəti uğura
imza atdı.
Konsertdən sonra təşkilatçılar M.Eyyubova minnətdarlıq
edərək, onun oxuduğu incəsənət Gimnaziyasına
da təşəkkür
məktubu göndəriblər.
Qeyd edək ki, həmin müsabiqəyə həsr
olunan konsertə azərbaycanlı gənc solistdən başqa dünya klassik musiqisi sahəsində az sözünü
demiş bir çox tanınmış musiqiçilər,
Sofiya Konservatoriyasının
professoru Angel Stankov və dosent Bobi Yotzov, Trakiya
Konservatoriyasının dossenti
Aminbay Sabayev da dəvət almışlar sırasında
idilər. Onu da xatırladaq ki, gənc solist yaxşı
olmasına baxmayaraq, indiyə kimi iki il ərzində
20-dən artıq konsert
proqramında daxil edib. O, Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Simfonik Orkestri və başqa konsertlərdə
solist kimi çıxış edərək
tamaşaçıların geniş rəğbətini qazanıb. Mehdi həm də Nazim Gliverdibayov adına gənclərarası
ümumşəhər müsabiqəsinin
laureatıdır. Bu ilin axırlarına isə M.Eyyubovun Rusiya və Bolqarıstanda da solist kimi çıxışları
olacaq. Bundan başqa î beynəlxalq
müsabiqələrdə də
iştirak etməyi planlaşdırır.
Rüfət Nadiroğlu
Mövqe.- 2012.- 11 aprel.- S.11.