Şirvan
2011-ci ildə uğurlu makroiqtisadi
göstəricilərə imza atıb
Şəhər
iqtisadiyyatının əksər sahələrində
artım meyilləri davam edib
Tarixə çevrilmiş 2011-ci ildə Şirvan
şəhəri üçün bir sıra mühüm uğurlarla yadda qalıb.
Ötən il şəhərdə
iqtisadiyyatın bütün sahələri
üzrə göstəricilər diqqətçəkən olub. 2011-ci ilin yanvar-noyabr aylarında iqtisadiyyatın əsas
sahələrində istehsal olunmuş və xidmətlərin həcmi əvvəlki
ilə nisbətən faktiki qiymətlərlə
26.1 faiz artaraq 329221.9 min manat olub.
İstehsal sahələrində məhsul
və xidmətlərin həcminin əsas hissəsi, 273040.4 min manatı və ya 82.9 faizi sənaye məhsulunun payına düşüb. Digər sahələrin ümumi məhsulda payı 17.1 faiz
olub.
Ümumi məhsul buraxılışında xüsusi
çəkiyə malik sənaye sahələrində 273040.4
min manatlıq məhsul istehsal olunub və bu da keçən
ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə
97.1 faiz təşkil edib. Məhsulun 66.7 faizi mədənçıxarma
sənayesində, 12.2 faizi emal bölməsində, 20.6 faizi
elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizat
bölməsində, 0.5 faizi isə su təchizatı,
çirkli suların və tullantıların təmizlənməsi
bölməsində istehsal edilib. 2010-cu ilin yanvar-noyabr
ayları ilə müqayisədə məhsul istehsalı emal
bölməsində sabit qiymətlərlə 9.6 faiz artma, mədənçıxarma
bölməsində isə 6.1 faiz, elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizat 3.5
faiz, çirkli suların və tullantıların təmizlənməsi
bölməsində 0.5 faiz azalma müşahidə olunub.
İlin əvvəlindən keçən vaxt ərzində
sənaye sahələrində istehsal olunmuş məhsulun 30.3
faizi və ya 82830.0 min manatı dövlət və 69.7 faizi və
ya 190210.4 min manatı isə qeyri-dövlət müəssisə
və təşkilatları tərəfindən istehsal edilib. 2011-ci
ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən
yerinə yetirilmiş tikinti işlərinin həcmi 14114.3 min
manat təşkil edib və bu da 2010-cu ilin ilin eyni
dövrünün müvafiq göstəricisindən 2.4 dəfə
çoxdur.
Görülmüş işlərin 5427.0 min
manatını və ya 38.5 faizini yeni tikinti, yenidənqurma,
genişləndirmə, texniki vasitələrin yenidən təchiz
edilməsi işləri, 5249.3 min manatını və ya 37.2
faizini əsaslı təmir, 2902.0 min manatını və ya
20.6 faizini cari təmir işləri, 536.0 min manatını və
ya 3.8 faizini isə sair işlər təşkil edib.
Əhalinin şəxsi vəsaiti hesabına
görülən tikinti işlərinin həcmi qeyd olunan
dövrdə 2648.0 min manat təşkil edib. İstifadəyə
verilmiş fərdi yaşayış evlərinin ümumi sahəsi
34966.0 kv.m, yaşayış sahəsi isə 19074.0 kv.m olub.
2011-ci ilin yanvar-noyabr aylarında istifadəyə verilmiş əsas
fondların dəyəri 3433.0 min manat təşkil edib və
onun da 785.0 min manatı və ya 22.9 faizi istehsal təyinatlıdır.
Əsas kapitala yönəldilən investisiyalar isə 14034.2
min manat həcmində olub və bu da ötən ilin
müvafiq dövrünün göstəricisi ilə
müqayisədə 74.4 faiz təşkil edir.
Qeyd olunan dövrdə nəqliyyat müəssisələri
və avtomobil nəqliyyatı sahəsində fəaliyyət
göstərən hüquqi və fiziki şəxslər tərəfindən
320.2 min ton, yaxud keçən ilin müvafiq dövrünə
nisbətən 8.3 faiz çox yük, 18816.2 min nəfər və
ya 10.1 faiz çox sərnişin daşınıb. Yüklər
və sərnişinlər bilavasitə avtomobil
nəqliyyatı ilə daşınıb.
Rabitə müəssisələri əhaliyə,
müəssisə və təşkilatlara faktiki qiymətlərlə
696.0 min manat dəyərində və ya ötən ilin
müvafiq dövrü ilə müqayisədə 4.8 faiz
çox rabitə xidməti göstərib. Xidmətlərin
548.5 min manatı bilavasitə əhali ilə bağlı olub
və əldə edilmiş gəlir bütövlükdə
dövlət sektorunun payına düşüb. Şəhərdə
hər 100 ailənin sərəncamında 58 statsionar və hər
100 nəfərin sərəncamında 97.4 mobil telefon nömrəsi
vardır.
2011-ci ilin yanvar-noyabr aylarında pərakəndə əmtəə
dövriyyəsi 2010-cu ilin müvafiq dövrü ilə
müqayisədə 11.1 faiz artaraq 112177.4 min manat, pullu xidmətlərin
həcmi 7.5 faiz artaraq 26147.0 min manat təşkil edib. Realizə
olunmuş əmtəələrin 63.0 faizini ərzaq malları,
37.0 faizini isə qeyri-ərzaq malları təşkil edib. Və
onların satışı müvafiq olaraq 11.9 və 4.5 faiz
artıb.
Şirvan şəhərində bir işçiyə
hesablanmış orta aylıq əməkhaqqı 330.3 manat
olmaqla, əvvəlki ilin uyğun dövrü ilə
müqayisədə 12.9 faiz artıb. Yüksək orta
aylıq əməkhaqqı mədənçıxarma sənayesində,
elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizat
bölməsində olub.
01.12.2011-ci il tarixə şəhərdə rəsmi
işsiz statusu ilə qeydiyyata alınanların sayı 723 nəfər
olmaqla, müavinətin orta aylıq məbləği 175.0
manat təşkil edib. 2011-ci ilin yanvar-noyabr aylarında məşğulluq
xidməti orqanlarında rəsmi işsiz statusu alan şəxslərin
sayı 82 nəfər, müavinətin orta məbləği
isə 175.0 manat təşkil edib.
Şirvan şəhərinin sənayesi əsasən
neft hasilatı və elektrik enerjisi istehsalından ibarətdir.
2011-ci ilin yanvar-noyabr ayları ərzində şəhər sənayesində
fiziki şəxs kimi fəaliyyət göstərən fərdi
sahibkarların işi də nəzərə alınmaqla
273040.4 min manatlıq və ya 2010-cu ilin müvafiq dövrü
ilə sabit qiymətlərlə müqayisədə 97.1 faiz təşkil
etməklə, məhsul istehsal edilib, xidmətlər göstərilib.
2010-cu ilin müvafiq dövrünə nisbətən
sabit qiymətlərlə istehsalın emal bölməsində
9.6 faiz artma, mədənçıxarma bölməsində
6.1 faiz, elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizatı
bölməsində 3.5 faiz, su təchizatı, çirkli
suların və tullantıların təmizlənməsi
bölməsində 0.5 faiz azalma müşahidə olunub.
Sənaye istehsalının 92.3 faizi malların, 7.7
faizi və ya 20973.5 min manatı xidmətlərin payına
düşüb. 2011-ci ilin yanvar-noyabr ayları ərzində
sənaye sahələrində istehsal olunmuş məhsulun 30.3
faizi və ya 82830.0 min manatı dövlət, 69.7 faizi və
ya 190210.4 min manatı qeyri-dövlət müəssisələri
tərəfindən istehsal edilib.
Sənaye məhsulunun (işlər, xidmətlər)
istehsalında 66.7 faiz xüsusi çəkiyə malik olan mədənçıxarma
bölməsində məhsul buraxılışı və sənaye
xidmətlərinin göstərilməsi 6.1 faiz, 20.6 faiz
xüsusi çəkiyə malik olan elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizatı
bölməsində 3.5 faiz, 0.5 faiz xüsusi çəkiyə
malik olan su təchizatı, çirkli suların və
tullantıların təmizlənməsi bölməsində
isə 0.5 faiz azalma, 12.2 faizlik xüsusi çəkiyə
malik emal bölməsində isə 9.6 faiz artım
müşahidə olunub.
Sənaye məhsulu istehlakçıları
üçün yüklənmiş malların və göstərilmiş
xidmətlərin həcmi 271906.1 min manat və ya ümumi məhsul
istehsalının 99.6 faizini təşkil edib. 2011-ci il dekabr
ayının 1-nə sənaye müəssisələrin
anbarlarında 2917.1 min manatlıq və ya noyabr ayının
1-i vəziyyəti ilə müqayisədə 821.1 min manat
çox hazır məhsul qalığı olub. Ehtiyatların
37.2 faizi dövlət sektorunun, 62.8 faizi isə qeyri-dövlət
sektorunun payına düşüb.
Mədənçıxarma sənayesində
istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə sabit qiymətlərlə 6.1 faiz
azalıb. 2011-ci ilin yanvar-noyabr aylarında sənayedə məşğul
olanların 44.5 faizi mədənçıxarma sənayesinin
işçisi olub. Bu sahədə işləyən 2178 nəfər
Azərbaycan vətəndaşının və xarici mütəxəssisin
orta aylıq əməkhaqqı sıəvvəlki ilin
müvafiq ayına nisbətən 4.3 faiz artaraq 782.6 manat təşkil
edib.
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdirilmiş
hava ilə təchizatı bölməsində əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə
istehsalın həcmi 3.5 faiz azalma müşahidə olunub.
Elektrik enerjisi bütövlükdə istilik elektrik
stansiyasında hasil olunub.
2011-ci ilin yanvar-noyabr aylarında bu sahələrdə
1022 nəfər çalışıb, onların orta
aylıq əməkhaqqı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 26.0 faiz artaraq 414.2 manat təşkil
edib. Su təchizatı, çirkli suların və
tullantıların təmizlənməsi bölməsində əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə
istehsalın həcmi 0.5 faiz azalma müşahidə olunub.
2011-ci ilin yanvar-noyabr aylarında bu sahələrdə 374 nəfər
çalışıb, onların orta aylıq əmək
haqqı 138.4 manat təşkil edib. Emal bölməsində əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə
istehsalın həcmi 9.6 faiz artıb.
2011-ci ilin noyabr ayında bu sahələrdə 1319 nəfər
və yaxud əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 162 nəfər və ya 14.0 faiz çox
işçi işləyib, onların orta aylıq əməkhaqqı
26.1 faiz artaraq 272.7 manat təşkil edib. Emal sənayesində
əməkhaqqının ən yüksək səviyyəsi
toxuculuq, kompyuter, optik və elektroavadanlıqların
istehsalı və digər sahələr olub.
2011-ci ilin noyabr ayında sənaye sahəsində
işçilərin sayı 4893 nəfər təşkil etməklə
əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən
1.5 faiz çox olub. Dövlət müəssisələrdə
çalışan işçilərin sayı 0.3 faiz azalaraq
1989 nəfər və qeyri-dövlət müəssisələrində
işləyənlərin sayı 2.7 faiz artaraq 2904 nəfər
olub. Çalışan muzdlu işçilərin orta
aylıq nominal əməkhaqqı 523.8 manata çatıb və
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
7.1 faiz artıb. Orta aylıq əməkhaqqı dövlət
sektorunda 28.0 faiz artaraq 325.0 manat, qeyri-dövlət sektorunda isə
2.3 faiz artaraq 665.8 manat təşkil edib.
(ardı var)
Tərlan Nəsirli,
Bakı-Şirvan-Bakı
Mövqe.- 2012.- 4 fevral.- S.10