Şirvan
şəhərinin iqtisadiyyatı dinamik
inkişafdadır
Hökumət
səviyyəsində regionların sosial-iqtisadi
inkişafı sahəsində həyata keçirilən tədbirlər
2011-ci ildə Şirvan şəhər
iqtisadiyyatında da ciddi
uğurlara yol
açıb. Şəhər iqtisadiyyatının ən
müxtəlif sahələrində qeydə alınmış
makroiqitsadi göstəricilər də
şəhərdə həyata keçirilən
islahatların səmərəli nəticələrindən xəbər
verir. Ötən ilin yanvar-noyabr aylarında şəhərdə tikinti müəssisələri tərəfindən
yerinə yetirilmiş tikinti
işlərinin həcmi 14114.3 min manat təşkil edib. Bu, 2010-cu ilin eyni dövrünün müvafiq göstəricisindən 2.4 dəfə
çoxdur.
Görülmüş işlərin 5427.0 min
manatını və ya 38.5 faizini yeni tikinti, yenidənqurma,
genişləndirmə, texniki vasitələrin yenidən təchiz
edilməsi işləri, 5249.3 min manatını və ya 37.2
faizini əsaslı təmir, 2902.0 min manatını və ya
20.6 faizini cari təmir işləri, 536.0 min manatını və
ya 3.8 faizini isə sair işlər təşkil edib. Əhalinin
şəxsi vəsaiti hesabına görülən tikinti
işlərinin həcmi qeyd olunan dövrdə 2648.0 min manat təşkil
edib. İstifadəyə verilmiş fərdi yaşayış
evlərinin ümumi sahəsi 34966.0 kv.m, yaşayış sahəsi
isə 19074.0 kv.m olub.
2011-ci ilin yanvar-noyabr aylarında istifadəyə
verilmiş əsas fondların dəyəri 3433.0 min manat təşkil
edib və onun da 785.0 min manatı, yaxud 22.9 faizi istehsal təyinatlıdır.
Əsas kapitala yönəldilən investisiyalar 14034.2 min manat həcmində
olub və bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi
ilə müqayisədə 74.4 faiz təşkil edir.
2011-ci ilin yanvar-noyabr aylarında tikinti müəssisələrində
işləyənlərin orta sayı 248 nəfər, əməkhaqqı
fondu 500.1 min manat, onların orta aylıq nominal əməkhaqqı
183.3 manat təşkil edib. Dövlət mülkiyyətli
müəssisələrində işləyənlərin orta
sayı 82 nəfər, orta aylıq nominal əməkhaqqı
237.1 manat, qeyri-dövlət mülkiyyətli müəssisələrdə
isə işləyənlərin orta sayı 166 nəfər,
onların orta aylıq nominal əməkhaqqı 156.7 manat olub.
Şirvan şəhərin iqtisadi həyatını nəqliyyat
müəssisələrinin fəaliyyəti olmadan təsəvvür
etmək mümkün deyil. Şirvan şəhərində
avtomobil nəqliyyatı sahəsində hüquqi, fiziki şəxslər
və fərdi sahibkarların fəaliyyəti də nəzərə
alınmaqla, 2011-ci ilin yanvar-noyabr aylarında 320.2 min ton
yük, 18816.2 min nəfər sərnişin
daşınıb. Əvvəlki illə müqayisədə
göstəricilər müvafiq olaraq 8.3 faiz və 10.1 faiz
artıb. 2011-ci ilin yanvar-noyabr aylarında fiziki şəxslər
də daxil olmaqla, ümumilikdə nəqliyyat xidmətindən
2504.5 min manat gəlir əldə olunub. Və bu da 2010-cu ilin
müvafiq dövru ilə müqayisədə 14.3 faiz
açoxdur.
2011-ci ilin yanvar-noyabr aylarında 183.4 min manatlıq
poçt xidmətlərinin 178.0 min manatı və ya 97.1 faizi
bilavasitə əhaliyə göstərilib və bu da əvvəlki
ilin müvafiq dövrünə nisbətən 0.5 faiz
çoxdur. Poçt xidmətləri nəqliyyat xidmətlərinin
ümumi həcminin 7.3 faizini təşkil edib.
2011-ci ilin yanvar-noyabr aylarında şəhərin nəqliyyat
müəssisələrində çalışan
işçilərin sayı 253 nəfər olmaqla, əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 10.0 faiz
azalıb. Bu sahədə işləyənlərin orta
aylıq əməkhaqqı 311.7 manat təşkil edib və əvvəlki
illə müqayisədə 19.3 faiz artıb.
2011-ci ilin yanvar-noyabr aylarında şəhərin
telekommunikasiya müəssisələri tərəfindən
hüquqi və fiziki şəxslərə, o cümlədən
əhaliyə 696.0 min manatlıq xidmət göstərilib. Bunun
548.5 min manatını və ya 78.8 faizini bilavasitə əhaliyə
göstərilən xidmətlər təşkil edib. Əvvəlki
illə müqayisədə telekommunikasiya müəssisələri
tərəfindən 4.8 faiz çox xidmətlər göstərilib.
Şəhərin rabitə (telekommunikasiya) müəssisələrində
çalışanların sayı 72 nəfər olmaqla, əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 1.4 faiz
azalıb, onların orta aylıq nominal əməkhaqqı
293.3 manat olub. Cari ildə əvvəlki illə müqayisədə
orta aylıq əməkhaqqı 0.9 faiz artıb.
Şirvan şəhər iqtisadiyyatının
başqa sahələrində olduğu kimi, ticarət və
xidmət sektorunda da son illərdə əldə olunmuş
inkişaf dinamikası davam etdirilib. Ticarət və xidmət
şəbəkələrindən əhaliyə 138324.4 min
manatlıq və ya 2010-cu ilin müvafiq dövrü ilə
müqayisədə 19.3 faiz çox geniş çeşiddə
müxtəlif istehlak malları satılıb və pullu xidmətlər
göstərilib. Artım, əsasən ticarət və xidmətlə
məşğul olan fərdi sahibkarların fəaliyyətinin
genişlənməsi və inkişafı nəticəsində
istehlak mallarının satışının və göstərilən
xidmətlərin həcminin artması hesabına əldə
olunub.
Hesabat dövründə pərakəndə əmtəə
dövriyyəsinin həcmi 11.1 faiz, əhaliyə göstərilən
pullu xidmətlərin həcmi 7.5 faiz artıb. İstehlak
bazarında fiziki şəxslərin ticarət və xidmət
fəaliyyəti daha da genişlənib. Pərakəndə və
iaşə əmtəə dövriyyəsinin, əhaliyə
göstərilən pullu xidmətlərin real
artımının demək olar ki, böyük əksəriyyəti
(94.9 fai-zi) özəl sektorun fəaliyyəti hesabına təmin
edilib. Cari ilin əvvəlindən ötən dövr ərzində
bu sektorun müəssisələri tərəfindən əhaliyə
131220.4 min manatlıq və ya əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 19.3 faiz çox
istehlak malları satılıb və müxtəlif pullu xidmətlər
göstərilib.
2011-ci ildə şəhərin pərakəndə
ticarət və iaşə şəbəkələrinin
inkişafını xarakterizə edən əsas göstəricilər
xeyli yüksəlib. 2011-ci ilin yanvar-noyabr aylarında pərakəndə
ticarət və iaşə şəbəkələrindən
əhaliyə satılan istehlak mallarının həcmi 11.1
faiz artaraq 112177.4 min manat təşkil edib. İstehlak
mallarının 14.0 faizi hüquqi şəxslərin, 47.4
faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul
olan fiziki şəxslərin ticarət şəbəkələrində,
38.6 faizi isə ərzaq, əşya və qarışıq
mallar yarmarkalarında, habelə kənd təsərrüfatı
məhsulları bazarlarında satılıb.
2010-cu ilin müvafiq dövrü ilə müqayisədə
pərakəndə əmtəə dövriyyəsinin həcmi
daha çox artıb. Bu artım yarmarkalarda və kənd təsərrüfatı
məhsulları bazarlarında 8.5 faiz, hüquqi şəxs
yaratmadan fəaliyyət göstərən fərdi
sahibkarların ticarət şəbəkələrində isə
14.1 faiz təşkil edib. 2011-ci ilin yanvar-noyabr aylarında
ticarət şəbəkələrindən hər bir şəhər
sakini orta hesabla 1406.1 manatlıq və ya əvvəlki ilin eyni
dövründəkindən 231.7 manatlıq çox müxtəlif
istehlak malları alıblar.
Əhalinin sosial rifahının getdikcə yüksəlməsi
pərakəndə əmtəə dövriyyəsinin
strukturuna öz müsbət təsirini göstərib. Ötən
il Şirvan şəhərində əmtəə dövriyyəsində
ərzaq malları ilə bərabər, qeyri-ərzaq
mallarının payının az da olsa, artması
müşahidə olunub. Bu dövrdə əhaliyə 70672.0
manatlıq ərzaq, 41505.4 manatlıq qeyri-ərzaq malları
satılıb, onların real həcmi uyğun olaraq 11.9 və
4.5 faiz artıb. Şəhər əhalisinə pərakəndə
ticarət şəbəkəsindən (iaşə müəssisələri
istisna olmaqla) 15295.3 min manatlıq, iaşə müəssisələrindən
isə 387.1 min manatlıq əmtəə satılıb.
Hesabat dövründə əhalinin gündəlik məişət
həyatında mühüm rol oynayan sahələrdən
birinin - iaşə xidmətlərinin həcminin xeyli
artması əhalinin maddi rifahının
yaxşılaşmasının parlaq nümunəsidir. Bu
dövrdə əhaliyə 3596.2 min matatlıq və ya əvvəlki
ilin müvafiq dövründəkindən 23.0 faiz çox
iaşə xidmətləri göstərilib. Hüquqi şəxslər
üzrə iaşənin dövriyyəsinin fiziki həcmi 65.7
faiz artaraq 387.1 min manat təşkil edib.
2011-ci ilin yanvar-noyabr aylarında fiziki şəxslərin
iaşə şəbəkələrində əhaliyə
3209.1 min manatlıq və ya keçən ilin müvafiq
dövrü ilə müqayisədə 19.3 faiz çox
iaşə xidmətləri göstərilib. 2011-ci ilin
yanvar-noyabr aylarında istehlakçılara 5.0 min ton və ya əvvəlki
ilin müvafiq dövründəkinə nisbətən 11.1 faiz
çox neft emalı məhsulları daxil olub. Bunun 45.0 faizini
dizel yanacağı, 36.6 faizini avtomobil benzini və 18.4 faizini
digər məhsullar təşkil edib.
Şəhərdə xidmət sahələrinin fəaliyyətinin
genişlənməsi və inkişafı, əhaliyə
göstərilən xidmət növlərinin sayının
artması və keyfiyyətinin yüksəlməsi nəticəsində
2011-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən
pullu xidmətlərin həcmi 2010-cu ilin müvafiq
dövrünün səviyyəsindən 7.5 faiz çox olub. Əhaliyə
göstərilən pullu xidmətlərin ümumi həcminin
4349.6 min manatını və ya 16.6 faizini məişət
xidmətləri təşkil edib. Bu da 2010-cu ilin müvafiq
dövrü ilə müqayisədə 648.0 min manat və ya
13.0 faiz azdır. Özəl sektorun müəssisələri
tərəfindən əhaliyə 19853.4 min manatlıq və
ya 2010-cu ilin eyni dövrünün səviyyəsindən 5.8
faiz çox pullu xidmətlər göstərilib.
2011-ci ilin yanvar-noyabr aylarında xidmət şəbəkələri
tərəfindən hər bir şəhər sakininə orta
hesabla 327.8 manatlıq və ya əvvəlki ilin eyni
dövründəkindən 33.3 manatlıq çox müxtəlif
pullu xidmətlər göstərilib. Hesabat ilində şəhərin
ticarət və xidmət sektorunda çalışan
işçilərin (fiziki şəxslər nəzərə
alınmadan) orta siyahı sayı 322 nəfər olmaqla, ötən
ilin müvafiq dövrü ilə müqayisədə 19.3 faiz
artıb, onların əmək haqqı fondu 663.6 min manat olub.
Orta aylıq əməkhaqqı 187.3 manat təşkil edib və
bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən
63.3 faiz çoxdur.
Dövlət mülkiyyətindəki ticarət və
xidmət müəssisələrində işləyənlərin
orta siyahı sayı 125 nəfər, onların əməkhaqqı
fondu 230.5 min manat təşkil edib. Orta aylıq nominal əməkhaqqı
167.7 manat təşkil edib və 2010-cu ilin müvafiq
dövrü ilə müqayisədə 15.1 faiz çoxdur.
Qeyri-dövlət mülkiyyətində olan ticarət və
xidmət müəssisələrində işləyənlərin
orta siyahı sayı 197 nəfər, onların əməkhaqqı
fondu 433.1 min manat olub. Orta aylıq nominal əməkhaqqı
199.8 manat təşkil edib və bu da 2010-cu ilin müvafiq
dövrü ilə müqayisədə 2.4 dəfə
çoxdur. 2011-ci il 1 oktyabr vəziyyətinə olan
hesablamalara görə, şəhərdə məşğul
əhalinin sayı 36129 nəfər təşkil edib. 2011-ci il
tarixə şəhərdə rəsmi işsiz statusu ilə
qeydiyyata alınanların sayı 723 nəfər olub,
onların müavinətinin orta aylıq məbləği
175.0 manat təşkil edib.
Şirvan şəhərində yeni iş yerlərinin
açılması istiqamətində əməli tədbirlər
ötən il də diqqət mərkəzində
saxlanılıb. 2003-cü ilin IV rübündən 2011-ci il
oktyabrın 1-nədək şəhərdə 8315 yeni daimi
iş yerləri açılıb. 2011-ci ildə şəhərdə
658 daimi iş yeri açılıb. Yeni
açılmış iş yerlərindən 117-si və ya
17.8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda,
191-i və ya 29.0 faizi mövcud müəssisə və təşkilatlarda,
350-si və ya 53.2 faizi isə fiziki şəxslər də
işə qəbul olunublar.
(ardı var)
Tərlan Nəsirli,
Bakı-Şirvan-Bakı
Mövqe.-
2012.- 7 fevral.- S. 10