Regional inkişaf proqramları Şirvanda uğurla icra olunur
Son illər Azərbaycanda iqtisadiyyatın
həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının təmini,
əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması,
infrastruktur layihələrinin
reallaşdırılması istiqamətində mühüm
tədbirlər həyata
keçirilib. 2009-2013-cü illəri
əhatə edən ikinci regional inkişaf proqramı çərçivəsində
həyata keçirilən
tədbirlər bu baxımdan xüsusi qeyd olunmalıdır.
Dövlət Proqramının uğurlu nəticələr
verdiyini Şirvan rayonunun son illərdə əldə etdiyi sosial-iqtisadi uğurlar fonunda aydın görmək mümkündür.
2009-cu ildə şəhər
üzrə iqtisadiyyatın
bütün sahələrində
istehsal olunan ümumi məhsul və xidmətlərin həcmi 221 milyon manat təşkil edib və bu
da 2008-ci illə müqayisədə 0,1 faiz çoxdur. Ümumi məhsul buraxılışında xüsusi
çəkiyə malik
olan sənaye sahələrində 186,7 milyon manat məhsul
istehsal edilib. Sənayedə istehsal olunan məhsulların 66,6 faizi qeyri-dövlət
sektorunda, 33,4 faizi isə dövlət sektorunda istehsal edilib.
Hesabat dövründə şəhərdə
505,7 min ton xam neft və 21 milyon kubmetr qaz istehsal edilib.
İstehsal olunan qazın həcmi keçən illə müqayisədə 7,1 faiz çoxdur. 2009-cu ildə Şirvan İstilik Elektrik Stansiyası tərəfindən
2 milyard 573 milyon kilovatt saat elektrik
enerjisi istehsal edilib və yaxud istehsalat tapşırığına 103,3 faiz əməl edilib.
Sənaye sahəsində işçilərin orta aylıq əməkhaqqı
2004-cü ilə nisbətən
2 dəfədən çox
artaraq 493 manata çatdırılıb. 2009-cu ildə tikinti müəssisələri
tərəfindən 3,5
milyon manat həcmində inşaat işləri görülüb.
Əhalinin şəxsi
vəsaiti hesabına görülən tikinti işlərinin həcmi 1,0 milyon manat
təşkil edib. İstifadəyə verilmiş
fərdi evlərin ümumi sahəsi 12,9 min kvadartmetr olub. Əsas kapitala yönəldilən
vəsaitin həcmi 5,8 milyon manat
olub və bunun da 1,5 milyon
manatını əsas
fondlar təşkil edir.
Rabitə müəssisələri tərəfindən əhaliyə,
müəssisə və
təşkilatlara 897 min manat
həcmində, yaxud ötən ilin müvafiq dövründəkindən
1,7 faiz çox rabitə xidməti göstərilib. Şəhərin
28 may, S.Zeynalov, M.Ə.Rəsulzadə
və Naxçıvan
küçələrində əhalinin telefona olan tələbatını
nəzərə alaraq
genişləndirmə işləri
aparılıb, 600 cütlük
kabel qoyulub. 2009-cu ildə Telekommunikasiya
qovşağı tərəfindən
405 ədəd telefon çəkilərək ümumi
istifadə 10370-ə çatdırılıb.
Hesabat dövründə nəqliyyat
müəssisələri tərəfindən
17 milyon 869 min nəfər
sərnişin və
300 min ton yük daşınıb.
2009-cu ildə şəhərin sənaye
müəssisələrində də xeyli yenidənqurma
və abadlıq işləri görülüb. "Telemexanika"
zavodunda tikinti-bərpa
və yenidənqurma işləri davam etdirilib. Zavod hesabat ilini uğurla başa vurub, burada proqnoz
planının yerinə
yetirilməsi 157 faiz təşkil edib. Eyni zamanda, zavodun
tam yararsız olan 2,3,4 saylı korpusları yüksək səviyyədə təmir
edilib. Zavodun işçilərinə 150 nəfərlik yeməkxana
xidmət göstərir
və burada işçilər 50 faiz güzəştlə yeməklə
təmin olunurlar.
Naxçıvan küçəsindən başlayaraq zavoda qədər və zavoddaxili yollar asfaltlaşdırılıb. Zavodun ərazisi boyunca 480 metr hasar çəkilib,
istehsalat korpuslarının
32 min kubmetr dam örtüyü
əsaslı təmir
edilib. Eyni zamanda, alətlər
sexi yeni əraziyə köçürülüb,
144 kvadratmetr sahəsi
olan yeni qablaşdırma sahəsi
tikilərək istifadəyə
verilib. Müasir tələblərə cavab verən avadanlıqlar quraşdırılıb,
sahəsi 1339 kvadratmetr
olan texniki göstəricilərin sınaq
sahəsinin tikintisi davam etdirilib. Zavodda 40 nəfər yeni iş yeri
açılıb.
"Araz" zadovu
isə hesabat ilində plan tapşırığına
100,5 faiz əməl edərək 2
növ xüsusi təyinatlı məhsul istehsalına başlayıb.
2009-cu ildə 41 min manat həcmində eyni adlı məhsul dövlət sifarişinə uyğun olaraq lazımi ünvana çatdırılıb.
İstehsal olunan məhsulun
10 faizi xüsusi təyinatlı, 90 faizi isə texniki təyinatlıdır. 2009-cu
ildə 41 min manat həcmində eyni adlı məhsul dövlət sifarişinə
uyğun olaraq lazımi ünvanlara çatdırılıb. İstehsal olunan məhsulun 10 faizi xüsusi təyinatlı, 90 faizi texniki təyinatlı olub. 2009-cu ildə
zavodun istehsal sahələrində 800 min manat
dəyərində yeni
avadanlıqlar quraşdırılıb.
Müdafiə Sənayesi Nazirliyi
üçün ayrılmış
154 ha torpaq sahəsində
"Araz" zavoduna məxsus 7-ci istehsal sahəsinin tikintisi davam etdirilib.
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nda nəzərdə
tutulan emal sənayesinin inkişaf etdirilməsi tədbirlərinin
icrası ilə əlaqədar Şirvan şəhərində bir
sıra işlər görülüb, pambıq
emalı xeyli artırılıb. 2009-cu ildə Şirvan
pambıq emalı zavodu tərəfindən
4870 ton xam pambıq emal olunub, 1680 ton mahlıc və 2718 ton çiyid istehsal edilib.
Əhalinin içməli suya olan tələbatının
ödənilməsi istiqamətində
2009-cu ildə Su Kanal İdarəsi tərəfindən
bir sıra işlər həyata keçirilib. Əhalinin içməli suya
olan tələbatının
ödənilməsi və
kanalizasiya sistemi ilə bağlı mövcud problemlərin həlli regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramında
da öz əksini tapıb. Su
Kanal İdarəsi tərəfindən 2009-cu ildə
satılmış içməli
suyun dəyərinin
79,6 faizi həcmində yığılması
təmin edilib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq 2009-cu ildə Səhiyyə Nazirliyi tərəfindən Doğum
evində müasir standartlara cavab verən əsaslı təmir işləri aparılıb. Eyni zamanda əhaliyə göstərilən
səhiyyə xidmətlərinin
səviyyəsinin yüksəldilməsi
üçün uşaq
yoluxucu xəstəlikləri
şöbəsi, cərrahi
şöbə və
cərrahi blok
əsaslı təmir
edilib. Səhiyyə müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilib,
poliklinikanın kabinetləri
müasir avadanlıqlarla
təmin edilib. Təcili yardım stansiyasına isə 4 ədəd müasir tipli "Mersedes" markalı ambulanslar alınıb.
Proqram çərçivəsində
həyata keçirilən
tədbirlər şəhərin
simasını əsaslı
şəkildə dəyişib. 2009-cu ildə
şəhər ərazisində
aparılan tikinti-quraşdırma,
abadlıq, yenidənqurma
işlərinin həcmi
artırılıb, yeni
binalar inşa edilib, park, xiyaban və küçələr
abadlaşdırılıb, məhəllələr salınıb.
Şəhərin "Heydər
Əliyev meydanı"nın cənub hissəsində Şirvan memarlıq məktəbinin
ənənələrini özündə
əks etdirən, müasir tələblərə
cavab verən Heydər Əliyev mərkəzi tikilib. Ərazisi abadlaşdırılıb, dekorativ
bəzək kolları
və güllər əkilib. Ərazidə müasir işıqlandırma
sistemi quraşdırılıb.
Xüsusilə gecə işıqlanması
binanın memarlıq görkəmini zənginləşdirib.
"Heydər Əliyev
meydanı"nda 36.356 manat
dəyərində 2 ədəd
"İşıqlı fontan"
kompleksi istifadəyə
verilib, 50 kvadratmetr tamet tavalar, 70 kvadratmetr "ağlay"
üzlük daşları
yenisi ilə əvəz olunub. Burada 22 metr hündürlükdə
Azərbaycan Respublikasının
Dövlət Bayrağı
ucaldılıb. M.Ə.Rəsulzadə
prospektində sahəsi
2,8 ha olan 1500 yerlik "Şirvan Ticarət Mərkəzi"nin
tikintisi başa çatdırılıb. Şəhərin
28 May küçəsində şəhid ailələri,
Qarabağ müharibəsi,
20 yanvar və Çernobıl əlilləri
üçün inşa
edilmiş 16 mənzilli
4 mərtəbəli yaşayış
binası və Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə
İdarəsinin inzibati
binası istismara yararlı vəziyyətə
gətirilib.
Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramı çərçivəsində
təməli 2009-cu ildə
Prezident İlham Əliyev tərəfindən
qoyulmuş Cənub Elektrik Stansiyasında tikinti-quraşdırma işləri
davam etdirilib. Elektrik stansiyasının tikintisində
maşın zalının
1,2,3 və 4 saylı qaz və 1,2 saylı buxar turbinlərində bünövrə armokarkasları
layihəyə uyğun
quraşdırılaraq qəliblənib.
Əsas binanın divaraltı armokarkasları qurulub və qəlibləmə işləri başa çatdırılıb. 3-cü
və 4-cü qazanlarda
betonlama işləri qurtarıb, qazan avadanlıqlarının quraşdırılması
üçün quraşdırıcılara
təhvil verilib.
1-ci və 2-ci qazanların
bünövrəsində 1,2
metr səviyyəsində
betonlama işləri qurtarıb, üst hissələrinin armokarkası
qəliblənərək betonlamaya
hazırlanıb. Stansiyanın
110, 220 və 330 kv-luq
qapalı paylayıcı
qurğuları obyektinin
bünövrəsində betonlama,
xarici divar, arakəsmə və örtük tavasının
armokarkasları, rigellərində
armatur işləri qurtarıb, qəlibləmə
işləri davam etdirilir. Stansiya avadanlıqlarını quraşdırmaq üçün
yükqaldırma qabiliyyəti
650 ton olan tırtıllı
kran alınaraq tikinti meydançasında
quraşdırılıb. Sənaye axıntı sularının
nizamlayıcı hovuzu
obyektində torpaq və beton işləri
görülüb.
Sahil nasosları obyektində torpaq işləri görülüb,
spunt vurma işlərinə başlanılıb. Yeni stansiya üçün
inşa olunan inzibati bina və
yeməkxanada betonlama işləri tam qurtarıb,
elektrik, xarici və daxili divarlarda suvaq işləri görülüb.
"Cənub" Elektrik
Stansiyasının tikintisində
çalışacaq mütəxəssislərin
yaşaması üçün
şəhərin M.Füzuli
adına Mədəniyyət və
İstirahət Parkının
ərazisində inşa
olunan qonaq şəhərciyində tikinti-quraşdırma
işləri qurtarıb.
(ardı var)
Tərlan NƏSİRLİ,
Bakı-Şirvan-Bakı
Mövqe.- 2012.- 8
fevral.-S.10.