Regional inkişaf proqramları müsbət
nəticələr verir
Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramında
hər bir bölgənin malik olduğu tarixi məşğulluq ənənələrinin
bərpası nəzərdə
tutulub. Dövlət Proqramında iqtisadiyyatın
neftdən asılılıq
dərəcəsinin azaldılması,
neft gəlirlərinin
regionların iqtisadi inkişafına yönəldilməsi
məsələsi də
öz əksini tapıb. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
yeni neft strategiyası respublikanın
sürətli inkişafı
baxımından zəruri
maliyyə əsasları
formalaşdırsa da,
iqtisadiyyatın birqütblü
inkişafı ölkə
başçısını qətiyyən razı sala bilməzdi.
Cənab İlham Əliyev çıxışlarında
daim vurğulayır ki, neftlə zəngin bəzi ölkələrin gərginlik
və qeyri-stabillik mühitində yaşaması,
öz təbii sərvətləri üzərində
sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı
misallar gətirmək
mümkündür. İqtisadiyyatın yalnız neft üzərində qurulması
iqtisadi sistemi iflic edən "Holland sindromu"na gətirib çıxara bilər. Bu reallıqlar
fonunda hər bir təbii sərvətdən, o cümlədən
neftdən xalqın və dövlətin mənafeyi naminə düzgün, səmərəli
istifadə etmək uzaq hədəflərə
hesablanmış praqmatik
siyasət yeridilməsini
tələb edir.
Əks-təqdirdə neftin zənginliyi
dövlətlər üçün
sosial-iqtisadi inkişaf
və tərəqqi deyil, arzuolunmaz problemlər gətirir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı I Dövlət
Proqramında dördüncü
vacib məqam insan amili ilə
şərtlənirdi. Sənəddə işsizlik probleminin
aradan qaldırılması,
yeni sosial infrastruktur obyektlərinin
- təhsil, mədəniyyət,
səhiyyə, rabitə
müəssisələrinin tikintisi, yeni yolların çəkilişi
və əsaslı bərpası nəzərdə
tutulmuşdu. Dövlət
Proqramında nəzərdə
tutulmuş bu tədbirlər insan amilinin yüksəlişinə,
mədəni-intellektual potensialın
güclənməsinə, mənəvi-əxlaqi
dəyərlərin daha
möhkəm əsasda
intişar tapmasına zəmin yaradırdı.
Azərbaycan hökumətinin regionların inkişafına
xüsusi diqqətlə
yanaşması, ilk növbədə,
sahibkarlığın inkişafı
yolu ilə uzun illər özünü ciddi sosial problem kimi göstərmiş işsizliyin
tədricən aradan qaldırılması, əhalinin
faydalı məşğulluğunun
təmin edilməsi məqsədindən irəli
gəlirdi. Etiraf olunmalıdır ki, bir çox
hallarda dövlətləri
genişmiqyaslı sosial
yönümlü tədbirlər
sistemi həyata keçirməyə sövq
edən başlıca
amillərdən biri də məhz bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı
yaranan işsizlik problemi, yaxud da əməyin ucuzlaşması olur.
Yeni iqtisadi münasibətlər
sistemində özəlləşdirmə
və sahibkarlığın
inkişafı məsələləri
ilə bağlı olaraq vətəndaşların
işlə təminatı
sırf dövlətin
funksiyalarına şamil
edilmir. Xüsusi mülkiyyətçilik şəraitində dövlət
əmək resurslarına
qismən nəzarət
etdiyindən, işsizliyin
müəyyən səviyyədə
mövcudluğu labüd
prosesə çevrilir.
Bu mənada, dövlət
iş yerlərinin açılması prosesinə,
sadəcə, münbit
şərait yaratmalı,
əhalinin faydalı məşğulluğunun təmin
edilməsi məsələsini
bu və digər hüquqi əsasda stimullaşdırmalıdır.
Lakin inkişaf etmiş dövlətlərin təcrübəsi
göstərir ki, işsizlik probleminin tamamilə ləğvi mümkün deyildir.
Buna görə də dövlətin vəzifəsi işsizliyin
mənfi nəticələrini
azaltmaq, məşğulluğun
artımına nail olmaq,
ən əsası, işsizliyə görə
müavinət verməkdir.
Azərbaycanda obyektiv səbəblərlə
bağlı belə bir problemin olması
dövləti bazar iqtisadiyyatı şəraitində
yeni iş yerlərinin stimullaşdırılması
istiqamətində kompleks
addımlar atmağa sövq edib. Son illərə qədər
ölkədə işsizlik
probleminin özünü
qabarıq büruzə
verməsi həm də yoxsulluğun yüksək səviyyəsi
ilə müşayiət
olunur, dövlət vətəndaşların sosial
mənafelərini təmin
edə bilmirdi. Ötən illərdə
regional inkişafla bərabər,
yeni iş yerlərinin açılması
prosesi də hökumətin xüsusi diqqət yetirdiyi məsələlərdən biri
olub. 2003-cü ildən bölgələrdə
işsizliyin xeyli dərəcədə azalması,
ilk növbədə, regional inkişaf və sahibkarlığın dəstəklənməsi
istiqamətindəki tədbirlərin
uğurlu nəticəsi
kimi özünü göstərir.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
5 illik yekunu ilə bağlı 2008-ci il fevralın
11-də prezident İlham
Əliyevin iştirakı
ilə konfransın keçirilməsi də bu sənədin regional inkişaf prosesindəki müstəsna əhəmiyyətini
bir daha təsdiqlədi. Hökumət
üzvlərinin, regionların
icra strukturları rəhbərlərinin, iş
adamlarının iştirakı
ilə keçirilən
konfransda açıqlanmış
statistik rəqəmlər
göstərirdi ki, sözügedən proqramın
icra prosesini ilk gündən diqqət mərkəzində saxlayan
dövlət başçısı
İlham Əliyev şəxsi təşəbbüskarlığı,
tələbkarlığı, ölkənin iqtisadi resurslarını düzgün
realizə etməsi sayəsində regional inkişafı
təmin edib.
Azərbaycan Prezidenti İlham Əliyev
2004-2008-ci illərdə respublikanın
əksər rayonlarına,
o cümlədən Bakı
kəndlərinə səfərlər
edib, regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
çərçivəsində görülən işlərlə
maraqlanıb, tapşırıq
və tövsiyələrini
verib. Ümumiyyətlə, cənab İlham Əliyev beş
ildə respublika regionlarının bütün
rayonlarına 127 səfər
edib, o cümlədən
6 dəfə Naxçıvan
Muxtar Respublikasında
olub. Yerlərdə görülən işlərlə, xalqın
həyat səviyyəsi
ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.
Ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli
olan 500-dək müəssisə
və obyektin təməlqoyma və açılış mərasimlərində
şəxsən iştirak
edib.
Bu səfərlərin nəticəsi kimi Quba-Xaçmaz, Şəki-Zaqatala,
Dağlıq Şirvan,
Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər
və rayonların sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalayıb. Dövlət proqramında nəzərdə
tutulmayan bəzi mühüm tədbirlər
həyata keçirilib.
Ötən müddətdə
Dövlət Proqramının
icrasına yönələn
investisiyaların həcmi
6,8 milyard manat təşkil etdib, yalnız 2008-ci ildə bu məqsədlə
2 milyard manat vəsait xərclənib. İqtisadiyyatın şaxələndirilməsi
və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata
keçirilmiş əməli
tədbirlər nəticəsində
qeyri-neft sektoruna qoyulan investisiyalar beş ildə 6,2 dəfə artıb, onun xüsusi çəkisi
2003-cü ildəki 26,8 faizdən
2008-ci ildə 69 faizə
yüksəlib.
Bölgələrin inkişafına xidmət edən bu və digər
dövlət proqramlarının
uğurla həyata keçirilməsi nəticəsində
əhalinin, xüsusən
də regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi
yüksəlib. 27 min 572 yeni müəssisə
yaradılıb, 766 min 277 iş
yeri açılıb
- bunun 547 min 573-ü daimidir.
Bir sıra inkişaf etmiş dövlətlərdə qlobal
maliyyə böhranı
ilə bağlı işsizlərin sayının
artmasına rəğmən,
Azərbaycanda 2008-ci ildə
120 min yeni iş yerinin açılması
ölkənin uğurlu
iqtisadi siyasətinin nəticəsidir.
Dövlət Proqramının müsbət
nəticəsi kimi yeni açılmış
müəssisələrin 88 faizindən çoxu xüsusi mülkiyyətli
olmaqla, 5,6 faizi Abşeron, 5,2 faizi Gəncə-Qazax, 3,1 faizi Şəki-Zaqatala, 3,9 faizi
Lənkəran, 2,3 faizi
Quba-Xaçmaz, 10,8 faizi
Aran, 2,0 faizi Yuxarı Qarabağ, 0,5 faizi Kəlbəcr-Laçın,
1,2 faizi Dağlıq Şirvan, 4,4 faizi Naxçıvan iqtisadi rayonunda fəaliyyət göstərir.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət
Proqramının uğurla
icrası nəticəsində
bu dövrdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə artaraq 38 milyard manat olub. Sənaye
istehsalı 3,7 dəfə,
investisiyalar 2,4 dəfə,
strateji valyuta ehtiyatları 9,8 dəfə,
ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, qeyri-neft məhsullarının ixracı
2,2 dəfə, orta aylıq əməkhaqqı
2,7 dəfə, pensiyaların
orta aylıq məbləği 4 dəfə
artıb. Yoxsulluğun
səviyyəsi 2003-cü ildəki
49 faizdən 13,2 faizə enib. 2003-cü ildən büdcə xərcləri
12 dəfədən çox
artıb, respublikanın
strateji valyuta ehtiyatları 18 milyard dolları ötüb.
ÜDM-nin adambaşına
düşən nominal həcmi
5 dəfə artaraq
4440 manat təşkil
edib, ölkə üzrə qeyri-neft sektoru 1,8 dəfə artıb. 2008-ci ilin
yekunlarına görə
ÜDM-də qeyri-dövlət
sektorunun payı 85 faiz təşkil edib. Qeyri-neft sektoruna qoyulan investisiyalar beş ildə 6,2 dəfə
artıb, onun xüsusi çəkisi
2003-cü ildə 26,8 faiz,
2008-ci ildə isə
69 faizdən çox olub.
2003-cü illə müqayisədə
2008-ci ildə əhalinin
gəlirləri 3,5 dəfə, onun adambaşına düşən
həcmi isə 3,3 dəfə artıb. Bu
dövrdə muzdla işləyənlərin
orta aylıq əməkhaqqı 3,5 dəfə
artaraq inflyasiya səviyyəsini
1,9 dəfə üstələyərək 268 manata
çatıb. 2008-ci ilin sentyabrından minimum əmək haqqının və
pensiyanın minimum məbləğinin həddi
75 manata çatdırılıb.
Ölkə
iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri
hesabına əsas kapitala qoyulmuş investisiyaların həcmi
2003-2008-ci illərdə 33,5 milyard manat təşkil edib. Bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olub. 2008-ci ildə
istifadə edilmiş investisiyanın həcmi
2003-cü ilin səviyyəsini 3 dəfə
üstələyib. Adambaşına düşən
investisiyanın həcmi 2003-cü illə müqayisədə
593,3 manat çox olub. 2003-cü ildə daxili
investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə
bu göstərici 75,5 faiz
təşkil edib.
Son illərdə
respublikanın maliyyə imkanlarının artması nəticəsində
istifadə edilmiş ümumi investisiyaların strukturunda əhəmiyyətli
dəyişiklik baş verib, daxli investisiyaların həcmi
xarici investisiyaların həcmini əhəmiyyətli dərəcədə
üstələyib. 2009-cu ildə Azərbaycan
iqtisadiyyatına yatırılan 9,2 milyard
investisiyanın 7,3 milyardı, yaxud
67 faizi daxili sərmayədir.
Respublikamızın müasir
investisiya siyasətinin əsas xüsusiyyəti
Azərbaycan iqtisadiyyatının neftdən
asılılığının tamamilə azaldılması
və bu sahədən qazanılan gəlirlərin
qeyri-neft sektoruna
yönəldilməsidir. 2008-ci ildə Dünya
Bankının Azərbaycanı bir
nömrəli "İslahatçı ölkə" elan etməsi, 2009-cu ildə Ümumdünya İqtisadi
Forumunun Azərbaycanı rəqabət
qabiliyyətliliyinə görə bütün
MDB ölkələrindən irəli - dünyada
51-ci hesab etməsi məhz əlverişli
biznes mühitinin nəticəsidir.
(ardı
var)
Tərlan Nəsirli
Mövqe.- 2012.- 15 fevral.- S. 10.