"Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" Regionların inkişafı tədbirləri kompleks xarakter alıb

 

          2009-2013-cü illəri əhatə edən II regional inkişaf proqramında hər bir vətəndaşın yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaradan vacib məsələlərdən birisosial-infrastruktur layihələrinin uğurla həyata keçirilməsidir. Azərbaycanın dövlət büdcəsi gəlirlərinin sürətli artımı təbii olaraq insan amilinin inkişafı baxımından infrastruktur layihələrinə də xüsusi diqqət ayırmağı zəruri edir. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqdan çıxış edərək hər bir vətəndaşın rahat, firavan yaşayışı üçün dövlət büdcəsindən lazımi vəsaitin ayrılmasını təmin edir. Bunun nəticəsidir ki, ötən il ölkədə iri infrastruktur layihələrinin reallaşdırılmasında heç bir problem olmayıb, dövlət bütün sahələrdə əsaslı kapital qoyuluşları həyata keçirib.

Son illərdə "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilib, 635 kilometrdən çox yol beynəlxalq standartlara uyğun tikilib və təmir olunub. O cümlədən, dövlət başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi yolukörpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq dəniz limanının və gəmiqayırma zavodunun inşası respublikanın tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcək.

2010-cu ildə "Ekologiya ili" çərçivəsində əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırıb. Eyni zamanda 2010-cu ilin dekabrında ölkə üçün son dərəcə strateji əhəmiyyətli bir layihənin icrası başa çatıb, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Bundan əlavə, suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilir.

Prezident İlham Əliyev imzaladığı hər bir fərman və sərəncamın icrasını şəxsi nəzarətdə saxlayır, bütün məsələlərə tələbkarlıqla yanaşır. Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramının icrasının gedişi, yeni yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, ümumiyyətlə, regionlardakı vəziyyətlə tanışlıq məqsədilə 2009-2010-cu illərdə respublikanın əksər rayon və şəhərlərinə səfər etməsi bunu bir daha təsdiqləyir. Dövlət başçısı 2010-cu ildə regionlara 27 səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak edib. Bu səfərlərin nəticəsi olaraq bölgələrdə canlanma yaranıb, abadlıq, tikintiquruculuq işləri geniş vüsət alıb. İnfrastrukturun yeniləşməsi, rentabelli istehsal müəssisələrinin, daimi yerlərinin açılması istiqamətində bir sıra addımlar həyata keçirilib.

Ümumiyyətlə, dövlət proqramına əsasən, Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsi ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi əsasında mümkün olacaq. Ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdən olacaq.

Ölkənin ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

 

- özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması;

 

- milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi;

 

- ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi və ÜTT prinsipləri çərçivəsində daxili bazarın qorunması tədbirlərinin həyata keçirilməsi;

 

- haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə sahibkarların və istehlakçıların cəlb olunması;

 

- istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi.

 

Sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidənqurulmasından, yeni müəssisələrin yaradılmasından ibarət olacaq. Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və ixrac potensialının artırılmasına xüsusi diqqət yetiriləcək. Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi; dövlət mülkiyyətində olanya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi; özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi; istehsalın texnoloji cəhətdən yenidən qurulması; ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.

Ötən dövr ərzində institusional baxımdan torpaq və aqrar islahatlarının uğurla başa çatması - kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalının müxtəlif təsərrüfat formaları üzrə, o cümlədən kollektiv təsərrüfat forması üzrə inkişafı regionlarda birgə əmək kooperasiyasının genişlənməsinə və daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olacaq. Növbəti illərdə Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalacaq. Aqrar sektorda islahatlar davam etdiriləcək, dağ rayonlarının inkişafına xüsusi diqqət yetiriləcək. Aqrar bölmənin inkişafı istiqamətləri sırasında aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölməyə maliyyə dəstəyinin artırılması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarmameliorasiya təminatının yaxşılaşdırılması; torpaqsu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər mühüm yer tutur.

Azərbaycan Respublikasında turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdəndir. Turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosialekoloji tələblərə cavab verəcək səmərəli və rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaqbu sahədə yeni yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdəndir. Turizm sahəsinin inkişaf istiqamətləri sırasında rəqabətqabiliyyətli turizm infrastrukturununturizm sənayesinin yaradılması; mövcud turizm obyektlərinin beynəlxalq standartlara uyğunlaşdırılması; turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiqi; ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunun müəyyən edilməsi, ölkə ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunması; turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi tədbirləri diqqəti xüsusilə çəkir.

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin olunmasında karbohidrogen ehtiyatlarından səmərəli istifadə müstəsna əhəmiyyət kəsb edir. 2009-2013-cü illərdə bu sahədə dövlət siyasətinin əsas istiqamətləri - neft-qaz hasilatı, nəqli və emalı infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi; yeni yataqların və perspektiv strukturların geoloji kəşfiyyat işlərinin sürətləndirilməsi və onların istismara hazırlanması; ölkənin qazla təmin edilməyən məntəqələrinin qazla təchiz edilməsi; regionların inkişafı və bununla əlaqədar elektrik enerjisinə tələbatın artım sürətini nəzərə alaraq yeni güclərin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsi; energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi; müasir tipli elektrik stansiyalarının inşasının, yenidən qurulmasının və inkişafı layihələrinin həyata keçirilməsinin davam etdirilməsi; elektrik ötürücü xətlərin və yarımstansiyaların yeniləşməsi və tamamilə yeniləri ilə əvəz olunmasından ibarət olacaq.

 

(ardı var)

 

Tərlan Nəsirli

 

Mövqe.- 2012.- 17 fevral.-S. 10.