Kürdəmir
rayon əhalisinin sosial
qayğıları diqqət mərkəzindədir
Regional inkişaf proqramları Azərbaycanın bütün guşələri kimi,
Kürdəmirin də son illərdəki dinamik inkişafına ciddi
təkan verib. "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda rayonda kənd təsərrüfatı
məhsullarının istehsalının genişləndirilməsi,
yerli əhəmiyyətli avtomobil
yollarının təmiri, yeni
körpülərin tikintisi, şəhər
küçələrinin asfaltlaşdırılması,
rayonun elektrik enerjisi şəbəkələrinin yenidən
qurulması, qaz təchizatının
yaxşılaşdırılması, su təchizatının
və kanalizasiya sisteminin
yenidən qurulması, meliorasiya və irriqasiya tədbirlərinin həyata
keçirilməsi nəzərdə tutulub.
Rayonda iqtisadiyyatın yüksəldilməsi,
aqrar sektorda məhsuldarlığın
artırılması, istehsalda sənaye həcminin
gücləndirilməsi, yeni iş yerlərinin açılması rayon İcra Hakimiyyətinin
diqqətini çəkən ən başlıca məsələlərdən
olub.
2009-cu ildə
rayonda 397 yeni iş yeri açılıb və bunun da 257-si
daimidir. 2009-cu
ilin doqquz ayında sənaye
müəssisələri tərəfindən 16 milyon 63 min manatlıq və
ya 2008-ci ilin müvafiq
dövründən 34,4 faiz çox sənaye məhsulu istehsal
edilib, xidmətlər göstərilib.
2009-cu ildə ümumi daxili
məhsul istehsalı 2008-ciə nisbətən 13,5 faiz artıb. ÜDM-nin 75 faizi məhsul istehsalı sahələrində,
o cümlədən 12,7 faizi
sənayedə, 12,2 faizi inşaat
kompleksində, 50,1 faizi kənd təsərrüfatında
yaradılıb. Rayon iqtisadiyyatında
çalışan işçilərin orta
aylıq əməkhaqqı 157,6 manat təşkil
edib və bu da 2008-ci ilin müvafiq dövrünə nisbətən 22,5
faiz artıb.
Rayonun nəqliyyat
sektorunda fəaliyyət göstərən fiziki şəxslər
də daxil olmaqla, nəqliyyat müəssisələri tərəfindən
499 min ton yük daşınıb və bu da keçən
ilin müvafiq dövrünə nisbətən 12,6 faiz
çoxdur. Rayonda cari ilin doqquz
ayı ərzində rabitə xidməti sahəsində xeyli iş görülüb.
Rabitə xidmətindən əldə edilən ümumi gəlirin həcmi 375 min
800 manat olub. Göstərilən
xidmətin 86,5 faizi əhali ilə
bağlıdır.
Rayon üzrə əməkhaqqı
fondu 11 milyon 205 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə
müqayisədə 1 milyon 963 min 735 manat və yaxud 21,2 faiz çoxdur. İl ərzində
rayonlararası və rayondaxili yolların
təmiri, bərpası sahəsində müvafiq
tədbirlər görülüb. Dövlət Proqramının icrası ilə əlaqədar
2009-cu ilin doqquz
ayı ərzində "Azəryolservis" ASC-nin
vəsaiti hesabına Bakı-Ələt-Qazax avtomobil
yolunun 0,9 km hissəsində
5630 kvadratmetr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə
avtomobil yolunun 2,2 km hissəsində 11668 kvadratmetr
sahəyə asfalt döşənməklə
orta və cari təmir
işləri aparılıb.
Bundan əlavə,
Kürdəmir "Tikinti-Nəqliyyat" ASC və Aqroyol
Tikinti İdarəsinin vasitəsilə rayonun 7 kəndində,
o cümlədən Mollakənd, Atakişili,
Sığırlı, Şilyan, Carlı, Muradxan və
Çöhranlı kəndlərində 26 km kəndarası
yollarda cari və əsaslı təmir işləri
aparılmaqla yerli büdcənin vəsaiti hesabına 100 min
manatlıq iş görülüb.
Rayonda
tikinti-abadlıq və yenidənqurma istiqamətində
ardıcıl, məqsədyönlü iş aparılıb. Nəticədə
xeyli obyektlərin tikintisi
tamamlanıb, iş adamları cəlb edilərək
yeni obyektlərin tikintisi
davam etdirilib. 2009-cu
ildə rayon Maliyyə İdarəsinin yeni, müasir tələblərə
cavab verən 2 mərtəbəli inzibati binası tikilib
istifadəyə verilib. Avtomagistralların
kənarlarında yerləşən ərazilərin müasir tələblər səviyyəsində
abadlaşdırılması məqsədi ilə tədbirlər
planı hazırlanıb, obyektlərin rekonstruksiyası və
əsaslı təmir işləri gündəlik nəzarətə
götürülüb.
Rayonda
müasir tələblərə cavab verməyən obyektlər,
o cümlədən Bakı prospektində 6, Bakı-Qazax
avtomagistralının rayon ərazisindən keçən hissəsində
10, Ağsu-Kürdəmir-İmişli avtomagistralının
rayon ərazisindən keçən hissəsində 12 ədəd
yöndəmsiz köşk və tikililər
sökülmüş və bu işlər davam etdirilir. Hazırda
şəhərin Heydər Əliyev prospekti,
Babək küçəsində 21 ədəd yöndəmsiz
obyekt sökülərək rekonstruksiya edilib.
Əraziyə üzlük materiallar
döşənib, "Qələbə" parkı əsaslı
təmir olunaraq parkın görkəmi xeyli yaxşılaşdırılıb.
Rayon əhalisinin
elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının
yaxşılaşdırılması məsələləri
də rayon İcra Hakimiyyətinin diqqət mərkəzində
olub, bu məqsədlə bir sıra təxirəsalınmaz tədbirlər
həyata keçirilib. Rayonda 9 ədəd
transformator yarımstansiyası əsaslı
təmir edilib. 15 ədəd elektrik transformatorları əsaslı, 24 ədəd
elektrik transformatorları isə cari təmir olunub. Dövlət proqramının icrası ilə əlaqədar
2009-cu ildə əhalinin qazla təchizatının
yaxşılaşdırılması məqsədilə
Xırdapay kəndi ərazisində 350 metr
uzunluqda 50 mm-lik qaz boru xətti təmir
edilərək işlək vəziyyətə gətirilib.
Sığırlı kəndində 1 ədəd, şəhərin
M.Hadi küçəsində 1 ədəd,
Xırdapay kəndinin Bakı prospekti hissəsində
1 ədəd, A.Şakir küçəsində
1 ədəd təzə qaz tənzimləyicisi
quraşdırılıb. Bundan başqa, Sığırlı kəndində
1200 m uzunluqda 76 mm-lik, Şıxımlı kəndində 50 m uzunluqda 76 mm-lik qaz xətti çəkilib.
Qaz istifadəçilərinin mənzilinə
631 ədəd yeni qaz
sayğacları quraşdırılıb, abonentlərin
sayı 8098-ə çatdırılıb.
Rayon
Su-Kanal İdarəsi tərəfindən 2009-cu ildə şəhər
əhalisinin içməli su və çirkab suların
axıdılması istiqamətində təminatın
yaxşılaşdırılması üçün bir
sıra tədbirlər həyata keçirilib. Rayonun magistral su xətlərində,
eləcə də şəbəkədaxili xətlərində
su itkisinin
qarşısını almaq məqsədi
ilə bir sıra tədbirlər görülüb. Dövlət
Proqramına uyğun olaraq
əhalinin içməli suya olan təminatını
yaxşılaşdırmaq məqsədilə 2009-cu ildə I
və II Külüllü-Kürdəmir mərkəzi su xətlərində təmir işləri
aparılıb. 1 saylı su qülləsində
təmir işləri aparılıb, 350 kvadratmetr
tutumu olan su çəni yuyulub və
dezinfeksiya edilib.
Kürdəmir şəhərinin M.Ə.Rəsulzadə
küçəsində 25 evə, 80 abonentə; Şəhid
V.Məmmədov küçəsində 7 evə, 15 abonentə;
Z.Tağıyev küçəsində 35 evə, 102 abonentə
yeni su xətti çəkilib.
Uzunluğu 7,5 km olan mərkəzi kanalizasiya
xəttində müntəzəm olaraq təmizləmə
işləri aparılıb, tutulmaların qarşısı
alınıb.
Azərbaycan
Respublikası Prezidentinin "Əhalinin ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar bəzi
tədbirlər haqqında" 2007-ci il 20 iyun tarixli sərəncamına
əsasən, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin xəttilə rayonun 9 kəndində
(Şüşün, Sovla, Köhünlü, Carlı, Beyi,
Mollakənd, Şıxımlı, Pirili, Muradxan kəndlərində)
modul tipli su təmizləyici qurğular tikilib. 95 bulaq inşa
edilib, "BP" şirkətinin maliyyə dəstəyi ilə
daha 5 kənddə (Sığırlı, Karrar, Karrar qəsəbə,
Çöhranlı, Atakişili kəndlərində) su təmizləyici
qurğular tikilib, bütövlükdə bu qurğular vasitəsilə
15 min nəfərdən çox əhali içməli saf su
ilə təmin edilib.
Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
ilə bağlı Dövlət Proqramı çox
mühüm tarixi sənəd kimi rayon iqtisadiyyatının
bütün sahələrində, o cümlədən kənd
təsərrüfatında daha böyük nailiyyətlər əldə
etməyə imkan verir. Rayonun kənd təsərrüfatı
sahələrində, o cümlədən
taxılçılıq, tərəvəzçilik, meyvəçilik
və digər sahələrdə yüksək iqtisadi göstəricilər əldə olunub. Rayonda əsas və
həlledici sahələrdən biri bitkiçilikdir və burada
ən yüksək çəkini taxılçılıq təşkil
edir. Fermerlər 2009-cu ildə 35 min 583 hektar sahədən 67 min 496 ton taxıl
məhsulu toplayıblar.
Bu, əvvəlki ilə nisbətən 7 min
ton çoxdur.
Heyvandarlıq xüsusi diqqət tələb edən sahədir. Rayonda iri buynuzlu
mal-qaranın və davarların sayı ilbəil artır.
2009-cu ilin oktyabrın
biri vəziyyətinə,
rayon üzrə mal-qaranın
sayı 60 min 649 başa,
qoyunların sayı
124 min 735 başa çatıb.
2008-ci ilə nisbətən mal-qara 1742 başa, qoyun-keçi isə 1000 başa qədər artıb.
Qaramal və davarın baş sayı demək olar, rayonun bütün ərazi vahidliklərində
artıb. Hesabat ilində
206 min sentner süd,
10 milyon 72 min ədəd
yumurta istehsal edilib. Süd istehsalı əvvəlki illə müqayisədə
1,5 faiz, yumurta istehsalı 7,6 faiz artıb.
Kənd təsərrüfatında
yüksək məhsuldarlığın
əldə olunmasında
suvarmanın təşkili
və eləcə də torpaqların meliorativ cəhətdən
yaxşılaşdırılması mühüm rol oynayır. Bu məqsədlə əkin sahələrinin suvarma suyu ilə
təchizatını yaxşılaşdırmaq
və torpaqların münbitliyini artırmaq üçün rayonda mühüm işlər aparılıb. Rayonun daxili
imkanları hesabına
Qarasu kəndində 7
km, Sığırlı kəndində
isə 6 km uzunluğunda
yeni torpaq kanallar çəkilib.
Rayonda ümumilikdə 74 km uzunluğunda yeni torpaq kanal çəkilib. 1700 km-dan
çox kanal lildən təmizlənib,
7 ədəd yeni nasos kompleksi və 45 ədəd yeni hidrotexniki qurğular quraşdırılıb.
32 km uzunluğunda su aparıcı latok, 220 km uzunluğunda beton kanal, 450-dən çox hidrotexniki qurğu təmir olunub.
2009-cu ildə
ünvanlı yardım
üçün rayonda
Əhalinin Sosial Müdafiəsi Mərkəzinə
1574 nəfər rayon vətəndaşı
müraciət edib, onlardan 1554 sənəd təyinatlandırılıb. Ödəniş məbləğinin həcmi
176 min 604 manat olub.
Eyni zamanda, Rayon İcra Hakimiyyətinin büdcədənkənar fondundan
yetim və kimsəsiz uşaqlara, tənha və əlil ahıllara, Qarabağ əlilləri və şəhid ailələrinə 8400 manatlıq
ərzaq yardımı
göstərilib.
Qarabağ müharibəsi əlillərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
məqsədilə Dövlət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə Kürdəmir şəhərində
Qarabağ müharibəsi
əlili Vasif Dəmirova 2 otaqlı yaşayış evi tikiib, 1 nəfər şəhid ailəsinə
isə bir mənzilli fərdi yaşayış evinin tikintisi davam etdirilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına müvafiq
olaraq rayonun Şüşün kənd
orta məktəbinin
220 şagird yerlik yeni binası tikilərək sentyabr ayında istifadəyə verilib. Regional
proqrama uyğun olaraq rayonun Muradxan kəndində 10 otaqlı, Qarasaqqal kəndində isə 5 otaqlı 2 mərtəbəli
həkim məntəqələri
ən müasir tələblər səviyyəsində
tikilib və lazımi texniki avadanlıqlarla təchiz olunaraq kənd əhalisinin istifadəsinə
verilib.
(ardı var)
Tərlan Nəsirli
Bakı-Kürdəmir-Bakı
Mövqe.- 2012.- 23 fevral.- S. 10.