Regional inkişaf proqramları Ucarda uğurla icra olunur

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının mühüm nəticələrindən biri Azərbaycanın bütün regionlarında yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasıdır. 2004-2008-ci illəri əhatə edən proqram çərçivəsində Ucar rayonunda bu sahədə əsaslı tədbirlər həyata keçirilib. Yerli əhəmiyyətli, o cümlədən şəhərdaxili yolların 21,4 kilometr ya 149185 kvadratmetri asfaltlanıb. Kəndlərarası kənddaxili yolların 44,5 kilometrlik ya 240200 kvadratmetr hissəsi, o cümlədən Qarabörk kəndində 2,5 kilometr, Qazıqumlaq kəndində 14,6 kilometr, Qaradağlı kəndində 2,15 kilometr, Lək kəndində 13,4 kilometr, Məlikballı kəndində 1,8 kilometr, Şahlıq kəndində 6,2 kilometr, Bərgüşad kəndində 2,5 kilometr Alpout kəndində 1 kilometr hissəsi asfaltlanıb.

Dövlət Proqramının icrası müddətində kənddaxili yolların 17 kilometrində hamarlama işləri aparılıb, 139,3 kilometr yola çınqıl döşənib. Rayon ərazisində cəmi 73 ədəd, o cümlədən 40 ədəd körpü salınıb, 33 ədəd körpü isə əsaslı təmir edilib. Rayonda yeni yolların salınması, istismarda olan yolların bərpası inkişaf etdirilməsi üçün rayonun Qazıqumlaq kəndində yeni Asfalt İstehsalı Zavodu istifadəyə verilib. Ötən 5 ildə rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Rayonda aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılıb. Rayon İcra Hakimiyyəti başçısı yanında şura iclaslarında aqrar sahənin inkişafı ilə bağlı məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib çoxsaylı tədbirlər həyata keçirilib.

Keçən dövr ərzində rayonda aqrar islahatın birinci mərhələsi tam başa çatdırılıb, islahatın ikinci mərhələsi uğurla davam etdirilib. Rayonun Müsüslü, Təzə Şilyan, Bərgüşad Boyat kəndləri istisna olmaqla, digər kəndlər üzrə həyətyanı torpaq sahələri üçün mülkiyyət hüququna dair şəhadətnamələr hazırlanaraq vətəndaşlara paylanılıb.

Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına əsasən, 2007-ci ildə rayonda 6056 nəfər hüquqi fiziki şəxsə becərdiyi 17352,29 hektar əkin sahəsi üçün 694091 manat yardım verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli 181 saylı qərarının icrası ilə əlaqədar buğda istehsalçılarının maddi marağının artırılması buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına 762 nəfər hüquqi fiziki şəxsə 2640,80 hektar əkin sahəsi üçün 105632,0 manat yardım verilib.

2008-ci ildə 7174 nəfər hüquqi fiziki şəxsə becərdiyi 20990,14 hektar əkin sahəsi üçün 839605,0 manat yardım edilib. 2008-ci ildə buğda istehsalçılarına 1253 nəfər hüquqi fiziki şəxsə 4785,09 hektar sahə üçün 191403,6 manat yardım hesablanıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti digər hüquqi-fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması "Qaydaları"na uyğun olaraq 2007-ci ildə 25,2 ton fosfor, 0,65 ton azot, 2008-ci ildə 186,8 ton fosfor, 125,1 ton azot, ümumilikdə 212,0 ton fosfor, 125,75 ton azot gübrəsi kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə satılıb. Həmin gübrələrdən 200,65 ton gübrə dəyərinin 50 faizi, 137,1 ton kübrə isə dəyərinin 30 faizi ödənilməklə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilib.

Rayonda toxumçuluğu inkişaf etdirmək məqsədilə 4 özəl toxumçuluq təsərrüfatı yaradılıb. Həmin toxumçuluq təsərrüfatları tərəfindən dəyərinin 50 faizi ödənilməklə 29,2 ton yüksək reproduksiyalı toxum alınaraq sahələrə səpilib. Həmin toxumlardan 6,0 tonu elit, 23,2 tonu isə birinci reproduksiyalı buğda toxumu olub. Görülmüş tədbirlərin nəticəsidir ki, 2004-cü ilə nisbətən 2008-ci ildə daha çox torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunub. Bu göstərici 2004-cü ildə 70,2 faizə, 2008-ci ildə isə 100 faizə yaxın olub. 2004-cü ildə bələdiyyə torpaqlarının 1500 hektarı, 2008-ci ildə isə 3000 hektara yaxını icarəyə verilib.

2004-cü illə müqayisədə kənd təsərrüfatının bütün sahələrində, istər bitkiçilikdə, istərsə heyvandarlıqda xeyli irəliləyişlər əldə edilib. Taxıl əkin sahələri 9,3 min hektardan 10772 hektara (1472 hektar çox), kartof 0,3 min hektardan 0,5 min hektara (0,2 min hektar çox), tərəvəz 1,7 min hektardan 2,0 min hektara (0,3 min hektar çox), bostan 0,2 min hektardan 0,4 min hektara (0,2 min hektar çox), yem bitkilərinin əkin sahəsi isə 5,0 min hektardan 9,0 min hektara (4,0 min hektar çox) çatdırılıb. Müvafiq olaraq həmin sahələrdən hər hektardan məhsuldarlıq taxılda 22,2 sentnerdən 23,1 sentnerə, (0,9 sentner çox), tərəvəz 71,0 sentnerdən 75,0 sentnerə (4 sentner çox), kartof 61,0 sentnerdən 70,0 sentnerə (9 sentner çox), bostan 78,0 sentnerdən 81,0 sentnerə (3 sentner çox) çatdırılıb.

2004-cü illə müqayisədə taxıl istehsalı 20264 tondan 23781 tona (3517 ton çox), kartof 2297 tondan 2417 tona (120 ton çox), tərəvəz 13324 tondan 13954 tona (630 ton çox), bostan bitkiləri 1699 tondan 1997 tona (298 ton çox) çatdırılıb.

Heyvandarlıq sahəsində xeyli irəliləyişlər olub. Mal-qaranın baş sayı 87884 başdan 95368 başa (7484 baş çox), o cümlədən iri buynuzlu mal-qara 49541 başdan 52301 başa (2760 baş çox), xırda buynuzlu mal-qara 38343 başdan 43067 başa (4724 baş çox) çatdırılıb. Ət istehsalı 1886 tondan 3306 tona (1420 ton çox), süd istehsalı 22561 tondan 29055 tona (6494 ton çox), yumurta istehsalı 7,5 milyon ədəddən 14,4 milyon ədədə (6,9 mln. ədəd çox) çatdırılıb.

Dövlət Proqramının icrası dövründə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xeyli işlər görülüb. 2004-2008-ci illər ərzində dövlət vəsaiti hesabına 6 süni mayalanma texniki hazırlanıb. Süni mayalanma texnikləri pulsuz toxum, toxumların saxlanması üçün azot süni mayalanma avadanlığı yedəkli motosikllə təmin olunublar. Keçən dövr ərzində rayon ərazisində görülmüş tədbirlər nəticəsində bir sıra istehsal emal müəssisələrinin yaradılmasına nail olunub. Uzun müddət fəaliyyətsiz qalmış "Müsüslü-Quşçuluq" "Ucar-Broyler" quşçuluq fabrikləri özəlləşdirilərək bərpa olunub, məhdud məsuliyyətli cəmiyyətlərə çevrilib. Quş yetişdirmə sexləri, inkubatorlar yaradılıb, "Ucar-Broyler" MMC nəzdində kəsim sexi fəaliyyətə başlayıb. "Şirvan toyuqları" ticarət markası adı ilə quş əti istehsalına başlanılıb.

Rayonda emal sənayesini inkişaf etdirmək üçün "Ucar-Konserv" ASC-nin nəzdində yeni istehsal sexi, şəhərin Ş.Fərzəliyev küçəsində "Saniyə" MMC yaradılıb. Rayonun Boyat kəndində "Ucar-Konserv" Məhdud Məsuliyyətli Cəmiyyəti, Qazyan kəndində yeni konserv sexi fəaliyyətə başlayıb. Dövlət Proqramının əhatə etdiyi dövr ərzində əhalidən 11600 ton nar, 475 ton heyva tədarük olunub. Sahibkarın vəsaiti hesabına şəhərin M.Ə.Rəsulzadə küçəsində yeni Konserv zavodu tikilib.

Bütün bu tədbirlər rayonda meyvə-tərəvəz məhsullarının emalına, 300-ə qədər yeni yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, bazar qiymətlərinin aşağı düşməsinə müsbət təsir göstərib. Rayonda sahibkarlığın inkişafı ilə əlaqədar aparılan məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq subyektlərinin sayı 2003-cü illə müqayisədə 2008-ci ildə 779 vahid artaraq 1994-ə çatıb, sahibkarlara 2911,3 min manat, o cümlədən özəl banklar tərəfindən 2447,9 min manat kredit verilib. Bununn 1326,0 min manatını qısa müddətli, 260,0 min manatını orta müddətli, 1325,3 min manatını uzun müddətli kreditlər təşkil edib. 22 sahibkara Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına 1127,0 min manat uzunmüddətli güzəştli kredit verilib.

Rayonda kənd təsərrüfatı texnikasına olan tələbatın ödənilməsi, kənd təsərrüfatına texniki xidmətin səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikası "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin 19 aprel 2007-ci il tarixlı 230 nömrəli əmri ilə Ucar "Aqroservis" filialı yaradılıb. Filial tərəfindən kənd təsərrüfatı istehsalçılarına 10 ədəd şum traktoru, 5 ədəd kombayn, 1 ədəd otbiçən kombayn, 1 ədəd ekskovator, 10 ədəd kotan, 1 ədəd traktor qoşqusu, 2 ədəd motorlu otbiçən, 5 ədəd otbağlayan, 1 ədəd ot dırmığı, 1 ədəd gübrə səpən, 3 ədəd ədəd taxıl səpən texnika vasitəsilə xidmət göstərilib.

Fəaliyyət göstərdiyi dövr ərzində kənd təsərrüfatına 220,0 min manatlıq texniki xidmət göstərilib. 3000 hektar sahədə taxıl biçilib, 1800 hektar sahədə şum aparılıb, 105 min ədəd ot kipi bağlanıb, 2500 hektar sahədə mala aparılıb, 1200 hektar sahənin otu biçilib. Filialda 17 nəfər daimi, 12 nəfər müvəqqəti işlə təmin edilib.

Keçən dövr ərzində rayonda ipəkçiliyin inkişaf etdirilməsi üçün "Şəki İpək" ASC- 40 min ədəd tut tingi sifariş verilib. Xaricdən gətirilmiş yüksək məhsuldarlıqlı həmin tinglər kümçülər tərəfindən 15 ha sahədə tut bagı kimi salınıb. Görülmüş tədbirlər nəticəsində ümumilikdə 18746 kq barama istehsal olunaraq "Şəki İpək" ASC- təhvil verilib. Keçən dövr ərzində rayonda 6044 ton pambıq istehsal olunaraq "Ucar-Pambıq" ASC- təhvil verilib.

Son 5 ildə açılmış iş yerlərinin 80 faizindən çoxunu gənclər tutublar. 2006-cı ildə rayon mərkəzində 32 mənzilli yaşayış binası, 5 əlil ailəsi üçün şəhərdə və 4 kənddə fərdi yaşayış evi tikilib və gənclərin ixtiyarına verilib. Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) çərçivəsində rayonda təhsilin inkişafı, yeni ümumtəhsil məktəblərinin tikintisi, təmiri və maddi texniki bazasının daha da möhkəmləndirilməsi tədbirləri uğurla davam etdirilib.

 

(ardı var)

 

 

Tərlan Nəsirli

 

Bakı-Ucar-Bakı

 

Mövqe.- 2012.- 14 mart.- S. 10.