Ucar bütün sahələrdə
dinamik inkişaf edir
Son illər regionların sosial-iqtisadi inkişafı sahəsində
mühüm uğurlar
əldə edən Ucar rayonu dinamik
inkişaf tempini
2011-ci ildə də qoruyub saxlayıb. Ötən il rayonda
ictimai həyatın bütün sahələri
üzrə böyük
nailiyyətlərə imza
atılıb. Hesabat dövründə
rayonda abadlıq və quruculuq tədbirləri diqqət mərkəzində saxlanılıb.
Müxtəlif ərazilərdə və magistral avtomobil yollarının kənarlarında 20 min ədəd
müxtəlif ağac
və gül kolları əkilib, təmizlik işləri həyata keçirilib.
Şəhərin Heydər Əliyev
prospektində vətəndaşlara
məxsus fərdi həyətlərdə 841 kv.metr
sahədə hörgü
işləri aparılıb,
4560 metr məsafədə
yeni səki daşları düzülüb,
429 kv.metr sahədə
suvaq işləri görülüb. 71 kv.metr sahədə çay daşından,
300 kvadratmetr sahədə
ağlay materialından
üzlük plitə vurulub. Fin tipli yaşayış evlərinin
fasad hissəsinə
60 kvadratmetr sahədə
üzlük vurulub,
100 kvadratmetr sahəyə
qaya daşı düzülüb. 4 ədəd
fin tipli yaşayış evinə həyət darvazası
qoyulub, ictimai yaşayış binalarının divarlarına
1350 kvadratmetr alkapon üzlük vurulub, rəngləmə işləri
aparılıb.
Heydər Əliyev Muzeyinin fasad hissəsinə
alkapon üzlük vurularaq ətrafına hasar çəkilib,
ictimai yaşayış binalarının dam örtüyü
dəmir şiferlə əvəz olunub. "Kapital Bank"ın
rayon şöbəsinin idarə binasının fasadı
alkaponla üzlənib, 4 ədəd mağaza binasına 140
kvadratmetr alkapon üzlük vurulub. Şəhər
4 saylı tam orta məktəbin həyət divarına 100
kvadratmetr hasar çəkilib. Heydər Əliyev
prospektinə Göyçay rayonu istiqamətindən giriş
hissədə yeni giriş qapısı inşa edilib. Oğuz küçəsindəki ticarət cərgəsində
765 kv.metr hörgü işi aparılıb, 275 kvadratmetr
üzlük vurulub.
Hesabat dövrundə diametri 315 mm-lik plastik və diametri
530 mm olan dəmir borularla Oğuz küçəsində 1050
metr, Koroğlu küçəsində 604 metr, N.Nərimanov
küçəsində 320 metr məsafədə yeni
kanalizasiya xətti çəkilib. 2000 kvadratmetr
sahədə yeni ticarət cərgəsi və avtomobillərin
təmiri sexinin tikintisi aparılıb. Koroğlu
küçəsində yerləşən ictimai iaşə
və ticarət obyektlərində 250 kvadratmetr hörgü
işləri aparılıb, 210 kvadratmetr üzlük plitə
vurulub. Dövlət Proqramı çərçivəsində
rayon Statistika İdarəsi üçün inzibati binanın tikintisinə başlanılıb, hazırda
tikinti davam etdirilir.
"Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 01 noyabr 2011-ci il tarixli fərmanına
əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan 2,0 milyon manat vəsait
ayrılıb. Fərmanın icrası ilə əlaqədar
işlərin görülməsinə başlanılıb,
rayon mərkəzində 7 ictimai yaşayış
binasının dam örtüyü dəyişdirilib, bir sıra küçələrə
asfalt vurulub.
2011-ci ildə ölkədə aparılan
iqtisadi islahatlara uyğun olaraq rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi, əhalinin
məşğulluğunun təmin edilməsi, maddi rifah
halının yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, rayonda ümumi
daxili məhsul istehsalı 4,5 faiz, kənd təsərrüfatı
məhsulları istehsalının həcmi 9,7 faiz, investisiya qoyuluşu
7,7 dəfə, tikinti-quraşdırma işlərinin həcmi
25,6 faiz, pərakəndə əmtəə dövriyyəsi
15,6 faiz, büdcənin mədaxili 40,4 faiz, əhalinin pul gəlirləri
17,6 faiz, orta aylıq əməkhaqqı 7,4 faiz artıb, yoxsulluq səviyyəsi 9,1
faizdən 7,6 faizə
düşüb.
2011-ci ildə 2010-cu illə müqayisədə rayon
büdcəsinin mədaxili 4877,9 min manat və
ya əvvəlki ildəkindən 40,4 faiz çox olmaqla 16961,4
min manat icra edilib. 2003-cü illə müqayisədə 2011-ci
ilin büdcəsinin mədaxili 14692,3 min
manat və ya 6,5 dəfə çox, o cümlədən yerli
daxilolmalar üzrə 2734,5 min manat və ya 7,4 dəfə çox yerinə yetirilib.
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın
icrası rayonda uğurla davam etdirilib. Dövlət
Proqramının icrası nəticəsində rayonun
sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin
həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi
sahəsində bir sıra mühüm işlər
görülüb. O cümlədən təhsil, səhiyyə,
idman, mədəniyyət və digər sosial
yönümlü obyektlər tikilərək istifadəyə
verilib, genişmiqyaslı yenidənqurma
və abadlıq-quruculuq
işləri həyata
keçirilib.
Dövlət Proqramına uyğun olaraq
rayonda kənd təsərrüfatının ayrı-ayrı
sahələrinin inkişaf etdirilməsi diqqət mərkəzində
saxlanılıb. Rayon Baytarlıq İdarəsinin inzibati
binasının və Alpout kəndində sahə baytarlıq
məntəqəsinin tikintisi başa
çatdırılıb. Şəhərin
M.Ə.Rəsulzadə küçəsində sahibkarın vəsaiti
hesabına yeni Konserv zavodunun tikintisi davam etdirilir.
Rayon ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstan
dövlət sərhədi avtomobil yolunun Ucar-Yevlax hissəsinin
tikintisi layihəsi üzrə 16,5
kilometrinin, Ucar-Kürdəmir hissəsinin tikintisi layihəsi
üzrə 31,5 kilometrinin tikintisi başa
çatdırılıb. Rayonun kəndlərarası və
rayondaxili yollarının asfaltlanması ilə əlaqədar
Müsüslü-Qazyan avtomobil yolunun 4,5 km hissəsində
asfalt və çınqıl işləri, Ucar şəhərinin
muxtəlif küçə və döngələrində 22000 kvadratmetrlik
asfalt işləri görülüb.
2011-ci il ərzində rayon ərazisindən keçən
Türyançay və Göyçay çayının
sağ və sol sahilləri boyunca Lək, Qazyan, Şahlıq
kəndlərində 14,6 kilometr məsafədə
çay məcrasının təmizlənməsi, bəndin təmiri
və sahilbərkitmə işləri görülüb. Telefon rabitəsi sisteminin
elektronlaşdırılması ilə əlaqədar şəhər
ATS-i və kənd ATS-ləri yeni müasir tiplı elektron ATS-lərlə əvəz olunub.
2011-ci ilin iyul ayında Ucar şəhərinin
su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması
işlərinə başlanılıb və hazırda bu
işlər davam etdirilir. Keçən il, həmçinin
rayonun Məlikballı, Pirkənd və Qaradağlı kəndlərində
su təmizləyici qurğuların tikintisi başa
çatdırılaraq istifadəyə verilib. Rəstəcə kəndində bu işlər davam etdirilir.
Rayonun mövcud sosial-iqtisadi problemlərinin bir hissəsi
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"na daxil edilib. Digər problemlərin isə daxili imkanlardan və cəlb
olunmuş əlavə maliyyə resurslarından
istifadə etməklə
həll olunmasına səy göstərilib.
2011-ci ildə rayonda "Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət
dəstəyi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 23 yanvar 2007-ci il tarixli Sərəncamından
irəli gələn vəzifələrin yerinə yetirilməsi
davam etdirilib. Mövcud qaydalara uyğun olaraq
yaradılmış komissiyalar vasitəsilə kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət
büdcəsinin vəsaiti hesabına becərdikləri əkin
sahəsinin hər hektarı üçün 40 manat olmaqla
7702 nəfər istehsalçıya becərdikləri 21 min 835
hektar əkin sahəsinə görə 873 min 415 manat yardım hesablanıb və plastik kartlar vasitəsilə ödənilib.
01 dekabr 2011-ci il tarixə rayonda 1644 nəfər
hüquqi və fiziki şəxsə becərdikləri 5657
hektar buğda və çəltik sahəsi üçün
226 min 268 manat yardım hesablanıb və sənədlər
respublika komissiyasına təqdim edilib. Nəticədə
rayonda özəlləşdirilmiş torpaqlar demək olar ki,
100 faiz əkin dövriyyəsinə cəlb
edilib, istehsal və məhsuldarlıq xeyli artıb.
2011-ci ildə rayonda 11850 hektar taxıl, 446 hektar çəltik,
194 hektar qarğıdalı, 1766 hektar tərəvəz, 235
hektar bostan, 338 hektar pambıq əkilib. 24718 ton taxıl, 825
ton çəltik, 376 ton qarğıdalı, 15393 ton tərəvəz,
1966 ton bostan, 511 ton pambıq məhsulu əldə edilib. Bu da
2010-cu ildəkindən 566 ton çox taxıl, 312 ton çox
çəltik, 1147 ton çox tərəvəz,
7 ton çox pambıq
məhsulu deməkdir.
2011-ci ildə rayonda olan iri və xırda
buynuzlu heyvanlara baytarlıq xidmətinin
yaxşılaşdırılması üçün məqsədyönlü
işlər görülüb. Xəstəliklərə qarşı
mübarizə gücləndirilib, rayonda heyvanlar arasında
heç bir yoluxucu xəstəlik qeydə alınmayıb.
Mal-qaranın sayı 4374 baş artaraq 111 min 113 başa, o
cümlədən iri buynuzlu mal-qaranın sayı 58008
başa, xırda buynuzlu heyvanların sayı 53105 başa
çatdırılıb. Ət istehsalı 31
ton, süd istehsalı 651 ton, yumurta istehsalı 60 min ədəd
artıb. İl ərzində 867 baş inək
və düyədə süni mayalanma aparılıb, 507
baş cins bala alınıb və bu da 2010-cu ildəkindən
268 baş çoxdur.
Keçən il "Aqroservis" xidmətinin fəaliyyəti
genişləndirilib, kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəştli qiymətlərlə
19 ton fosfor, 345 ton azot, 57 ton digər gübrələr verilib.
Lizinq yolu ilə 13 ədəd traktor, 24 ədəd digər kənd
təsərrüfatı texnikaları alınıb, 2012-ci ilin
məhsulu üçün 45 hektar sahədə elit, 400 hektar sahədə 1-ci reproduksiyalı buğda toxumu səpilib.
Qeyd olunan dövrdə rayon Suvarma Sistemləri və rayon
Meliorasiya İdarələri tərəfindən 1726 min kubmetr
həcmində lildən təmizləmə və
qazıntı işləri aparılıb, 120 ədəd
hidrotexniki qurğu təmir edilib, əhaliyə 134,7 milyon
kubmetr su satılıb. Bütün bunlarla
yanaşı, rayonda kənd təsərrüfatı məhsulları
istehsalının artırılması üçün
heç də bütün imkanlardan istifadə edilməyib, məhsuldarlığın
yüksəldilməsi, elmi yeniliklərin daha geniş
tətbiqi istiqamətində
geriliklər tam aradan qaldırılmayıb.
Keçən dövr ərzində rayonda əhalinin
enerji daşıyıcıları və içməli su ilə
fasiləsiz təminatını və onların dəyərinin
ödənilməsini yaxşılaşdırmaq məqsədilə
işlərin gedişi daim nəzarətdə
saxlanılıb. Əhalinin
elektrik enerjisi ilə təminatını
yaxşılaşdırmaq üçün 10 kilovoltluq
elektrik verilişi xətlərinin 29,3 km hissəsində, 0,4
kilovoltluq elektrik verilişi xətlərinin 22 km hissəsində
əsaslı və cari təmir, 265 ədəd 10 və 0,4
kilovoltluq yarımstansiyasında cari təmir işləri
görülüb, abonentlərə 184 ədəd yeni elektrik
sayğacı quraşdırılıb. 2011-ci ildə istehlak
olunmuş elektrik enerjisinin dəyərinin yığım
faizi 91,2 faiz, əhali üzrə isə 77
faiz təşkil edib və bu da 2010-cu illə müqayisədə
3 faiz azdır. Keçən əsrin 60-cı illərindən
istismarda olan 10 və 0,4 kilovoltluq elektrik
verilişi xətlərinin istismara yararsız vəziyyətdə
olması texniki itkilərə və elektrik
enerjisinin verilməsində
fasilələrin yaranmasına
şərait yaradır.
Keçən il əhalinin təbii
qazla təminatının
yaxşılaşdırılması istiqamətində də
müəyyən işlər görülüb. Mövcud problemlər ətraflı təhlil olunub, xətt
və avadanlıqlarda yol verilən itkilərin
qarşısının alınması üçün bir
sıra tədbirlər həyata keçirilib. İl ərzində rayon mərkəzində, Rəstəcə
və Lək kəndlərində qaz xətlərinin yenidən
qurulmasına başlanılıb. Müxtəlif
diametrli polietilen borularla 6659 metr yeni yeraltı qaz xətti
çəkilib, şəhərin ayrı-ayrı küçələrində
6 ədəd qaz tənzimləyici şkaf
quraşdırılıb. Gəraybəyli kəndində
382 metr qaz xətti yenisi ilə əvəz olunub, 20 yanvar
küçəsində 31 metr, Lək kəndində 1700 metr
yeni qaz xətti çəkilib, 1 ədəd 80 mm-lik siyirtmə
və 1 ədəd qaz tənzimləyici şkaf
quraşdırılıb, 80 yeni abonent təbii qazla təmin
olunub.
(ardı var)
Tərlan Nəsirli
Bakı-Ucar-Bakı
Mövqe.- 2012.- 16 mart.- S. 10.