Quba inkişaf və tərəqqi yolundadır

 

     Bu gün Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri də regionların yüksəlişi və tərəqqisi sahəsində əldə olunmuş uğurlardır. Regional inkişafa xidmət edən konseptual əhəmiyyətli dövlət proqramlarının məntiqi yekunu olaraq son illərdə respublikanın əksər rayon və şəhərləri dinamik inkişaf edir, görkəmini əsaslı şəkildə dəyişir, müasirləşir. Bunu konkret olaraq Quba rayonunun son illər ictimai həyatın bütün sahələri üzrə əldə etdiyi nailiyyətlər fonunda aydın görmək mümkündür.

      Xüsusən də 2004-2008-ci illəri əhatə edən birinci regional dövlət proqramı çərçivəsində həyata keçirilən kompleks tədbirlər rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələ açıb. Bu illərdə rayon ərazisində 78219 kvadratmetr asfaltlaşma işi aparılıb, küçələrə 7605 kvadratmetr beton plitə düzülüb, 775 metr mişar daşından hasar hörülüb. 11360 metr beton bardyur düzülüb, 8000 metr güldanlıq salınıb, 146 ədəd işıqlandırma dayağı quraşdırılıb, bardyurlar yağlı boya ilə rənglənib, 2500 metr sahədə arx kənarları betonlaşdırılıb, 200 minə yaxın ağac, gül kolu əkilib. Quba şəhərinin M.Ə.Rəsulzadə küçəsi tam asfaltlaşdırılıb, 6350 kvadratmetr yola iri və xırda dənəli asfalt beton döşənib. Q.İsmayılov, A.Hüseynzadə, S.Vurğun, H.Hüseynov küçələrində 8375 kvadratmetr yola 1485 ton iri və xırda dənəli asfalt beton döşənib. Bundan əlavə, Nəqliyyat Nazirliyinin tabeçiliyində olan idarələr tərəfindən şəhərin Müqtədir küçəsində 7040 kvadratmetr və Vaqif küçəsində 5400 kvadratmetr yol tam asfaltlaşdırılıb. Quba şəhərinin M.Qaraxanov küçəsinin 1000 metr hissəsi 8 metr enində asfaltlaşdırılıb. Qudyalçay üzərindəki körpünün 190 paqonmetr məhəccəri milli ornamentlərə uyğun quraşdırılıb, səkilərə yeni üzlük plitələri döşənmiş, işıqlandırma sistemləri yenidən quraşdırılıb.

Şəhərin müxtəlif küçələrində asfalt beton örtükdə əmələ gəlmiş 5896 m2 çala çuxurlar təmir edilib. Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Təngəaltı kəndi yaxınlığında Vəlvələ çayı üzərində Səbətlər kəndi ilə birləşdirən uzunluğu 152 paqon/metr, eni 8 metr olan dəmir beton körpü istifadəyə verilib. Rayonun Küpçal və Qəçrəş kəndlərinə nəqliyyatın maneəsiz hərəkəti üçün eni 4, uzunluğu 24 paqon/metr dəmir-beton körpü inşa edilib.

Rayon ərazisindən keçən Bakı-Quba-Rusiya magistral avtomobil yolunun 6 kilometrliyi asfaltlaşdırılıb, 960 ədəd işarə dirəkləri yeniləşdirilib, 57 kilometr Quba-Xınalıq yolu tikilib istifadəyə verilib, bu istiqamətdə 9 körpü inşa edilib, 45 min ton asfalt döşənib. 36 ədəd müxtəlif diametrli suötürücü boru, 1581 ədəd işarə dirəyi quraşdırılıb.

Quba-Qusar, Quba-Xaçmaz yolunda 22330 kvadratmetr asfalt beton örtükdə çala təmiri işi aparılıb, 460 ədəd işarə dirəyi yenisi ilə əvəz olunub. Quba-Qəçrəş avtomobil yolunda 13430 kvadratmetr sahədə asfalt örtükdə, Quba-Qonaqkənd avtomobil yolunda 13350 kvadratmetr sahədə çınqıl örtükdə təmir işləri aparılıb. 6900 kv.metr yol çiyinləri çınqıl materialı ilə düzəldilib. Amsar-Tüləkəran-Zeyid avtomobil yolunda 2,5 km a/beton örtüklü, Pirvahid avtomobil yolunda 3,5 km çınqıl örtüklü yol təmir olunub. Quba-Küpçal-Küsnət avtomobil yolunun 4 km hissəsində eni 7 metr olan yolda asfalt beton örtüyü təzələnib. Quba-İspik avtomobil yolunun 3 km hissəsi asfaltlaşdırılıb.

Rayonun kəndlərində bələdiyyə orqanları və daxili imkanlar hesabına 73400 metr kəndarası yollar cari təmir edilib, 3000 metr yola asfalt döşənib, 350 metr səki daşı döşənib, 1 körpü təmir edilib, 11 ədəd gecə işığı dirəkləri qoyulub. Susay kəndində Quruçay üzərində 60 metr uzunluğunda körpü tikilib. Amsar kəndində uzunluğu 180 metr, eni 1,5 metr olan dəmir konstruksiyalı körpü istifadəyə verilib.

2004-2008-ci illərdə rayonun yaşayış məntəqələrində 6 ədəd yeni güc transformatoru qoyulub, 45 güc transformatoru yenisi ilə əvəz edilib, 540 ağac dayaq, 32 dəmir dayaq, 344 polad dayaq, 72 beton dayaq dəyişdirilib, 65040 metr elektrik naqili, 2073 izolyator təzələnib. 32069 abonentdən 29864-nin mənzilinə (93) faiz elektrik sayğacı quraşdırılıb. 35/10 kv-luq "Kanal" və 35/10 kv-luq "Nasos" yarımstansiyasındakı bina və qurğular əsaslı təmir edilərək müasir standartlara uyğunlaşdırılıb. "Kanal" yarımstansiyasında 4 MVA gücündə transformatora əlavə 2,5 MVA gücündə transformator quraşdırılmışdır. "Nasos" yarımstansiyasında 2,5 MVA gücündə transformator gücü 10 MVA olan transformatorla əvəz edilib.

Proqramın icra olunduğu müddətdə şəhərdə 12800 metr uzunluğunda "Dairəvi" qaz kəməri çəkilib, həmin kəmərdən şəhərin küçələrinə 1570 p/aqonmetr az xətti çəkilib. 11808 abonentdən 11149 abonentin mənzilinə (94) faiz qaz sayğacı quraşdırılıb. Şəhərin Heydər Əliyev prospektindəki yeraltı orta təzyiqli kiçik ölçülü daşıyıcı qaz kəməri dəyişdirilərək 1800 paqon/metr, diametri 200 mm-lik plastik borularla əvəz olunub. Rayonun 9 yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa olunub, nəticədə 2000-ə yaxın abonent təbii qazla təmin edilib.

Quba qədim tarixə malik, tarix-mədəniyyət abidələri ilə zəngin turizm zonalarından biridir. Hazırda rayonun ərazisində müasir standartlara cavab verən turist xidməti obyektləri mövcuddur. Quba Olimpiya kompleksi, "Cənnət bağı", "Quba", "Aynur", "Avand", "Səməd", "Qudyalçay", "Təngəaltı" və s. istirahət obyektləri hər il yüzlərlə yeni və xarici turistlərə yüksək səviyyədə xidmət göstərir. "Avand", "Aynur", "Qəçrəş" istirahət zonaları yenidən müasir tələblərə uyğun qurulub. "Bərpa SPA Mərkəzi" istifadəyə verilib, burada hər biri 2 nəfərdən ibarət 40 otaq, 10 kottej, tennis, voleybol, basketbol zalları var.

Ötən illərdə həmçinin "AHU" istirahət zonası istifadəyə verilib. Bu istirahət zonasında hər biri 4 nəfərlik 10 kottej, stolüstü oyunlar zalı turistlərin xidmətinə verilib. Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil olan 1903-cü ildə inşa edilmiş Rustov kənd məscidi Azərbaycan Respublikasının mədəniyyət və turizm Nazirliyi tərəfindən əsaslı təmir edilib.

B.Səfəroğlu adına rayon mədəniyyət evinin zalı təmir olunub, 462 ədəd yeni oturacaq quraşdırılıb, pərdələr yeniləri ilə əvəz edilib. Mədəniyyət evinin iş otaqları təmir edilmiş qapı və pəncərələr dəyişdirilib. Binanın fasad hissəsində 300 kvadratmetr alkopon vurulub, 150 kv.metr pəncərə şüşəsi dəyişdirilib. Mədəniyyət evinin zalı istilik sistemi ilə təmin edilib. Əliqulu Nərimanov küçəsində 2008-ci il mart ayının 31-də 1918-ci ildə Azərbaycanlıların soyqırımına həsr olunmuş xatirə abidə kompleksi və "Qədim Quba" xiyabanı istifadəyə verilib. Şəhərin girəcəyində Azərbaycan bayrağı kompleksi inşa edilib, şəhərin mərkəzi meydanı tamamilə yenidən qurulub.

Dağlıq və yüksək dağlıq ərazilərə kənd təsərrüfatının inkişafı bəndinin icrası ilə əlaqədar 19 fərdi təsərrüfata 3350 ədəd meyvə tingləri (alma, armud, gilas, gavalı) qrant şəkilində verilib, cəmi 10 hektar meyvə bağları salınıb. II Nügədi kəndində özəl kartof toxumçuluq yaradılıb. Yemçiliyin inkişafı ilə əlaqədar yonca toxumları təsərrüfat başçılarına verilmiş 16 hektar sahədə sınaq nümayiş sahələri salınıb. Tərəvəzçiliyin inkişafı ilə əlaqədar 10 hektar sahədə kartof əkilərək sınaq nümayiş sahələri yaradılıb.

Ətraf mühitin yaxşılaşdırılması və torpaqların eroziyadan qorunması məqsədi ilə vətəndaşlar tərəfindən icarəyə götürülmüş bələdiyyə torpaqlarında 3 hektar sahədə fındıq və 3 hektar sahədə qoz tinglərinin əkilməsi həyata keçirilib. Qoyunçuluqda cins tərkibinin yaxşılaşdırılması ilə əlaqədar proqram ərazilərində təcrübəli təsərrüfat başçılarına 30 baş yüksək məhsuldarlığa malik qoçlar paylanıb. Rayonda arıçılığın inkişafı ilə bağlı adları qeyd olunan kəndlərdə assosiasiya şəklində bu sahə ilə məşğul olan 5 şəxsi təsərrüfata hər birinə 50 olmaqla cəmi 250 arı ailəsi verilib, 669 nəfərə 203,3 min mikrokredit verilib.

Əhalinin su təchizatının yaxşılaşdırılması üçün Heydər Əliyev prospektində, Ərdəbil, M.Əcəmi küçəsində, 32-33-cü kvartalda subartezian quyuları qazılıb. Vaqif küçəsi və SMU-30 yaşayış massivində 1000 metr, M.Rəsulzadə küçəsində 730 metr, Bakı küçəsində 700 metr, SMU 12 yaşayış məntəqəsində 1000 metr uzunluğunda su xətti çəkilib. Quba şəhərinin Vaqif küçəsində 100 mm diametrində polad borularla 30 metr uzunluğunda magistral su xətti çəkilib, Ə.Nərimanov, Fətəlixan, M.Rəsulzadə, Vaqif, Bakı, C.Cabbarlı və Əzizbəyov küçələrində magistral su xətlərində təmir işləri aparılıb.

Quba şəhər ərazisindəki magistral xətlərin tənzimləyici siyirtmələrini, subartezian quyularında istifadə olunan və horizontal su mənbəyindən "Qəçrəş yolu" su anbarını birləşdirən magistral xəttin siyirtmələrinin yeniləri ilə əvəzlənməsi məqsədilə 8 ədəd 50 mm diametrində, 6 ədəd 100 mm diametrində və 6 ədəd 150-300 mm diametrində yeni siyirtmələr alınıb və xətlərə quraşdırılıb.

 

(ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ

 

Bakı-Quba-Bakı

 

Mövqe.- 2012.- 6 yanvar.- S. 10.